Britaniyadan razı qalmadım - Tramp .....                        Torpaq çərşənbəniz mübarək! .....                        İrandakı müharibə nə vaxt başa çatacaq? .....                        İran Avropa ölkəsini təhdid etdi: cavab verəcəyik! .....                        Bakı metrosunda YENİ QADAĞA .....                        Avropa Birliyi Ermənistana xüsusi qrup göndərir - Rusiyaya qarşı .....                        İranda öldürülən növbəti general .....                        ABŞ səfirliyinə hücum - partlayışlar olub .....                        Müctəba Xamenei sağdır, yoxsa ölüb? - Trampdan müəmmalı açıqlama .....                       
7-03-2026, 19:51
Erməni mediasında yalanlar və gerçəklər


Erməni mediasında

yalanlar və gerçəklər


Martın 7-də Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi, "Cosmoline" Tərcümə və Araşdırma Mərkəzi və Müvəkkil Hüquq Mərkəzinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan həqiqətləri erməni mediasında: yalanlar və gerçəklər” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov Qərbi Azərbaycan mövzusunun araşdırılmasının və bu istiqamətdə obyektiv məlumatların ictimaiyyətə çatdırılmasının əhəmiyyətindən danışıb:
"Müxtəlif dövrlərdə Qərbi Azərbaycanla bağlı məlumatlar təhrif edilərək təqdim olunub və bu səbəbdən məsələyə hüquqi, eləcə də tarixi baxımdan yanaşmaq xüsusi əhəmiyyət kəsb edir. O vurğulayıb ki, mövzu ilə bağlı arxiv materiallarının, beynəlxalq sənədlərin və tarixi mənbələrin araşdırılması həqiqətlərin ortaya çıxarılmasına kömək edir".

Tədbirdə çıxış edən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Cəlalova mövzunun elmi əsaslarla araşdırılmasının vacibliyini vurğulayıb:
"Ermənilər təkcə tarixi torpaqlarımıza deyil, həm də xalqımızın milli-mənəvi dəyərlərinə sahib çıxmağa cəhd göstəriblər. Onlar Azərbaycan xalqının zəngin mədəni irsinin tərkib hissəsi olan bir çox incəsənət nümunələrini, musiqi əsərlərini, xüsusilə də məşhur “Sarı gəlin” kimi xalq mahnılarını öz adlarına çıxarmağa çalışıblar. Eyni zamanda, Qərbi Azərbaycan mövzusu ilə bağlı erməni mənbələrində yayılan məlumatların böyük bir hissəsi saxtalaşdırılmış və təhrif olunmuş şəkildə təqdim edilir. Bu kimi iddiaların həqiqi mahiyyətini ortaya qoymaq üçün geniş, bir o qədər də dərin elmi araşdırmalar aparılmalı, müxtəlif tarixi və elmi mənbələr arasında müqayisəli təhlillər həyata keçirilməlidir. Belə yanaşma həm tarixi həqiqətlərin üzə çıxarılmasına, həm də Azərbaycanın mədəni və tarixi irsinin qorunmasına xidmət edir".

"Cosmoline" Tərcümə və Araşdırma Mərkəzinin icraçı direktoru Tünzalə Əsədova çıxış edərək, erməni mənbələrində Qərbi Azərbaycanla bağlı yer alan məlumatların araşdırıldığını bildirib. Onun sözlərinə görə, layihə çərçivəsində erməni dilində yayımlanan materiallar tərcümə edilərək müqayisəli təhlil aparılıb:
"Saxtalaşdırılmış və təhrif olunmuş məlumatların üzə çıxarılması üçün dərin araşdırmalar aparmaq, faktları müqayisəli şəkildə təhlil etmək vacibdir. Əsədova əlavə edib ki, bu layihə gələcəkdə həyata keçiriləcək digər perspektivli təşəbbüslərin başlanğıcı hesab oluna bilər".

Tədbirə ev sahibliyi edən, BAMF prezidenti Umud Mirzəyev çıxışında bildirib ki, Bakı tarixən beynəlmiləl şəhər kimi tanınıb. Onun sözlərinə görə, Ermənistan cəmiyyətində uzun illər anti-türk və anti-Azərbaycan ideologiyası təbliğ olunub:
"Azərbaycan ziyalıları tarix boyu bu ideoloji təzyiqlərlə üzləşib və Qərbi Azərbaycanın tanınmış şəxsiyyətlərinin həyat və fəaliyyətini əks etdirən layihələrin hazırlanması vacibdir. Habelə BAMF olaraq daima bu mövzuları prioritet hesab edib, işıqlandırmışıq".

Qərbi Azərbaycan İcmasının aparat rəhbəri Qalib Qasımov isə nitqində vurğulayıb ki, Ermənistan mediasında Qərbi Azərbaycan mövzusunda yayılan məlumatların diqqətlə izlənilməsinin vacibdir. O bildirib ki, müxtəlif dövrlərdə bu ərazilərdən on minlərlə azərbaycanlı zorla köçürülüb və bu faktlar tarixi sənədlərlə təsdiqlənir. Qasımov əlavə edib ki, Qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışı məsələsi beynəlxalq hüquq normaları çərçivəsində müzakirə olunur.

