Dalğıc kurslarının buraxılış mərasimindən GÖRÜNTÜLƏR .....                        Güclü külək əsəcək - Əhaliyə XƏBƏRDARLIQ .....                        Rəqsanənin ərinə də cinayət işi açıldı .....                        Yeni səfir şeyxi İrana dəvət etdi .....                        Nazir sürət həddini aşdığı üçün cərimələndi .....                        Gəncədə ana və oğlu bıçaqlandı - Gəlin SAXLANILDI .....                        Tufandağda buzlaqlar sürətlə əriyir - FOTO .....                        Kəmaləddin Heydərov bu xanımı rəis təyin etdi .....                        Rusiyada əsgər anasının ürəyi oğlunun məzarı başında partladı .....                       
8-01-2024, 17:10
Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə irəliləyiş ehtimalı var


Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə irəliləyiş ehtimalı var

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə irəliləyiş ehtimalı var, lakin genişmiqyaslı müharibənin genişlənməsi və ya yenidən başlanması riski də yüksək olaraq qalacaq.
Bu barədə Amerikanın nüfuzlu “Stratfor” analitik mərkəzinin 2024-cü il üçün proqnozları ilə bağlı dərc etdiyi hesabatda deyilir.
"Ermənistan Qərblə artan siyasi əlaqələrindən və onun hərbi dəstəyindən Bakının tələblərinə qarşı çıxmaq üçün istifadə edəcək. Lakin İrəvanın təsir rıçaqlarının az olduğunu nəzərə alsaq, o, Bakının Cənubi Ermənistandan tranzit və sərhədlərin demarkasiyası tələblərini qəbul edəcək", - “Stratfor” bildirib.
Analitik mərkəz hesab edir ki, Azərbaycanla Rusiya arasındakı ikitərəfli münasibətlər və ticarət əlaqələri yeni səviyyəyə qalxacaq.
“Stratfor” analitikləri qeyd edib ki, Cənubi Qafqazda Şərq-Qərb tranziti əsasən Gürcüstan ərazisindən keçməklə davam edəcək, Bakı isə Rusiyanı İranla birləşdirən Şimal-Cənub infrastrukturunun inkişafına töhfə verəcək.
8-01-2024, 17:00
Belarus seçkilərə ATƏT müşahidəçilərini dəvət etməyəcək


Belarus seçkilərə ATƏT müşahidəçilərini dəvət etməyəcək

Belarus fevral ayında keçiriləcək parlament seçkilərinə ATƏT müşahidəçilərini dəvət etməyəcək.
Bu barədə Belarusun Vyanadakı beynəlxalq təşkilatlar yanında nümayəndəsi Andrey Dapkyunas videoəlaqə vasitəsilə jurnalistlərə deyib.
O, Belarusun Xarici İşlər Nazirliyinin göstərişi ilə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) direktoru Matteo Mekaççiyə bu barədə məlumat verdiyini bildirib.
Qeyd edək ki, Belarusda parlament seçkiləri bu il fevralın 25-də keçiriləcək.
8-01-2024, 16:23
Ümumdünya Səhiyyə TəşkilatI Qəzzaya dərman tədarükünü dayandırdı


Ümumdünya Səhiyyə TəşkilatI Qəzzaya dərman tədarükünü dayandırdı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) təhlükəsizlik təminatı ala bilmədiyinə görə, Qəzza zolağının şimalına dərman vasitələrinin tədarükünü dayandırıb.
ÜST-ün Fələstin ofisinin müvafiq açıqlaması xarici KİV-də məlumat yayılıb.
"Ağır bombardmanlar, hərəkət məhdudiyyətləri və rabitənin pozulması xüsusən, Qəzza zolağının şimalında, dərman və tibbi ləvazimatların mütəmadi və təhlükəsiz qaydada çatdırılmasını demək olar ki, mümkünsüz edib", - açıqlamada deyilir.
Bildirilib ki, bazar gününə planlaşdırılan, lakin ləğv olunan dərman tədarükü Qəzza zolağında beş xəstəxananın fəaliyyətini dəstəkləmək üçün nəzərdə tutulub.
Qeyd edək ki, BMT-nin məlumatına əsasən, hazırda Qəzza zolağında 36 xəstəxanadan yalnız 13-ü fəaliyyət göstərir.
8-01-2024, 16:16
Paytaxta qar yağacaq


