Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                       
23-04-2026, 09:31
Avro, rubl ucuzlaşdı, dollar, lirə isə....

Avro, rubl ucuzlaşdı, dollar, lirə isə....

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Aprelin 23-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi isə 0,0378 manat təşkil edib. Avro 1.9890 manatadək, Rusiyanın 100 rublu isə 2.2640 manatadək ucuzlaşıb.

Valyuta Kod Kurs
1 ABŞ dolları USD 1,7
1 Avro EUR 1,989
1 Avstraliya dolları AUD 1,2151
1 Belarus rublu BYN 0,5824
1 BƏƏ dirhəmi AED 0,4628
100 Cənubi Koreya vonu KRW 0,1148
1 Çexiya kronu CZK 0,0816
1 Çin yuanı CNY 0,2488
1 Danimarka kronu DKK 0,2661
1 Gürcüstan larisi GEL 0,6318
1 Honq Konq dolları HKD 0,2171
1 Hindistan rupisi INR 0,0181
1 Britaniya funt sterlinqi GBP 2,2932
1 İsveç kronu SEK 0,184
1 İsveçrə frankı CHF 2,1641
1 İsrail şekeli ILS 0,5665
1 Kanada dolları CAD 1,2435
1 Küveyt dinarı KWD 5,5146
100 Qazaxıstan tengəsi KZT 0,3667
1 Qətər Realı QAR 0,4663
1 Qırğızıstan somu KGS 0,0194
100 Macarıstan forinti HUF 0,5443
1 Moldova leyi MDL 0,0984
1 Norveç kronu NOK 0,1827
100 Özbəkistan somu UZS 0,0141
100 Pakistan rupisi PKR 0,6083
1 Polşa zlotısı PLN 0,4684
1 Rumıniya leyi RON 0,3908
100 Rusiya rublu RUB 2,264
1 Serbiya dinarı RSD 0,0169
1 Sinqapur dolları SGD 1,3317
1 Səudiyyə Ərəbistanı rialı SAR 0,4533
1 SDR (BVF-nin xüsusi borcalma hüquqları) xdr 2,3327
1 Türkiyə lirəsi TRY 0,0378
1 Türkmənistan manatı TMT 0,4857
1 Ukrayna qrivnası UAH 0,0387
100 Yaponiya yeni JPY 1,0655
1 Yeni Zelandiya dolları NZD 1,0005
1 Qızıl XAU 7998,305
1 Gümüş XAG 129,606
1 Platin XPT 3471,647
1 Palladium XPD 2599,547
23-04-2026, 09:31
Avro, rubl ucuzlaşdı, dollar, lirə isə....

Avro, rubl ucuzlaşdı, dollar, lirə isə....

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Aprelin 23-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi isə 0,0378 manat təşkil edib. Avro 1.9890 manatadək, Rusiyanın 100 rublu isə 2.2640 manatadək ucuzlaşıb.

Valyuta Kod Kurs
1 ABŞ dolları USD 1,7
1 Avro EUR 1,989
1 Avstraliya dolları AUD 1,2151
1 Belarus rublu BYN 0,5824
1 BƏƏ dirhəmi AED 0,4628
100 Cənubi Koreya vonu KRW 0,1148
1 Çexiya kronu CZK 0,0816
1 Çin yuanı CNY 0,2488
1 Danimarka kronu DKK 0,2661
1 Gürcüstan larisi GEL 0,6318
1 Honq Konq dolları HKD 0,2171
1 Hindistan rupisi INR 0,0181
1 Britaniya funt sterlinqi GBP 2,2932
1 İsveç kronu SEK 0,184
1 İsveçrə frankı CHF 2,1641
1 İsrail şekeli ILS 0,5665
1 Kanada dolları CAD 1,2435
1 Küveyt dinarı KWD 5,5146
100 Qazaxıstan tengəsi KZT 0,3667
1 Qətər Realı QAR 0,4663
1 Qırğızıstan somu KGS 0,0194
100 Macarıstan forinti HUF 0,5443
1 Moldova leyi MDL 0,0984
1 Norveç kronu NOK 0,1827
100 Özbəkistan somu UZS 0,0141
100 Pakistan rupisi PKR 0,6083
1 Polşa zlotısı PLN 0,4684
1 Rumıniya leyi RON 0,3908
100 Rusiya rublu RUB 2,264
1 Serbiya dinarı RSD 0,0169
1 Sinqapur dolları SGD 1,3317
1 Səudiyyə Ərəbistanı rialı SAR 0,4533
1 SDR (BVF-nin xüsusi borcalma hüquqları) xdr 2,3327
1 Türkiyə lirəsi TRY 0,0378
1 Türkmənistan manatı TMT 0,4857
1 Ukrayna qrivnası UAH 0,0387
100 Yaponiya yeni JPY 1,0655
1 Yeni Zelandiya dolları NZD 1,0005
1 Qızıl XAU 7998,305
1 Gümüş XAG 129,606
1 Platin XPT 3471,647
1 Palladium XPD 2599,547
23-04-2026, 08:15
Nadir Diridağlının "Saralmış" xatirələri

