Rusiyada helikopter qəzası: ölənlər var .....                        4 kəndin Azərbaycana qaytarılmasının birinci ili .....                        Putinlə Zelenskinin görüşü üzərində iş gedir .....                        Serj Sarkisyan haqqında daha bir cinayət işi .....                        Nazirdən “Son zəng”lə bağlı yeni tapşırıq .....                        Ayaz Salayev: “Röyanın aldığı mükafatın Kann Festivalına dəxli yoxdur” .....                        Millimiz Sloveniyanı darmadağın etdi .....                        Komandirlərdən biri qardaşım olub - İşğal etirafları .....                        Arayik bugünkü məhkəmədə nələr danışdı... .....                       
14-05-2025, 17:00
Daha bir məktəbdə "Son zəng"ə pul yığlır? - AÇIQLAMA


Daha bir məktəbdə "Son zəng"ə pul yığlır? - AÇIQLAMA

308 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə vəsaitin tələb olunmasına dair iddialar həqiqəti əks etdirmir.
Bu barədə 308 nömrəli tam orta məktəbdən bildirilib.
Qeyd edilib ki, "Son zəng" tədbirinə hazırlıqlar Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məktəblərə göndərilmiş müvafiq təlimatına uyğun şəkildə aparılır.
Həmçinin sözügedən məktəbin XI sinif şagirdlərindən dərsdə iştirakdan azad olmaq üçün ayda 100 manat tələb olunma iddiasına da münasibət bildirilib. Qeyd olunub ki, 308 nömrəli məktəbdə XI sinif şagirdləri tədris prosesində iştirak edirlər.
Qeyd edək ki, 308 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə şagirdlərin hər birindən 150 manat, XI siniflərin dərsdə iştirak etməməsinə görə isə aylıq 100 manat pul tələb edilməsi ilə bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb.
14-05-2025, 16:49
Xaçmazda maşın 11-ci sinif şagirdini vurub öldürdü


Xaçmazda maşın 11-ci sinif şagirdini vurub öldürdü

Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Hyundai" markalı avtomobil hərəkətdə olan zaman digər avtomobilin arxasından qəfil çıxan piyada Turan Məcidovu vurub.
Müxtəlif dərəcəli bədən xəsarətlər alan piyada ölüb.
Qeyd edək ki, T.Məcidov Nərəcan kənd tam orta məktəbinin 11-ci sinifində oxuyurdu.
Faktla bağlı araşdırma aparılır.
14-05-2025, 16:33
II və III ixtisas qruplarının imtahanı keçiriləcək


II və III ixtisas qruplarının imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 25-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.
Bu barədə DİM-dən məlumat verilib.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.
Abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
İmtahan iştirakçıları dim.gov.az saytı ilə yanaşı, my.gov.az portalı və ya “mygov” mobil tətbiqi vasitəsilə də Dövlət İmtahan Mərkəzinin “Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi” xidmətindən istifadə edərək “İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Qeyd edək ki, imtahanlar saat 10:00-da başlanır. 09:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
İmtahan qaydaları ilə daha ətraflı “Yaddaş kitabçası”nda tanış olmaq mümkündür.
Qeyd: III ixtisas qrupuna aid DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 1-də keçiriləcək və həmin imtahan üçün “İmtahana buraxılış vərəqəsi” növbəti həftəsonu saytımıza yerləşdiriləcək.
14-05-2025, 16:21
Tramp Qətərdə səfərdədir


Tramp Qətərdə səfərdədir

ABŞ prezidenti Donald Tramp Dohaya (Qətər) gəlib.
Bu barədə Ağ Ev "X" sosial şəbəkəsində məlumat yayıb.
Hava limanında onu Qətər əmiri şeyx Təmim bin Həməd Əl Tani qarşılayıb.
14-05-2025, 16:01
ABŞ, Suriya, Türkiyə və Səudiyyə liderləri görüşdülər


ABŞ, Suriya, Türkiyə və Səudiyyə liderləri görüşdülər

ABŞ prezidenti Donald Tramp və Suriya prezidenti Əhməd əl-Şara Ər-Riyadda görüşüb.
Görüş zamanı onlara onlayn rejimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd ibn Salman da qoşulub.
Prezident Ərdoğan onlayn görüş zamanı Trampın Suriyaya qarşı sanksiyaları ləğv etmək qərarının tarixi əhəmiyyət kəsb etdiyini və Türkiyənin terror təşkilatları, xüsusilə də İŞİD-lə mübarizəsində Dəməşq rəhbərliyinə dəstəyini davam etdirəcəyini bildirib.
Ərdoğan ABŞ-ın Suriyaya qarşı sanksiyaları ləğv etmək qərarının digər sanksiyalar tətbiq edən ölkələrə də nümunə olacağına inandığını bildirib.
14-05-2025, 15:50
72 qəpiyə görə 4 min manat cərimələndi


