Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                       
28-04-2026, 09:32
Gəmilərə xəbərdarlıq edilib


Gəmilərə xəbərdarlıq edilib

Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib
Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
DDLA-dan verilən məlumata görə, xəbərdarlığa əsasən, aprelin 27-i axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan şimal-qərb və şimal küləyi aprelin 29-dək davam edəcək. "Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir", - məlumatda qeyd olunur.
Dalğanın hündürlüyünün 3.5-4.5 m. çatacağı proqnozlaşdırılır.
28-04-2026, 09:27
23 uşaq qaçırılıb

23 uşaq qaçırılıb

Silahlı şəxslər mərkəzi Nigeriyanın cənubunda Kogi ştatındakı “Dahallukitab School Group” uşaq evindən 23 uşağı qaçırıblar.
Təxminən 15 uşaq xilas edilib, səkkiz uşaq isə itkin düşmüş hesab olunur. Bu barədə hakimiyyət orqanları bazar ertəsi bildirib.
Nigeriyada müntəzəm olaraq kütləvi oğurluqlar baş verir. Bu hadisələr adətən fidyə tələb edən və təhlükəsiz olmayan kənd yerlərində həssas qrupları hədəf alan cinayətkar dəstələr tərəfindən törədilir.
Kogi ştatının informasiya komissarı Kingsli Fanvonun sözlərinə görə, uşaq evi direktorunun həyat yoldaşı da qaçırılıb.
“Qalan səkkiz qurbanın azad edilməsi və cinayətkarların tutulması üçün intensiv əməliyyatlar aparılır.”
28-04-2026, 09:24
“Brent” neft bahalaşmaqda davam edir


“Brent” neft bahalaşmaqda davam edir

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin iyul müqaviləsinin dəyəri 0,95% artaraq 1 barelə görə 102,66 ABŞ dolları təşkil edib. Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin iyun ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti isə 1,11% artaraq 97,44 ABŞ dollarına bərabər olub.
28-04-2026, 09:18
Səfir nazirliyə çağırılıb

Səfir nazirliyə çağırılıb

İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa məlumat verib.
"Dost Ukrayna-İsrail münasibətləri hər iki ölkə üçün faydalıdır. Hayfaya oğurlanmış mallar çatdıran gəmi ilə bağlı Ukraynanın qanuni tələbinə İsrailin adekvat cavab verməməsini başa düşmək çətindir. İndi Hayfaya başqa bir belə gəmi gəldiyinə görə, biz bir daha İsraili oğurlanmış taxılı qəbul etməməsi və münasibətlərimizə zərər verməməsi barədə xəbərdar edirik. Bu kontekstdə biz artıq İsrail səfirini rəsmi olaraq Ukrayna Xarici İşlər Nazirliyinə çağırmışıq. Sabah etiraz notamızı təqdim edəcəyik və müvafiq tədbirlərin görülməsini tələb edəcəyik", - deyə o qeyd edib.
28-04-2026, 09:13
Baş məşqçi "getdi"


Baş məşqçi "getdi"

Türkiyənin Superliqasl təmsilçisi “Fənərbağça” baş məşqçi Domeniko Tedeskonu istefaya göndərib.
Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Baş məşqçi ilə yanaşı idman direktoru Devin Özək və futbol üzrə koordinator Berke Çələbi ilə də əməkdaşlığa son qoyulub. Xatırladaq ki, Tedesko keçən ilin sentyabrından “Fənərbağça”nı çalışdırırdı. Ötən gün “Fənərbağça”nın “Qalatasaray”a çempionluq yolunda böyük hesabla uduzması mütəxəssisin işindən narazılığı daha da artırmışdı.
28-04-2026, 08:47
Azərbaycanın döyünən ürəyi-Can Qardaş!

Azərbaycanın döyünən

ürəyi-Can Qardaş!


