Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
18-05-2026, 06:36
Anılıb xatırlanırsa, ruhu şaddır


Anılıb xatırlanırsa,

ruhu şaddır


Zəngəzur mahalının Qafan elində yaxşı tanınan, hörmət-izzət sahibi olmuş Baxış müəllimin xatirəsi təkcə doğmaları, qohumları tərəfindən deyil, həm də sevimli şagirdləri, elm-ürfan sahibi olan yetirmələri tərəfindən həmişə əziz tutulur. Onun adı hər zaman, hər yerdə, rəhmətlə anılır. Əslində Baxış müəllimin adı heç unudulmur, ancaq anım günlərində doğum günlərində xüsusilə yada salınır, onunla bağlı xatirələr bölüşür. Bu dəfə Baxış müəllimi öz oğlu -peşəsinin davamçısı Rasim Tanrıverdiyevlə xatırladıq.

Baxış m. həyat yoldaşı Qalya xanımla
Yeniyetməlik çağlarımızdan, müəllimlərimizdən, onlardan öyrəndiklərimizdən, yurd yerlərimizdən, camaatımızın ötən əsrin sonlarında yaşadığı faciələrdən, vətən həsrətimizdən xeyli danışıb dərdləşdik. Görüşümüz sevimli Baxış müəllimimizin ömrünü sevənlərinə bağışladığı ərəfəyə düşdüyündən qərarlaşdıq ki, onu “Bütöv Azərbaycan” qəzetinin oxucuları ilə də tanış edək:

Tanrıverdiyev Baxış Nuruş oğlu 15 avqust 1930-cu ildə Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan Rayonunun Gığı kəndində anadan olub. İki bacının tək qardaşı atasını erkən itirdiyinə görə anası Sənəm xanımın himayəsində, ana qayğısı ilə böyüyüb. Onun yetkinlik halına baxsaq görərik ki, atasız qalıb ana nəvazişi ilə böyüsə də mətin xarakteri yurdunun sərt qayalarından, qüruru gəzdiyi dağların əzəmətindən, dözümü kölgəsində dincəldiyi azman palıdlardan əxz edib.

Yetim uşaq kənd həyatında düçar olduğu çətinliklərə, məhrumiyyətlərə baxmayaraq ibtidai təhsilə başlayıb və 1950-ci ildə Gığı kənd orta məktəbini müvəffəqiyyətlə bitirib. Orta məktəbi bitirdikdən sonra, yəni elə həmin il Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya-biologiya fakültəsinə qəbul olub. Çox gənc olsa da atasızlıq Baxış Tanrıverdiyevə çox şey öyrətmişdi. Odur ki, ailənin yükünü hələ bərkiməmiş çiyinlərinə çəkməyi, iki bacısını, anasını damın altında sahibsiz qoymamağı qərara alıb. Təhsilini əyani şöbədən qiyabiyə dəyişib. 1951-ci ildən Gığı kənd orta məktəbində pedaqoji fəaliyyətə başlayan Baxış müəllim peşə ixtisasını daim təkmilləşdirib, öz üzərində yorulmadan çalışıb. Həm dərsləri, həm də kimyadan keçirdiyi laboratoriya təcrübələri çox maraqlı olub.

1955-ci ildə ali məktəbi müvəffəqiyyətlə bitirən B. Tanrıverdiyev tədris zamanı kimya və biologiya fənlərini şagirdlərinə o qədər sevdirmişdir ki, şagirdlərin əksəriyyəti ixtisas seçimi edərkən kimya və biologiya fənninə üstünlük verib, hətta bir çoxu həmin fənlər üzrə qazandıqları uğura güvənərək həkimlik peşəsinə yiyələniblər.

