Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                       
3-05-2026, 08:08
Havalar pisləşəcək


Havalar pisləşəcək

Milli Hidrometeorologiya Xidməti mayın 3-də Bakıda və Abşeron yarımadasında, 3-4-də isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Qeyd edilb ki, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi, Naxçıvan MR, Mingəçevir, Gəncə, Naftalan, Goranboy, Neftçala, Salyan, Daşkəsən, Gədəbəy, Quba, Qusar, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Qobustan, Kəlbəcər, Laçın, Cəbrayıl, Füzuli, Zəngilanda isə şimal-şərq küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
3-05-2026, 07:42
Səbuhinn xatirəsi yad edildi

Səbuhinn xatirəsi yad edildi

Aprelin 30-da “Xocalı Soyqrımını Tanıtma” və “Vətənpərvərlər” Maarifləndirmə İB-nin birgə təşkilatçılığı ilə şəhid Səbuhi Əhmədovun xatirəsinə həsr olunmuş tədbir kçirildi. Tədbiri “Xocalı Soyqrımını Tanıtma” İB-nin sədri Şamil Sabiroğlu açaraq qonaqları salamladı. Sonra Dövlət Himnimiz səsləndi, torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Şamil müəllim şəhid Səbuhi Əhmədovun həyat hekayətini danışdı. Bildirdi ki, Azərbaycan Ordusunun şəhid giziri Səbuhi Əhmədov 21 dekabr 1996-cı ildə Sumqayıtda anadan olub. Valideyn himayəsindən məhrum olan Səbuhi qardaşı ilə birgə Bakı SOS Uşaq Kəndində böyüyüb. ADİU-nin nəzdində Qida Sənayesi Kollecində təhsil alıb. Səbuhi Əhmədov İkinci Vətən Müharibəsində iştirak edib və "Cəsur döyüşçü" medalı ilə təltif edilib. İgid Vətən oğlu 2022-ci ilin sentyabrında Azərbaycanda həyata keçirilən antiterror əməliyyatı zamanı Kəlbəcərdə şəhadətə ucalıb. Şəhidimiz Bakıda Hərbi Memorial Məzarlıqda dəfn olunub. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.
Sonra şəhidimizlə bağlı videoçarx nümayiş etdirildi.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə, "Vətənpərvərlər" Maarifləndirmə İB-nin sədri Aynur İsayeva, Qida Sənayesi Kollecinin direktor müavini Aytən Ağayeva, ictimai xadim Salman Əliyev, yazıçı - publisist Mətanət İmamquliyeva, "Xocalı Soyqırımını Tanıtma" İB-nin Qadınlar Şurası sədrinin müavini Aynurə Rüstəmova, AMEA Tarix İnstitutunun elmi işçisi, "Xocalı Soyqırımını Tanıtma" İB-nin İdarə Heyətinin üzvü Arzu Musayeva, Azərbaycan İncəsənət Məktəbinin direktoru Gülnar Əzimova, "Azərbaycan bayrağı" ordenli şəhid Feyruz Cəlilovun bacısı Ədilə Mustafayeva, Səbuhi Əhmədovun müəllimi Ülviyyə Eldarova, “Xocalı Soyqırımını Tanıtma" İB-nin üzvü Əziz İsmayılov, şəhidin döyüşçü dostu Ceyhun Hacıyev, yazıçı-publisist Mövsümağa Ədalətoğlu və başqaları çıxış etdilər. Millət vəkili Vüqar Rəhimzadə çıxışında bildirdi:
“Mən həmişə deyirəm ki, şəhidlərin ancaq doğum tarixləri olur. Onlar ölməzdilər, əbədi yaşayırlar. Şəhidlər torpağı qanları ilə Vətənə çevirən oğullardı və onlar bütün dünyada bizə baş ucalığı gətirdilər. Səbuhi Əhmədovun şəhid kimi müqəddəs adı əbədi olaraq tariximizə yazılıb və həmişə yaddaşımızda qalacaq!”