72 qəpiyə görə 4 min manat cərimələndi

“Tek süd Holland” pendiri üzərində 1 kq-nın qiyməti 13.99 manat göstərilməsinə baxmayaraq, kassada 17 manata satılıb. Bu səbəblə mağazaya İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına) maddəsi ilə tətbiq edilən protokol təsdiq edilib.
Mağazaya məxsus qəbzdən görünür ki, “Tek süd Holland” adlı məhsulun kq-ı 17 manatdan vurulub və 0,242 kq-ı 4.11 manata satılıb.
Fotoşəkildən görünür ki, “Tek süd Holland” pendirinin 1 kq-ı 13,99 AZN olmaqla, 0,242 kg-nın qiyməti 3,39 AZN hesablanıb.
Binəqədi rayon Məhkəməsinin qərarı ilə mağaza İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilib.
14-05-2025, 15:44
“Avtoş”luq edən şəxs həbs olundu


“Avtoş”luq edən şəxs həbs olundu

Şirvanda avtoxuliqanlıq edən şəxs tutulub.
Şirvan Şəhər Polis Şöbəsinin DYP Bölməsinin keçirdiyi tədbirlərlə “Chevrolet” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər hərəkət iştirakçılarına təhlükə yaradan Murad Əliyev saxlanılıb.
Yol patrul xidmətinin əməkdaşları tərəfindən sürücü barəsində tədbir görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə M.Əliyev sürücülük hüququ 1 il müddətə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.
14-05-2025, 15:30
Yaşasın Ağdam, yaşasın Azərbaycan...


Yaşasın Ağdam, yaşasın Azərbaycan...

Biz artıq doğma yurdumuza, illərlə həsrətində olduğumuz elimizə-obamıza qayıdırıq. Bax, bu da bizim qatarımızın fit səsi. Bəli, Sizə möcüzələrdən danışacam. Bura Ağdamdı! Bir vaxt adı dillər əzbəri, şanı göylərə ucalan Ağdam. Sonra erməni qəsbkarları tərəfindən yerlə-yeksan edilən, daşı-daş üstündə qalmayan və 30 ilə yaxın düşmən əsarətində qalan dədə-baba yurdumuz. Daha sonra bütün dünyaya səs salan 44 günlük Şanlı Vətən Müharibəmiz və böyük Zəfərimiz! İndi də doğma Qarabağda quruculuq işlərinin vüsəti görənləri, dünyanın hər tərəfindən bura səfər edənləri mat qoyur. Gör qısa bir vaxtda düşmənin yandırıb kül etdiyi quru bir yurdda nə xariqələr yaratmışıq! Bax, Ağdam da indi nağıllar diyarına bənzəyir...

Qoynu nəğməli şəhər,
Sən yenə də, bizimsən.
Yenə də, deyəcəyəm
Şəhərlərin gözüsən!


Mayın 10-da ölkəmizin başçısı, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva və bir qrup dövlət nümayəndəsi Ağdamda olub. Onlar əvvəlcə burada Dəmiryolu və Avtovağzal Kompleksinin açılışında iştirak ediblər. Qeyd edək ki, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi Bərdə–Ağdam dəmir yolu xətti layihəsinin 2-ci mərhələsi çərçivəsində inşa olunub. Ərazisi 8 hektara yaxın olan bu infrastruktur obyektində bütün zəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri yaradılıb.

