Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                       
5-05-2026, 18:39
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub

Sülh prosesi və yeni regional

reallıqlar müzakirə olunub



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı il 4 may tarixində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edərək Ermənistanla sülh prosesi, regional əməkdaşlıq və Avropa institutlarının mövqeyi ilə bağlı mühüm mesajlar səsləndirib.

Dövlət başçısı bildirib ki, Ermənistan “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün 2028-ci ildə Azərbaycanda keçirilməsini dəstəkləyib. Cənab Prezident İlham Əliyev həmçinin qeyd edib ki, bir il əvvəl Tirana səfəri zamanı Avropa Komissiyasının sədri Ursula von der Leyen və Antonio Costa tərəfindən Ermənistan və Azərbaycanda Zirvə görüşlərinin təşkili ideyası irəli sürülüb və bu təkliflərə müsbət yanaşma sərgilənib. O, tarazlı yanaşma çərçivəsində 2028-ci ildə Zirvə toplantısının Azərbaycanda keçirilməsi təşəbbüsünü də irəli sürdüyünü və bunun qəbul olunduğunu bildirib. Prezident Ermənistanın da bu namizədliyi dəstəklədiyini vurğulayaraq bunu iki ölkə arasında sülhün real nəticəsi kimi qiymətləndirib.
Dövlət başçısı çıxışında Ermənistanla sülhün artıq faktiki reallığa çevrildiyini, son aylarda Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yükün çatdırıldığını, həmçinin ilk dəfə olaraq neft məhsullarının – benzin və dizelin bu ölkəyə ixracına başlanıldığını qeyd edib. Onun sözlərinə görə, bu addımlar regionda iqtisadi əlaqələrin bərpasına və qarşılıqlı etimadın güclənməsinə xidmət edir.
Prezident İlham Əliyev ötən ilin avqustunda Vaşinqtonda imzalanmış Birgə Bəyannaməni xatırladaraq, sülh sazişi üzrə irəliləyişlərin artıq praktik nəticələr verdiyini bildirib. O, Azərbaycanın tranzit məhdudiyyətlərini aradan qaldırmasını və bunun regionda yeni əməkdaşlıq imkanları yaratdığını vurğulayıb.
Dövlət başçısı çıxışında bəzi Avropa təsisatlarının – xüsusilə Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının Ermənistan–Azərbaycan sülh prosesinə münasibətdə qeyri-konstruktiv mövqe sərgilədiyini və ikili standartlara yol verdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan uzun illər Avropa Şurasının üzvü olsa da, 2023-cü ildən sonra AŞPA tərəfindən nümayəndə heyətinə qarşı məhdudiyyətlər tətbiq olunub.
Prezident həmçinin Avropa Parlamentini ksenofobiya, islamofobiya, miqrasiya və digər qlobal problemləri həll etmək əvəzinə, Azərbaycan əleyhinə qətnamələr qəbul etməkdə ittiham edib. O qeyd edib ki, son beş il ərzində bu qurum tərəfindən Azərbaycanla bağlı 14 qətnamə qəbul olunub və bunun sülh prosesinə zərər vurduğu bildirilib.
Cənab Prezident İlham Əliyev çıxışında Azərbaycan parlamentinin Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması və parlamentlərarası əlaqələrin məhdudlaşdırılması barədə qərar qəbul etdiyini də diqqətə çatdırıb.
Yekunda Prezident İlham Əliyev bütün çətinliklərə baxmayaraq Azərbaycanın sülh gündəliyinə sadiq qaldığını vurğulayıb və Baş nazir Paşinyanı “Avropa Siyasi Birliyi”nin Zirgə görüşünün Ermənistanda keçirilməsi münasibəti ilə təbrik edib. O, regionda sülhün möhkəmlənməsi istiqamətində əldə olunan nəticələrin davamlı olacağına ümidini ifadə edib.

Ceyhun Ələsgərov
Məmmədli Bələdiyyəsinin sədri
5-05-2026, 18:32
SUMQAYIT HADİSƏLƏRİ:

SUMQAYIT HADİSƏLƏRİ:

JURNALİST RAMİQ SÜLEYMANOĞLU


Əzəli yurd yerimiz Qərbi Azərbaycandan (Ermənistan) həmvətənlərimizə qarşı həyata keçirilən sonuncu etnik təmizləmədən (1987-1991) danışarkən Sumqayıt hadisələrindən yan keçmək mükün deyil. SSRİ xüsusi xidmət orqanları tərəfindən əvvəlcədən düşünülmüş şəkildə təşkil olunmuş bu təxribatdan erməni lobbisi ciddi şəkildə istifadə etmişdir. Sumqayıt təxribatının ana xəttini Erməni xalqı ilə Azərbaycan xalqının bir yerdə yaşamasının qeyri- mükünlüyü fikirini yaratmaq və Qarabağı (DQMV) Ermənistan SSR-yə birləşdirmək məqsədi daşıyırdı.Bu ideya sonradan Miyatsum adı ilə populuyarlıq qazanaraq əsasən ermənilərin yaratdığı Qarabağ Komitəsi və Krunq təşkilatlarının fəaliyyətini əhatə etməyə başladı. Sumqayıt təxribatı isə 26-29 fevral 1988-ci il tarixində Sumqayıt şəhərində üç gün davam edərək kütləvi iğtişaş, zorlama qətllər və qarətlərlə müşayiət olunmuş ağır bir faciə oldu. Hadisənin “qəhrəmanı” isə erməni millətindən olan Eduard Qriqoriyan və onun dəstəsi idi. SSRİ xüsusi xidmət orqanının təşkil etdiyi bu təxribatı idbar formada icra edən E.Qriqoriyanın sonradan SSRİ hökuməti tərəfindən himayə edilməsi bu faktı bir daha təsdiq edir.
Ermənilər bu təxribatdan özlərinin zülmə məruz qalan məzlum obrazını daha da möhkəmləndirməyə çalışdılar. Erməni lobbisi Ermənistan daxilində revanşist qüvvələrə ayaqda saxlamaq üçün onlara daimi Sumqayıt hadisəsini aşılamağa çalışdılar. Ermənilər Sumqayıt təxribatından sonra Azərbaycan xalqına qarşı
törətdikləri soyqırım cinayətlərinin hər birində guya Sumqayıtın qisasını aldıqlarını bildirirdilər. Sumqayıt təxribatına siyasi hüquqi qiymət verilməsi daima aktual olaraq qalsa da bunun üzərində sistematik iş aparılmadı.
Lakin başda Eduard Qiriqoriyan olmaqla Sumqayıt təxribatında iştirak etmiş otuzdan çox erməni cinayətkarlarının dosyelərini araşdırarkən bu təxribatın hansı məqsədə xidmət etdiyi aydın görünür. Eyni zamanda E. Qriqoryana yaxından köməklik göstərən Nalyotçik” qrupunun üzvlərinin siyahısı bu təxribatın “qəhrəmanlarının” ermənilər olması faktını təsdiq edir. Siyahını təqdim edirik. Sumqayıt təxribatını icra edən ermənilərin siyahısı. Onu da qeyd edək ki, bunların içərisində bir nəfərdə gürcü millətindən olan şəxs də var.
SUMQAYIT TƏXRİBATINDA İŞTİRAK ETMİŞ ERMƏNİLƏRİN SİYAHISI
Qriqoryan Albert, Tiqran, Ernest Robertoviçlər (Eduard Qriqoryanın qardaşları)
Markaryan Valeri (Bakı şəhərinin sakini, sürücü. İdarə etdiyi avtobusla Sumqayıtda 5 azərbaycanlını vurub öldürmüşdür) Kommunist” qəzetinin (erməni dilində) müxbirləri Eduard Mosesov, Qriqoryan Artur, Qriqori Aqadlanyan hadisə zamanı foto və video çəkilişlər aparırdı.Viktor Petrosyan, Vacik Petrosyan, Sergey Avakyan, Edik Melkumyan, Djapolad Ambartsumya,b Qarik Altunyan, Kamo Tamrazyan, Konstantin Pxakadze, Artaş Qriqoryan, Valeriy Arakelyan, Sergey Arakelyan, Krunk” təşkilatının üzvləri Engels, Benik Qriqoryan, Zoya Maryan, Valeriy Mixaylovic, Slfvik Asatryan, Mixail Gevorkyan, ;Qarabağ” komitəsinin üzvləri Levon Saturyan, Rudik Ambartsumyan, Albert Minasyan, Anatoliy Davidyan , Suren Sərkisyan və Aram Zaxaryan iğtişaşlarda qarətlə məşğul olub Zazyen Ağababyan, Bomasyan Qoqar,. Qarabağ bizimdir!”, ;Ermənilərə ölüm!” deyə camaatı mitinqə səsləyiblər.
Sonralar bu terrorçu qrup Orta Asiyada Fərqanədə və Oşda eyni cinayətləri törətməkləri sübuta yetirildi. Sonra isə 1991-ci ilin avqust ayında Gennadi Yanayevin uğursuz dövlət çevrilişi cəhdindən sonra otağında axatarış aparılarakən Sumqayıt təxribatı ilə bağlı sənədlərin tapılması bu hadisənin SSRİ xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq ermənilər tərəfindən icra edildiyi təsdiqini tapdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 10 may 2012-ci il tarixində Heydər Əliyev Mərkəzinin açılışındakı çıxışında bu barədə deyir: “Heç kim üçün sirr deyil ki, Sumqayıt hadisələrinin erməni millətçiləri törətmişdir. Bu onların təxribatı idi və orada ən çox qəddarlıq göstərən erməni millətindən olanlar idi. Məqsəd də aydındır ki, bu hadisələrdən istifadə edib Azərbaycana qarşı əsassız iddialar irəli sürülsün, ondan sonra azərbaycanlılara qarşı soyqırımı ittihamı əsaslandırılsın” .

