Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
9-09-2022, 17:55
Minlərlə müəllim sentyabrdan maaşına əlavələr alacaq


Minlərlə müəllim sentyabrdan maaşına əlavələr alacaq

“Sertifikatlaşma prosesindən öncə gedən dedi-qodulara baxmayaraq, 98 faiz müəllim sertifikasiya prosesində iştirak etdi”. Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib. E.Əmrullayev sertifikasiyada iştirak edən müəllimlərə təşəkkür edib: “Prosesin sonunda yaxşı nəticələrlə qarşılaşdıq. Artıq minlərlə müəllimin sentyabrdan başlayaraq əməkhaqqına əlavələr olacaq”.
8-09-2022, 23:00
Məktəblərdə 3 mindən çox müəllim yeri boşdur


Məktəblərdə 3 mindən çox müəllim yeri boşdur

Azərbaycanda məktəblər üzrə təxminən 3 mindən çox müəllim yeri vakantdır. Bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib. Onun sözlərinə görə, vakant yerlər dərs saatları daha az olan və ucqar rayonlarda yerləşən məktəblərdədir: "Bu il təxminən həm müddətli, həm də müddətsiz şərtlərlə işə qəbul edilənlərin sayı 6 min nəfərdir. İl ərzində boş qalan yerlərə müddətli müqavilə ilə işə qəbul olacaq".
7-09-2022, 19:00
Məktəbli formaları ilə bağlı məcburiyyət yoxdur


Məktəbli formaları ilə bağlı məcburiyyət yoxdur

Yeni məktəbli formaları ilə bağlı problemlər bəzən valideynlərin məlumatsızlığı, bəzən də doğru ünvanlara müraciət etməmələri səbəbindən ortaya çıxır. Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, Elm və Təhsil Nazirliyi məktəbli formalarının satışı, tikişi ilə məşğul olan qurum deyil: “Biz yalnız həmin formaların nümunəvi, tövsiyə edilən formada olmasına nəzarət edirik. Burada məcburiyyət yoxdur. Burada məktəb kollektivi və məktəbin qərarı olmalıdır. Ümumilikdə formaların olmasını məqsədəuyğun hesab edirik. Əgər məktəbli formaları ilə bağlı məcburiyyət halı olarsa, valideynlər Bakı Şəhəri Təhsil İdarəsi və regional idarələrə müraciət etməlidirlər. Bu halda, həmin müraciətlərə baxıla və ölçü götürülə bilər”.
6-09-2022, 20:10
Prezident rektoru vəzifədən azad etdi


Prezident rektoru vəzifədən azad etdi

Prezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru ilə bağlı sərəncam imzalayıb. Butov.az xəbər verir ki, sərəncama əsasən, İbrahim Həsən oğlu Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edilib. İbrahim Cəfərov 20 yanvar 1956-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Düdəngə kəndində anadan olub. 1980-1985-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda ali təhsil alıb. 1993-cü ildən 2002-ci ilədək Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Meyvə-tərəvəzçilik və üzümçülük fakültəsinin, sonra isə Aqronomluq və torpaqşünaslıq fakültəsinin dekanı işləyib. 2009-2013-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin tədris işləri üzrə prorektoru vəzifələrində çalışıb. Azərbaycan Prezidentinin 25 iyul 2013-cü il tarixli sərəncamı ilə professor İbrahim Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilmişdi. Kənd təsərrüfatı elmləri doktoru, professor İ.Cəfərov Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür.
6-09-2022, 19:43
Cocuq Mərcanlıda 3 nəfər tələbə adını qazandı


Cocuq Mərcanlıda 3 nəfər tələbə adını qazandı

Bu il tələbə adını qazanan abituriyentlər arasında Cocuq Mərcanlıdan olan məzunlar da var. Bu barədə Cocuq Mərcanlı kənd icra nümayəndəsi Atakişiyev Atakişi məlumat verib. Kənd rəsmisi deyib ki, bu il orta məktəbi bitirən 3 məzun tələbə olub: "Aslanova Xətayə Xanlar qızı Bakı Dövlət Universitetinin Regionşünaslıq ixtisasına qəbul olub. Cəbrayılova Xanım Elçin qızı Bakı Slavyan Universitetində Rus dili müəllimliyi üzrə təhsili alacaq. Xuduyeva Aytən Zaur qızı isə Azərbaycan Texnologiya Universitetində Turizm işinin təşkili ixtisasına qəbul olunub”. Xatırladaq ki, 2019-2020-ci tədris ilində ilk dəfə 3 məzun tələbə adını qazanmışdı. Qeyd edək ki, Cocuq Mərcanlı kəndi 1993-cü ildə işğal olunmuş, 1994-cü ilin əvvəlində həyata keçirilmiş uğurlu "Horadiz əməliyyatı" nəticəsində azad edilmişdi. 2016-cı ilin aprelində həyata keçirilən uğurlu döyüşlər zamanı kəndin yaxınlığındakı Lələ təpə yüksəkliyi erməni işğalından azad edildiyindən Cocuq Mərcanlıya təhlükə aradan qalxıb. Bununla da işğala qədər burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün kənddə əsaslı yenidənqurma işlərinə start verilib. 2017-ci ildə kəndə əhalinin köçürülməsinə başlanılıb.
31-08-2022, 22:57
48 mindən artıq abituriyent tələbə adını qazandı