Ləzgilər – Azərbaycanın döyünən ürəyi, sarsılmaz gücü
Sən ləzgisən əsrlərin sərt qayasında yoğrulmuş bir millətsən.
Sənə tərs deyəcəklər, inadkar deyəcəklər qoy desinlər!
Çünki sənin tərsliyin diz çökməməkdir,
sənin inadın əsarətə qarşı qiyamdır!
Sən tarix boyu boyun əyməmisən!
Qafqazın sərt dağları sənin qalaların olub,
qayalar sənin sipərin, qılıncın sənin dilin olub!
Hər qayada adın var, hər zirvədə izin var.
Dağlar sənin hayqırtını, çaylar sənin qəzəbini daşıyır
Çar Rusunun zülmünə qarşı sən bir xalq yox bir tufan olmusan.
İllərlə, əsrlərlə amansız mübarizə aparıb
düşmənin ürəyinə qorxu salmısan.
Rusların qorxulu yuxusu olmusan ey qəhrəman ləzgi.
Sənin adın çəkiləndə tarix susur, düşmən titrəyir!
İbrahimxəlil xanın ordusunda irəli atılan aslanlar sənsən!
Fətəli xanın barışmaz ordu gücü sənsən!
Cavad xanın qalasında son damla qana qədər
düşmənə sipər olan sənsən, ləzgi.
Sən yalnız keçmiş deyilsən sən bu günsən
Sənin igid oğulların Qarabağ savaşlarında
ölümü gözünə alıb zəfər yazanlardır.
Polkovnik Rəşad Aslanov!
Polkovnik Tehran Mənsimov!
General Yaşar Aydəmirov!
Qəhrəman Çingiz Qurbanov!

Yüzlərlə şəhidin, qazin və adları yazmadigim minlərlə qəhrəman oğulların var.
Sənin damarında axan qan üsyandır, qeyrətdir, şərəfdir!
Sənin ruhun barışmazdır sınmazdır əyilməzdir!
Və mən varam Polkovnik Bəhram Ağakişiyev!
Bu torpağın, bu qeyrətin, bu mübarizənin davamıyam!
Sən vüqarlısan!
Sən əyilməzsən!
Sən Azərbaycanımın dağ kimi duran,
tarix yazan, sarsılmaz, sındırılmaz gücüsən!
28-04-2026, 07:09
Afət Möhbalı yazır:


Afət Möhbalı yazır:

"Bütöv Azərbaycan bir arzu deyil, bir hökmdür; Böyük Turan bir xülya deyil, bir gerçəkləşəcək çağırışdır!"
"Düşmən istəsə də, satqın gizlənsə də — haqq yolunda addımlayan millət dayanmaz!"
"Bizi parçalamağa çalışanlar bilməlidirlər: Hər parçalanan qəlbdə bir Bütöv Azərbaycan doğulur."
"Böyük Turan bir gün qurulacaq; o gün, ona qarşı çıxanlar utandıqları üçün başlarını qaldıra bilməyəcəklər!"
"Türk birliyi bir ehtimal deyil, bir taledir — bu tale qarşısında nə daxili xəyanət, nə xarici düşmən duruş gətirə bilməz."
"Bizi durdurmağa çalışanlar bilməlidirlər: Biz durduqca torpaq yox, tarix silkələnər!"
28-04-2026, 06:56
Uğurlarınız bol, yolunuz açıq olsun!


Uğurlarınız bol,

yolunuz açıq olsun!


Ata-baba yurdu Qərbi Azərbaycanın Mığrı (Meğri) rayonunun Nüvədi kəndindən olan Züriyə Qarayeva Ruslan qızını səmimi qəlbdən təbrik edirik.
Onun Mərkəzi Seçki Komissiyasının əvəzedici üzvü kimi yüksək etimada layiq görülməsi doğma yurdumuzun övladlarının hər sahədə fəallığının və ləyaqətinin göstəricisidir.
Züriyə xanıma bu məsuliyyətli və şərəfli vəzifəsində uğurlar, möhkəm iradə və dövlətçiliyimizə layiqli xidmət arzulayırıq.
Eyni zamanda, ata-baba yurdumuz Nüvədi və bütövlükdə Qərbi Azərbaycan torpaqlarına qayıdış ümidimizin daim yaşadığını vurğulayır, o müqəddəs qayıdış günlərinin uzaqda olmadığına inanırıq.
Uğurlarınız bol, yolunuz açıq olsun!
Bə-Rəhman Səfiyar Oğlu Zairov
27-04-2026, 22:34
VƏTƏNƏ SƏDAQƏT NÜMUNƏSİ...


VƏTƏNƏ SƏDAQƏT

NÜMUNƏSİ...


Dünya hərb tarixinə qızıl hərflərlə yazılan böyük zəfərlər sırasına xalqımızın adını öz qanları, canları, sağlamlıqları hesabına həkk etdirən oğullarımızın şücaəti qarşısında baş əyərək, bir yazar olaraq çiyinlərimdəki yükü qismən də olsa azaltmaq istədim...

