İspaniyada fövqəladə vəziyyət elan olundu .....                        Millimizin üzvü Dünya kubokunun qalibi oldu .....                        Pezeşkianın Azərbaycana səfəri başa çatdı .....                        Məşhur yazıçı qətlə yetirildi .....                        Xalq artisti yıxıldı, qolu sındı .....                        "Neftçi" Sumqayıtda xal itirdi .....                        Pekin Trampı təkzib etdi - Liderlər danışmayıb... .....                        Rusiya ilə münasibətləri pozmaq niyyətimiz yoxdur - Paşinyan .....                        İrandakı partlayışda ölənlərin sayı artdı .....                       
Tarix : 2-02-2017, 12:24
Paytaxt məktəblərində debat klubları yaradılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində “Məktəblilərin təhsil müzakirələri” debat klubları layihəsinə başlanılıb. Layihə BŞTİ ilə “Vətəndaş cəmiyyətində debat” İctimai Birliyinin əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Butov.az xəbər verir ki, BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, layihəyə ilk mərhələdə Bakının hər bir inzibati rayonu üzrə seçilmiş məktəbləri daxil edilib. Cəlb olunan məktəblər bütün ümumi təhsil müəssisələri arasında aparılan sorğunun nəticələrinə əsasən müəyyənləşdirilib.

Layihənin əsas məqsədi şagirdlərin ünsiyyət imkanlarının genişləndirilməsinə və onların yeni dostluq əlaqələri qurmalarına dəstək olmaq, məktəblilərdə auditoriya qarşısında sərbəst çıxış etmək, komanda halında birgə fəaliyyət göstərmək, məntiqi təfəkkürü inkişaf etdirmək, fikri düzgün çatdırmaq kimi bacarıq və vərdişlərin formalaşdırılmasıdır.

Təhsil müəssisələrində debat klubların təşkil edilməsi üç mərhələdən ibarətdir. Hazırlıq mərhələsində müəyyənləşdirilmiş məktəblərin rəhbərləri (direktor, tərbiyə işləri üzrə direktor müavini, UBTR) ilə “dəyirmi masa”ların təşkili, məktəblər üzrə klub rəhbərlərinin seçilməsi və klub rəhbərləri üçün təlimlərin keçirilməsi nəzərdə tutulub. Təlimlər mərhələsində rayonlar üzrə hər bir məktəbdə təlimlər keçiriləcək və yekun qiymətləndirmə aparılacaq. Sonuncu mərhələdə isə komandaların iştirakı ilə forum və bağlanış (final oyunu) tədbiri təşkil ediləcək.

Layihənin builki nəticələri əsas götürülərək, növbəti tədris ilindən iştirakçı məktəblərin sayının artırılması planlaşdırılır.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!