Nadir Diridağlının

"Saralmış" xatirələri


Bəzən dilsiz, ağızsız bir kağız parçası, hətta saralmış bir foto belə illərin içində itən izlərə yol göstərir... Hansı bədii proqramı hazırladığımı xatırlamıram, ilin hansı fəsli olduğunu da bilmirəm. Amma bir həqiqət dəyişməz qalır: o xatirənin ünvanı Xəzər studiyası idi.Yanımda isə bədii qiraətin ustadı - ömrünü çəkiliş meydançalarına, radio dalğalarına, dublyaj otaqlarının səssiz sehrinə həsr etmiş Həsən Əbluç əyləşmişdi. Onun səsi sanki zamanın dərin qatlarından süzülüb gələn bir nəfəs idi. Hər kəlməsi yaddaşlara toxunan, hər pauzası ürəklərdə iz buraxan ecazkar və doğma səs. 1942-ci ilin bu günündə dünyaya göz açan, kökü Güneyə bağlı olan Həsən müəllimin baxışlarında qəribə bir nisgil, bir də tükənməz həyat eşqi vardı. İndi o anları xatırlayanda, saralmış xatirələr yenidən boy verir.Kağız susur, foto danışır… və bir səs - uzaqlardan gələn o doğma, kövrək səs – yaddaşın dərinliyində təzədən səslənir.Ruhu şad, məkanı cənnət olsun...
23-04-2026, 04:24
Şəhla Cabbarlı yazır


Şəhla Cabbarlı yazır:

Artıq Paşinyan yeni konstitusiya haqqında danışmağa başladı. O deyir ki, yeni konstitusiyamız müstəqillik bəyannaməmizə istinad etməli deyil.
Bu nə deməkdir? Deməli, Ermənistanda həmin bəyannamədə Qarabağın da, Azərbaycanın bəzi regionlarının da Ermənistana birləşdirilməsi məqsədi var.
Əgər ona istinad edilsə, o zaman sülh müqaviləsi olmayacaq, yeni müharibələr olacaq və o başa düşür ki, bununla da Ermənistan yox ola bilər.
Əslində Paşinyan Ermənistanı qoruyan biridir. O düşünür ki, sülh bağlayım, Azərbaycanın ərazi bütövlüyünü tanıyım, onlar da Ermənistanın ərazi bütövlüyünü tanısınlar, bizə bəsdir. Bununla da özümüzü sığortalamış olacağıq. Üstəlik də dəhliz keçsin, ölkəmə pul gəlsin.
Ermənistan üçün ağıllı düşünür. Amma ermənilər olduqca radikaldırlar, qan, gen sözünü deyir və yenidən Qarabağ şüarları səsləndirirlər, sosial şəbəkələrdə aktivləşiblər. Xüsusən də, Rusiyada yaşayanlar, ora ilə əlaqələri olanlar...
P. S. Ermənistanda konstitusiya dəyişikliyi tələbini ilk təmaslar başlayanda Azərbaycan tərəfi edib və bu tələbə görə sülh müqaviləsi prosesi uzanr.
Çünki o konstitusiya ilə sülh müqaviləsi bağlana bilməz. Orada müstəqillik bəyannaməsinə istinad edilib və torpaqarımıza qarşı iddia var.
23-04-2026, 04:13
ABŞ kəşfiyyatı təkzib etdi