* * *

Vətən müharibəsi yenicə başlayanda təkcə Azərbaycan mətbuatında deyil, başqa ölkələrin nüfuzlu mətbuat orqanlarında da manşetlərə belə bir xəbər çıxdı: “Türkiyədə çalışan 45 azərbaycanlı həkim hərbçilərimizə tibbi yardım göstərmək üçün Azərbaycana yola düşüb”.
Azərbaycanlı həkim heyəti 2020-ci il oktyabrın 10-da Ankaranın Esenboğa Hava Limanından yola salınmışdı.
Həkim soydaşlarımızın belə ağır, taleyüklü gündə Vətənimizə dönməsi Türkiyədəki Azərbaycanlı Həkimlər Dərnəyinin təşkilatçılığı və Azərbaycanın Ankaradakı səfirliyinin dəstəyi ilə həyata keçirilmişdi. Onların təşəbbüsü ilə qardaş ölkədə toplanan 2 tona yaxın tibbi ləvazimat da ölkəmizə gətirilmişdi.
Gənc həkimlərimiz Azərbaycana döndüklərini üçrəngli bayrağımıza bürünərək Esenboğa Hava Limanında nümayiş etdirmişdilər.
* * *

Bu yazıda haqqında bəhs edəcəyim qəhrəmanım 44 günlük Vətən müharibəsində könüllü olaraq böyük fədakarlıq göstərən, Türkiyədəki işini yarımçıq qoyub Vətənin dar gününə özünü çatdırmağı oğul borcu bilən həmin həkimlərdən biridir. O mənim əziz müəllimlərim Kamil müəllim və Kifayət müəllimənin yeganə oğul övladı, Lor-cərrah doktor Bəhruz Kamil oğlu Əhmədovdur.
Bəhruz Azərbaycan Tibb Universitetini bitirərək rezidentura təhsili almış və onu Türkiyədə tanıdan ilk Azərbaycanlı həkimdir.
Orada yaxşı işi-gücü, dostları vardı... Elə orada yüksəlişə doğru həyatına davam edə bilərdi...
2020-ci il 27 sentyabr tarixində xalqımızın Qarabağ torpaqlarının azad edilməsi yolunda savaşa qalxması Bəhruzun da damarlarında qanını coşdurdu.
Bəhruz Vətən ağrısını öz canında daşıyaraq böyüyən uşaqlardan idi. 6 yaşında dədə-baba yurdu Qubadlının Diləli Müskanlı kəndini məcburi tərk etmişdi.
Babaları isə Qərbi Azərbaycandan daşnakların xəyanəti nəticəsində bu kəndə gəlib yurd salanlardan olmuşdular. Bu ağrı böyüdükcə onu daha da göynədirdi. Və nəhayət gözlədiyi gün gəlib çatdı. Heç kəslə məsləhətləşmədən, valideynlərinə belə xəbərdarlıq etmədən qərarını verdi. Vətənpərvər həkim dostları ilə birlikdə Türkiyədəki Azərbaycanlı Həkimlər Dərnəyinin təşkilatçılığı və Azərbaycanın Ankaradakı səfirliyinin dəstəyi ilə Azərbaycana qayıdıb Vətən müharibəsində döyüşən əsgərlərimizə könüllü tibbi yardım göstərmək qərarına gəldilər.
Heç kəsə sirr deyil, bu o zamanlar idi ki, əksər imkanlı valideynlər öz övladlarını xarici dövlətlərə “təhsil, iş, müalicə” adıyla göndərərək, bu tarixi-məsuliyyətdən yaxalarını kənara çəkmişdilər. Nə xoş ki, xalqımızın Zəfər tarixinə öz adlarını ləyaqətlə yazdıran oğullar içərisində bizim dəyərli Bəhruz Əhmədov, Elçin Yəhyayev, İsmayıl Mustafazadə, Orxan Əlizadə və minlərlə belə oğullarımız var və bir ömür boyu başıuca-üzüağ gəzmək haqqını öz fədakarlıqları ilə qazanıblar.
“Qaynarinfo.az saytında bizi Böyük Zəfərimizə doğru aparan qanlı-qadalı döyüşlərin canlı şahidləri və iştirakçıları olan doktor Bəhruz Əhmədovun və anestezioloq Elçin Yəhyayevin xatirələri əsasında hazırlanan bir material oxumuşdum. Müəllif onları “tibb kəşfiyyatçıları” adlandırmaqda haqlı idi.
Cəbhənin dörd bir tərəfində qızğın döyüş getdiyi bir zamanda geyim, ərzaq və tibbi yardıma ehtiyacı olan döyüşçülərə gecə ay işığında həyatlarını təhlükəyə ataraq yardıma tələsən həkimlər həqiqətən kəşfiyyatçı idilər.
Könüllü həkim briqadasına təhlükəsizlik baxımından qaynar nöqtələrə getməyə icazə verilmədiyi üçün onlar əvvəl Füzuli şəhər xəstəxanasında fəaliyyət göstərirlər. Sonra isə inadkarlıq göstərərək, müvafiq qurumlara dəfələrlə müraciət edib Şuşada döyüş bölgəsinə ən yaxın ərazidə yerləşməyə nail olurlar. Qarajlardan birini tibb məntəqəsinə çevirib fəaliyyətə başlayırlar. Burada hər gün ən azı 30-40 yaralıya tibbi yardım göstərirlər.
Dövlətin və yerli həkimlərin də dəstəyindən yararlanaraq fəaliyyətlərini daha da genişləndirib Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Şuşa uğrunda döyüşlər zamanı ən qaynar nöqtələrə gizli yollarla gedərək yardımlarını əsirgəmirlər.
Bəhruzun və həmkarlarının ön cəbhədəki şərəfli peşə fəaliyyətləri 2020-ci il noyabrın 14-dək davam edir...
* * *