SUMQAYIT TƏXRİBATINA QURBAN GETMİŞ AZƏRBAYCANLILARIN SİYAHISI
Sumqayıt təxribatı zamanı diqqətdən kənarda qalan bir məsələni xüsusi olaraq qeyd etmək istəyirəm. Erməni təxribatına qurban gedən 6 nəfər azərbaycanlının (bir nəfərin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb) taleyi hətta daxili auditoriyaya belə ictimai rəyə o qədərdə çatdırılmayıb. Təxribatın qurbanları Vəkil Babayev, Dadaş Xudaşov, Natiq İsgəndərov, Canpolad Orucov, Surxay Əliyev barəsində geniş ictimaiyyətə lazımi məlumatlar verilməyib. O vaxtki səriştəsiz və laqeyid Azərbaycan rəhbərliyi hadisələrə adekvat qiymət vermək əvəzinə müti qul kimi Kremliyə itaət yolu tutaraq öz hakimiyyətlərini qorumağa çalışdılar.
SUMQAYIT HADİSƏLƏRİNİ ARAŞDIRAN FƏDAKAR JURNALİST
Lakin o dövrki ölkə rəhbərliyinin qeyri-adekvat münasibətlərinə baxmayaraq bu hadisələri cəsarətlə araşdıran hətta ömrünü bu işlərə həsr edən fədakar vətən oğullarımız da var idi. Bu gün belə şəxslərdən biri haqqında ömrünü Sumqayıt faciəsinin tədqiqinə və düzgün siyasi-hüquqi qiymət verilməsinə həsr etmiş fədakar bir jurnalistdən Ramiq Süleyman oğlu Bayramovdan (Ramiq Süleymanoğlu) danışacağıq.
Bayramov Ramiq Süleyman oğlu, 16 iyul 1959-cu ildə Şərur rayonun Qarabağlar kəndində ziyalı ailəsində anadan olub. 1966-1976-cı illərdə Qarabağlar kənd 1 nömrəli orta məktəbində təhsil alıb və həmin ildə Bakı Yeyinti Sənaye Texnikumuna daxil olub. 1977-79-cu illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra təhsilini bitirərək ixtisasına uyğun müxtəlif müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olub. 1988-ci ildən müstəqil təhqiqatçı jurnalist kimi ictimai fəaliyyət göstərib. 25 iyul 2010-cu ildə ürək çatışmamazlığından vəfat edib, Sumqayıt şəhərində dəfn olunub. Ailəli idi, 4 övladı var, 3 qız, 1 oğlan. Ramiq Süleymanoğlu demək olar ki, bütün jurnalistlik fəaliyyətini məhz Sumqayıt təxribatının araşdırılmasına həsr edib. O, bu mövzuda ayrı-ayrı vaxtlarda “Arxadan vurulan zərbə”, “Ölüm hökmü”, “Tarix bizi bağışlamayacaq”, “Sumqayıt faciəsi və ya üstümüzə atılan böhtan”, “Tanrı haqqın tərəfindədir” “Daha susmaq olmaz”, “Kimdir müqəssir?” adlı araşdırma yazıları və 1997-1998-ci illərdə Sumqayıt təxribatı ilə bağlı 5 radio verilişi hazırlayıb.
Onu da qeyd edək ki, Sumqayıt Xalq deputatları Sovetinin 29 sentyabr 1992-ci il tarixli sessiyasının qərarı ilə XDS-nin sədr müavini Rauf Zeyninin sədrliyi ilə Sumqayıt təxribatının araşdırılması məqsədi ilə deputat istintaq komissiyası yaradılıb. Komissiyanın sədri R.Zeyninin təşəbbüsü ilə ilə araşdırmaçı jurnalist Ramiq Süleymanoğlu komissiyanın müavini təyin edilib. Araşdırmalar zamanı məlum olub ki, dörd mindən çox Sumqayıt sakini hadisələrlə bağlı inzibati, yüzə yaxın insan isə cinayət məsuliyyətinə cəlb edilib. Qurbanlar arasında bir nəfər Əhməd İmani oğlu Əhmədov isə SSRİ Ali Məhkəməsinin Plenumunun qərarı ilə ölüm hökmü verilib. Jurnalist Ramiq Süleymanoğlunu bu hadisələrə bağlayan səbəblərdən biridə hadisələrin günahsız qurbanı Əhməd Əhmədovun onun yaxın qohumu olması idi.
Təsadüfi deyil ki, araşdırmaçı jurnalist Ramiq Süleymanoğlu ömrünün sonuna qədər sistematik olaraq bu işi davam etdirmişdir. O, 12 yanvar 2006-cı il tarixində bu mövzuda mətbuat konfransı keçirmişdir. Konfransda R.Süleymanoğlu tarix boyu çarizmin xəyanətkar erməni qarargüruhundan və daşnaklarından xalqımıza qarşı süngü kimi istifadə etdiyini xatırlatmış, 1988-c ilin fevral ayında Sumqayıtda baş verən hadisələrin keçmiş SSRİ-nin ali hakimiyyət orqanlarının rəhbərliyi ilə məhz bu qüvvələrin törətdiyini bildirmişdir. Hadisələrin canlı şahidi olmuş jurnalist 18 il əvvəl baş vermiş təxribatın təşkilatçılarının Sumqayıtda iğtişaşlar törətmək üçün süni şərait yaratdıqlarını, Azərbaycan dilini təmiz bilən müxtəlif millətlərdən (əsasən, ermənilərdən) ibarət təxribatçı qrupların əhali arasında yerləşdirildiyini qeyd etmişdir. R.Süleymanoğlu, uzun illər günahsız olaraq həbsdə yatmış vətəndaşlarımıza bəraət verilməsinin və bu hadisələr barədə əsil həqiqətin dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara çatdırılmasının zəruriliyini vurğulamışdır. Xalq qəzetinin əməkdaşı, əməkdar jurnalist Əli Nəcəfxanlı Sumqayıta həsr edilmiş “Sumqayıt hadisələri erməni təxribatının tərkib hissəsi idi” (02.03.2011-ci il tarixli) adlı məqaləsində bildirir: “Jurnalist Ramiq Süleymanoğlu da Sumqayıt hadisələrini dərindən araşdıran və ayrı-ayrı mətbuat orqanlarında bu mövzuda maraqlı analitik məqalələrlə çıxış edən azsaylı ziyalılardan idi. Mən ötən yay Ramiqlə şəxsən tanış olmuş və Sumqayıt hadisələrinin növbəti ildönümündə ondan müsahibə almağı nəzərdə tutmuşdum. Amma bu günlərdə fədakar insanın vəfat etdiyini eşidəndə təəssüf hissləri keçirməkdən başqa əlimdən heç nə gəlmədi”.
Eyni zamanda mərhum əməkdar jurnalist Eyruz Məmmədov Ermənilərin Sumqayıtda qanlı aksiyaları" kitabında Ramiq Süleymanoğlunun xidmətini xüsusi qeyd edib və onun yazılarından bəzi nümunələri misal gətirib. Qərbi Azərbaycandan sonuncu etnik təmizləmə ilə bağlı araşdırma zamanı Sumqayıt hadisələrinə bir daha qayıtmalı olduq. Bu sırada həyatını Sumqayıt faciəsinin düzgün siyasi-hüquqi qiymət verilməsinə həsr etmiş Ramiq Süleymanoğlunun fəaliyyətini araşdırmağı da özümüzə borc bildik. Fədakar jurnalist Ramiq Süleymanoğlunun parlaq xatirəsini rəhmətlə anırıq !

