Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                       
30-04-2026, 07:34
Rusiya helikopterlərinə zərbə endirildi


Rusiya helikopterlərinə

zərbə endirildi


Ukrayna hərbçiləri pilotsuz uçuş aparatları vasitəsilə Rusiyanın Voronej vilayətində yerləşdirilmiş “Mi-28” və “Mi-17” döyüş helikopterlərinə zərbə endirib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert “Madyar” Brovdin məlumat yayıb.
Onun sözlərinə görə, zərbə 4 ədəd “Mi-28” və “Mi-17” helikopterinin yerləşdiyi eniş-qalxış meydançasına endirilib.
Pilotsuz Sistemlər Qüvvələrinin bölmələri Rusiyanın Voronej vilayətində, təmas xəttindən 150 kilometr məsafədə yerləşən ərazidə iki “Mi-28” və “Mi-17” helikopterini vurub. Həmin ərazidə helikopterlər yanacaqla təmin olunur, həmçinin uçuşlararası texniki baxış keçirilirdi. Zərbələr əsas pərləri yan keçərək mühərrik bölməsinin arxa mərkəzi hissəsinə endirilib”, – deyə komandan dəqiqləşdirib.
Hücum nəticəsində helikopterlərə xidmət göstərən mütəxəssislərdən azı biri həlak olub.
Qeyd edək ki, Rusiyanın “Mi-28” zərbə helikopteri zirehli texnikanın, canlı qüvvənin və aşağı hündürlükdə uçan hava hədəflərinin məhv edilməsi üçün nəzərdə tutulub. O top silahları və idarəolunan raketlərlə təchiz edilib, həmçinin günün istənilən vaxtında və mürəkkəb hava şəraitində tapşırıqları yerinə yetirə bilir.
“Mi-28” helikopterlərindən Rusiya qoşunları döyüş əməliyyatları zamanı, o cümlədən quru əməliyyatlarına dəstək məqsədilə fəal istifadə edir. “Mi-17” nəqliyyat helikopteri isə şəxsi heyətin və yüklərin daşınması, həmçinin təxliyə əməliyyatlarının icrası üçün istifadə olunur.
30-04-2026, 07:29
Münaqişələr eyni vaxtda bitə bilər

Münaqişələr eyni

vaxtda bitə bilər


İran və Ukrayna ətrafındakı münaqişələr eyni vaxt çərçivəsində bitə bilər.
Bunu ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə söhbətdən sonra bildirib.
"Hansı müharibə birinci bitəcək? Onlar eyni vaxtda bitə bilər. Düşünürəm ki, Ukrayna hərbi cəhətdən məğlub olub", - deyə Amerika lideri CNN-ə verdiyi müsahibədə qeyd edib.
“Saxta xəbərlərdən bunu bilməzdiniz, amma hərbi baxımdan... Onların 159 gəmisi var idi və hər biri hazırda su altındadır. Bu, ümumiyyətlə, olduqca yaxşıdır. Onlar donanmalarını yenidən qurmaqda çətinlik çəkəcəklər. Sizcə, onların donanması, hava qüvvələri və hava hücumundan müdafiə sistemləri yoxdursa, yaxşı işlər görürlərmi?” - Tramp əlavə edib.
CNN Trampın açıqlamasında Ukrayna ilə İranı səhv saldığını diqqətə çatdırıb.
Tramp daha öncə Rusiya prezidenti ilə "bir az İran haqqında" danışdığını bildirmişdi, lakin söhbətin Ukraynadan getdiyi məlum olub."
30-04-2026, 07:24
İsrail ordusu İran sərhədinə yeridildi