48 mindən artıq abituriyent tələbə adını qazandı

Bu il Azərbaycanın ali təhsil müəssisələrinə daxil olan abituriyentlərin sayı açıqlanıb. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, ali təhsil müəssisələrinin müsabiqəsində 66 724 nəfər iştirak edib. Onlardan 48 841 nəfəri (o cümlədən 4927 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub.
31-08-2022, 14:39
Buraxılış imtahanında iştirak edə bilməyənlərə şad xəbər


Buraxılış imtahanında iştirak edə bilməyənlərə şad xəbər

Dövlət İmtahan Mərkəzi 2022-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 4-də əlavə imtahan keçirəcək. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) xəbər verilib. Bildirilib ki, bundan əlavə, həmin gün bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verə biləcəklər. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində təşkil olunacaq. Bu imtahanlarda iştirak edəcək şagirdlər Dövlət İmtahan Mərkəzinin saytından “İmtahana buraxılış vərəqəsi”ni çap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
28-08-2022, 23:26
"TutorLab" ilə övladların təhsil keyfiyyətinə nəzarət


"TutorLab" ilə övladların təhsil keyfiyyətinə nəzarət

Region gəncləri övladımızın təhsil keyfiyyətinə nəzarət edən “TutorLab” mobil tətbiqi hazırlayıblar. Buna səbəb isə məktəb və hazırlıq kurslarında məlumatların kağız daşıyıcıda olmasıdır ki, bu da nə valideyn, nə də müəllim üçün əlçatandır. Region startapı olaraq təqdim edilən yeni tətbiq qısa zamanda bir çox uğurlara imza atıb.
Layihənin həmtəsisçisi Azad Manaflının dediklərinə görə TutorLab mobil tətbiqi müəllim və valideynlər arasında elektron körpü rolunu oynayır. Yeni kurikulum sisteminə uyğun olaraq müəllim dərs dediyi şagird barədə mütəmadi olaraq valideynə övladının günlük davamiyyəti, dərs qiymətləndirilməsi və şagirdin günlük dərs performansına uyğun olaraq şərhlər qeyd edir. Bütün bunlar anlıq olaraq valideynə proqram vasitəsi ilə bildiriş (notification) şəklində göndərilir. Valideynd, həmçinin günün istənilən saatında övladının tədris prosesini izləyə, analiz edə və həftəlik, aylıq, illik olaraq övladının dərs performansını data olaraq əldə edə bilər. Davamiyyət və qiymətləndirilmənin sayəsində isə şagirdin 100 % üzərindən performans göstəricisi yaranır və faiz göstəricisinə görə ardıcıllıq formalaşır ki, bu da qrupda olan uşaqlar arasında sağlam rəqabətin formalaşmasına səbəb olur.
TutorLab proqramı sayəsində övladınızın təhsilinə daha rahat şəraitdə nəzarət edə biləcəksiniz. Bu nəzarətin sayəsində övladınızın qəbul imtahanında hansı balı toplayacağını öncədən təxmin edəcəksiniz. Həmçinin valideyn övladının təhsili üçün xərclədiyi müəyyən məbləğin boşuna sərf olunmadığına əmin olacaq.

Müəllimlər isə kağız daşıyıcılara, valideyn ilə əlavə telefon danışıqlarına və digər proseslərə sərf etdikləri zamana qənaət edəcəklər. Belə ki, bir qrup üçün davamiyyət və qiymətləndirilmənin aparılması cəmi iki dəqiqə vaxt aparır ki, bu da valideynə həmin anda bildiriş olaraq göndərilir. Lazım olduqda isə uşaqla bağlı hər hansı rəylər də yazıla bilər.
Gələcəkdə isə müəllim və valideynlər ilə bağlı xüsusi layihələrin icra edilməsi nəzərdə tutulmuşdur. İlkin mərhələdə innovativ müəllimlər arasında kiçik viktorinaların, intellektual oyunların, pedaqoji inkişafla bağlı bir neçə günlük müəllim düşərgələrinin təşkili və gələcəkdə təhsilə innovativ yanaşma ilə bağlı layihələrin dəstəklənməsi proqramlarının keçirilməsi planlaşdırılmışdır.
Qeyd edək ki, 24 avqust tarixində Elm və Təhsil naziri Emin Əmrullayev Şamaxı şəhərində vətəndaşların qəbulu zamanı TutorLab mobil proqramının yaradıcılarını qəbul edib. Bu mobil proqramın təhsilimizdə yeni innovativ yanaşma olduğunu qeyd edən nazir proqramın yeni tədris ilindən pilot layihə olaraq tətbiq edilməsinə dair tövsiyə və tapşırıqlarını verib. Sonda isə bu tip layihələrin təhsilimizin inkişafında mühüm layihə olacağını bildirərək yaradıcılara uğurlar arzu edib.
Proqram barədə ətraflı məlumatı TutorLab-ın rəsmi saytından(www.tutorlab.az) və sosial şəbəkələrindən (www.facebook.com/tutorlab.az, www.instagram.com/tutorlab.az)əldə edə biləsiniz.

TutorLab proqramını yükləmək üçün link: https://qrco.de/bcrCUJ
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!