Səməd Vəkilov
Tədqiqatçı-hüquqşünas
5-05-2026, 18:22
Qarabağ Universitetində əqli mülkiyyət hüququ ilə bağlı təlim keçirilib


Qarabağ Universitetində əqli mülkiyyət

hüququ ilə bağlı təlim keçirilib



Ümumdünya Əqli Mülkiyyət Təşkiatının (ƏMT) 2000-ci ildə qəbul olunmuş qərarı ilə 26 aprel “Ümum­dünya Əqli Mülkiyyət günü” kimi elan edilmişdir. Dünyanın əksər dövlətlərində, o cümlədən də Respublikamızda bu gün geniş qeyd olunur.
Bu günün ƏMT tərəfindən qeyd ounmasının məqsədi insan təfəkkürünün məhsulu olan əqli mül­kiy­­yətin mədəni, sosial, iqtisadi, texnoloji və s. sahələrdə önə çıxarılması, müəllif hüquqlarının qorun­ması, müəlliflərin rifahının yaxşılaşdırılması, elmi, tədris və ədəbi əsərlərin mətnlərində plagiat hallarının qarşısının alınmasını, əqli mülkiyyətin kreativ iqtisadiyyata tətbiqini, mədəni və yaradıcı sənayelərin inkişafını təmin etməkdir.
Sevindirici haldır ki, builki əqli mülkiyyət günü Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin keçirdiyi Qeyri-Hökumət Təşkilatları üçün Mədəni və Yaradıcı Sənayelər üzrə xüsusi qrant müsabiqə­sinin qalibi olmuş “Hüquqi Tədqiqatlar Mərkəzi” ictimai birliyi tərəfindən “Əqli mülkiyyət hüququ sahiblərinin məlumatlandırılması” layihəsi çərçivəsində aprelin 24-də Xankəndidə – Qarabağ Universitetində keçirilən “Əqli mülkiyyət hüququ nədir və onu necə qorumalı?” mövzusunda təlimdə qeyd edildi.
Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi anıldıqdan sonra tədbiri giriş sözü ilə açan Qarabağ Universitetinin Elm şöbəsinin müdiri Elçin İbrahimov dünyada, ölkəmizdə və Qarabağ Universitetində əqli mülkiyyət və müəllif hüquqlarının qorunmasına verilən diqqətdən danışdı, universitetdə aparılan elmi-tədqiqat işləri barədə geniş məlumat verdi, təlim mövzusunun aktuallığını və əhəmiyyətini xüsusi qeyd etdi.
Təlimdə giriş sözü ilə çıxış edən “Hüquqi Tədqiqatlar Mərkəzi” İB-nin rəhbəri, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dosenti Bəxşeyiş Əsgərov tədbirin məhz aprelin 24-də, özü də Xankəndidə keçirilməsinin rəmzi xarakter daşıdığını qeyd etdi, azad Qarabağda, ölkəmizin ən gənc ali təhsil müəssisəsi olan Qarabağ Universitetində keçirilməsinə xüsusi dəyər vermiş, Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev başda olmaqla bu günü bizə bəxş edən hər kəsə dərin minnətdarlığını bildirərək, Qarabağ uğrunda döyüşlərdə qəhrəmanlıq zirvəsinə yüksəlmiş şəhidlərimizin xatirəsini bir daha yad etdi. O, rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, ölkəmizdə hüquqi biliklərin təbliği, hüquq düşüncəsi və hüquq mədəniyyətinin yüksəldilməsi istiqamətində gördükləri işlər, ölkənin elmi, mədəni və iqtisadi həyatında əqli mülkiyyətin rolu, müasir dövrdə dünyada əqli mülkiyyət hüququnun qorunması prosesi, ölkəmizin əqli mülkiyyət hüququ sahəsində apardığı məqsədyönlü siyasət, eləcə də bu sahədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin vətəndaş cəmiyyəti təşkilatları ilə apardıqları birgə uğurlu fəaliyyətləri barədə geniş məlumat verdi.
44 günlük müharibə nəticəsində qazanılmış Şanlı Qələbədən sonra ekoloji aksiyalar zamanı Şuşa şəhərində olduğunu qeyd edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi Heydər Mirzəyev işğaldan tam azad olunmuş Qarabağda - Xankəndidə ilk dəfə olmağından keçirdiyi hissləri dilə gətirərək “Hüquqi Tədqiqatlar Mərkəzi” İB-nin həyata keçirdiyi layihə çərçivəsində təlimin Qarabağ Universitetində keçirilməsinin sevinc və qürur hissi doğurduğunu söylədi, rektor Şahin Bayramova və Universitetin kollektivinə təşəkkür etdi. O, bildirdi ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Qeyri-Hökumət Təşkilatları üçün keçirilən "Mədəni və yaradıcı sənayelər üzrə xüsusi qrant müsabiqəsi" ölkədə mədəniyyət ekosisteminin müasirləşdirilməsi və vətəndaş cəmiyyətinin bu prosesdə aktiv iştirakını təmin etmək məqsədi daşıyır. O, “Hüquqi Tədqiqatlar Mərkəzi” İB-nin həyata keçirdiyi layihənin cəmiyyətimizin mühüm problemlərindən birinə həsr olunduğunu və 2024-cü ildə uğurla həyata keçirilmiş layihənin davamı olduğunu qeyd etdi.
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin şöbə müdiri Vüsal Quliyev Agentliyin fəaliyyəti barədə söz açaraq, əqli mülkiyyət hüququnun qorunması sahəsində qəbul olunan normativ-hüquqi aktlardan, görülən tədbirlərdən, müəlliflərlə aparılan metodiki işlərdən danışdı, əqli mülkiyyət sahiblərinin məlumatlandırılması sahəsində, eləcə də Agentliyin fəaliyyətinin populyarlaşdırılması istiqamətində gördüyü işlərə görə “Hüquqi Tədqiqatlar Mərkəzi” İB-nə təşəkkür etdi.
Layihənin eksperti, tanınmış hüquqşünas, “Müstəqil Hüquq Mərkəzi” İB-nin sədri Aydın Kərimov gənc alimlərin, yaradıcı ziyalıların, Universitetin akademik heyətinin fəal iştirak etdiyi təlimdə interaktiv şəkildə əqli mülkiyyətin mahiyyəti, müasir dünyada yeri, informasiya texnologiyaları və əqli mülkiyyətin qarşılıqlı əlaqəsi, yaradıcı və mədəni sənayelərin inkişafı, ali təhsil müəssisələrində əqli mülkiyyət sahəsində aparılan siyasət, müəllif hüquqlarının qorunma mexanizmi, müəllif hüquqları və əlaqəli hüquqların qorunmasında müəlliflərin rolu, elmi tədqiqatlarda plagiatın qarşısının alınması, əqli mülkiyyət məhsullarının əmtəələşdirilməsi, kreativ iqtisadiyyata tətbiqi və s. məsələləri canlı ünsiyyət və fikir mübadiləsi şəraitində təqdim etdi. Təlim zamanı Universitetin Humanitar və sosial elmlər fakültəsinin dekanı Elmar Mustafayev, Azıx mağarası laboratoriyasının müdiri Əjdər Babazadə, hüquqşünaslıq ixtisası üzrə müəllimlər Ləman Həsənzadə və Nuranə Məmmədova, Elm şöbəsinin mütəxəssisi Rəsmiyyə Məmmədova, kimya müəllimi Səxavət Dadaşov və başqaları faydalı təkliflərini bildirdilər, geniş fikir mübadiləsi aparıldı.
İştirakçılar tərəfindən əqli mülkiyyət sahəsində maarifləndirici təlimlərin davamlı şəkildə keçirilməsinin zəruriliyi, elmi, hüquqi, iqtisadi terminlərin mütəmadi istifadəsinin bu sahədə təfəkkür tərzinin formalaşmasına, müəlliflərin fəallığının artmasına, yaradıcı insanlarla dövlət orqanları arasında əməkdaşlığın artmasına kömək etdiyi qeyd edildi. Həmçinin müəllif hüquqlarının müdafiəsi prosesinə hüquqşünasların cəlb edilməsinin vacibliyi söylənildi.
Qeyd edilməlidir ki, həm müvafiq struktur bölmələri ilə tanışlıq, həmçinin təlimin nəticələri göstərdi ki, yaranmasından qısa bir müddət keçməsinə baxmayaraq həm təhsil, həm də elm sahəsində uğurlu addımlar atan Qarabağ Universitetinin fəaliyyətində əqli mülkiyyət hüququnun təmin edilməsi, müəllif hüquqlarının qorunması, müəllim və tələbələrin elmi və yaradıcılıq potensialının artırılması prioritet təşkil edir. Bu istiqamət əqli mülkiyyət münasibətlərinin tənzimlənməsi üzrə zəngin yerli və beynəlxalq təcrübəyə malik olan universitetin rektoru Şahin Bayramovun daim diqqət mərkəzindədir.
Layihə çərçivəsində interaktiv və kazuslar üzrə keçirilən təlimdə Qarabağ Universitetinin alimləri və yaradıcı əməkdaşları fəal iştirak etdilər. BDU-nun hüquq fakultəsinin dosenti B. Əsgərovun və MHM İB-nin sədri, hüquqşünas A. Kərimovun apardığı, Əqli Mülkiyyət Agentliyini şöbə müdiri V.Quliyevin fəal iştirak etdiyi təlimdə əqli mülkiyyət hüququnun mahiyyəti, əqli mülkiyyət sahiblərinin elmi, mədəni, texniki, bədii, iqtisadi sahələrdə rolu, əqli mülkiyyət məhsullarının əmtəəələşdirilməsi, kreativ iqtisadiyyat, müəllif hüquqlarının müdafiə mexanizmləri və s. barədə elmi, hüquqi və praktik məlumatlar verildi. İştirakçıların sualları cavablandırıldı, qaldırdıqları məsələlər müzakirə olundu.
Təlimin gedişində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri, professor Kamran İmanovun rəhbərliyi və müəllifliyi ilə dərc olunmuş əqli mülkiyyət hüququnun müxtəlif sahələrinə dair çoxsaylı kitablar və vəsaitlər Qarabağ Universitetinin kitabxanasına hədiyyə edildi. Eləcə də “Hüquqi Tədqiqatlar Mərkəzi” İB-nin Agentliyin metodiki dəstəyi ilə layihənin mövzusu üzrə hazırladığı qanunvericilik aktlarından ibarət toplu tədbir iştirakçılarına paylandı.
“Hüquqi Tədqiqatlar Mərkəzi” İB-nin rəhbəri B.Əsgərov təlimin yüksək səviyyədə təşkilinə, təlimdə fəal iştiraka görə Qarabağ Universitetinin rektoru Şahin Bayramova və professor-müəllim heyətinə təşəkkür etdi.