Baxış müəllim öz ixtisasını o qədər sevə-sevə tədris edib ki, sorağı ətraf bölgələrə də yayılıb. Ondan dərs almaq üçün qonşu kəndlərdən, hətta rayon mərkəzindən Gığı məktəbinə uşaqlar gəlirdi. Onun şagirdləri rayonda kimya üzrə keçirilən olimpiadalarda həmişə birincilik qazanıb. 1963-64 cü tədris ilində isə şagirdi Telman Əliyev İrəvanda keçirilən olimpiadada iştirak edərək diplom qazanıb, müəlliminə isə Fəxri Fərman verilib.
Baxış müəllimin yetirmələri arasından xeyli kimya və biologiya müəllimləri çıxıb, hətta bir neçəsi o sahə üzrə elmi iş müdafiə edərək alimlik dərəcəsi alıb. Baxış müəllimin yetirmələrindən professor Abbasov Eldar Şamxal oğlunu, Əliyev Fikrət Paşa oğlunu, Paşayev Bəhram Həbib oğlunu, Əliyev İlqar Paşa oğlunu, dosent Cəfərov İsa Ağa oğlunu, kimyaçı alim Süleymanov Telman Yadigar oğlunu və bir çox digər şəxsləri misal gətirmək olar.

Baxış müəllim şagirdləri arasında
Tanrıverdiyev Baxış Nuruş oğlu 1960-cı ildən Sov.İKP sıralarına daxil olub, 1961-ci ildən Partiya Təşkilatı katibi işləyib. 1962-ci ildə işlədiyi tam orta məktəbə dərs hissə müdiri təyin edilib. Baxış müəllim məktəbdə, dərs zamanı nə qədər tələbkar olubsa, məktəbdən kənar bir o qədər mülayim, sadə, səmimi olub. Onun dərsində ən şuluq şagirdlər lal-dinməz oturublar. Onu da qeyd edək ki, elə ciddi, şiddətlə müşaiyət olunan çəza verən də olmayıb. Ən ağır cəza tədbiri bir narazı baxışı, üzünün sərt ifadəsi idi. Məntiqli söhbətləri, səlis nitqi, həmsöhbətini dinləmək mədəniyyəti ona qarşı hər kəsdə bir rəğbət hissi oyadırdı, cavan vaxtlarından ona bir ağsaqqal sayğısı göstərilib.

O, böyük bir mahalda sayılıb seçilənlərdən olub. İnsani keyfiyyətlərinə, mənəvi dəyərlərinə, ləyaqətli davranışına və şəxsi nüfuzuna görə 1980-ci ilin mart ayında Gığı kənd Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinə sədr seçilib. Yeni vəzifəyə getsə də doğma məktəbindən, sevimli şagirdlərindən ayrı düşməyib. Həmin vaxtlarda məktəbdə kimya dərslərinin ödəmə tədrisçisi olub.
Xalq deputatları Sovetinin sədri işlədiyi dövrdə əhalinin rifahının yaxşılaşmasına çalışıb, kənd camaatının qayğısına qalaraq, onlara imkanı və səlahiyyəti daxilində maddi- mənəvi dəstəyini əsirgəməyib.

1988-ci ildə silahlanmış erməni quldur dəstələri azərbaycanlıları zorla ata-baba yurdundan çıxardıqları zaman Baxış müəllim də öz ailəsiylə birlikdə od-ocağından ayrılaraq Abşeron rayonunun Saray qəsəbəsində məskunlaşıb. 1989-cu ildən Saray qəsəbəsindəki 1 saylı tam orta məktəbdə kimya-biologiya fənlərinin tədrisi üzrə pedaqoji fəaliyyətə başlayıb. Qısa müddətdə öz peşəkarlığı, sənətinə olan sevgisi və insanlara həssas münasibəti sayəsində məktəb kollektivi arasında nüfuz qazanıb. Təəssüf ki, peşəkar təcrübəsinin ən zəngin dövrünə, ömrünün müdriklik çağına çatanda- 2002-ci ildə xəstəliyi ilə əlaqədar məktəbdən ayrılıb.
Baxış müəllim həm də nümunəvi ailə başçısı, qayğıkeş ata, mehriban baba idi. O, həyat yoldaşı Qalya xanımla birlikdə 7 övlad böyüdüb. Övladlarının hamısı təhsillidir.

