Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ .....                        “Müəllim” sözünü düzgün yaza bilməyən müəllimlər... - Nazir .....                        Gizir Xanıya şəhidlik statusu verildi .....                        Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                        “Neftçi” xal itirdi .....                        Azərbaycanla Niderland arasında əməkdaşlıq müzakirə olundu .....                        Məktəbli çantalarını yükləyən Nazirlik deyil - Emin Əmrullayev .....                        Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                       
18-11-2024, 15:35
Ukraynada daha bir azərbaycanlı həlak oldu


Ukraynada daha bir azərbaycanlı həlak oldu

Ukraynada müharibədə daha bir azərbaycanlı həlak olub.
Bu, Ukrayna vətəndaşı, əslən Azərbaycanın Kürdəmir rayonundan olan, 1998-ci il təvəllüdlü Eminov Teymur Asif oğludur.
O, ötən həftə Donetsk vilayətinin Revnopol kəndində gedən döyüşlərdə həlak olub.
18-11-2024, 15:27
HƏMAS Türkiyəyə sığınıb? - RƏSMİ


HƏMAS Türkiyəyə sığınıb? - RƏSMİ

HƏMAS qruplaşmasının Siyasi Bürosunun Türkiyəyə köçürüldüyü barədə xəbərlər yayılıb.
Bir sıra ərəb mənbələri Qətərdəki Siyasi Büronun Türkiyəyə köçürüldüyünü iddia edib.
İddialar Qətərin İsrail-HƏMAS danışıqlarında vasitəçiliyi dayandırmasından sonra ortaya çıxıb.
Ancaq Türkiyə hökuməti sözügedən iddiaları təkzib edib. “HƏMAS Siyasi Bürosunun Türkiyəyə köçməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir”, - Türkiyə Xarici İşlər Nazirliyindən "Anadolu" agentliyinə bildirilib.
18-11-2024, 15:18
Qanun təsdiqləndi: Bu şəxsləri 15 ilədək həbs gözləyir


Qanun təsdiqləndi: Bu şəxsləri 15 ilədək həbs gözləyir

Prezident İlham Əliyev ekosistemə qəsdən genişmiqyaslı, uzunmüddətli və ciddi zərər vuranların 10 ildən 15 ilədək azadlıqdan məhrum edilməsini təsdiqləyib.
Dövlət başçısı bununla bağlı Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
Belə ki, Cinayət Məcəlləsinə “Ekosid” anlayışı əlavə edilib və bu cinayəti törədən şəxslər qanun çərçivəsində məsuliyyətə cəlb olunacaq. Dəyişikliklə bitki və ya heyvanlar aləminin kütləvi məhv edilməsi, atmosferin, torpaq və ya su ehtiyatlarının zəhərlənməsi, yaxud ekologiyaya ziyan vuran digər hərəkətlərin qəsdən törədilməsi, bu əməllər ekoloji fəlakətə səbəb olduqda və ya ekoloji fəlakətin baş verməsi üçün real təhlükə yaratdıqda – on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
18-11-2024, 15:04
Prezident onlara yüksək vəzifə verdi


Prezident onlara yüksək vəzifə verdi

Prezident İlham Əliyev yeni baş konsullar təyin
edib.
Prezidentin sərəncamı ilə Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.
Digər sərəncamlarla Vüqar İsrayıl oğlu Qurbanov ABŞ-nin Los-Anceles şəhərində, Ayxan Firudin oğlu Süleymanlı isə Qazaxıstan Respublikasının Aktau şəhərində ölkəmizin baş konsulu vəzifəsinə gətirilib.
Dövlət başçısının digər sərəncamı ilə Zamin Məmməd oğlu Əliyev Qars şəhərinə baş konsul təyin olunub.
18-11-2024, 15:04
Prezident onlara yüksək vəzifə verdi


Prezident onlara yüksək vəzifə verdi

Prezident İlham Əliyev yeni baş konsullar təyin
edib.
Prezidentin sərəncamı ilə Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.
Digər sərəncamlarla Vüqar İsrayıl oğlu Qurbanov ABŞ-nin Los-Anceles şəhərində, Ayxan Firudin oğlu Süleymanlı isə Qazaxıstan Respublikasının Aktau şəhərində ölkəmizin baş konsulu vəzifəsinə gətirilib.
Dövlət başçısının digər sərəncamı ilə Zamin Məmməd oğlu Əliyev Qars şəhərinə baş konsul təyin olunub.
18-11-2024, 05:44
“Sazlı-sözlü kəlağayı” Tiflisdə

“Sazlı-sözlü kəlağayı” Tiflisdə

Tbilisidə “Sazlı-sözlü kəlağayı günləri” adlı festival keçirilib.