Azərbaycanda ilk qapalı dəmir yolu platforması
Kompleksin ərazisində müxtəlif növ nəqliyyat vasitələrinin servis binaları və sərnişin platforması da tikilib. Qeyd edək ki, Azərbaycanda ilk qapalı dəmir yolu platforması məhz Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində inşa olunub, uzunluğu 350 metrdir.
Açılış tədbiri çərçivəsində Bərdə–Ağdam dəmir yolu xətti ilə ilk rəmzi sərnişin qatarı da yola salındı.
Ümumilikdə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən Bərdə–Ağdam və Horadiz–Ağbənd dəmiryol layihələrinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə müsbət iqtisadi təsirləri olacaq. Yeni dəmiryol xətləri həm sərnişinlərin, həm də sənaye və kənd təsərrüfatı məhsullarının daha sürətli və sərfəli şəkildə daşınmasına imkan verəcək, bölgənin logistik potensialını əhəmiyyətli dərəcədə artıracaq.
Kəngərli kəndinin birinci mərhələsinin açılışında...
Prezident İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyeva həmin gün Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına burada yaradılmış şərait barədə məlumat verib.
Kəngərli kəndi 2544 nəfər üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 632 fərdi evin inşası nəzərdə tutulub. Bu kənddə də əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, iqtisadi, təhsil, sosial, mədəni və məişət təyinatlı müxtəlif obyektlər tikilib. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.
Prezident İlham Əliyevlə, ölkəmizin Birinci xanımı daha sonra Kəngərli sakinləri ilə görüşdü. Prezdentimiz əvvəlcə kənd sakinlərini bu böyük gün münasibəti ilə təbrik etdi. Qeyd etdi ki, bu böyük xoşbəxtlikdi, tarixi bir hadisədi. Sonra sakinlərin bir vaxt evsiz-eşiksiz qaldıqları, necə çətinliklərə sinə gərdiklərini xatırlatdı: “Bu gün isə gözəl kəndin timsalında yeniləşən Azərbaycanı görürük, bərpa olunan Qarabağı görürük. Göstəririk ki, bu torpaqların sahibi həmişə biz olmuşuq, bu gün də belədir. Ancaq bu torpağın sahibi bu torpaqda qurub-yaradır”.
Daha sonra sakinlərə yeni evlərinin açarları təqdim edildi.
Doğru yolun yolçusu olmaq böyük şərəfdir
Kəngərli sakini, 76 yaşında xanım, Əməkdar müəllim doğma prezidentə öz ürək sözlərini söylədi. O, bildirdi ki, düzdü, çətin dövrdə yaşamışıq və bugünkü gözəl həyatı da görürük: “Müqayisə aparanda düşünürəm ki, buradakılar hər kəsin arzusudur, arzu edirəm ki, ömrünüz uzun olsun, canınız sağ olsun və nə qədər ömrünüz var, hakimiyyətdə olun. Çünki biz inanmırıq ki, Ulu Öndərdən sonra Azərbaycanı Sizdən başqa kimsə bu vəziyyətdə idarə etsin. Sağ olun, var olun, daim hakimiyyətdə olun”.
Sakin daha sonra Ulu Öndərimiz Heydər Əliyevin vaxtilə köçkünlərə qayğısından, Vətən, xalq üçün böyük, unudulmaz işlərindən danışdı: “Müqəddəs kitabımız Qurani-Kərimdə belə bir ayə var: “Salam olsun doğru yolun yolçularına”. Doğru yolun yolçusu olmaq böyük şərəfdir. Bu şərəfi Siz çox ləyaqətlə yerinə yetirdiniz, tarix yazdınız, möcüzələr qurdunuz - bütöv Azərbaycanı. Eşq olsun Sizə!”