İsrail ordusu İran

sərhədinə yeridildi


Artıq İsrail ordusu Birləşmiş Ərəb Əmirliklərindədir. Ya koalisiya İranı vuracaq, ya da İran Dubayı...
Bu barədə politoloq Turab Rzayev məlumat yayıb. O iddia edib ki, İsrail xüsusi təyinatlıları, desantı artıq BƏƏ-nin ərazisindədir, ABŞ silahlı qüvvələri ilə birgə:
“ABŞ 20 min canlı qüvvəsini bu işğala cəlb edib. İsrail isə 1500 hərbiçisini göndərib. Əsas hədəf İranın sahilyanı neft-qaz infrastrukturunu və dəniz limanlarını ələ keçirməkdir. Müəyyən sayda xüsusi təyinatlılar isə İranın dərinliklərində işləyəcək və onların əsas hədəfi İranın nüvə sənayesini partladaraq tamamilə sıradan çıxarmaq olacaq.
Təbii ki, bütün İranı, onun iri şəhərlərini heç kim işğal etmək niyyətində deyil”.
29-04-2026, 20:55
Müharibə 25 milyarda başa gəlib

Müharibə 25 milyarda başa gəlib

Pentaqonun məlumatına görə, İrana qarşı hərbi əməliyyat ABŞ-yə 25 milyard dollara başa gəlib.
"Reuters" xəbər verir ki, bu barədə Pentaqon rəhbərinin maliyyə məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Culs Hörst Nümayəndələr Palatasındakı dinləmələrdə bildirib.
Onun sözlərinə görə, bu vəsaitlərin böyük hissəsi döyüş sursatlarına yönəldilib.

29-04-2026, 20:50
Gömrük limiti dəyişməyəcək

Gömrük limiti dəyişməyəcək

Elektron ticarət üzrə aylıq 300 dollarlıq limit saxlanılır, baxmayaraq ki, bir çox ölkələrdə bu güzəştlər azaldılıb.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov deputatların suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, Azərbaycanda vətəndaşların şəxsi istifadə üçün elektron ticarət vasitəsilə gətirdiyi mallara tətbiq olunan aylıq 300 dollarlıq limit qüvvədə qalır və bu məsələnin dəyişdirilməsi gündəmdə deyil.
Komitə sədri qeyd edib ki, qonşu ölkələrdə, o cümlədən Türkiyə, Avropa və Rusiya kimi ölkələrdə son dövrlər bu sahədə güzəştlər azaldılıb və ya məhdudiyyətlər tətbiq olunub. Buna baxmayaraq, Azərbaycanda sosial yanaşma qorunur və vətəndaşlar hər ay 300 dollar həcmində malları kumulyativ şəkildə il ərzində ölkəyə gətirə bilirlər.
Şahin Bağırov bildirib ki, hazırda Azərbaycanda 1 milyon 200 mindən çox insan elektron ticarətlə məşğuldur. Son 25 il ərzində isə bu sahə üzrə 18 milyondan çox bəyannamə təqdim olunub. Əvvəllər elektron ticarətlə məşğul olanların sayı təxminən 500 min nəfər idi ki, bu da son illərdə ciddi artımın olduğunu göstərir.
29-04-2026, 18:14
Dövlət Komissiyası Katibliyinin məlumatı

Dövlət Komissiyası

Katibliyinin məlumatı


Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyi məlumat yayıb.
Aprelin 29-da Ermənistan Respublikasında, Ağverəndə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on üçüncü iclası keçirilib.
Məmnunluqla qeyd olunub ki, komissiyaların 13-cü iclası növbəti dəfə tərəflərdən birinin ərazisində - Ermənistan Respublikasında, Ağverəndə baş tutub.
Görüş zamanı tərəflər delimitasiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı təşkilati və texniki məsələlər üzrə ətraflı fikir mübadiləsi aparıblar.
Tərəflər delimitasiya işlərinin həyata keçirilməsi qaydasına dair aşağıdakı təlimat layihələrinin mətnlərini razılaşdırıb və mübadilə ediblər:
• “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası zamanı delimitasiya üzrə ekspert qruplarının iş qaydası haqqında Təlimat”;
• “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiya xəritəsinin hazırlanması haqqında Təlimat”;
• “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiya sənədlərinin tərtibatı və nəşri qaydası haqqında Təlimat”.
Tərəflər bu təlimatların müvafiq qaydada təsdiq edilməsi üçün öz hökumətlərinə müraciət etmək barədə razılığa gəliblər.
Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryan qarşılıqlı maraq doğuran məsələlər üzrə ayrıca fikir mübadiləsi aparıblar.
Qeyd olunub ki, Azərbaycan Respublikasının ərazisi ilə Ermənistan Respublikasına yüklərin tranziti uğurla həyata keçirilir və hazırda da davam edir.
Məmnunluqla vurğulanıb ki, Azərbaycanın Ermənistana neft məhsulları tədarük etməsi iki ölkə arasında iqtisadi-ticari əlaqələrin formalaşmasının göstəricisidir.
Həmçinin tərəflərin işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə iqtisadi-ticari əməkdaşlığın inkişafı, malların və xidmətlərin qarşılıqlı tədarükü, həmçinin tranzit daşımaları məsələləri müzakirə olunub.
Xüsusi olaraq qeyd edilib ki, əldə olunan nəticələr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın siyasi iradəsi sayəsində mümkün olub.
Komissiyaların görüşünün yekunlarına dair müvafiq Protokol imzalanıb.
Tərəflər komissiyaların Azərbaycan Respublikasında növbəti iclasının tarixinin işçi qaydada müəyyən edilməsi barədə razılığa gəliblər.
29-04-2026, 14:53
Urmuda 1500 işçi işsiz qaldı

