Azərbaycanda zəlzələ olub .....                        Ağalar Vəliyev və Heydər Əsədov Sloveniya Respublikasına səfər edib .....                        Avtovağzalın qarşısında müəlliməni öldürən şəxsə HÖKM OXUNDU .....                        Kamran Əsədov hakimdən xahiş etdi - Məhkəmə təmin etmədi .....                        Daha bir mətbuat katibi medalla təltif olunub .....                        Kim Çen In 13 yaşlı qızını varisi təyin edib .....                        Ukraynada 20 deputat zəhərləndi .....                        Ermənistanın dəmir yolları Azərbaycan və Türkiyə ilə birləşdiriləcək .....                        Sürücülərin nəzərinə! - Bu yolda hərəkət məhdudlaşdırılır .....                       
Tarix : 27-05-2022, 15:19
Paytaxt məktəblərində valideynlərlə görüş davam edir
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) rəhbərliyinin valideynlərlə görüşü davam edir.

Butov.az xəbər verir ki, BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, növbəti görüş Sabunçu, Xəzər və Pirallahı rayon məktəblərini təmsil edən valideynlərlə keçirilib. 90 nömrəli tam orta məktəbdə təşkil olunan görüşdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva məktəb-ailə, müəllim-valideyn əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsindəki rolundan, valideynləri təhsil prosesinə cəlb etmək və onların təhsil müəssisəsi ilə əlaqəsini daha da genişləndirmək üçün həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.

Valideynləri məktəblə münasibətlərdə daha fəal olmağa səsləyən BŞTİ-nin struktur bölmə rəhbərləri müəllim-şagird-valideyn birliyinin əhəmiyyəti haqqında fikirlərini bildiriblər.

Görüş zamanı valideynlərə məktəbin fəaliyyəti və tədris prosesi barədə ətraflı məlumat verilib. Valideynlərin tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi, eləcə də məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənilib və səmərəli fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşün keçirilməsində əsas məqsəd məktəb-ailə, müəllim-valideyn əməkdaşlığı vasitəsilə şagirdlərin təlim-tərbiyəsində səmərəliliyi artırmaq, çevik ünsiyyət platforması formalaşdırmaqdan ibarətdir.


Paylaş



Bölmə: Təhsil / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!