Tədbirdə vətənpərvərlik ruhunda yazılmış bir çox mahnıların bəstəkarı və ifaçısı Arif Səlimov şəhidlərə və Müzəffər Ali Baş Komandanımıza həsr etdiyi mahılarını ifa etdi. Şəhidlərlə bağlı kitabların müəllifi, Laçından olan yazıçı Lətifə Rəşid çıxışında şəhid Səbuhi Əhmədova və qazilərimizə həsr etdiyi şeirlərini söylədi. 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri şəhidlərimizə aid ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.
Mina RƏŞİD
2-05-2026, 23:48
Blokada yarıldı

Blokada yarıldı

Marşall adalarının bayrağı altında üzən və göyərtəsində Hindistana məxsus yük olan "MT Sarv Shakti" qazdaşıyan tankeri Hörmüz boğazını təhlükəsiz şəkildə keçib və ayın ortalarına qədər Hindistana çatacağı gözlənilir. Bu barədə Hindistanın ANİ agentliyi məlumat yayıb.
Agentliyin mənbələrinin məlumatına görə, 18-i Hindistan vətəndaşı olmaqla 20 ekipaj üzvünün olduğu və 46 313 ton mayeləşdirilmiş karbohidrogen qazı daşıyan "MT Sarv Shakti" gəmisi mayın 2-də Hörmüz boğazını keçib. Gəminin mayın 13-də Vişakhapatnama çatacağı proqnozlaşdırılır.
Fevralın 28-də ABŞ və İsrailin İrana qarşı müharibəsi başladıqdan sonra Tehran Hörmüz boğazını onlarla əlaqəli olan və İslam Respublikasına qarşı təcavüzü dəstəkləyən ölkələrin gəmiləri üçün bağlamaq qərarına gəlib. Münaqişə müddətində bir sıra tankerlər Tehranın icazəsi olmadan boğazdan keçdikləri üçün hücuma məruz qalıblar.
Martın 25-də İranın xarici işlər naziri Abbas Araqçı bildirib ki, İran Rusiya, Hindistan, İraq, Çin və Pakistan da daxil olmaqla dost ölkələrə Hörmüz boğazından keçməyə icazə verib.
2-05-2026, 15:52
Slovakiya Prezidenti Azərbaycana gələcək

Slovakiya Prezidenti

Azərbaycana gələcək


Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri planlaşdırılır.

Bu barədə Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov Şərqi Zəngəzur və Qarabağa səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) Slovakiya da təmsil olunacaq: baş nazirin müavini, eləcə də regional inkişaf naziri gələcək. Bundan əlavə, artıq may ayında, WUF ərəfəsində, parlament sədrinin səfəri gözlənilir. Həmçinin Slovakiya Prezidentinin Azərbaycana rəsmi səfəri planlaşdırılır”, - deyə səfir bildirib.
E.Qasımov qeyd edib ki, Slovakiya ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi üçün potensial mövcuddur: "Biz müdafiə sənayesi sahəsində, eləcə də infrastruktur layihələrində yaxşı əməkdaşlıq edirik”.
"Çox müsbət təəssüratlarım formalaşıb. Qarabağda artıq bir neçə dəfə olmuşam, buna görə ümumilikdə təəssüratlarım müsbətdir”, - deyə diplomat səfəri şərh edərkən əlavə edib.
Qeyd edək ki, mayın 1-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə Şərqi Zəngəzur və Qarabağa səfəri başlayıb.
Səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən çox səfir, diplomat, hərbi attaşe və digər nümayəndələr iştirak edirlər.

2-05-2026, 15:48
Azərbaycanla bağlı açıqlama


Azərbaycanla bağlı açıqlama

Ölkələrimiz arasında münasibətlər müxtəlif sahələr üzrə inkişaf edir və yaxın perspektivdə daha yüksək səviyyəyə çatdırılması mümkündür. Bunu Azərtac-a açıqlamasında İsrailin Azərbaycandakı səfiri Ronen Kraus deyib. Diplomat qeyd edib ki, Azərbaycanla İsrail arasında əməkdaşlıq kibertəhlükəsizlik, süni intellekt, turizm, aqrar və su texnologiyaları kimi istiqamətləri əhatə edir. “Kibertəhlükəsizlik əsas prioritetlərdən biridir. Süni intellekt isə münasibətlərə yeni əlavə olunan sahədir.” Ronen Kraus turizm sahəsində də müsbət dinamikanı diqqətə çatdırıb. Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycana səfər edən israilli turistlərin sayı təxminən 70 min nəfər olub və bu göstəricinin artacağı gözlənilir.
Səfir, həmçinin su resurslarının səmərəli idarə olunmasının xüsusi əhəmiyyət daşıdığını bildirərək, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün potensialın yüksək olduğunu qeyd edib.
2-05-2026, 09:28
Bu yolda mən varam!