5-05-2026, 15:41
İran qonşulara çağırış etdi


İran qonşulara çağırış etdi

İran Xarici İşlər Nazirliyi körfəz ölkələrini öz təhlükəsizliklərini regiondan kənar güclərə etibar etməməyə çağırıb. Bu çağırışla İran XİN-in sözçüsü İsmayıl Baqayi çıxış edib. O, vurğulayıb ki, ABŞ-ın regiondakı hərbi mövcudluğu yalnız qeyri-sabitlik mənbəyi kimi çıxış edir və bu, onun hərbi bazalarına ev sahibliyi edən ölkələri riskə atır. İsmayıl Baqayi Tehranın uzunmüddətli mövqeyini xatırladaraq bildirib ki, Fars körfəzində real və davamlı təhlükəsizlik yalnız region ölkələrinin öz aralarında əməkdaşlığı ilə və xarici müdaxilə olmadan təmin oluna bilər. Vaşinqtonun hərbi bazaları dəfələrlə ev sahibi ölkələri lazımsız risklərlə üz-üzə qoyub.
XİN rəsmisi qonşu ölkələri konstruktiv dialoqa və ortaq regional təhlükəsizlik mexanizmlərinin yaradılmasına çağırıb və vurğulayıb ki, İran körfəzin ərəb ölkələri ilə heç bir düşmənçilik aparmır və qarşılıqlı faydalı münasibətlər qurmağa tam sadiqdir.
Baqayi İran-ABŞ danışıqları barədə də qeyd edib ki, İran “ABŞ-a qarşı ciddi etimadsızlıq və şübhə mühitində” danışıqlar aparır. İranın hazırkı prioriteti aydındır: “Hazırda biz müharibənin sona çatmasına fokuslanmağa qərar vermişik, çünki bu məsələ bütün regionlar, xalqımız və beynəlxalq ictimaiyyət üçün narahatlıq doğurur. Əgər amerikalılar həqiqətən diplomatiyada ciddidirlərsə, bu fürsətdən istifadə etməlidirlər, çünki bütün dünya onların ən azı xoş niyyət göstərməsini gözləyir.
Sözçü xəbərdarlıq edib ki, beynəlxalq ictimaiyyət ABŞ-ı İrana və regiona qarşı başladığı müharibənin nəticələrinə görə məsuliyyət daşıyan tərəf kimi görəcək, çünki hamı bilir ki, bu, ABŞ hökumətinin seçdiyi bir müharibədir.
5-05-2026, 15:34
Bayramov Kallası qarşılayıb

Bayramov Kallası qarşılayıb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qarşılayıb. Bu barədə XİN-in “X” hesabında bildirilib. Qeyd edilib ki, səfər dəyişən regional və qlobal dinamika fonunda Azərbaycan–Aİ əlaqələrinin və dialoqunun əhəmiyyətini vurğulayır. “Bu, qarşılıqlı hörmət və ortaq maraqlar əsasında əməkdaşlığın genişləndirilməsi üçün bir fürsət yaradır”, - paylaşımda vurğulanıb.
5-05-2026, 07:35
"Avropa İttifaqının Türkiyəyə daha çox ehtiyacı var"

"Avropa İttifaqının Türkiyəyə

daha çox ehtiyacı var"


"Avropa İttifaqının bu gün Türkiyəyə daha çox ehtiyacı var, nəinki Ankaranın Avropaya".

"TRT Haber"in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra bildirib.
"Son vaxtlar avropalıların Türkiyənin Avropadakı mövqeyi ilə bağlı başlatdığı müzakirələrin şahidi oluruq. Vəziyyətə aydınlıq gətirmək məcburiyyətindəyik: bu gün məsələ Ankaranın harada olması deyil, Brüsselin gələcək dünyada harada olmaq istəməsidir. Artıq başa düşülməlidir ki, Türkiyənin tamhüquqlu üzv olmadığı Aİ qlobal oyunçu və cazibə mərkəzi ola bilməyəcək", - deyə Ərdoğan vurğulayıb.
Onun sözlərinə görə, Aİ-nin Türkiyəyə münasibətdə uzağı görə bilməməsi hələ də davam edir.
"Lakin onlar unutmamalıdırlar ki, bugünkü Türkiyə əvvəlki ölkə deyil və dünya artıq əvvəllər olduğu kimi Qərb dövlətlərinin təsir dairəsi ilə məhdudlaşmır."
4-05-2026, 21:20
Səssiz inqilabın səsi eşidilməkdədir


Səssiz inqilabın

səsi eşidilməkdədir


Son illərdə avtomobil sənayesində sakit, amma çox güclü bir inqilab baş verir. Söhbət elektrikli avtomobillərdən gedir. Bir vaxtlar gələcəyin texnologiyası kimi görünən bu nəqliyyat vasitələri artıq bu günün reallığına çevrilib. Dünyanın aparıcı iqtisadi mərkəzləri- Avropa Birliyi, Çin, ABŞ, və Yaponiya elektrikli avtomobillərin istehsalı və istifadəsini sürətlə artırmaq üçün ciddi addımlar atırlar. Dövlət dəstəyi, texnoloji inkişaf və ekoloji çağırışlar bu prosesi daha da sürətləndirir. Bəs bu sürətli yayılmanın arxasında hansı əsas səbəblər dayanır? Elektrikli avtomobillərin artması ənənəvi benzin və dizel bazarına necə təsir edir? Bu texnologiyanın üstünlükləri ilə yanaşı, hansı risk və çatışmazlıqları var?
Mövzu ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov açıqlama verib.
Bildirib ki, yeni texnologiyaların tətbiqi avtomobil sənayesində əsasən səmərəliliyin artırılmasına və məhdud resurslardan daha effektiv istifadəyə yönəlib: ‘’Bu proses eyni zamanda xərclərin optimallaşdırılması, avtomobillərin daha əlçatan olması və nəticədə daha geniş istehlakçı kütləsinə çıxış imkanlarının yaradılmasını hədəfləyir. Bununla yanaşı, dövlətlərin də bu istiqamətdə mühüm strateji məqsədləri mövcuddur. Əsas hədəflərdən biri enerji tələbatının şaxələndirilməsidir. Ənənəvi yanacaq növləri ilə işləyən avtomobillər bir çox hallarda ölkələri xarici resurslardan asılı vəziyyətə salır. Son dövrlərdə baş verən hadisələr – regiondakı gərginliklər, Hörmüz boğazı ətrafında risklər, neft qiymətlərinin kəskin dəyişməsi – bu asılılığın nə qədər kritik olduğunu bir daha göstərdi. Bu isə həm ailə büdcəsinə, həm biznesə, həm də ümumi iqtisadi sabitliyə ciddi təsir edir. Digər mühüm çağırış isə ekoloji tarazlığın qorunmasıdır. Son 60–70 ildə atmosferə zərərin azaldılması, dayanıqlı iqtisadiyyatın qurulması və ətraf mühitin mühafizəsi avtomobil sənayesinin əsas prioritetlərindən birinə çevrilib. Bu istiqamətdə həyata keçirilən strategiyalar ənənəvi yanacaqdan asılılığın azaldılması, alternativ enerji mənbələrinə keçid və hibrid-elektrik avtomobillərin genişləndirilməsi ilə bağlıdır. Məqsəd atmosferin çirklənməsinin qarşısını almaq və daha sağlam ekosistem yaratmaqdır.’’
İqtisadçı qeyd edib ki, bu dəyişikliklər ənənəvi yanacaq növlərinin gələcəyi ilə bağlı suallar doğurur: ‘’Neft və qaz kimi resurslar məhduddur və tükənəndir. Eyni zamanda enerji tələbatı sürətlə artır, dünyada avtomobillərin sayı isə kəskin şəkildə çoxalır. Hazırkı mərhələdə elektrik avtomobilləri hələ ki, ənənəvi yanacağa olan tələbatı ciddi şəkildə azaltmayıb. Lakin yaxın 5 il ərzində bu istiqamətdə dönüş yaranacağı gözlənilir. Artıq Avropa Birliyi, Çin, Yaponiya kimi böyük iqtisadi mərkəzlər bu sahədə konkret hədəflər müəyyən ediblər. Elektrik avtomobillərinin sayının artırılması və texnologiyanın sürətli inkişafı həm minik, həm də yük nəqliyyatında geniş tətbiq imkanları yaradır. Bununla belə, prosesin mənfi tərəfləri də var. Elektrik avtomobillərində istifadə olunan batareyalar yeni təbii resursların istismarını artırır və onların tullantıları ekoloji risklər yaradır. Hazırda beynəlxalq tədqiqat mərkəzləri və texnologiya şirkətləri bu riskləri minimuma endirmək üçün müxtəlif həll yolları üzərində çalışırlar. Bu artıq başlanmış və qarşısı alınmaz bir prosesdir. Lakin bu o demək deyil ki, ənənəvi yanacaq növləri tamamilə sıradan çıxacaq. Neft və qaz təkcə avtomobil sənayesində deyil, plastik istehsalından gübrəyə qədər bir çox sahədə istifadə olunur. Nəticə etibarilə, avtomobil sektorunda ənənəvi yanacağa tələbat müəyyən qədər azalsa belə, digər sahələrdə artan tələbat bu resursların yaxın gələcəkdə əhəmiyyətini itirməyəcəyini göstərir.’’

