Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
10-01-2023, 18:05
Spikerdən İran-Azərbaycan münasibətləriylə bağlı açıqlama


Spikerdən İran-Azərbaycan münasibətləriylə bağlı açıqlama

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə dünənki görüşü haqda açıqlama verib. Qalibaf Asiya Parlament Assambleyasının 13-cü Plenar Sessiyası çərçivəsində Türkiyənin Antalya şəhərində Sahibə Qafarova ilə keçirdiyi görüşə toxunaraq bildirib ki, Tehranla Bakı arasında anlaşılmazlıq aradan qaldırılıb. İran, Azərbaycan və Türkiyə parlament sədrlərinin üçtərəfli görüşünə toxunan Məhəmməd Baqir Qalibaf deyib ki, üç ölkə arasında yüklərin daşınması və tranziti, o cümlədən enerji ilə bağlı məsələlər müzakirə olunub. Görüş zamanı tərəflər xarici işlər nazirləri, müdafiə nazirləri və ölkə başçıları səviyyəsində üçtərəfli görüşlərin keçirilməsini də müzakirə ediblər. İranla Azərbaycan arasında son zamanlar yaranmış anlaşılmazlığın aradan qaldırıldığını deyən İran parlamentinin sədri gələcəkdə Bakıya səfərinin planlaşdırıldığını açıqlayıb. Asiya Parlament Assambleyası 2006-cı ildə Asiya Sülh Naminə Parlament Assosiasiyasının VII Sessiyasında yaradılıb. Onun 42 Parlament üzvü və 16 müşahidəçisi var. Assambleya ümumi strategiyaların işlənib hazırlanması, Asiyada və dünyada sülhün təşviq edilməsi üçün fikir, ideya və təcrübə mübadiləsi üçün forum kimi yaradılıb. Qurum Plenardan, İcraiyyə Şurasından, Assambleyanın Bürosundan, Komitələrdən və Katiblikdən ibarətdir. Plenum Assambleyanın ümumi siyasətinə və onun fəaliyyəti ilə bağlı digər mövzulara dair qərar və bəyannamələri təsdiq edə və ya hesabatlar təqdim edə bilər.
10-01-2023, 16:16
Ərdoğan müğənni ilə mahnı oxudu


Ərdoğan müğənni ilə mahnı oxudu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “ÜniAK FEST” tədbirində iştirak edib. Tədbirə qatılan tanınmış müğənni Cengiz Kurtuoğlu “Duyanlara duymayanlara” mahnısını Ərdoğana həsr edib. Ərdoğan da müğənni ilə birlikdə məşhur mahnını zümzümə edib.

[media=https://youtu.be/MbKO6DHnWUQ]
10-01-2023, 16:10
Köçəryan Laçın yolundakı vəziyyətlə bağlı fikir bildirdi


Köçəryan Laçın yolundakı vəziyyətlə bağlı fikir bildirdi

Ermənistan parlamentinin “Hayastan” fraksiyası dünən iclas keçirib. İclasa fraksiyanın lideri, keçmiş prezident Robert Köçəryan sədrlik edib. Müzakirənin əsas mövzusu Laçın yolundakı vəziyyətlə bağlı olub. Robert Köçəryan komanda yoldaşlarına son dərəcə çətin vəziyyətin yarandığını və çıxış yolunun hələ görünmədiyini qeyd edib. “Hayastan” fraksiyasının deputatı Aqnesa Xamoyan iclasın yekunları barədə KİV-ə deyib ki, onlar müxtəlif məsələləri müzakirə ediblər, fraksiyanın ötən ildəki fəaliyyətini, eləcə də qarşıda duran taktiki-strateji fəaliyyətləri ümumiləşdiriblər.
9-01-2023, 20:47
İran əhalisinə tətbiq edilən təzyiq cavabsız qalmayacaq - Almaniya XİN


İran əhalisinə tətbiq edilən təzyiq cavabsız qalmayacaq - Almaniya XİN

İranın Almaniyadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə Almaniyanın xarici işlər naziri Annalena Baerbok məlumat verib. O qeyd edib ki, XİN səfirə İranda nümayişçilərin edam edilməsinə etirazını çatdırıb. Həmçinin diplomata bildirilib ki, İrandakı təqiblər, Tehranın öz əhalisinə təzyiqi və sonuncu iki edam cavabsız qalmayacaq.
9-01-2023, 20:43
Qarlı hava şəraiti 25 nəfərin xəsarət almasıyla nəticələndi