Bu yolda mən varam!

Türkçülük və Turançılıq mənim üçün sadəcə bir ideologiya deyil, bu, həyatımın mənası, varoluş səbəbimdir. Uğrunda mübarizə apardığım bu yol, hər bir Türk övladının şərəfli gələcəyi naminə seçilmiş müqəddəs bir yoldur. Milli kimliyimizin, dilimizin, tariximizin, mədəniyyətimizin qorunması və gələcək nəsillərə doğru şəkildə çatdırılması üçün göstərdiyim səylər gündəlik fəaliyyətimin əsasını təşkil edir. Yazdıqlarım, paylaşdıqlarım, qatıldığım tədbirlər və təşkil etdiyim təşəbbüslər bir məqsədə – Türk dünyasının birliyinə xidmət edir.
Bəzən həyatın təbii axarı içində yaşadığım şəxsi çətinliklər mənə yorğunluq gətirsə də, ruhən və mənən daima milli ideallarımın keşiyindəyəm. Bəziləri məni yolumdan döndərmək, inamımı qırmaq istəsə də, əksinə bu cəhdlər məni daha da möhkəmləndirir.
Çünki mən bilirəm – bu yol asan yol deyil. Amma bu yol, “Qızıl Alma” yoludur. Bu yol, Bütöv Azərbaycanın, Böyük Turanın yoludur!
İdeallarımız böyükdür, ona görə də mübarizəmiz də böyük və qətiyyətli olmalıdır. Hər bir addım, hər bir səs, hər bir fikir bu birliyə xidmət etməlidir.
Bu yolda mən varam – inamla, əzmlə, ruh yüksəkliyi ilə. Və bu yolda sonadək irəliləməyə hazıram!
Tanrı Türkü qorusun!
2-05-2026, 09:04
ABŞ Qəzza missiyası bitir


ABŞ Qəzza missiyası bitir

ABŞ İsraildəki Mülki-Hərbi Koordinasiya Mərkəzini (CMCC) bağlayır. Bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Mərkəz İsrail və HƏMAS arasında atəşkəsə nəzarət etməli, həmçinin Qəzzaya humanitar yardımın çatdırılmasını koordinasiya etməli idi.
Bu qərar ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq nizamlanması planının dalana dirənməsi ilə əlaqələndirilir. Səbəblər arasında atəşkəsdən sonra İsrailin davam edən hücumları və HƏMAS-ın silahı yerə qoymaqdan imtina etməsi göstərilir.
CMCC-nin funksiyaları ABŞ komandanlığı altındakı Beynəlxalq Stabilləşdirmə Qrupuna veriləcək. ABŞ hərbi personalının sayı 190-dan 40-a endiriləcək, hərbçiləri isə digər ölkələrin mülki mütəxəssisləri əvəz edəcək. Qurumun gələcəkdə Beynəlxalq Qəzzaya Dəstək Mərkəzi adlandırılması ehtimal olunur.
2-05-2026, 08:57
Heydər Oğuzun kədərli proqnozu


Heydər Oğuzun

kədərli proqnozu


Bir çox Avropa ölkəsinin kəşfiyyat orqanları açıq şəkildə Ukrayna müharibəsinin daha 4-5 il davam etməsinin vacibliyindən danışır. Onların fikrincə, Avropa ölkələri yalnız bu müddət ərzində Rusiya ilə açıq döyüşlərə girməyə hazır olacaq. O zamana qədər isə Ukrayna Rusiya ilə savaşmalı və Moskvanın başını qatmaqla bərabər, həm də onu yaxşıca zəiflətməlidir. Bu sözləri bildirən politoloq Heydər Oğuz qeyd edib ki, 2022-ci ilin 24 fevralında Rusiya Ukraynaya hücum edərkən və bu müharibənin bir neçə günə başa çatacağı, yəni Rusiyanın işğalı tamamlayacağı iddiaları yayılanda müharibənin 2030-cu ilə qədər davam edəcəyini proqnozlaşdırıb:
“Mən bu proqnozu Avropa Birliyinin Rusiyadan aldığı neft və qaz məhsulları ilə bağlı proqrama əsasən vermişdim. Həmin proqramlarda Rusiyadan alınan enerji daşıyıcılarından tam şəkildə yalnız 2030-cu ildə imtina ediləcəyi planlaşdırılır. Bu məntiqlə müharibənin də 2030-cu ilə qədər davam edəcəyi təxmin edilirdi”.
Politoloq vurğulayıb ki, ötən gün “World Politics Review”də yayımlanan bir məqalədə də Ukrayna savaşının ən azı 2029-cu ilə qədər davam edəcəyi bildirilib:

“CNN və “Vaşinqton Post” kimi nüfuzlu informasiya kanallarının da əməkdaşı olan Frida Gitis yazır: “Müharibənin 2028-ci ilə qədər başa çatacağı ehtimalı azdır, ona görə də AB artıq 2029-cu ilə qədər Kiyevin maliyyəsini gücləndirmək üçün əlavə 117 milyard dollarlıq kredit paketi planlaşdırır”.
2-05-2026, 08:11
İsraildən Livana zərbə

İsraildən Livana zərbə

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin Livanın cənubundakı Habbuş yaşayış məntəqəsinə zərbə endirməsi nəticəsində azı 8 nəfər həlak olub, 6 nəfər isə yaralanıb. Bu barədə TASS-ın məlumatında deyilir.
Bildirilib ki, xilasedicilər təkrar hücumlardan ehtiyat etdikləri üçün dağıntıları təmizləmə işlərini dayandırmaq məcburiyyətində qalıblar.
1-05-2026, 23:42
Avropa liderlərinə açıq məktub

Avropa liderlərinə açıq məktub

Azərbaycan QHT-ləri Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenə, Avropa Şurasının prezidenti Antonio Kostaya, 8-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısında və Avropa İttifaqı-Ermənistan Zirvə Toplantısında iştirak edən dövlət və hökumət başçılarına açıq məktub ünvanlayıb.

Məktubun mətnini təqdim edirik:

“Hörmətli xanım Ursula fon der Lyayen,
Hörmətli cənab Antonio Kosta,


Hörmətli 8-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısında və Avropa İttifaqı-Ermənistan Zirvə Toplantısında iştirak edən dövlət və hökumət başçıları!

Cənubi Qafqaz ötən yay Vaşinqton Zirvə Görüşündən sonra böyük bir transformasiya yaşayır. Azərbaycan və Ermənistan davamlı sülhə doğru irəliləyir.
Avropa Cənubi Qafqazla əlaqələrini dərinləşdirdikcə, biz, aşağıda imza atan Azərbaycan vətəndaş cəmiyyəti və insan hüquqlarının müdafiəsi təşkilatlarının nümayəndələri, sizləri Azərbaycanla Ermənistan arasında sülh və normallaşma prosesini dəstəkləməyə, eyni zamanda, Azərbaycanın üzləşdiyi itkin düşmüş şəxslər və mina kimi humanitar problemlərə diqqət yetirməyə çağırırıq.
Hazırda I Qarabağ müharibəsindən bəri 71 nəfəri uşaq, 287 nəfəri qadın, 319 nəfəri ahıl olmaqla, təxminən 4000 Azərbaycan vətəndaşı itkin düşüb. Güclü dəlillər ortadadır ki, bu insanlar işgəncəyə məruz qalaraq öldürülüb, bu isə müharibə cinayətləridir.
30 ildən artıqdır ki, Ermənistan bu şəxslərin taleyi və kütləvi məzarların yeri barədə məlumat vermir. Bu 4 min nəfər itkin düşmüş şəxsin ailələrinin ağrı və əzabları beynəlxalq ictimaiyyət tərəfindən lazımi diqqətdən kənarda qalmış humanitar faciədir.
2020-ci ildə Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən bəri 32 kütləvi məzarlıq aşkar edilib. Bu kütləvi məzarlıqlardan aşkar edilmiş qalıqlar əsasında 91 nəfərin kimliyi müəyyən edilib və onlar dəfn olunub. Bu şəxslərin dəfnləri ailələri üçün çoxdan intizarında olduqları təskinlik yeri olub.
Bəzi erməni səhra komandirləri I Qarabağ müharibəsi zamanı öldürülən azərbaycanlıların kütləvi məzarlıqlarının yerləri barədə məlumatlara sahib olduqlarını bildiriblər. Sizi və bütün iştirakçıları çağırırıq ki, bu şəxsləri sorğu-sual etmək və kütləvi məzarlıqların yerləri barədə məlumatları Azərbaycana təqdim etmək üçün Ermənistana təzyiq edəsiniz.
Digər vacib humanitar problem Azərbaycanın azad edilmiş ərazilərinin minalarla çirklənməsidir. Ermənistanın tam və dəqiq mina xəritələrini təqdim etməkdən boyun qaçırması 2020-ci ildə II Qarabağ müharibəsinin bitməsindən bəri 400-dən çox insanın ölümünə və yaralanmasına səbəb olub. Bu "gizli müharibə" Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində yenidənqurma işlərini ləngidir və yüz minlərlə keçmiş məcburi köçkünün təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasına mane olur.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, sizi Ermənistanı itkin düşmüş azərbaycanlılar haqqında məlumatları açıqlamağa və Azərbaycanın azad olunmuş ərazilərinin dəqiq mina xəritələrini verməyə vadar etməyə dəvət edirik. Bu məsələlərin həlli etimad quruculuğu baxımından Ermənistan tərəfindən atıla biləcək praktiki addım ola bilər.