Mövzu ilə əlaqədar nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, elektriklə işləyən avtomobillərin satışındakı artım innovasiyaya əsaslanan bir inkişaf modelinin nəticəsi kimi qiymətləndirilə bilər:
“Bu sahədə tətbiq olunan yeniliklər və əlçatan texnologiyalar bəzi iqtisadi sistemlər üçün cəlbedici görünür. Bu gün dünya ölkələri arasında elektrikli nəqliyyat vasitələrinin istehsalı, sifarişi və ümumilikdə dövriyyəsi sürətlə genişlənir. Xüsusilə ölkələrarası ticarətdə elektrik avtomobillərinin alqı-satqısı zamanı tətbiq olunan güzəştlər, gömrük rüsumlarının azaldılması, bəzi hallarda isə tamamilə ləğv edilməsi bu innovativ yanaşmanın birbaşa nəticəsidir. Başqa sözlə, bu proses innovasiyaya olan inamdan qaynaqlanır. İnsanlar və dövlətlər elektrikli nəqliyyatın daha perspektivli, davamlı və gələcəyə uyğun bir seçim olduğuna inanırlar’’.

Sevinc Yarməmmədova,
Azər Abuşov,

BDU Jurnalistika fakültəsinin III kurs tələbələri
4-05-2026, 21:14
Hava proqnozu

Hava proqnozu

Mayın 5-7-də Azərbaycanın bəzi rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran) yağıntının intensivləşəcəyi, 5-6-da qısa müddətə güclənəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
4-05-2026, 20:34
GÖZÜM GÖZÜNÜZDƏN UZAQ OLSA DA…


Həsənxan Mədətov,
Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivinin sabiq direktoru


GÖZÜM

GÖZÜNÜZDƏN UZAQ

OLSA DA…

Sevimli şairimiz Səməd Vurğunun dünyaya göz açdığı vaxtdan 120 il keçir. Amma 70 il bundan əvvəlki əlamətdar bir hadisədən - şairin yarım əsrlik yaşının qeyd olunduğu yubileydən söhbət acmaq istəyirik .

12 may 1956- cı il. Həmin gün M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet teatrının binasında böyük təntənə vardı. Yubiley gecəsinə qocalar, cavanlar, şairin sənət dostları, hökumət nümayəndələri, xarici qonaqlar və poeziya vurğunları gəlmişdilər. Yalnız yubilyarın özü gözə dəymirdi, amansız xəstəlik şairi yatağa salmışdı. İntizarlı baxışlar onun iri portretinə dikilmişdi...
Yubiley mərasimini Azərbaycan Yazıçılar İttifaqı ilə Respublika Elmlər Akademiyası təşkil etmişdi. Gecəni İttifaqın sədri, yazıçı Süleyman Rəhimov açdı. Söz yazıçı- dramaturq Mirzə İbrahimova verildi. O, qələm dostunun, neçə illərdi çiyin - çiyinə addımladığı ictimai xadimin həyat və yaradıcılığına həsr olunmuş geniş məruzə ilə çıxış etdi.
Azərbaycan hökumətinin yubilyara təbriki oxunduqdan sonra, müx – təlif xalqların sənətkarları bir - birinin ardınca tribunaya qalxdılar. Onlar öz ürək sözlərini deyir, təbrikləri ünvanına çatdırır, ya şairə həsr etdikləri şerlə - rini, ya da onun poeziyasından tərcümə nümunələrini oxuyurdular. Bir sözlə, yubiley gecəsi həqiqi təntənəli beynəlmiləl məclisə dönmüşdü.
Tribunaya 1947 - ci ildə S.Vurğunla London səfərinin iştirakçısı, bu səfərin təəsüratı ilə ona gözəl şeir ithaf etmiş, rus şairi K.Simonov çıxdı. O, dostunu təbrik edib, şairin «Mən tələsmirəm» və başqa şeirlərini öz tərcüməsində oxudu.
Onu kürsüdə Moskva yazıçıları adından danışan, Azərbaycan poeziyasının mahir tərcüməçisi P.Antokolski əvəz etdi.
Ukrayna şairi R.Voronko, özbək şairi Q.Qulam, gürcü şairi G.Leo - nidze, Dağıstan şairi R.Həmzətov və başqaları səmimi təbriklərini hərarətli, poetik ithaflarını yubilyara yetirdilər .
Gecədə B.Kerbabayev (Türkmənistan), Uluqzadə (Tacikstan) və Mövlamov (Qazaxstanlı) öz xalqlarının sənətkarları adından təbriklər söylə - dilər.
G.Qulia «Literaturnaya qazeta», P.Çagin «Drujba narodov» jurnalı , M.Əliyev Azərbaycan EA - sı, Ə.Şərif M.Lomonosov adına Moskva Dövlət Universiteti, Y.Məmmədəliyev Azərbaycan Dövlət Universiteti.
A.İsgəndərov M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram teatrı kollektivlərinin təbriklərini oxudular.
• •

Yubileydə bolqar qadın şairi Liana Daskalava çıxış etmişdi. Oz xalqı adından S.Vurğuna səmimi salamını yetirdi. Qeyd elmək lazımdır ki, ş
yubiley günlərində «Azərbaycan poeması» adlı şeirini qələmə almışdır. Az sonra S.Vurğunun vaxtsız ölümü onu dərindən kədərləndirmiş, bu hadisəyə ballada həsr etmişdir.
S.Vəzirov Azərbaycan neftçiləri, Əliyev Qazax rayonu əhalisi adından yubilyarı qızğın salamladılar.
Cənubi Azərbaycan yazıçılarının təbrikini şair Balaş Azəroğlu, Azərbaycan Yazıçılar ittifaqının təbrikini şair Osman Sarıvəlli oxudular.
S.Vurğun yubiley məclisinə təsirli bir təşəkkür məktubu göndərmişdi. Şairin qardaşı Mehdixan Vəkilovun oxuduğu bu məktub məclis iştirakçılarına bərk təsir etdi. Böyük şair yazırdı:
«Əziz oxucularım! Mən bugünkü məclisdə müvəqqəti bir səbəbə görə iştirak edə bilmirəm. Lakin:
Gözüm gözünüzdən uzaq olsa da,
Könüldən könülə yollar görünür.


Sizdən xahiş edirəm ki, bugünkü məclisdə iştirak edən mənim əziz qələm dostlarıma, Moskva, Leninqrad və başqa qardaş respublikalardan gəlmiş yazıçılara mənim ürək salamlarımı və təşəkkürümü yetirəsiniz.
Sağ olun! Hamınıza dünyanın ən şirin neməti olan cansağlığı arzu edirəm»
Qeyd etməliyik ki, belə bir əlamətdar hadisə görkəmli şairin 50 illik yubileyi və bu yubileydəki çıxışlar o zamankı dövri mətbuatda geniş əksini tapmamışdır. Qəzetlərdə yubiley barəsində icmal dərc olunmuş, çıxışlar yalnız radionun efirinə verilmişdir. Ona görə də oxucular, S.Vurğun yaradıcılığının tədqiqatçıları, xüsusən müasir ədəbiyyatşünaslar bu çıxışlardan xəbərsiz qalmışlar. Xoşbəxtlikdən həmin mərasimin lent yazıları ötən əsrin 70-ci illərində Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivi tərəfindən əldə edilmiş və fondun nadir incilərindən biri kimi qorunub saxlanılır.
(Elə həmin dövrdə daha bir nadir lent yazısını Rusiyanın arxivindən respublikamıza gətirib dövlət mühafizəsinə qəbul eləmişik. Bu iki saatlıq lent yazısıs 1954-cü ilin dekabrında Moskvada, SSRİ yazıçılarının II qurultayında Səməd Vurğunun «Sovet poeziyası» barədə möhtəşəm hesabat məruzəsi zamanı lentə alınmışdır.)
Görkəmli şairin həyat və yaradıcılığının tədqiqi, xüsusən başqa xalqların sənətkarları ilə dostluq əlaqələrinin öyrənilməsi baxımından maraqlı olacağını nəzərə alıb, çıxışlardan bəzilərinin tərcüməsini cüzi ixtisarla oxuculara təqdim edirik:

K.Simonov

Özü burada iştirak etmir. Onun xəstələnməsi hamımızı kədərləndirmişdir. Mənə elə gəlir ki, bizim buradan, nəinki zalda oturanlara, eyni zamanda, Səmədin özünə müraciət etməyə imkanımız vardır . Bilirəm ki, indi o bizi dinləyir və hisslərimizi duyur.
Əziz Səməd! Burada stol arxasında saçlarına qar yağmış elə adamlar oturublar ki, onlar çoxmillətli sovet poeziyamız naminə , xalqımız naminə illər boyu səninlə çiyin-çiyinə, qüsursuz çalışıblar. Sən poeziyanın ən cəsarətli, ən qabaqcıl əsgərlərindən birisən. Sən həmişə cəsur və mətin olmusan. Sən həmişə əsil şair, həqiqi inqilab əsgəri olmusan. Ona görə də hamımız, sənin yoldaşların, yazıçılar və oxucular bu 50 illik yubiley günündə səni belə hərarətlə salamlayırıq. Sən dərin zəkalı, qüdrətli və mərd şairsən. Sənin lirik şeirlərin insanların qəlbində və düşüncələrində daim yaşayır, onları həyat məsələlərini həll etməyə, sevməyə, yaratmağa və dostluğa ruhlandırır. İndi sən xəstəsən, bizimlə bu iclasda iştirak edə bilməzsən. Ancaq biz başa düşürük ki, bundan sonra daha böyük işlər görməyə sənin qüdrətin çatar. Sənin poeziyan həmişə cavandır, həmişə də cavan qalacaq, çünki mübarizə əzmi ilə yoğrulub, onda əbədi gənclik duyğuları hakimdir. Sən çoxlu yazıçının, minlərlə oxucunun dostusan. Sən neçə-neçə xalqın dostusan. Mən bu gün 50 illik yubileyin günündə sənə üz tuturam, sən əsərlərinlə, gözəl şerlərinlə neçə - neçə xalqı özününküləşdirdin, çox adamı öz xalqının nümayəndəsi etdin! Bax, şairin də əsil və böyük istedadı bundan ibarətdir. Sən Azərbaycanın, öz xalqının həqiqi nümayəndəsisən, bu ölkədə bircə dəfə də olmayan milyonlarla adam sənin adınla, sənin poeziyan vasitəsilə xalqına və ana yurduna məhəbbət bəsləyir. Sənin bir şair kimi xidmətin budur və bundan vüksək xidmət ola bilməz.
İstəyirəm ki, yubiley günündə sənin əbədi gəncliyindən, poeziyanın ədəbi gəncliyindən söhbət açan şeirlərindən öz tərcüməmdə bir neçəsini oxuyum.
P.Antokolski
Əzizimiz, sevimli Səməd! Mən də tam inamla sənə müraciət edirəm ki, söhbətimizi eşidir, bu zalın isti nəfəsini duyursan. Mən sənə yalnız Moskva yazıçılarından deyil, onlarla, yüzminlərlə moskvalıdan, oxucularından, köhnə pərəstişkarlarından salam yetirirəm. Bu sözlərdə Moskvanın məhəbbətini, onun minnətdarlığını hiss edirsən.
Moskvalılar tribunadan sənin səsini eşidən zaman o saatca sənə isinişir, hətta Azərbaycan dilini başa düşməsələr də duyurlar ki, onlara əsas məsələdən, əzəmətli, alovlu məhəbbətdən, qüvvətli, odlu nifrətdən söhbət açırsan. Həmişə belə olub, belə olmalı idi və belə də olacaq. Çünki sən - Səməd Vurğun, təbiətən böyük şairsən, bizim nəsillərin iftixarısan! Bu gün sənin yaradıcılığından çox şeylər, həddindən artıq çox şeylər, yada düşür ki, onları bir çıxışda əhatə elmək, sayıb sona çaldırmaq mümkün deyil.
Sənin poema və dramların, ayrı-ayrı bəndlərin, misraların təsəvvürümüzdə canlanır. Burada əfsanəvi Fərhad əlini Bakı fəhləsi Xanların çiyninə qoyub, müdrik Vaqif sadəcə olaraq öz müasirləri kimi bizim hər birimizlə söhbət edir. Sənin həqiqət günəşinin parlaq ziyasından nurlanan, qələminin qüdrəti ilə Muğam səhrasından ümumittifaq səhnəsinə çıxan neftçilər, Azərbaycan pambıqçıları, qocaman qazma ustası və komsomolçu qız göz önündə canlanır. Bunlar artıq bu gün təkcə sənin qəhrəmanların deyil, müasir və sabahkı oxucularındır.
Sən öz əmək yoluna müxtəlif kəndlərdə müəllimlik etməklə başlamısanı. Əgər bu sənəti davanm etdirsəydin, sənin yetişdirmələrin olan, əllərində gül-çiçək tutmuş yüzlərlə oğlan və qız buraya sığışmazdı.
Əgər sən mühəndis olsaydın, indi öz yaradıcılarını təbrik üçün qaldırıcı kranlar qollarını uzadar, ekskavatorlar buraya addımlayardı.
Əgər sən həkim olsaydın, gözlərinə nur verdiyin, əzələlərinə möhkəmlik bəxş etdiyin yüzlərlə adam indi səni salama gələrdi.
Ancaq sən şair oldun, buna baxmayaraq, yenə də insanların dərin minnətdarlığını qazanmısan! Tərənnüm etdiyin sovet adamlarının əlləri ilə yaradılan bu əzəmət, bu təmtəraq ümumxalq şöhrəti, sənin ləyaqətin kimi yenidən özünə qaytarılır. Çoxlu sənətkar var ki, öz həyatı ilə şairlik rütbəsinin, şair adının yüksək olduğunu sübut etmişdir. Sən bunu bir daha təsdiqlədin. Biz bu fikri nahaq yerə təkrar etmirik. Sənə çox böyük xoşbəxtlik nəsib olub, onu pərdələmək və ya danmaq qeyri- mümkündür, sən bizim iftixarımızsan!

R.Həmzətov (Dağıstan MSSR)
İstəkli, sevimli, möhtərəm Səməd Vurğun!
Əziz yoldaşlar! Bizim qocaman akınlar, yüzyaşlı xalq şairləri, Dağıstan sovet ədəbiyyatının bütün nümayəndələri, respublikanın bütün zəhmətkeşləri bu şərəfli yubiley gününüzdə Sizə və xalqınıza bir qonşu xalq kimi deyil, qardaş kimi salam yetirməyi məndən xahiş etmişlər.
İstəkli Səməd Vurğun, biz bu yubileyə çoxdan hazırlaşırdıq. Yazıçılar İttifaqının İdarə heyətində beş gün düşünüb, üç səhifə təbrik yazmışıq. Mən özüm isə on səhifəlik çıxış hazırlamışam. Ancaq bu gün həmin çıxışı oxumaq mümkün deyil. Yalnız ürəkdən bunu deyirəm: yaşasın bütün sovet xalqının və Azərbaycanın sevimli şairi Səməd Vurğun! yaşasın Səməd Vurğunu yetirən Azərbaycan xalqı! 
• • • •
Səməd Vurğunun əsərləri bizim məşhur Kubaçinli zərgərlərin işini yadıma salır. Səməd Vurğunun sözləri də illərlə hər bir nəqşənin üstündə əlləşən bizim zərgərlərin hazırladıqları ziynət şeyləri kimi işıq saçır. Mən yubiley günündə onun poeziyası ilə Dağıstan xalqının incəsənətinin doğmalığının ifadəsi kimi bizim Kubaçinli ustaların hazırladıqları hədiyyəni təqdim etmək istəyirəm ...
Nəhayət, Dağıstan Yazıçılar İttifaqı İdarə Heyətinin təbrikini təqdim etmək istəyirəm. Bir daha təkrar edirəm: yaşasın Səməd Vurğun! Yaşasın Səməd Vurğunu yetirən Azərbaycan xalqı!