Urmuda 1500 işçi

işsiz qaldı


“Kar və Kargar” qəzeti yazıb ki, Urmuda yerləşən “Maral Sənaye” müəssisəsi fəaliyyətini dayandırdıqdan sonra təxminən 1500 müqaviləli işçi qeyri-müəyyən vəziyyətdə qalıb. Məlumata görə, Urmu yolunun 10-cu kilometrliyində yerləşən və özəl sektor tərəfindən idarə olunan, treyler, ox və ehtiyat hissələrinin istehsalı üzrə ən böyük istehsal zənciri hesab edilən bu müəssisə fəaliyyətini dayandırıb.
Hesabatda bildirilir ki, işdən azad olunma barədə bildiriş alan bəzi köhnə işçilər üç ay müddətinə işsizlik müavinəti almaq üçün əmək idarəsinə yönləndirilib. Digər tərəfdən, əsasən sürücü olan bir sıra yeni işçilər isə birbaşa işdən çıxarılıb.
Son bir ayda bu sənaye müəssisəsində xammalın (dəmir və polad lövhələr) təminatında yaranan problemlər işəgötürəni müvəqqəti bağlanma və işçi ixtisarına məcbur edib. Eyni zamanda, işçilərin əlavə iş saatları və istifadə olunmamış məzuniyyət haqları da daxil olmaqla bəzi ödənişləri gecikdirilib.
İşçilər bildirirlər: “Bundan əvvəl şirkətin vəziyyəti çox yaxşı idi və maaşlar demək olar ki, vaxtında ödənilirdi, lakin son bir-iki ayda yaranan xammal və maliyyə çatışmazlığı bu müəssisənin fəaliyyətinin dayanmasına və işçilərin işsiz qalmasına səbəb olub.”
Onların sözlərinə görə, “Maral Sənaye”nin hazırkı rəhbərliyi problemlərin həlli üçün addımlar atır və müəssisənin yenidən fəaliyyətə başlaması üçün dövlətin dəstək kreditlərini almağa çalışır.
İşçilər əlavə ediblər ki, məsul şəxslərin problemlərdən xəbərdar olmasına və dəfələrlə müraciət edilməsinə baxmayaraq, Urmu şəhərində heç bir rəsmi qurum bu məsələyə ciddi yanaşmır və bir aydan artıq vaxt keçməsinə baxmayaraq, istehsalın bərpası üçün heç bir addım atılmayıb.
Bu hadisələr ABŞ və İsrailin İranla müharibəsindən sonra iqtisadi böhranın dərinləşməsi fonunda baş verir. Son aylarda ölkədə işsizlik artıb, bir çox istehsal müəssisəsi xammal çatışmazlığı, enerji problemləri və maliyyə çətinlikləri ilə üzləşib. Bu vəziyyət əmək bazarına əlavə təzyiq yaradır və müxtəlif sahələrdə ixtisarların davam edəcəyi ilə bağlı narahatlıqları artırır.