Paytaxta qar yağacaq

Dünyada son illərin meteoroloji tədqiqatları göstərir ki, son onilliklərdə qış fəslində soyuq günlərin sayı azalır, isti günlərin sayı isə artır. Ölkəmizdə şaxtalı, qarlı günlərin sayının azalması, qışın daha mülayim keçməsi müşahidə olunur. Çoxillik meteoroloji muşahidələrə görə son 10 ildə yanvar ayında havanın orta aylıq temperaturu iqlim normasindan 0.1-2.1 dərəcə yüksək olub. Lakin, bəzi illərdə bununla yanaşı, anomal soyuq proseslər də müşahidə olunur.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
“Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra ölkəmizdə qış fəslinə xarakterik, qarlı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Belə ki, yanvarın 10-u şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir”.
Xidmət rəisinin sözlərinə görə, yağıntılı hava şəraiti yanvarın 12-si səhərədək fasilələrlə davam edəcək. Yanvarın 12-si axşam əsasən şimal və qərb rayonlarında, 13-ü axşamdan isə əksər rayonlarda havanın yenidən yağıntılı olacağı və 15-dək davam edəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə, xüsusilə Naxçıvan, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Dağlıq Şirvan, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara bölgələrində yağıntıların intensiv olacağı ehtimalı var. Yanvarın 14-15-də gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var:
“Bakıda və Abşeron yarımadasında yanvarın 10-da axşam hava şəraitinin yağıntılı olacağı, bəzi şəhərətrafı ərazilərdə sulu qara keçəcəyi, 13-ü axşamdan 15-dək isə bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir”.
N.Mahmudovun sözlərinə görə, yanvar ayının 10-da günün birinci yarısında Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, maksimal sürətinin 18-23 m/s, gecə və səhər bəzi yerlərdə arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir. Əhalini bir daha küləkli günlərdə ehtiyatlı olmağa çağırırıq.
8-01-2024, 15:52
Sülh və təhlükəsizliyin bərqərar olması üçün çox səy göstəririk - Kənani


Sülh və təhlükəsizliyin bərqərar olması üçün çox səy göstəririk - Kənani

İranın Cənubi Qafqaz regionundakı vəziyyət və dəhlizlərlə bağlı dəqiq mövqeyi var.
Bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani bildirib.
“Biz region ölkələrində sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması üçün çox səy göstəririk”, - deyə Kənani qeyd edib.
8-01-2024, 15:05
Bakıda həbs edilən Fransa casusuyla bağlı şokedici faktlar