Ən çox təsirləndiyim hadisə çox böyük risk tələb edən bir addımları olmuşdu. Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə Milli Qəhrəmanımız Əliyar Əliyevin oğlu Emin Əliyevin dəstəsinə isti geyim, dərman və tibbi ləvazimatlar apararkən düşmənin qırıcıları tərəfindən atılan bombalar yaxınlıqlarına düşsə də, xoşbəxtlikdən xəsarət almamış və yardımı çox çətinliklə çatdıra bilmişlər.
Bəhruz doktor doğulub doyunca yaşaya bilmədiyi Diləli Müskanlı kəndinə gedib evlərini, kəndi ziyarət etməyə də fürsət tapmışdı. Onu da qeyd edim ki, Bəhruz 30 il işğal altında, bizimçün əlçatmaz olan kəndimizə gedib oradan məlumatlar gətirib paylaşımlar edən ilk sakinimizdir. Ora ayaq basanda hansı hissləri keçirdiyini təsəvvür edirəm, lakin 6 yaşlı bir uşağın yaddaşına bu kəndin, evin necə həkk olunması məni çox kövrəltdi... Bu, ailədən qaynaqlanan bir örnəkdir, irsən keçən yurda bağlılıq hissidir. Əhsən belə övlad tərbiyə edən valideynlərə!..

* * *

Bəhruz doktorun atası Kamil müəllim təkcə Qubadlı rayonunun deyil, respublikamızın adlı-sanlı riyaziyyat müəllimlərindəndir. Onun zəhməti sayəsində rayonumuzda böyük bir riyaziyyatçı ordusu yetişib desəm, səhv etmərəm. Neçələri Respublika olimpiadalarının qalibi olublar.
Uzun illər Qubadlı Rayon Təhsil Şöbəsində çalışan Kamil müəllim müdrik insan, gözəl ziyalı olmaqla yanaşı, kəndin sayılıb-seçilən ağsaqqallarındandır. Kifayət müəllimə ilə birgə Vətənimizə layiqli üç ağıllı-kamallı övlad böyüdüb tərbiyə ediblər. Artıq nənə-baba kimi nəvə sevincini yaşayırlar.