Qərbi Azərbaycan İcmasının gənclərlə iş üzrə məsul şəxsi Anar İrzaquliyev çıxış edərək tarixi yaddaşın qorunmasının vacibliyini vurğulayıb və gənclərin ata-baba yurdlarının tarixini öyrənməsinin əhəmiyyətini qeyd edib.

"Cosmoline" Tərcümə və Araşdırma Mərkəzinin Qafqaz regionu üzrə eksperti, layihə rəhbəri, baş tərcüməçi Həsən Əhmədov isə erməni mediasında Qərbi Azərbaycanla bağlı yayılan bəzi materialların təhrif olunduğunu diqqətə çatdırıb. O bildirib ki, hazırlanan təqdimatda həm Ermənistan iqtidarının, həm də müxalifətinin mövzuya yanaşması araşdırılıb.

Tədbirdə Azərbaycan Dillər Universitetinin tələbləri, tarixçi-alim Məmməd Vəliyev, "Salam" Kənd İcmasının rəhbəri Anar Osmanov və "Bütöv Azərbaycan" qəzetinin təsisçisi, baş redaktoru Tamxil Ziyəddinoğlu çıxış edərək Qərbi Azərbaycan mövzusu ilə bağlı xatirələrini bölüşüb, belə bir məsələnin araşdırılmasının vacibliyini vurğulayıblar.

Tədbir zamanı Həsən Əhmədovun müəllifi olduğu, saxtalaşdırılmış materiallara dair videoçarx nümayiş olunub.
Sonda xatirə fotosu çəkilib.






7-03-2026, 18:32
Metroda cibgirlik edən şəxs saxlanıldı


Metroda cibgirlik edən şəxs saxlanıldı

Martın 4-də metro stansiyalarının birində oğurluq hadisəsi qeydə alınıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bir qadın polisə müraciət edərək qatarda olarkən çantasından sənəd, kartlar olan pul kisəsi və mobil telefonunun oğurlandığını bildirib.
Metropolitendə Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı E.Qasımov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
7-03-2026, 17:58
İsrail SEPAH-a məxsus 16 təyyarəni məhv edib


İsrail SEPAH-a məxsus 16 təyyarəni məhv edib

Tehranın Mehrabad hava limanında SEPAH-a məxsus 16 təyyarə məhv edilib.
Bu barədə İsrail Hərbi Hava Qüvvələri bildirib
Təyyarələrdən Livandakı "Hizbullah"a silah təchizatı üçün istifadə olunub.
7-03-2026, 17:50
Beşmərtəbəli bina dağıldı - 10 nəfər öldü


Beşmərtəbəli bina dağıldı - 10 nəfər öldü

Rusiya raket zərbəsi nəticəsində Xarkovda beşmərtəbəli bina dağılıb.
Ölənlərin sayı 10-a çatıb.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, onlar arasında iki uşaq - 13 yaşlı qız və 9 yaşlı oğlan da var. 16 nəfər isə yaralanıb.
Ölən və yaralananların axtarışı davam edir.
7-03-2026, 17:43
Ölənlərin sayı 41-ə çatdı


Ölənlərin sayı 41-ə çatdı

İsrail ordusunun Livanın şərqindəki Nəbi Çit kəndi və ətraf ərazilərində keçirdiyi əməliyyat nəticəsində ölənlərin sayı 41-ə çatıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.
Bəyanata görə, daha 40 nəfər yaralanıb. Əvvəlki məlumatlarda 29 ölüm hadisəsi qeydə alınıb.
Qeyd edək ki,Əl-Hadath telekanalı əvvəllər İsrail komandoslarının 1986-cı ildə əsir götürülmüş şturman Ron Aradı tapmaq və geri qaytarmaq məqsədi ilə dörd helikopterdən Nəbi Çit yaxınlığındakı dağlıq əraziyə eniş etdiyini bildirmişdi. Əsgərlər İsrail pilotunun qalıqlarının dəfn olunduğu Əl-Şokr ailə qəbiristanlığına doğru yola düşüblər, lakin "Hizbullah" döyüşçüləri və yerli sakinlər tərəfindən pusquya salınıblar. Qrupun döyüş zonasından geri çəkilməsini təmin etmək üçün təyyarələr və helikopterlər Nəbi Çitə onlarla zərbə endiriblər.
7-03-2026, 17:40
İran daha bir tankeri vurdu