Bakıda həbs edilən Fransa casusuyla bağlı şokedici faktlar

Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin Azərbaycanda apardığı casusluq fəaliyyətinə görə həbs olunmuş şəxslərdən birinin şəxsiyyəti məlum olub. Onun adı Martin Ryandır.
Bu barədə erməni əsilli Fransız jurnalist Leo Nicolian 07 yanvar 2024-cü ildə “X” (keçmiş Twitter) sosial platformasındakı rəsmi səhifəsində məlumat verib.
O qeyd edir ki, “Martin Ryan dekabrın 4-də Bakıda həbs edilib. Merkorama MMC-nin baş direktoru Martin Ryan casusluqda ittiham olunur. O, onu məxfi əməkdaşlığa məcbur edən, sonradan Bakıdan qovulmuş Fransanın 2 DGSE (Xarici Kəşfiyyat Baş İdarəsi) agenti tərəfindən istifadə (manipulyasiya) edilib.”
Fransa vətəndaşı Martin Ryanın 04 dekabrda Fransa kəşfiyyatının xeyrinə casusluğa görə həbs olunmaqla, hazırda Bakıda həbsdə olduğu məlum olur.
Qeyd edək ki, daha əvvəl qərb mətbuatında yayılmış məlumatlara əsasən, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 2023-cü il dekabr ayının əvvəlində həyata keçirdiyi araşdırmalar və həbslər nəticəsində Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub.
Qısa müddət ərzində bir qismi həmin vaxt və ya əvvəllər Azərbaycanda xidmət etmiş, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlanıb.
Azərbaycan tərəfi qeyd olunan həbslərlə bağlı hələ ki rəsmi açıqlama verməyib.
Məlum olduğu kimi 2023-cü il dekabr ayının 20-də Fransa Prezidenti Emanuel Makron Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad edib.
Daxili Təhlükəsizlik Baş İdarəsinə (DGSİ) rəhbərlik etmiş Nikolas Lerner isə Xarici Kəşfiyyat strukturuna yeni rəhbər təyin edilib.

8-01-2024, 14:52
226 iti daşıyan yük maşını saxlanıldı - 15 ilə qədər həbs cəzası veriləcək


226 iti daşıyan yük maşını saxlanıldı - 15 ilə qədər həbs cəzası veriləcək

İndoneziyada polis kəsim məntəqəsinə aparılan 226 iti daşıyan yük maşınını saxlayıb.
Mərkəzi Yava əyalətinin polisi heyvanları Surakartaya gedən yük maşınının arxasında bağlı və üst-üstə yığılmış vəziyyətdə tapıb.
Səlahiyyətlilər marşrut haqqında məlumat aldıqdan sonra sürücülər həbs olunub. Onları təhlükəli malların paylanmasına və Heyvanların Mühafizəsi Qanununa zidd hərəkətlərə görə 15 ilə qədər həbs cəzası gözləyir.



8-01-2024, 13:49
Əməkdar artist dəfn olundu


Əməkdar artist dəfn olundu

Əməkdar artist Aygün Bəylər (Hümmətova) dəfn olunub.
Mərhum Suraxanı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun ailə üzvləri, sənət adamları iştirak ediblər.
8-01-2024, 13:37
Putinin dəstəklənməsi üçün 1,3 milyondan çox imza toplandı


Putinin dəstəklənməsi üçün 1,3 milyondan çox imza toplandı

Rusiyanın hazırkı prezidenti və prezidentliyə namizəd Vladimir Putinin seçki qərargahının həmsədri Maryana Lısenko bildirib ki, hazırda onun namizədliyinin dəstəklənməsi üçün 1,3 milyondan çox imza toplanıb.
Lısenko bu rəqəmin artacağına ümid etdiyini bildirib.
“Dekabrın 30-dan könüllülər ilk toplanmış sənədləri mərkəzi qərargaha çatdırmağa başlamışdılar, orada sənədlər yoxlanılır, hüquq xidməti tərəfindən işlənir və könüllülər onların sayını hesablayırlar”, - deyə Lısenko bildirib.
O xatırladıb ki, imzatoplama dekabrın 23-də başlayıb və yanvarın 31-dək davam edəcək.
Rusiyada Prezident seçkiləri martın 17-də keçiriləcək.
8-01-2024, 13:26
İranda yaşayış binası uçdu: Ölən və yaralananlar var


İranda yaşayış binası uçdu: Ölən və yaralananlar var

İranın paytaxtı Tehran şəhərinin cənubunda yaşayış binası uçub.
Bu barədə yerli "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Səhər saatlarında üçmərtəbəli yaşayış binasının uçması ilə bağlı məlumat daxil olub.
Hadisə nəticəsində 1 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilib.
Yaralananlar tibb müəssisələrinə çatdırılıb, qəza baş verən ərazidə axtarış-xilasetmə işləri davam etdirilir və hadisənin başvermə səbəbləri araşdırılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!