Baxış müəllim 2007-ci il mayın 19-da, 77 yaşında əbədiyyətə qovuşub. Tanınmış müəllim, nüfuzlu pedaqoq cismən dünyasını dəyişsə də, əziz xatirəsi dostlarının, doğmalarının, şagirdlərinin, bir sözlə onu sevənlərin qəlbində əbədi yaşayacaq.
Allah rəhmət eləsin! Anılıb xatırlandısa, deməli ruhu şad oldu!

“Bütöv Azərbaycan”
17-05-2026, 10:49
Azad internet 8 milyon tümənə çatdı

Azad internet 8

milyon tümənə çatdı


İranda internetə qoyulan məhdudiyyətlərin davam etdiyi bir şəraitdə “pro internet” və ya internetə daha geniş çıxış imkanı verən xüsusi sim-kartların qiyməti milyonlarla tümənə yüksəlib və adi vətəndaşlar üçün əlçatmaz hala gəlib.
Gunaz TV-nin məlumatına görə, əvvəlcə bizneslər və müəyyən xüsusi qruplar üçün nəzərdə tutulan “pro internet” xidməti indi qeyri-rəsmi bazarda 8 milyon tümənə, bəzi hallarda isə daha yüksək qiymətə satılır.
Məlumatlara əsasən, bu xidmətin rəsmi qiyməti daha aşağı olsa da, internet məhdudiyyətləri və artan tələbat səbəbindən qara bazar formalaşıb və internetə daha sərbəst çıxış kommersiya malına çevrilib.
“Pro internet” istifadəçilərə beynəlxalq internetə daha yaxşı çıxış imkanı verir. Lakin bu imkan adi vətəndaşlar üçün ya ümumiyyətlə əlçatan deyil, ya da yalnız yüksək məbləğ ödəməklə əldə edilə bilir.
Qiymət artımı İran vətəndaşlarının internetin sürətinin aşağı salınması, filtrləmə və geniş onlayn məhdudiyyətlərlə bağlı şikayətlərinin artdığı bir dövrdə baş verir. Tənqidçilər bildirirlər ki, bu vəziyyət ölkədə rəqəmsal ayrı-seçkiliyi və internetə çıxışda sosial bərabərsizliyi daha da dərinləşdirir.

17-05-2026, 10:24
Qərbi Azərbaycanda 129 nəfərin   əmlakını müsadirə edilib


Qərbi Azərbaycanda 129 nəfərin

əmlakı müsadirə edilib


İran məhkəmə sistemi iqtisadi təzyiqin yeni mərhələsinə start verib. Gunaz TV-nin məlumatına görə, Qərbi Azərbaycan ostanının məhkəmə sisteminin rəhbəri bu ostanda yaşayan 129 nəfərin əmlakının təhlükəsizlik ittihamları ilə müsadirə edilməsi barədə göstəriş verildiyini açıqlayıb.
Qərbi Azərbaycan məhkəmə sisteminin rəhbəri Nasir Ətəbati şənbə günü, 26 ordibeheşt (16 may) bildirib ki, bu qərar məhkəmə orqanlarının “anti-təhlükəsizlik fəaliyyətləri” və “düşmən ölkələrlə əməkdaşlıq” adlandırdığı ittihamlar çərçivəsində verilib. O, bu şəxslərin kimliyi barədə heç bir məlumat vermədən onları “düşmən amilləri” və “xainlər” adlandırıb, bu cür işlərdə məhkəmə təqibi və əmlakın müsadirəsinin davam edəcəyini vurğulayıb. Bu addım İranın müxtəlif bölgələrində son aylarda vətəndaşların əmlaklarının müsadirəsi və ya üzərinə həbs qoyulması ilə bağlı xəbərlərin artdığı bir vaxta təsadüf edir. Bu addımlar adətən təhlükəsizlik ittihamları, xarici media ilə əlaqə və ya xarici qurumlarla əməkdaşlıq iddiaları ilə əsaslandırılır.
Tənqidçilər bu prosesi hökumət tənqidçilərinə və müxaliflərə qarşı iqtisadi təzyiq vasitəsi kimi qiymətləndirir. Onların fikrincə, məhkəmə şəffaflığı olmadan, işlərin detalları açıqlanmadan və təhlükəsizlik dosyeləri adı altında vətəndaş əmlakının müsadirəsi ciddi insan haqları narahatlığı yaradır.
İndiyədək İran məhkəmə orqanları 129 nəfərin kimliyi, müsadirə olunan əmlakın növü və ya bu işlərin hüquqi prosesi barədə əlavə məlumat yaymayıblar.