29-04-2026, 14:44
Qəzvində xəstəxana tikintisi yarımçıq qalıb

Qəzvində xəstəxana

tikintisi yarımçıq qalıb


Qəzvin şəhərində 700 çarpayılıq xəstəxananın inşası layihəsi yarımçıq qalıb.
Bu barədə əyalət valiliyi məlumat yayıb.
Təməli 2017-ci ildə qoyulan xəstəxananın inşa işlərinin yalnız 37 faizi yerinə yetirilib.
Bunun vəsait çatışmazlığı ilə bağlı olduğu bildirilib.
29-04-2026, 14:30
Daha 175 nəfər yurda qayıtdı

Daha 175 nəfər yurda qayıtdı- FOTO

Aprelin 29-da Xocalı rayonunun 6, Ağdərənin isə 1 kəndinə növbəti köç oldu. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, köç prosesi çərçivəsində Xocalı rayonunun Xanabad kəndinə 46 nəfərdən ibarət 10 ailə, Badara kəndinə 59 nəfərdən ibarət 16 ailə, Xanyurdu kəndinə 25 nəfər (4 ailə), Seyidbəyli kəndinə 3 nəfər (1 ailə), Şuşakəndə 5 nəfər (1 ailə), Təzəbinə kəndinə 15 nəfər (3 ailə), Ağdərə rayonunun Aşağı Oratağ kəndinə isə 22 nəfərdən ibarət 6 ailə qayıdıb. Ümumilikdə 175 nəfərdən ibarət 41 ailəyə Xocalıda yeni mənzillərinin açarları təqdim olunub. Tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin direktor müavini Mahmud Əfəndiyev iştirak edib. S. Qəhrəmanov çıxışında sakinləri doğma torpaqlara qayıdış münasibətilə təbrik edərək, bölgədə aparılan genişmiqyaslı quruculuq, abadlıq və bərpa işləri barədə məlumat verib. Köçürülən sakinlər üçün bütün zəruri sosial infrastrukturun yaradıldığını, onların rahat yaşayışı üçün şəraitin təmin edildiyini bildirib.





29-04-2026, 07:42
Birinci sinfə qəbulla bağlı yenilik

Birinci sinfə qəbulla bağlı yenilik

Dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlərin təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilməsi qaydası təsdiqlənib. Qaydalarda I sinfə qəbul üzrə müsahibənin hansı meyarlar əsasında qiymətləndiriləcəyi də öz əksini tapıb. Belə ki, I sinfə qəbul üzrə müsahibə zamanı uşağın tədris dilini bilmə səviyyəsi aşağıdakı meyarlar əsasında qiymətləndiriləcək:
dinləyib-anlama bacarığı
Uşaq sadə tapşırıqları dinləyib yerinə yetirməli, qısa (3-5 cümlədən ibarət) mətni dinləməli və suallara cavab verməli, sualı diqqətlə dinləyib uyğun cavab verməlidir.
rabitəli danışma bacarığı
Uşaq özünü təqdim etməli, ailəsi və vətəni haqqında danışmalı, şəkil əsasında sadə cümlə qurmalıdır.
söz ehtiyatı
Uşaq əşyaların adlarını düzgün adlandırmalı, heyvan, bitki, meyvə-tərəvəz, peşə adları kimi ümumi anlayışları tanımalı, xüsusiyyət bildirən sözlərdən istifadə etməli (rəngləri adlandırmalı, ölçü və keyfiyyət bildirən sözləri bilməli), ətraf aləmdə baş verən hadisələri, təbiətdəki mövsümi dəyişiklikləri təsvir etməlidir.
hərf və səsləri anlama və tələffüz etmə
Uşaq səslərdən söz düzəltməli, hərfi formasına görə tanımalı (böyük və kiçik), danışıqda eşitdiyi səsi müvafiq hərflə əlaqələndirməli, sözləri aydın tələffüz etməlidir.
Qeyd edək ki, Komissiya üzvlərinin verdiyi ümumi ballar toplanılır və komissiya üzvlərinin sayına bölünərək yekun bal müəyyən edilir. Müsahibədən 12 və daha çox bal toplamış şagird müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur. Müsahibənin nəticəsi onun keçirildiyi tarixdən 5 iş günü müddətində elektron kabinetə göndərilir.

(Trend)
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!