G.Leonidze (Gürcüstan)
Mehriban qonşumuz və qardaşımız, nəcib, mərd Azərbaycan xalqına gürcü xalqından hərarətli qardaşlıq salamı! Odlu Azərbaycan poeziyasının və böyük Vətənimizin qüdrətli nəğməkarı, Azərbaycan xalqının Məcnunu, onun ürəyi, duyğularının ən gözəl ifadəçisi Səməd Vurğuna səmimi salamlar, təbriklər və hərarətli öpüşlər!
Əziz dostum Səməd! Sən öz yurdunun gözəlliklərini tərənnüm etdin, mənə elə gəlir ki, burada, Azərbaycanda hər bir ağac sənin adından danışır, indi sən xalqın yüksəlişini, doğma Kommunist Partiyasına sonsuz məhəbbətini, azərbaycanlıların qəhrəmanlıq keçmişini, bu günkü səadəti və xoşbəxt sabahı uğrundakı mübarizəsini tərənnüm edən əsil xalq şairisən!
Səməd, sən bizim gözəl natiqimiz, Sovet ittifaqının ən yaxşı şairlərindən birisən. Sənin yaradıcı sözün yalnız Azərbaycan ədəbiyyatını deyil, ittifaq xalqlarının ədəbiyyat xəzinəsini zənginləşdirir. Bu gün sənin əsil şadlıq, poetik bəhrə və mükafatlandırılan günündür. Bu gün hamımız sənə məhəbbətin gözü ilə baxırıq. Sovet xalqı öz şairlərini sevir, sənin yubileyin bu xalq sevgisinin və xalq minnətdarlığının canlı timsalıdır. Xalqın sənin yaradıcılığında öz poeziya cəngavərinin yaraqlarını, fikirlər qaynağını və hissləri ətirli çiçəklərini tapır. Şairlər həmişə yekdildir. Onlar heç zaman həyatın adicə seyrçisi olmamışlar...
Bizim sələflərimiz olan sənətkarlar döyüşlərdə öndə gedib öz nəğmələrində xalqı vətənin müdafiəsi naminə mübarizəyə səsləmişlər. Sovet Şairləri isə Lenin təliminin parlaq şəfəqlərindən qüvvət alaraq sülh və azadlıq uğrunda mübarizədə xalqın avanqardı kimi həmişə ön cərgədə dayanmışlar. Əziz Səməd, xalqın belə qüdrətli nəğməkar döyüşçülərindən biri də sənsən! Sən müasir poeziyanın ilk yaradıcılarından biri, qüdrətli lirik, görkəmli dra¬maturq, alim və ictimai xadimsən. Sən iki xalq arasında qardaşlıq və dostluq əlaqələrinin möhkəmləndirilməsi yolunda göstərdiyin xidmətlərə görə gürcüləriın də məhəbbət və hörmətini qazanmısan. Rustavelinin ölməz «Pələng dərisi geymiş pəhləvan» poemasını tərcümə etməklə gürcü ədəbiyyatının populyarlaşması üçün böyük işlər görmüsən. Sevimli Səməd, gürcü alim və yazıçıları şairlərlə birgə sənin Azərbaycan elminin inkişafına çəkdiyin zəhmətləri yüksək qiymətləndirirlər. Sən Azərbaycan EA rəhbərlərindən biri kimi
onun yüksəlişi üçün yorulmadan qayğı göstərirsən. İctimai elmlərin bütün sahələrindəki çiçəklənmə və böyük nailiyyətlər bilavasitə sənin adınla bağlıdır. Şəxsən mən səninlə dost olduğuma görə özümü şad və xoşbəxt hesab edirəm. Xalq məhəbbəti və partiyaya olan sədaqət bizim qəlblərimizi birləşdirmişdir. Səməd, biz köhnə dostlarıq. Çaxır nə qədər saxlansa, o qədər tünd olur. Bizim dostluğumuz da belədir.
Gürcü Yazıçılar İttifaqı, Gürcüstan SSR EA və gürcü dostların adından şərəfli 50 illik yubiley günündə səni hərarətli məhəbbət duyğuları ilə salamlayır, sənə möhkəm cansağlığı və poeziya bulağının heç zaman tükənməməsini arzulayıram. Qoy heç vaxt «Cəngi» nin səsi kəsilməsin!
Qoy sənin qələminin qüdrəti daha da artsın, söz şöhrətinin qönçələri çiçəklənsin və yuz illərlə rayihə saçsın!
Sevin, Azərbaycan xalqı, sənin Səməd Vurğun kimi şairin, onun təki oğlun var!
B.Kerbabayev (Türkmənistan)
Əziz dostumuz Səməd Vurğun! Sovet Türkmənistanının yazıçıları bu xoşbəxt təsadüfdən, yubileyinizdən istifadə edərək Sizə qardaşlıq salamı və səmimi qəlbdən təbriklər göndərirlər. Türkmənistanda sizin təbii və coşqun, dərin fikirlər və canlı duyğularla dolu poeziyanızla tanışdırlar və sevirlər. Siz xəlqi, vətənpərvər, həyatsevər və görkəmli yazıçı olmaqla, türkmən oxucuları üçün yalnız müasir sevimli müəlliflərdən biri deyil, eyni zamanda sizdən daima öyrənən və ləyaqətli həmsənətləri kimi sizinlə fəxr edən respublikamızın ədəbiyyatçıları üçün böyük nümunə , canlı örnəksiniz. Siz bizim doğma çoxmillətli sovet ədəbiyyatının ilk yaradıcıları sırasında şərəfli yer tutursunuz.
Realizm ədəbiyyatının qabaqcıl yaradıcısına hərarətli salamımızı yetirirəm. Nəcib insanı, dostumuz Səməd Vurğunu uzun illər sağ-salamat görməyi arzulayırıq.
İstəyirik ki, onun ilhamlı qəlbinin, müdrik ağlının şirin meyvəsi olan yeni-yeni əsərlərini oxuyaq. Səmədcan, qardaşım! Dünya durduqca Vurğun duracaq. Vurğunun ürəyi daim vuracaq!

S.Uluqzadə (Tacikstan)
Yalnız Azərbaycan xalqının deyil, bütün xalqların sevimlisi, əziz yubilyarımız!
Əlli illik yubileyiniz günündə tacik dostlarınız və qələm qardaşlarınız Azərbaycanın xalq şairinə alovlu salamlar göndərir, adı qardaş xalqların ədəbiyyatının ən gözəl sənətkarları ilə yanaşı çəkilən böyük söz ustasının əllərini hərarətlə sıxırlar. Qardaş Azərbaycanın poeziyası Sizin yaradıcılığınızla parlaq inkişaf zirvəsinə çatmışdır. Siz öz coşğun qəlbinizin ilhamlı yaradıcılığı ilə çoxmillətli sovet poeziyamızı həmişə zənginləşdirmisiniz və yenə də davam etdirirsiniz. Sizin səsiniz, odlu sözləriniz tacik torpağında da yüksəlməkdədir. Tacikstan oxucuları görkəmli şairlərimizin tərcümə etdikləri gözəl
şeirlərinizi çox sevirlər. Pyesləriniz böyük məhəbbətlə tacik səhnələrində tamaşaya qoyulur. Yüksək sənətkarlıqla və böyük fikirlər ifadə edən poeziyanız əsrlərin dərin qatlarından axıb gələn Azərbaycan - tacik ədəbi əlaqələrinin bizim sovet dövrümüzdə möhkəmlənməsinə və daha da məhsuldar yaradıcılığa çevrilməsinə qüvvətləndirici təsir göstərmişdir. Siz bizim üçün bütün istedadını xalqa, Vətənə sərf edən görkəmli şair vətəndaşsınız. Geniş ictimai fəaliyyətiniz poetik yaradıcılığınızla möhkəm bağlanmışdır. Sizin yaradıcılığınızını, o cümlədən bütün sovet ədəbiyyatının gücü onunla səciyyələnir ki, o, ən qabaqcıl, ən gözəl, müasir dövrün ən bəşəri ideyasına xidmət edir. Əsərləriniz dünyanın bütün namuslu və əməkçi adamları, xalqlar arasında dostluq qardaşlıq və sülhə can atanlar üçün çox əzizdir .
Əziz möhtərəm Səməd Vurğunun, biz səmimi-qəlbdən Sizə cansağlığı, uzun ömür, yaradıcılıq nailiyyətləri ilə dolu bir həyat arzulayırıq!
Mən Tacikistanın nasir, şair və dramaturqları adından təbrik gətirmişəın. Qoy o bizim böyük və qardaşlıq məhəbbətimizin kiçik bir rəmzi kimi Sizdə qalsın.
A.Beyan (Latviya)
Azərbaycanın fəxri, böyük insan və qüdrətli şair Səməd Vurğuna Latviyanın ən səmimi ürək salamını yetirirəm.
Bakı və Riqa! Birlikdə necə də asan və gözəl səslənir! Azərbaycan! Bu söz latışlar üçün əziz və ürəyə yatımlıdır! Bizim nasir Pavel Rozitis nə vaxtsa burada ilk novellaların qələmə alıb. Görkəmli yazıçımız Andrey Upil öz böyük romanı «Reniqat»ı burada yaradıb. Latviyanın xalq yazıçısı Ernest Birzniyek Upits şəhərində 20 il yaşamış, özünə sədaqətli dostlar tapmış, latış dilində kitablar nəşr etdirmiş və burada özünə gözəl ömür yoldaşı seçmişdir. Azərbaycanda latış yazıçılarının dostları çoxdur. Onların və oxusularımızın ən yaxşı dostu Səməd Vurğun hesab olunur.
Latviyanın xalq şairi Yan Sudrabkaln sizə məktub göndərmişdir. Bu məktubda latış xalqının, bizim yazıçıların və oxucuların ürək sözləri var.

Möhtərəm xalq şairi, əziz Səməd Vurğun. Baltik dənizi və Dauqava çayı sahillərindən, qədim və gözəl Riqadan Sizin 50 illik yubileyinizə ən səmimi və ehtiraslı təbriklər gətirmişəm. Görünür, parlaq Cənub günəşinin altında yaşayanlara illər heç nəyi əsirgəmir. Ancaq onlar Sizin saf və kəskin ağlınız, yorulmaz və həmişəcavan ürəyiniz odlu duyğularınız qarşısında acizdir. Sizin kitablarınız xalqlarımızın gözəl və ruhlandırıcı dostluq ideyasını dərindən dərk etmək və yaxşı mənimsəməkdə bizə çox kömək göstərmişdir. Sizin kitablarınız aramızda olan məsafələri qısaldır, zamanı gözəlliyə bələyir. Siz bizim qardaşlıq ailəsində poeziyanın qızıl telləri ilə yüksəlmişsiniz… Siz öz yaradıcılığınızla Şərqi və Qərbi, bütün torpaqları və bütün xalqları bir birinə yaxınlaşdırmısınız.
Səməd Vurğun bizə pərvazlanan poeziyanı öyrədir. Onun poeziyası əsil lirikanın, həqiqi böyük ədəbiyyatın nümunəsidir.
Əziz Səməd Vurğuna Latviyada hazırlanmış bir sadə ağac mücrü hədiyyə gətirmişəm. Qoy yazıçılarımızın göndərdikləri bu kiçik hədiyyə ona yeni qüvvət, sağlamlıq gətirsin, dostluğumuzu və sevgimizi daha da gücləndirsin! Əziz Səməd Vurğun həm sizin, həm də bizimdir!
4-05-2026, 19:16
Küləyə Pıçıldanmış Həqiqət