Noyabrın 16-da Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində “Sazlı-sözlü kəlağayı günləri” adlı festival keçirilib. Azərbaycanın Gürcüstandakı Səfirliyinin, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin dəstəyi, Mirvarid Dilbazi Poeziya Məclisinin, Azərbaycan Kəlağayı Muzeyinin təşəbbüsü və təşkilatçılıgı ilə keçirilən layihə çərçivəsində “Kəlağayı yaşıl dünyaya töhfədir” adlı sərgi açılıb. Sərgidə yaşı əsrlərə söykənən qədimi kəlağayılarla yanaşı, Şəki və İsmayıllının məşhur Basqal qəsəbəsinin istehsalı olan müasir kəlağayılar, Güllü Eldar Tomarlının yaşıl dünyanı özündə əks etdirən əl işləri nümayiş etdirilib.
İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəmanlar üçün nəzərdə tutulan kəlağayılar iştirakçıların marağına səbəb olub. Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı deyib ki, şəhid Zaur İsmayılzadənin anası Sevil İsmayılzadə və şəhid Saleh Əliyevin anası Solmaz Əliyevanın Kəlağayı Muzeyinə təqdim etdikləri qədim kəlağayıların öz tarixi var. Bu kəlağayılar hər iki şəhidin gələcək həyat yoldaşları üçün saxlanılırdı. Lakin onlar şəhidlik zirvəsinə ucaldıqdan sonra hər iki ailə kəlağayını muzeyə təqdim edib.
Sərgidə yaşı bir əsrdən çox olan Aşıq Solmaz Kosayevaya məxsus kəlağayı, eləcə də üzərində Mirvarid Dilbazi, Pənahəli xan, Aşıq Ələsgər, Üzeyir Hacıbəyli, xan qızı Natəvan, Qasım bəy Zakirin fotolarının həkk olunduğu kəlağayılar muzeyin maraqlı eksponatları sırasında olub. Həmçinin satış üçün Basqal kəlağayıları da təqdim edilib.
Gürcüstanın və Azərbaycanın Dövlət himnləri səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva tədbirin əhəmiyyətindən danışıb.

Güllü Eldar Tomarlı çıxışında bildirib ki, Azərbaycan kəlağayısı 2014-cü ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Bəşəriyyətin qeyri maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu əlamətdar hadisənin 10 illik yubileyidir. Bu münasibətlə cari ildə Azərbaycanın bölgələrində, Sankt-Peterburqda festivallar, tədbirlər, sərgilər keçirilib. Bu cür tədbirlər ilin sonuna qədər davam edəcək.
Daha sonra sabiq deputat Ramiz Əliyev, müəllimlərdən- Fatma Aslan, Növrəstə Həsənoa, Mədinə Həsənova, Savalan Osmanlı, Vənnahar Qəhrəmanova , Nurlana Mehmanqızı, '' Ceyran'' rəqs ansamblının sədri Ceyran Qurbanova və başqaları çıxış edərək kəlağayının tarixi, Azərbaycan mədəniyyətinin inkişafında və təbliğindəki rolu, dünyada kəlağayıya olan marağın artması, barədə məlumat veriblər. 44 günlük vətən müharibəsi şəhidi Orxan Məhərrəmovun bacısı Nuray Nəbiyevaya Mirvarid Dilbazi Poeziya Məclisi tərəfindən qırmızı rəngli Basqal kəlağayısı hədiyyə olunub.
Tədbirdə aşıqlardan Nargilə Mehdiyevann, Nuray Nəbiyevanın, Rustavi şəhər 18 saylı məktəbin şagirdlərinin milli rəqsləri, kəlağayı haqqnda söylədikləri şeirləri tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. İmir Məmmədlinin tərcüməsində Güllü Eldar Tomarlınn kəlağayı haqqında şeirlərini Rustavi məkbliləri gürcü dilində səsləndirdilər.
Sonda xatirə şəkili çəkildi.