İran daha bir tankeri vurdu

İran Körfəzdə tankerə hücum edib.
Bu barədə Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Bildirilib ki, şənbə günü Marşal adaları bayrağı altında üzən tanker körfəzdə hücum dronunun zərbəsinə məruz qalıb.
Bundan sonra, Böyük Britaniya Dəniz Ticarət Ofisi (UKMTO) Səudiyyə Ərəbistanının Cubeyl şəhərindən 10 dəniz mili şimalda yerləşən körfəzdə baş verə biləcək mümkün hadisələrlə bağlı xəbərdarlıq edib.
7-03-2026, 17:35
İranda iki Ayətullah yeni Ali Rəhbər üçün ÇAĞIRIŞ ETDİ


İranda iki Ayətullah yeni Ali Rəhbər üçün ÇAĞIRIŞ ETDİ

İranının iki nüfuzlu Ayətullahı İslam Respublikasının yeni Ali Liderinin seçkilərinin sürətləndirilməsini tələb edib.
Ayətullah Məkarim Şirazinin sözlərinə görə, bu vacib məsələnin vaxtında həlli milli hakimiyyəti gücləndirəcək və işlərin ümumi təşkilini yaxşılaşdıracaq.
Məkarim Şirazi Ekspertlər Şurasının üzvlərinə ünvanladığı mesajda sistem Ali Rəhbərin seçilməsini sürətləndirməyə çağırıb..
Öz növbəsində, Ayətullah Nuri Həmədani İranın yeni Ali Liderinin andiçmə mərasiminin sürətləndirilməsini gözlədiyini vurğulayıb.
Ayətullah Həmədani hesab edir ki, bu, "eyni zamanda düşməni məğlub etməyə və hazırda ölkə daxilində mövcud olan milli birlik və həmrəyliyi qorumağa, eləcə də İranı təcavüzkarlardan müdafiə edən güclü silahlı qüvvələri dəstəkləməyə" imkan verəcək.
O bununla bağlı Ekspertlər Şurasına müraciət edərək, təcili qərar verməyə çağırıb: “İnşallah, hamı bu qərara tabe olacaq”.
Martın 4-də İran Ekspertlər Şurası ölkəninyeni liderinin seçilməsi prosesinə başlayıb. Varislə bağlı yekun qərar Şura Katibliyi vasitəsilə elan ediləcək.
Ekspertlər Şurası dövlətin Ali Liderinin təyin edilməsindən məsul olan məsləhətçi orqandır. O, səkkiz illik müddətə seçilən 88 ruhanidən ibarətdir.
Ölkə Konstitusiyasının 111-ci maddəsinə əsasən, Ekspertlər Şurası mövcud liderin ölümü, istefası və ya vəzifədən kənarlaşdırılması halında mümkün qədər tez yeni lider təyin etməyə borcludur.
Xarici media mərhum Ayətullah Əli Xameneinin oğlu Müctəba Xameneini Ali Lider vəzifəsi uğrunda mübarizədə aparıcı namizədlərdən biri kimi təqdim edir.
7-03-2026, 17:31
Hindistan Rusiyaya qoyulan sanksiyalardan imtina edəcək


Hindistan Rusiyaya qoyulan sanksiyalardan imtina edəcək

Hindistan Rusiyadan təbii qaz alacaq.
Hindistan Yaxın Şərq böhranı fonunda Rusiyadan mayeləşdirilmiş təbii qaz almağa başlaya bilər.
Hindistan hakimiyyəti neft ehtiyatlarının artmağa davam etməsi səbəbindən hazırda benzin və dizel yanacağının qiymətlərini qaldırmağı planlaşdırmadıqlarını bildirib.
Lakin Hindistan Rusiyadan mayeləşdirilmiş təbii qaz almağı düşünür və artıq Səudiyyə Ərəbistanının Yanbu limanından bir neçə partiya neft sifariş edib.
7-03-2026, 17:28
Azərbaycan Özbəkistanla strateji müttəfiqliyi genişləndirəcək


Azərbaycan Özbəkistanla strateji müttəfiqliyi genişləndirəcək

Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Özbəkistan xarici işlər naziri Bəxtiyor Saidovarasında görüş keçirilib.
Bu barədə XİN-in X hesabında paylaşım edilib.
Bildirilib ki, nazirlər Azərbaycan-Özbəkistan strateji müttəfiqliyi, siyasi, iqtisadi və regional əlaqələr sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri, eləcə də Türk Dövlətləri Təşkilatı çərçivəsində koordinasiya ilə bağlı mövzuları müzakirə ediblər.
Yaxın Şərqdə davam edən hərbi eskalasiya ilə bağlı da fikir mübadiləsi aparılıb.
7-03-2026, 17:25
Ermənistanda Konstitusiyaya yeni dəyişikliklər müzakirə olunur


Ermənistanda Konstitusiyaya yeni dəyişikliklər müzakirə olunur

Ermənistan Respublikasının ədliyyə naziri Srbuhi Qalyanın sədrliyi ilə Konstitusiya İslahatları Şurasının növbəti iclası keçirildi.
Bu barədə Ermənistan Ədliyyə Nazirliyi məlumat verib.
İclas zamanı Şura üzvləri məhkəmə sistemi ilə bağlı qaydaların müzakirəsini davam etdiriblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!