Tramp Putinə daha bir şans verir .....                        Berlində güclü partlayış - Ölən və yaralılar var .....                        Məktəbliyə qarşı qeyri-etik hərəkətlər edən taksi sürücüsü həbs olunub .....                        Fidan Avropa komissarı ilə bir arada .....                        Fərid Qayıbov yeni vəzifəyə seçildi .....                        Türkiyə-Azərbaycan Universiteti barədə vacib toplantı - FOTO .....                        Sahibə Qafarova Cenevrədə həmkarları ilə görüşdü - FOTO .....                        Hava limanında narkotiklə saxlanılan iş adamı HƏBS EDİLDİ .....                        "Kurtlar Vadisi"nin aktyoru vəfat etdi .....                       
Tarix : 26-10-2017, 10:59
Bakıda 46 min 798 şagird I sinifdə təhsil alır


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində 46798 şagird I sinifdə təhsil alır.

Bu barədə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, həmin şagirdlərdən 46338 nəfəri 2017-2018-ci tədris ili üçün martın 15-dən sentyabrın 16-dək aparılan I sinfə şagird qəbulu çərçivəsində məktəbə qəbul edilib. 460 şagird isə tədris ili başladıqdan sonra, sentyabrın 16-dan oktyabrın 15-dək I sinfə qəbul olunub.

Qeyd edək ki, hər il olduğu kimi, 2017-2018-ci tədris ilində də I sinfə şagird qəbulunun vaxtı uzadılıb. Belə ki, dərslərin başlanmasına baxmayaraq, I sinfə şagird qəbulu üzrə uşaqların elektron qeydiyyatı valideynin (qanuni nümayəndənin) üzrlü səbəb (fövqəladə hal, uşağın və ya valideynlərin müalicəsi, valideynlərin xidməti ezamiyyətə getməsi) göstərməklə BŞTİ-yə yazılı müraciəti əsasında həyata keçirilib. Valideynlər uşaq elektron qeydiyyatdan keçirildikdən sonra müvafiq sənədləri məktəbə təqdim ediblər.

Hazırda BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində təhsil alan şagirdlərdən 37789-u Azərbaycan, 9009-u rus bölməsindədir. Onlardan 41210 nəfəri 6 yaşı tamam olan, 5588 nəfəri 6 yaşı tamam olmayanlardır.

BŞTİ-nin nəzdindəki 160 nömrəli Klassik Gimnaziyada 285 nəfər, 287 nömrəli “Zəkalar” liseyində isə 101 nəfər I sinif şagirdi təhsil alır. Şagirdlərin 146-ı Azərbaycan, 240-ı rus bölməsindədir.

Qeyd edək ki, 2017-2018-ci dərs ili üzrə uşaqların I sinfə qəbulu prosesi tam olaraq elektronlaşdırılıb. Valideynlər məktəbi, müəllimi, təlim dilini müstəqil şəkildə özləri seçiblər.

Ümumilikdə, dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu prosesinin əsas qayəsi ondan ibarətdir ki, bütün məktəb yaşlı uşaqlar icbari təhsillə təmin olunmalıdır.


Paylaş



Bölmə: Təhsil / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!