17-05-2026, 10:09
Avroviziyanın qalibi Bəlləndi

Avroviziyanın qalibi Bəlləndi

Avroviziyanın builki qalibi Bolqarıstan oldu
"Eurovision" mahnı müsabiqəsi 2026-nın qalibi müəyyənləşib.
Butov.az xəbər verir ki, final gecəsində keçirilən səsvermənin nəticələrinə əsasən, bu ilin qalibi Bolqarıstan seçilib.
Qalib ölkənin ifaçıları həm tamaşaçı, həm də münsif səslərinin yekununda ən yüksək - 516 xal toplayaraq yarışmanın kubokunu qazanıb.
17-05-2026, 08:25
“Türk” deməyə ürək gərək idi...

Afət Möhbalı yazır:

“Türk” deməyə

ürək gərək idi...


Bir zamanlar elə günlər vardı ki, “Türk” deməyə ürək gərək idi...
Bozqurd simvolunu sinəsində daşıyanlar, onu əlində tutanlar sanki hədəfə çevrilirdi. Qorxudan dillər susur, əllər gizlənirdi... Hətta elələri vardı ki, Bozqurd işarəsini görəndə başını yana çevirirdi - çünki qorxurdular. Bu qorxu ilə yanaşı, içlərində Turançılığa, Türkçülüyə qarşı nifrət də vardı. Amma o nifrəti açıq deməyə cəsarətləri çatmadığından, bizə kinayə ilə yanaşırdılar.
Amma biz...Biz o sükutun içində danışdıq. Qorxunun üstünə yeridik. Bilə-bilə ki, bu yolun sonunda təzyiq də var, təhdid də var, bəlkə həyatımız bahasına başa gələcək ağır sınaqlar da var- yenə də dönmədik! Bozqurdu qürurla daşıdıq. Çünki onun mənasını anlayırdıq. O, sadəcə bir əl işarəsi deyildi- bizim ruhumuz, kimliyimiz, tale yolumuz idi! İndi görürük ki, bir vaxtlar bizə gülənlər, meydandan qaçanlar, susanlar bu gün Bozqurd işarəsi ilə şəkillər çəkdirirlər. Sanki bu yola ilk çıxan da özləri olub, bu ruhun daşıyıcısı da...
Dəyərli şairimiz Rüstəm Behrudi deyirdi ki, hələ 80-ci illərdə Bozqurddan yazanda çoxları ona gülür, “heyvandan yazırsan?” deyirdilər. İndi isə o vaxt gülənlər Bozqurddan, Turançılıqdan elə canfəşanlıqla yazırlar ki, insan sadəcə acı-acı gülümsəyir...
Acı da olsa, gerçək budur. Çünki o çətin günlərdə bir Bozqurd işarəsindən belə çəkinənlər indi meydanda artıq Bozqurd ruhunun ayaqda olduğunu görüb bundan öz məqsədləri üçün yararlanmağa çalışırlar. Amma unudurlar ki:
Türkçülük görünmək üçün deyil -yanmaq üçündür!
Bozqurd olmaq təkcə simgə tutmaq deyil -can bahasına olsa belə, yolundan dönməməkdir!
Biz bu yola şüarla çıxmadıq. Biz bu yola canımızla, qanımızla, inandığımız Turan sevgisi ilə çıxdıq.
Bozqurd simgəsi bizim təkcə əlimizdə deyil-ürəyimizdədir! Ürəyində Turan sevgisi və Turan inamı olmayanların əlləri də o simgəni səmimi şəkildə qaldıra bilməz. Biz inanırıq ki, içimizdə yanan bu Turan eşqi bir gün göy üzü qədər geniş, Bozqurd qədər azad bir gerçəkliyə çevriləcək!
16-05-2026, 20:17
Tanrıya yol çəkənin yol yoldaşı yazır:


Tanrıya yol çəkənin

yol yoldaşı yazır:


Şair dostumuz Müşviq Zeynalovun "Ruhumun ovuntuları" şeirlər kitabının "Qanun" nəşrlər evindəki təqdimat mərasimindəydik...

Tədbirə olduqca maraqlı insanlar toplaşmışdı və ən başlıcası bütün çıxışlar öz səmimiyyətilə ürək açan idi. Müşviqin yaradıcılığı haqqında danışanlar onun şeirlərinin təbiiliyindən, obrazlı deyimlərindən və bu şeirlərin torpaqdan, yurddan güc almasından xüsusi həvəslə söhbət açdılar, şairin poetik ruhunun ədəbi istiqamətlərini müxtəlif yönlərdən dəyərləndirənlərin hər biri məclisə əlavə rəng qatdı...tədbirdə Azərbaycan ədəbiyyatının böyük simaları Mikayıl Müşfiq, Məmməd Araz və digərləri xatırlandı. Şeirlərilə Tanrıya yol çəkən Rüstəm Behrudini dinlədik, Ozan,aşıq sənətinin görkəmli nümayəndəsi Fəxrəddin Salim sazı qara köynəkdən çıxaranda səmalara qovuşduq, sözlə sazın vəhdətində ürəyimizin telləri əsdi və sənətin sehrini bir daha yaxından görmüş olduq...aparıcı Xatirə xanım müəllifin şeirlərini səsləndirdi və sonda xatirə şəkillər çəkildi.
16-05-2026, 18:59
Azərbaycanlı fəala 6 ay həbs

Azərbaycanlı fəala

6 ay həbs


Azərbaycanlı fəal Həbib Mehriyə 6 ay həbs cəzası verilib

Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsi tərəfindən azərbaycanlı türk fəal Həbib Mehri “rejim əleyhinə təbliğat” ittihamı ilə 6 ay həbs cəzasına məhkum edilib. Azərbaycanlı fəal Təbrizdə evinə təhlükəsizlik qüvvələrinin basqınından sonra saxlanılıb. Məlumata görə, təhlükəsizlik əməkdaşları evdə aparılan axtarış zamanı onun mobil telefonunu da müsadirə ediblər. Bir müddət müvəqqəti saxlanıldıqdan sonra isə o, iş üzrə məhkəmə araşdırması davam etdiyi müddətdə girov qarşılığında azadlığa buraxılıb. Həbib Mehri əvvəl də ictimai fəaliyyətlərinə görə, o cümlədən Urmiya gölünün vəziyyəti barədə məlumatlandırma aparması və Azərbaycanın “Traktor” klubunun oyunları ilə bağlı fəaliyyətləri səbəbilə saxlanılıb və məhkum edilib.
16-05-2026, 18:47
Vahid Əbhəri məhkəməyə çağırılıb


Vahid Əbhəri

məhkəməyə çağırılıb


Azərbaycanlı fəal Vahid Əbhəri məhkəməyə çağırılıb

Təbrizdən olan azərbaycanlı fəal Vahid Əbhəri sosial mediada türk dilində paylaşdığı bir postda məhkəməyə çağırıldığını bildirib.
Vahid Əbhəri yazıb: “Mənə göndərilən bildirişə əsasən, əvvəlki işimə yeni bir ittiham əlavə edilib və şənbə günü səhər saatlarında ittihamın izahı üçün 3-cü prokurorluq şöbəsinə getməliyəm.”
Fəal çağırışla bağlı mümkün ehtimalı qeyd edib: “girovun ağırlaşdırılması və ya saxlanılaraq həbsxanaya göndərilmə.”
Qeyd edək ki, bu azərbaycanlı fəal bundan əvvəl də ictimai fəaliyyətlərinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif ittihamlarla məhkəmələr qarşısına çıxarılıb.