Muğam Mərkəzinin açılışı tarixi bir gündür

Həmin tarixi gün Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak etdilər.
Mədəniyyət naziri Adil Kərimli dövlətimizin başçısına və birinci xanıma burada yaradılan şərait barədə məlumat verdi. Xatırladaq ki, Ağdam Muğam Mərkəzinin təməli 2023-cü ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulmuşdu. Qeyd edildi ki, Muğam mərkəzi Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq. Bu da danılmaz faktdır ki, muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən görülən işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun təşkilatçılığı və dəstəyi ilə bu istiqamətdə respublika və beynəlxalq əhəmiyyətli ənənəvi layihələr həyata keçirilir. Bu layihələrin nəticəsidir ki, Azərbaycan muğamı UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri” siyahısına salınıb.
Prezident İlham Əliyev çıxışında bildirdi ki, bu gözəl tədbirin mayın 10-da keçirilməsi, təbii ki, rəmzi məna daşıyır. Bu gün Ulu Öndər Heydər Əliyevin doğum günüdür. Onun üçün, hər bir vətənpərvər insan üçün əziz bir gündə bu tədbiri keçirmək, əlbəttə ki, böyük məna daşıyır. Ulu Öndərin bütün həyatı, bütün fəaliyyəti Azərbaycan xalqına, dövlətinə həsr edilmişdir və bugünkü Azərbaycan onun əsəridir.
Daha sonra Prezidentimiz bildirdi ki, otuz iki il ərzində bir çox hadisələr baş verib, ancaq bütün hadisələrə, bütün çətinliklərə baxmayaraq, biz inkişaf yolumuzdan dönmədik. O vaxt müharibəni dayandırmaq gənc dövləti xilas etmək üçün yeganə yol idi. Ağır bir qərar idi. Torpaqlarımızın böyük hissəsi işğal altında idi, bir milyondan çox insan evsiz-eşiksiz qalmışdı. Ancaq müharibə dayanmasaydı, biz daha böyük faciə ilə üz-üzə qala bilərdik. Bu, çox müdrik, amma çətin qərar idi. Bu, bizə imkan verdi ki, Azərbaycan inkişaf yoluna qədəm qoysun. İmkan verdi ki, sabitlik bərpa edilsin, nizami ordu qurulsun, iqtisadi inkişaf üçün ilkin imkanlar yaransın, nizami ordu yaradılsın. Yəni, biz bütün keçmiş tarixə nəzər salarkən, təbii ki, görürük, nə qədər məqsədyönlü, düşünülmüş addımlar atılmışdır. O addımlar ki, bugünkü Azərbaycan reallıqlarını təmin edir.
“Bu gün azad Qarabağda sizin qarşınızda çıxış etmək böyük xoşbəxtlikdir. Bu gün Qarabağ dirçəlir, bərpa edilir. İkinci Qarabağ müharibəsindən keçən dörd il yarım ərzində quruculuq işləri göz qabağındadır. O cümlədən Ağdam şəhərində də bunu görmək mümkündür. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq, bərpa işləri aparılır. İşğal dövründə Ermənistan dövləti məqsədyönlü siyasət apararaq bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir. Buraya və azad olunmuş digər bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü və bir çox hallarda hiddətini gizlədə bilmirlər. Onlara başa salanda ki, bu dağıntılar müharibə zamanı yox, atəşkəs zamanı törədilmişdi.
44 günlük Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir. Bu, bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi. Onu göstərdi ki, Azərbaycan xalqı mütləq və tam qələbə qazanmaq üçün öz canından keçməyə hazırdır. Qələbəmizi bir çox amillər şərtləndirdi. Biz son dörd il yarım ərzində bu barədə dəfələrlə danışmışıq, fikirlərimizi bölüşmüşük.
...Təsadüfi deyil ki, bu gün Azərbaycana dünyada olan münasibət, - hətta bizə düşmənçilik edən dairələr, qüvvələr, ölkələr bilirlər ki, biz ləyaqətli xalqıq, hörmətə layiq olan xalqıq və bizimlə hesablaşmaq lazımdır. Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur”.

Bu gün biz azad Qarabağda yaşayırıq
Ölkə başçısı İlham Əliyev bildirdi ki, bu gün biz azad Qarabağda yaşayırıq. Bu gün Ağdam və bütün digər şəhərlərimiz bərpa edilir. Bu gün səhər Ağdam dəmir yolu vağzalının açılışını qeyd etdik. Bakıdan, Gəncədən, digər bölgələrdən Ağdama rahat gəlmək üçün indi gözəl imkanlar var. Eyni zamanda, biz Ağdam-Xankəndi dəmir yolunun bərpası istiqamətində işlərə başlamışıq və yəqin ki, bir il yarım, maksimum iki il ərzində Xankəndi şəhərində vağzal kompleksi tikiləcək. Bildiyiniz kimi, artıq Xankəndidə Qarabağ Universiteti fəaliyyət göstərir, 8 mindən çox insan yaşayır və eyni zamanda, Xankəndidən, həmin o vağzal kompleksindən Şuşaya gedən yol qısalır. O yolu da biz qısaldırıq. Həm genişləndiririk, həm qısaldırıq ki, maksimum 10 dəqiqə ərzində Xankəndidən Şuşaya gəlmək mümkün olsun.
Şuşanı Xankəndi ilə birləşdirəcək “Kanat yolu”
“Bir fikrimiz də var. Onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm.
Biz Şuşanı Xankəndi ilə birləşdirən “Kanat yolu” layihəsi üzərində işləyirik. Onu da bildirməliyəm ki, Laçın şəhərində kanat yolunun tikintisinə yəqin ki, bu il başlanılacaq. Kəlbəcərdə də belə layihə var. Yəni ki, bu, həm turizm baxımından, həm insanların rahat gediş-gəlişi üçün çox gözəl bir vasitə olacaq.
...Belə gözəl mədəniyyət ocaqları yaradırıq və bu gün burada məndən sonra çıxış edəcək bizim tanınmış ifaçılar öz məharətlərini göstərəcəklər. İstərdim ki, artıq bu gözəl salonda müntəzəm olaraq gözəl muğam bayramları, o cümlədən muğam müsabiqələrinin tədbirləri keçirilsin. Əminəm ki, belə də olacaq.
Yaşasın Ağdam, yaşasın Azərbaycan!”
Bu gün Azərbaycan muğamının təntənəsidir
Konsertdən sonra dövlətimizin başçısı və Birinci xanım incəsənət ustaları və müharibə veteranları ilə səmimi söhbət etdilər.
Xalq artisti Bəyimxanım Cavanşirova bildirdi ki, bu gün Azərbaycan muğamının təntənəsidir. Bu gün ən gözəl gündür. Doğma Qarabağımızda Ulu Öndərimizin ruhu şaddır. Xatirinizdədirsə, həmişə o, öz çıxışlarında deyərdi ki, biz Qarabağa qayıdacağıq. Bu gün həmin gündür. Ruhu şad olsun. Çox-çox təşəkkür edirik, minnətdarıq Sizə.
Daha sonra Prezident İlham Əliyevin müharibə iştirakçıları ilə səmimi görüşü yaddaşlara yazıldı.
Elə açıq havada, Muğam Mərkəzinin qarşısında “Qarabağ” mahnısı xorla ifa olunarkən doğma Prezidentimiz də onlara qoşuldu. Və inanıram ki, Vətənini sevən hər bir azərbaycanlı da mənim kimi doğma Prezidentinə, Müzəffər Ali Baş Komandanına qoşularaq göz yaşları içində “QARABAĞ, CAN QARABAĞ, ANA YURDUM!”, - söylədi.