* * *

Bəhruz doktor həm də imkansızlara əl tutmaqdan mənəvi zövq alaraq rahatlıq tapan, bunu qətiyyən dilinə gətirib nümayiş elətdirməyi xoşlamayan xeyirxah bir insandır. Dəfələrlə respublikamızdakı uşaq evlərinə, müharibədən əziyyət çəkən Qəzza bölgəsindəki kimsəsiz uşaqlara yardımlar göstərmişdir və bu gün də xeyirxahlıq missiyasını davam etdirməkdədir...
Hazırda Bəhruz doktor öz ixtisası üzrə respublikamızda yetərincə tanınır. Onun vətənpərvərliyi, eləcə də peşəsi ilə bağlı müxtəlif saytlarda və kütləvi informasiya vasitələrində müəyyən qədər yazılar verilmişdir. Bir çox təltiflərə - Heydər Əliyev Fondu, Azərbaycanın Türkiyədəki Səfirliyi, 707 saylı Hərbi hissə rəhbərliyi, TƏBİB, Azərbaycan Otorinolarinqologiya Cəmiyyəti tərəfindən Təşəkkürnamə və Fəxri Fərmanlara layiq görülmüşdür. Lakin bunu təəssüflə vurğulamağı özümə borc bilirəm: görünür, bu cür oğullarımızın fədakar əməyi biz qələm adamları tərəfindən layiqincə təbliğ olunmayıb ki, dövlət qurumlarının diqqətindən kənarda qalıblar. Nəinki layiqincə qiymətləndirilməyiblər, heç Vətən müharibəsi iştirakçısı statusları belə yoxdur. Axı bu, onların halal haqqıdır. İllər sonra nəvələrinin, nəticələrinin babalarının fədakarlığı ilə qürur duymaq və bu yolu seçmək haqqıdır...
Bəlkə də bu fikirlərim Bəhruz doktorun və həmkarlarının xoşuna gəlməz. Çünki onları bura çəkib gətirən Vətən eşqi idi, heç bir təmənna düşünməmişdilər... Lakin mənə elə gəlir, gələcək nəsillərə örnək olan bu oğulların hər biri öz layiqli qiymətini almalıdır ki, qəhrəmanlıq məktəbimizin yetirmələri tükənməsin. Gənclərimizin milli ruhda yetişməsinə bu addımımızla böyük töhfə vermiş olarıq.
Bu fədakarlıqlar tarixi və bədii ədəbiyyatlarımıza salınıb, dərs vəsaitləri şəklində məktəblərimizdə təbliğ olunmalıdır. Unutmamalıyıq ki, bugünkü qəhrəmanlarımız tarixi qəhrəmanlarımızın xələfləridir. Qarabağımızı 44 günə azad edib dünyanı heyrətə gətirən bu oğulların – Şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin, könüllü həkimlərimizin qanını coşduran da məhz tarixən Vətən uğrunda göz qırpmadan canını fəda edən və etməyə hazır olan vətən oğullarının şücaəti olmuşdur.
* * *

İllər keçəcək, lakin həyatlarının ən gözəl çağlarında özlərini odun-alovun içərisinə atmaqdan çəkinməyən bu fədakar həkimlər ağrının şiddətindən inildəyən, arxada qoyub gəldikləri körpələrini, xəstə, yaşlı valideynlərini, gözü yolda qalan sevdiklərini bircə dəfə görmək arzusu ilə son ümid yeri kimi onların üzünə baxıb imdad diləyən igid döyüşçülərimizin simasını daim xatırlayacaq, hər dəfə xatırladıqca da o anlara qayıdıb həmin dəhşətləri bir daha xəyallarında “yaşamalı” olacaqlar...
Qələbə alınmır, qələbə qazanılır. Lakin belə qazanılır... İtirilmiş oğulların, itirilmiş sağlamlığın, acı göz yaşlarını içinə sıxıb göynəyən anaların, bacıların, ömür-gün yoldaşlarının, xoşbəxt olmaq arzusu çilik-çilik olmuş gənc qızlarımızın, göz yaşı saqqalından süzülən babaların, ataların, “atamı istəyirəm” deyib hıç
qıran körpələrin sayəsində!
* * *
Bizim üzərimizə düşən budur ki, belə oğullarımızın Vətənin azadlığı yolunda xidmətlərini yaddaşlara, yazılı ədəbiyyatlara həkk edək, gələcək nəsillərə nümunə olaraq ötürək.

Çünki düşmən bu rüsvayçı məğlubiyyətdən elə sarsılıb ki, hələ də barışmaq istəmirlər bu vəziyyətlə. Ulu babalarımız necə demişdilər: “Bizim qılıncımız hər zaman başımızın altında olmalıdır”... Müharibə etmək üçün yox, yadellilərə dərs vermək üçün...

Aliyə QABİLQIZI,
tədqiqatçı
27-04-2026, 18:26
Xarici diplomatlar Xankəndi ilə tanış oldular

Xarici diplomatlar

Xankəndi ilə tanış oldular
- FOTO


Aprelin 27-də Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin əməkdaşları Xankəndi şəhərinə səfər edib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, səfər çərçivəsində qonaqlara şəhərdə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq layihələri barədə ətraflı məlumat verilib və bildirilib ki, Xankəndidə infrastrukturun yenilənməsi, müasir şəhər mühitinin formalaşdırılması istiqamətində işlər ardıcıl şəkildə davam etdirilir. Bərpa-quruculuq tədbirləri ilə yanaşı, doğma yurdlarından köçkün düşmüş sakinlərin Xankəndiyə qayıdışı da təmin olunur. Artıq şəhərlə yanaşı, Kərkicahan qəsəbəsinə köç prosesi həyata keçirilib və bu istiqamətdə tədbirlər mərhələli şəkildə davam etdirilir. Diplomatik nümayəndələr şəhər gəzintisi zamanı Zəfər meydanı və Qarabağ Universitetində olublar. Onlar ali təhsil müəssisəsinin fəaliyyəti və tələbələr üçün yaradılan şəraitlə də maraqlanıblar.





����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!