16-05-2026, 18:41
Naxçıvana uçuşlar dayandırılıb

Naxçıvana uçuşlar

dayandırılıb


Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında müşahidə olunan əlverişsiz hava şəraiti ilə əlaqədar "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) müvafiq istiqamətdə uçuşları təxirə salınıb. Bu barədə səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, AZAL sərnişinlərin təhlükəsizliyini daim prioritet hesab edir və bütün zəruri tədbirləri həyata keçirir.
Hava şəraiti stabilləşdikdən sonra reyslər əvvəlki qaydada icra edilməyə davam edəcək.
16-05-2026, 08:09
Aeroport gücləndirilmiş rejimə keçdi

Aeroport gücləndirilmiş

rejimə keçdi


Heydər Əliyev Beynəlxalq Aeroportu Bakıda keçiriləcək BMT-nin Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar 15–25 may tarixlərində gücləndirilmiş əməliyyat rejimində fəaliyyət göstərəcək. Aeroportdan məlumatda bildirilib ki, Forum çərçivəsində ölkəyə gələcək beynəlxalq nümayəndə heyətləri və sərnişin axınının artacağı nəzərə alınaraq hava limanında əməliyyat prosesləri, sərnişin xidmətləri və təhlükəsizlik tədbirləri üzrə əlavə koordinasiya mexanizmləri tətbiq olunub. Məqsəd iştirakçıların rahat, təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi, sərnişin təcrübəsinin yüksək standartlar səviyyəsində qorunmasıdır.
WUF13 dövründə Heydər Əliyev Beynəlxalq Aeroportu forum iştirakçılarının şəhər üzrə hərəkətinin daha rahat təşkili məqsədilə xüsusi nəqliyyat sisteminə inteqrasiya olunub. Forum iştirakçıları hava limanı, əsas nəqliyyat mübadilə mərkəzləri, qonaqlama məkanları və tədbir keçiriləcək ərazi arasında fasiləsiz nəqliyyat imkanlarından istifadə edə biləcəklər.
Bu çərçivədə WUF13 Hava Limanı Servis Avtobusları 12 may tarixindən etibarən fəaliyyət göstərir və 24 may tarixinədək 24/7 rejimində fasiləsiz xidmət göstərərək forum iştirakçılarının şəhərin müxtəlif nöqtələrinə rahat çatmasını təmin edir. 25 may tarixində isə avtobuslar saat 18:00-dək fəaliyyət göstərəcək.
İştirakçılar aşağıdakı əsas istiqamətlər üzrə xüsusi marşrutlardan istifadə edə bilərlər:

- A1 | 28 May
- A2 | Nərimanov
- A3 | İzmir
- A4 | Şıx
- A5 | İçərişəhər
- A6 | Sea Breeze

Eyni zamanda, sərnişinlərin rahat gediş-gəlişini təmin edən "Airport Express" (H1 xətti) əvvəlki qaydada 28 May və Koroğlu metrostansiyalarından Heydər Əliyev Beynəlxalq Aeroportunun Terminal 1 və Terminal 2 istiqamətində 24/7 rejimində fasiləsiz fəaliyyətini davam etdirir.
"Artan sərnişin axını nəzərə alınaraq sərnişinlərə uçuş vaxtından ən azı 2–3 saat əvvəl hava limanında olmaları tövsiyə olunur. Səyahət prosesinin daha rahat və operativ təşkili məqsədilə əvvəlcədən onlayn qeydiyyatdan istifadə edilməsi məsləhətdir.
Heydər Əliyev Beynəlxalq Aeroportu WUF13 çərçivəsində ölkəyə gələn qonaqlar və bütün sərnişinlər üçün əməliyyat davamlılığının, yüksək xidmət keyfiyyətinin və təhlükəsiz sərnişin təcrübəsinin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir", - məlumatda vurğulanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!