ABŞ kəşfiyyatı

təkzib etdi


İran ABŞ hakimiyyətinin açıq şəkildə etiraf etdiyindən xeyli daha böyük hərbi imkanlarını qoruyub saxlayır.
Bu barədə “CBS Nyus” ABŞ kəşfiyyat məlumatları ilə tanış olan rəsmilərə istinadən məlumat verib.
Onların sözlərinə görə, aprelin əvvəlində əldə olunan atəşkəs zamanı İranın sərəncamında ballistik raket arsenalının təxminən yarısı, eləcə də müvafiq buraxılış qurğuları qalmaqda idi:
“Bu qiymətləndirmə Donald Tramp administrasiyasının daha əvvəl verdiyi açıqlamalarla ziddiyyət təşkil edir. Həmin açıqlamalarda deyilirdi ki, zərbələr nəticəsində İranın hərbi potensialı əhəmiyyətli dərəcədə zəiflədilib”.
Mənbələr qeyd edir ki, vurulan ziyana baxmayaraq, Tehran raket sistemlərindən istifadə də daxil olmaqla, gələcək hərbi əməliyyatlar aparmaq qabiliyyətini qoruyub saxlayır.
22-04-2026, 17:34
Metrodakı insidentə görə cəzalandırılan var

Metrodakı insidentə görə

cəzalandırılan var


Dünən təxminən saat 12:10 radələrində Bakı metrosunun "Ulduz-Nərimanov" mənzilinin aralıq kabelində baş vermiş qısaqapanma nəticəsində təmas şəbəkəsinə gərginliyin verilməsində kəsinti yaranıb. Nəticədə saat 15:00-a kimi Bakı Metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq olunub və bu səbəbdən minlərlə sərnişinin gediş-gəlişinə problem yaranıb.
Qaynarinfo xəbər verir ki, Bakı Metropoliteni QSC-nin sədri Vüsal Aslanov hadisəyə görə bir neçə vəzifəli şəxsi vəzifəsindən kənarlaşdırıb və bəzilərinə töhmət elan olunub.
Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov isə sözügedən mövzu ilə bağlı belə cavab verib:
"Hazırda hadisə ilə bağlı texniki araşdırma aparılır".
Mətbuat katibi onu da bildirib ki, bundan sonra, "Bakı Metropoliteni"ndə qatarların hərəkəti, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi və ən vacibi bir daha belə bir hadisənin təkrarlanmaması üçün ən vacib və doğru qərarlar qəbul ediləcək.
22-04-2026, 14:38
Onu sevgi və ehtiramla anırıq


Onu sevgi və

ehtiramla anırıq


Bu gün tanınmış aktyor və rejissor, bədii qiraət ustası, pedaqoq, Əməkdar artist Həsən Əblucun anadan olmasının 84-cü ildönümüdür.
H.Əbluc Tofiq Kazımov kimi istedadlı rejissorun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında hazırladığı tamaşalarda ikinci rejissor işləyib, həm də onun kursunda təhsilini davam etdirib. 3-cü kursda oxuyanda Akademik Dram Teatrına işə dəvət olunub. Ona səhnə danışığından Müxlis Cənizadə dərs deyib. O, Həsənin gözəl danışığına, sənətinə, diksiyasına, savadına görə onu assistent götürüb. Həsən Əbluc 30 il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində bir pedaqoq kimi gənclərə sənətin sirlərini öyrədib.
Vaxtilə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda Azərbaycan qrupu yaradılmışdı. Məşhur aktyor, rejissor Yevgeni Motfeyev həmin qrupun rəhbəri idi. Ayda bir həftə səhnə danışığından dərs demək üçün Həsən Əblucu Moskvaya dəvət edirdilər.
Həsən Əbluc gözəl, ecazkar, cəlbedici, inandırıcı səsi ilə qəlbi sözə bağlı olanların sevimlisinə çevrilmişdi. O, radio tamaşalarında da saysız-hesabsız baş rollarda oynamışdır. Dublyaj filmlərində bütün rejissorlar baş rolları səsləndirməyi H.Əbluca həvalə edirdilər. Çünki o, dublyajda da öz möhürünü vurmuşdu.
Həm müəllim, həm rejissor, həm də aktyor olan Həsən Əbluc, eyni zamanda, biri-birindən maraqlı hekayələr, dram əsərləri yazıb.
O, cəmi 52 il yaşadı. Ruhu şad olsun!
22-04-2026, 14:15
YAP yeni namizədlərini müəyyənləşdirib