17-11-2024, 23:42
Cəlilabaddakı son vəziyyət açıqlandı


Cəlilabaddakı son vəziyyət açıqlandı

Cəlilabadda piyada keçidinin yola aşmış hissələri kəsilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri tərəfindən yerüstü piyada keçidinin yola aşmış hissələri kəsilib kənarlaşdırılaraq. Yolda sərbəst hərəkət bərpa olunub.
Qeyd edək ki, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb. Yük avtomobili yerüstü keçidə çırpılıb, yolda məhdudiyyət yaranıb, nəticədə keçid sıradan çıxıb.
17-11-2024, 23:20
Paşinyan hökumətində parçalanma: ard-arda istefa ərizələri yazıldı


Paşinyan hökumətində parçalanma: ard-arda istefa ərizələri yazıldı

Ermənistan hökumətində bir neçə yüksəkvəzifəli məmurun ard-arda istefa verməsi barədə xəbərlər yayılıb.
"shamshyan.com" saytı Ermənistanın ərazi idarəetmə və infrastrukturlar naziri Qnel Sanosyan və Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyanın istefa verdiyini yazıb.
Onların qısa müddət əvvəl Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdüyü bildirilir. Paşinyan adıçəkilən şəxslərlə sərt söhbət edib, bundan sonra onlar istefa ərizələrini təqdim ediblər.
“Radar Armenia” nəşri isə bildirib ki, daxili işlər naziri Vahe Kazaryan və İstintaq Komitəsinin rəhbəri Arqişti Kyaramyan da istefa veriblər. Paşinyanın onların fəaliyyətini tənqid etdiyi qeyd olunur.
Xəbərlər hələlik rəsmi təsdiqini tapmayıb. Qərarların tezliklə açıqlanacağı gözlənilir.
Bəzi erməni saytları Ermənistan hökuməti daxilində böhran yarandığını bildirir.
17-11-2024, 23:07
Zelenski liderlər sammitinə dəvət edilmədi


Zelenski liderlər sammitinə dəvət edilmədi

Ukrayna prezidenti Volodimir Zelenski Rio-de-Janeyroda keçiriləcək G20 dövlət başçılarının sammitinə dəvət olunmayıb.
Bu barədə Almaniya kansleri Olaf Şolts məlumat verib.
Kanslerin sözlərinə görə, o, Ukrayna prezidentini dəvət etmək üçün “çox çalışıb”.
“Gizlətmək istəmirəm ki, Ukrayna prezidenti digər görüşlərdən fərqli olaraq, dəvət olunmamasına görə çox təəssüflənirəm”, - Şolts sammitə getməzdən əvvəl jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Zelenskinin sammitə qatılmaması təşkilatın hansı “ciddi problem”lə üzləşdiyini göstərir.
Ukrayna G20-nin üzvü deyil, lakin Zelenski təşkilatın 2022-ci ildə keçirilən sammitinə dəvət olunub. 2023-cü ildə o, Hindistanda keçirilən sammitə də dəvət edilməyib.
G20 sammiti noyabrın 18-19-da keçiriləcək. Sammitdə Ukrayna və Yaxın Şərqdəki münaqişələrin, iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması və yoxsulluqla mübarizə məsələlərinin müzakirəsi planlaşdırılır.
17-11-2024, 21:53
Əli Əsədov "Barselona"nın prezidenti ilə görüş keçirdi


Əli Əsədov "Barselona"nın prezidenti ilə görüş keçirdi

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov İspaniyanın “Barselona” futbol klubunun Prezidenti Xuan Laporta ilə görüşüb.
Görüşdə X.Laportanın Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-da iştirakının əhəmiyyəti vurğulanıb.
Azərbaycan futbolunun inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, dünyanın aparıcı futbol klublarından biri olan “Barselona” ilə birgə layihələrin həyata keçirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Görüşdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövşən Nəcəf iştirak edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!