İnanmaq istərdik ki, Ermənistana qarşıdakı səfəriniz zamanı Azərbaycana ciddi təsir göstərən bu humanitar problemlərin həlli üçün Avropanın kollektiv qətiyyətini nümayiş etdirəcəksiniz.

İmzalar:

1. Ramil İskəndərli – Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri
2. Könül Behbudova – “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri
3. Əmir Əliyev – “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyinin sədri
4. Novella Cəfərova – “D.Əliyeva adına Azərbaycan Qadın Hüquqlarının Cəmiyyətinin Müdafiə Cəmiyyəti” İctimai Birliyinin sədri
5. Səadət Bənənyarlı - "Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi" İctimai Birliyinin sədri
6. Hafiz Səfixanov - “Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri
7. Rey Qasımov - “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri
8. Əliməmməd Nuriyev – Konstitusiya Araşdırmalar Fondunun rəhbəri
9. Səidə Qocamanlı - "İnsan Hüquqlarının və Qanunçuluğun Müdafiəsi" İctimai Birliyinin sədri
10. İradə Rzazadə - “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri
11. Oğuz Məmmədov - "Zəngi - Tarixi İrsin Öyrənilməsi" İctimai Birliyinin sədri
12. Fuad Məmmədov - “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Rəyasət Heyətinin sədri
13. Zaur İbrahimli - “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri
14. Xatirə Vəliyeva – Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü
15. Elşad Eyvazov – “Tərəfsiz Jurnalistlər” İctimai Birliyinin sədri
16. Sevinc Əlizadə - “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri
17. Umud Rəhimoğlu - Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri
18. Zaur Məmmədov - “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin sədri
19. Ayaz Mirzəyev – “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri
20. Hacı Abdulla – “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri
21. Fariz Xəlilli – "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri
22. Lalə Sərdarlı – “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyinin sədri
23. Şəhla Nağıyeva - "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyinin sədri
24. Tünzalə Abdullalimova - "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri
25. Fəridə Mirişova - “İz” Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyinin sədri
26. Ceyran Həsənova - "Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri
27. Xalid Kazımov - “Regional İnsan Hüquqları və Media Mərkəzi" İctimai Birliyinin sədri
28. Kəramət İsmayılov –"İqtisadi və Sosial İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri
29. Fikrət Yusifov – “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri
30. Aqil Camal - "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri
31. Şəlalə Həsənova - “İctimaiyyətlə əlaqələrin inkişafına dəstək” İctimai Birliyinin sədri
32. Varis Yolçiyev - Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru
33. Xətai Ələsgərov - “Dədə Ələsgər Ocağı" İctimai Birliyinin sədri
34. Dilqəm Əhməd – "Çapar" Milli İrsin Tədqiqi Mərkəzi İctimai Birliyinin sədri
35. Cəsarət Hüseynzadə - “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!