YAP yeni namizədlərini

müəyyənləşdirib


Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib, partiyanın MSK üzvlüyünə yeni namizədləri müəyyənləşib.
İclasda Azərbaycan Respublikası Seçki Məcəlləsinin 24-cü maddəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü seçilmək üçün Yeni Azərbaycan Partiyasının namizədlərinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməsi məsələsinə baxılıb.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP-ı MSK-da təmsil edəcək namizədləri İdarə Heyətinin müzakirəsinə təqdim edib. Pənahov Məzahir Məhəmməd oğlu, Qasımov Rövzət Afət oğlu, İbrahimov Ramiz Hilal oğlu, Paşayev Hüseyn Məmməd oğlu, Məmmədov Elmar Eldar oğlu və Abdullayeva Sevinc Qurban qızının Mərkəzi Seçki Komissiyasının əsas, Mustafayeva Elnarə Eyyub qızının isə əvəzedici üzvü seçilməsi üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verilməsi barədə qərar qəbul edilib.
22-04-2026, 08:56
Trampın zehni qabiliyyətli sorğulanır

Trampın zehni

qabiliyyətli sorğulanır


ABŞ-lıların əksəriyyəti Trampın zehni qabiliyyətlərinin zəiflədiyini düşünür - SORĞU
ABŞ-də aparılan sorğunun nəticələrinə görə, vətəndaşların böyük hissəsi Prezident Donald Trampın zehni və idrak qabiliyyətlərinin zəiflədiyini hesab edir.
Sorğu "Reuters" agentliyi və "Ipsos" beynəlxalq tədqiqat xidməti tərəfindən keçirilib.
Məlumata görə, respondentlərin əhəmiyyətli hissəsi 79 yaşlı siyasətçinin İranla müharibə fonunda və Roma Papası ilə yaşanan gərginlik zamanı emosional sabitliyini qorumaq qabiliyyətinə şübhə ilə yanaşır.
Sorğu nəticələri göstərir ki, ictimai rəydə Trampın liderlik qabiliyyəti və psixoloji dayanıqlığı ilə bağlı narahatlıqlar artmaqdadır.
22-04-2026, 08:51
Türkiyə ilə bağlı açıqlama aydınlaşdı

Türkiyə ilə bağlı

açıqlama aydınlaşdı


Avropa Komissiyası Ursula Fon der Lyayen Türkiyə ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirilib.
Deyib ki, Türkiyənin adı çəkilməsi onun geosiyasi təsirinin, miqyasının və ambisiyalarının, xüsusilə Qərbi Balkanlarda rolunun tanınması deməkdir və bu, hər hansı başqa ölkə ilə müqayisə məqsədi daşımır.
Açıqlamada vurğulanıb ki, Avropa İttifaqı Türkiyəni həm iqtisadi, həm də siyasi baxımdan mühüm tərəfdaş hesab edir və xüsusilə nəqliyyat əlaqələri və miqrasiya sahəsində əməkdaşlıq ön plandadır. Türkiyə eyni zamanda NATO üzrə vacib müttəfiq və Avropa İttifaqına namizəd ölkədir və bu da onu dialoq üçün əsas tərəfdaşlardan birinə çevirir.
Xatırladaq ki, daha əvvəl Ursula Fon der Lyayen Avropa İttifaqının elə bir məkan formalaşdırmalı olduğunu bildirib ki, bu məkan Rusiya Federasiyası, Türkiyə və Çin Xalq Respublikası kimi ölkələrin təsiri altında qalmasın.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!