Mina RƏŞİD
14-05-2025, 15:09
SSRİ bayrağına görə işdən çıxarılan sədrin yerinə kim təyin edildi?


SSRİ bayrağına görə işdən çıxarılan sədrin yerinə kim təyin edildi?

İmişli rayonunda 9 May Qələbə günü tədbiri zamanı keçmiş SSRİ-nin bayrağı qaldırılıb. Hadisə rayonunun Sarıxanlı kəndində baş verib. SSRİ bayrağı İkinci Dünya müharibəsi xatirə kompleksinin üzərinə sancılıb. Sosial şəbəkədə yayılan görüntülər cəmiyyətdə birmənalı qarşılanmayıb.
Tədbirdə həmçinin, rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı fonunda sinəsində Rusiya imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış edib.
Artıq ötən gün Azərbaycan Ağsaqqallar Şurası Saleh Səmədova görə toplaşıb. Onunla bağlı qərar verilib və Azərbaycan Ağsaqqallar Şurasından kənarlaşdırılıb.
Onun əvəzinə müvəqqəti olaraq İdarə Heyətinin üzvü Vahid Tağıyev gətirilib.
Belə ki, İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsi seçki konfransı keçirilənə qədər müvəqqəti olaraq təşkilatın İdarə Heyətinin üzvü Vahid Tağıyevə həvalə olunub.
14-05-2025, 14:44
Sabiq müdafiə naziri həbs edildi


Sabiq müdafiə naziri həbs edildi

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq müdafiə naziri İrakli Okruaşvili barəsində əvvəl təyin edilmiş 20 min lari məbləğində girovu ləğv edərək, onu həbs qətimkan tədbiri ilə əvəz edib.
İ.Okruaşvili məhkəmə zalında həbs edilib.
İttihamçı tərəfin nümayəndəsi, prokuror Natia Tatiaşvilinin sözlərinə görə, Okruaşvilinin istintaq və məhkəmə orqanlarına münasibəti, həmçinin onun qanuni tələblərə əməl etməməsi bu qərarın verilməsində əsas rol oynayıb. Prokuror bildirib ki, sabiq nazir təyin olunmuş girovu müəyyən edilmiş müddət ərzində ödəməyib və zaminliyin şərtlərini pozub:
“Təqsirləndirilən şəxs məhkəmənin qərarını və hakimin qanuni tələbini nəzərə almayıb. Girov şərtlərinin pozulması ilə yanaşı, Okruaşvili digər müttəhimləri də girov məbləğini ödəməməyə və məhkəmə qərarlarına əməl etməməyə təşviq edib”, - deyə Tatiaşvili bildirib.
Qeyd edək ki, 2025-ci il aprelin 8-də Tbilisi Şəhər Məhkəməsi İrakli Okruaşvilinin parlamentin müvəqqəti istintaq komissiyasının iclasında iştirak etmədiyi üçün onun barəsində 20 min lari məbləğində girovla həbs qətimkan tədbiri seçmişdi. Lakin mayın 8-də girovla bağlı müddət başa çatsa da, sabiq nazir bu öhdəliyi yerinə yetirməyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!