Elnur Sadəqoğlu Musayev
(Göygöl rayonu)


Küləyə Pıçıldanmış

Həqiqət


Əvvəli linklərdə
https://butov.az/edebiyyat/55773-kuly-pcldanm-hqiqt.html
https://butov.az/karusel/56214-kuly-pcldanm-hqiqt.html

Əvvəllər aclıq bir canavar kimi içini gəmirirdi. Mədəsi büzüşür, bağırsaqları düyünlənirdi. Amma son günlər bu ağrı kəsilmişdi. Bədəni yüngülləşmişdi. Əlini qaldıranda barmaqlarının sümükdən ibarət olduğunu, dərinin sadəcə nazik, şəffaf bir pərdə kimi sümükləri örtdüyünü görürdü. Bu əllər bir vaxtlar plov yeyən, pul sayan əllərə bənzəmirdi. Bu əllər mağaranın girişindəki quru budaqlara bənzəyirdi.
Çöldə fırtına qopanda Səlim mağaranın küncünə qısılırdı. Küləyin ulaması qorxulu deyildi artıq. O səs, Səlimin beynindəki səsləri susdurmuşdu. "Mirzə Səlim..." – bu ad beynində səsləndi. Nə qədər yad, nə qədər ağır bir ad. Sanki çiyinlərində daşıdığı bir kisə daş idi. "Mirzə kimdir?" – deyə düşündü. O, Zeynəbin əri, Hacı Fəttahın imamı, kəndin mollası idi. Amma o adam aşağıda, o isti və üfunətli dünyada qalmışdı. Burada, bu mütləq soyuqda yalnız nəfəs alan bir canlı vardı. Adı yox, keçmişi yox, gələcəyi yox.
Bir gecə yuxudan ayıldı. Mağara buz kimi idi, amma o, tərləyirdi. Bədənində qəribə, yandırıcı bir hərarət vardı. Qan damarlarında axmır, sanki qaynayırdı. Qasımın dediyi o "palçıq" qurumuşdu, tökülmüşdü. İndi növbə ruhun qabığına çatmışdı. Səhərə yaxın, günəşin ilk şüaları dağların zirvəsini qızılı rəngə boyayanda Səlim ayağa qalxmaq istədi. Ayaqları onu dinləmədi. Sürünərək mağaranın ağzına gəldi. Qarın üstü şüşə kimi bərkimişdi. Hava o qədər təmiz idi ki, nəfəs alanda ciyərləri kəsirdi. Günəş üfüqdən boylandı. Aşağıda, vadidə ağ duman dənizi dalğalanırdı. Kənd, o kiçik evlər, o böyük davalar, o torpaq üstündəki çəkişmələr... hamısı o dumanın altında, bir heçliyin içində görünməz olmuşdu. Səlim gözlərini günəşə dikdi. Gözləri qamaşdı, yaşardı, amma baxışlarını çəkmədi. Hacı Fəttahın qızıllarından daha parlaq, Zeynəbin plovundan daha doyumlu bir şey vardı o işıqda.
"Mən üşümürəm," – deyə düşündü. Həqiqətən də soyuq yox olmuşdu. Bədəninin hüdudları silinirdi. Harada bitib, havanın harada başladığını hiss etmirdi. Barmaqlarının ucundakı hissiyyat itmişdi, sonra qolları, sonra ayaqları... O, sadəcə döyünən bir ürək, baxan bir cüt göz idi. Birdən ona elə gəldi ki, qar dənələri onun üzərinə yağmır, onun içindən keçir. O, dağın bir parçası idi. O, əsən külək idi. Dodaqları tərpəndi, amma səs çıxmadı. Sözlərə ehtiyac yox idi. İllərdir minbərdə qışqırdığı o moizələr, o ərəbcə dualar... hamısı boş səs-küy imiş. Əsl dua bu imiş: Sükut və təslimiyyət.
Səlimin başı yavaşca qarın üzərinə düşdü. Yanağı buza toxundu, amma buz onu yandırmadı, sığalladı. Son nəfəsi ağzından ağ bir buxar kimi çıxdı. O buxar havaya qalxdı, günəş işığında bir anlıq parladı və küləyə qarışdı.
Artıq "Mirzə Səlim" yox idi. Sadəcə əbədi, təmiz və sonsuz bir sükut vardı. Və bu sükut, kənddəki bütün səs-küydən daha gurultulu idi.
________________________________________
Sonluq: Yazın Gətirdiyi Xəbər
Dağların ağ kürkünü soyunmağa başladığı, qayaların arasından bənövşələrin utancaq uşaqlar kimi boylandığı vaxt idi. Çobanlar onu tapanda günorta günəşi zirvəni döyürdü. Səlim mağaranın ağzında deyil, bir az aşağıda, sıldırım qayanın üzərində tapıldı. Bədəni qarın altında qalmış, sonra günəşdə açılmışdı. O, üzüqoylu deyil, arxası üstə uzanmışdı. Gözləri açıq idi və birbaşa göy üzünə – o sonsuz maviliyə baxırdı. Üzündəki ifadə donmuş bir təbəssüm idi; sanki ölüm anında kimsə ona çox gülməli və ya çox gözəl bir sirr pıçıldamışdı.
Xəbər kəndə çatan kimi camaat axışdı. Hacı Fəttah atın belində, digərlərindən yuxarıda gəldi. O, atından düşmədi. Sadəcə əyilib cəsədə baxdı. Səlimin cır-cındır paltarı, sümükləri çıxmış sinəsi, qaralmış dərisi Hacının üzünü turşutmasına səbəb oldu. Cibindən ətirli dəsmalını çıxarıb burnuna tutdu.
-Heyif, -dedi Fəttah. Səsində kədərdən çox, itirilmiş bir əşyaya duyulan heyfslənmə vardı. - Savadlı adam idi. Səsi də gözəl idi. Amma iradəsi zəif çıxdı. Şeytanın vəsvəsəsinə uyub özünü bu günə saldı.
Yanındakı kəndlilər başlarını yellədilər: - Düz deyirsən, Hacı. Yazıq, ağlını itirdi. İsti evini, hazır ruzisini qoyub daşların arasında can verdi. Allah günahından keçsin.
Baqqal Məmməd irəli çıxıb Səlimin açıq qalmış gözlərini bağlamaq istədi. -Dəymə! - Bu səs qayanın arxasından gürultu kimi gəldi. Hamı diksindi. Dəli Qasım bir qayanın üstündə oturmuşdu. Əlindəki çomağı yonurdu. Aşağı düşmədi, camaata qarışmadı. Yuxarıdan, sanki başqa bir aləmdən danışırdı.
- Onun gözlərini bağlama, Məmməd. O, sizin görmədiklərinizi görür. Qoy baxsın.
Hacı Fəttah istehza ilə güldü: - O ölüb, Qasım. Ölü heç nə görə bilməz. Sən də onun kimi ağlını itirmisən deyəsən.
Qasım çomağı yerə qoydu. Gözlərini Hacıya dikdi. -Ölü sizsiniz, Hacı. Siz bu aşağıda, o palçıq evlərinizdə, qızıl sandıqlarınızın içində hər gün ölüb dirilirsiniz. Nəfəs alırsınız, amma yaşamırsınız. Yeyirsiniz, amma doymursunuz.
Əli ilə Səlimin donmuş cəsədini göstərdi:- Bu adam acından ölüb, amma bax, üzü gülür. Sən heç qızıllarını sayanda belə gülmüsənmi, Hacı? Bu adam buzun içindədir, amma sən kürkünün içində titrəyirsən.
Hacı Fəttahın üzü qızardı. Atının cilovunu dartdı. - Boş-boş danışma, səfil! Cənazəni götürün, aparaq yuyub basdıraq. Bəlkə torpaq günahlarını təmizləyər.
Kəndlilər Səlimin cəsədini çiyinlərinə alıb aşağı, kəndə doğru enməyə başladılar. Onların səsi, ayaq səsləri, Hacının atının kişnərtisi yavaş-yavaş uzaqlaşdı. Kənd öz "itmiş övladını" geri aparırdı – onu yenidən torpağa gömmək, üstünə daş qoymaq və unutmaq üçün.
Qasım tək qaldı. O, Səlimin uzandığı yerdə ərimiş qarın yaratdığı kiçik gölməçəyə baxdı. Günəş orada əks olunurdu.
- Get, Mirzə, -dedi Qasım yavaşca. - Onlar sənin bədənini apardılar, amma "səni" apara bilmədilər. Sən artıq bu dağsan, bu küləksən.
Qasım dərin bir nəfəs aldı. Yaz havasının təmiz, dirildici qoxusunu ciyərlərinə çəkdi. Sonra üzünü kəndə yox, daha yuxarıya, Səlimin də çıxmadığı ən uca zirvəyə tutdu. Çomağını götürüb yavaş-yavaş yuxarı dırmaşmağa başladı.
Aşağıda isə kənd, öz kiçik qayğıları, böyük yalanları və bitməyən ticarəti ilə birlikdə tüstüləməyə davam edirdi. Külək isə dağlardan əsərək dərəyə bir həqiqəti pıçıldayırdı, lakin aşağıda onu eşidən kimsə qalmamışdı.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!