Qarlı hava şəraiti 25 nəfərin xəsarət almasıyla nəticələndi

Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbilə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 25 müraciət daxil olub. Bu barədə TƏBİB-dən bildirilib. Qeyd olunub ki, onlardan 18-i qadın, 7-si kişidir. Müraciətlər əsasən diz oynağı, çanaq, bilək, topuq, çiyin çıxığı, əl nahiyələrinin taravmaları ilə bağlı olub. Onlardan biri uşaq, digərləri isə 20-62 yaş aralığında şəxslər olub. Xəsarət alanların hər biri aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya olunub.
9-01-2023, 20:39
İsrailli nazirdən Fələstin bayrağıyla bağlı qadağa


İsrailli nazirdən Fələstin bayrağıyla bağlı qadağa

İsrail milli təhlükəsizlik naziri Ben-Qvir Fələstin bayrağının asılmasını qadağan edib. Bu barədə nazir twitter səhifəsində bildirib. Ben-Qvir artıq bununla bağlı polisə tapşırıq verdiyini açıqlayıb. Nazirin belə bir qərarı verməsinə səbəb kimi 40 ilini İsrail həbsxanalarında keçirmiş fələstinli məhbus Kərim Yunusun yanvarın 5-də azadlığa buraxılması və onun bayraqlarla qarşılanması göstərilir.
9-01-2023, 20:33
Prezident yeni konvensiyaya qoşulma qərarını təsdiqlədi


Prezident yeni konvensiyaya qoşulma qərarını təsdiqlədi

Azərbaycan GUAM iştirakçısı olan dövlətlərin konsulluq məsələlərində qarşılıqlı yardım göstərilməsi haqqında konvensiyanı təsdiqləyib. Bununla bağlı müvafiq qanunu Azərbaycan Prezidenti İlham Əliyev imzalayıb. Sənədə əsasən “Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM iştirakçısı olan dövlətlərin konsulluq məsələlərində qarşılıqlı yardım göstərilməsi haqqında” 2022-ci il sentyabrın 20-də Nyu-York şəhərində imzalanmış Konvensiya təsdiq edilib.
9-01-2023, 20:27
İlham Əliyev bir qrup idmançını mənzillə mükafatlandırdı


İlham Əliyev bir qrup idmançını mənzillə mükafatlandırdı

Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci ildə yüksək nailiyyətlər qazanmış bir qrup idmançı və idman mütəxəssisinə mənzil verib. Butov.az-ın məlumatına görə, Dadaşbəyli Dadaş, Ruslan Lunyov, Əli İbrahimov, Tahir Baxşıyev, Tayfur Əliyev, İlham Məmmədov, Təbriz Həsənov, Ağahüseyn Mustafayev, Sənan Süleymanov, Taleh Məmmədov, Ramazan Muradov, Yaylagül Ramazanova, İrina Zaretska, Fəxrəddin Quliyev, Südeif Quliyev, Elvin Astanov, Ramil Mahmudov, Billurə Eminova, Rəhim Qasımov, Cavad Ağayev, Asif Həsənov və Şəfəq Kərimovaya yeni mənzillərin orderləri təqdim olunub.
9-01-2023, 20:24
Hulusi Akar müdafiə sənayesində qazanılan uğurlardan danışdı


Hulusi Akar müdafiə sənayesində qazanılan uğurlardan danışdı

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkəsinin müdafiə sənayesi sahəsində qazandığı uğurlardan danışıb. Nazir bu mövzuya Türkiyənin istehsal etdiyi yeni "Fırtına" haubitsalarının ictimaiyyətə təqdim edilmə mərasimində tədbirdə toxunub. "Bu gün müdafiə sənayesi də daxil olmaqla, sahib olduğu imkan və qabiliyyətlərlə dünyanın sayılıb-seçilən ordularından biri olan Türkiyə Silahlı Qüvvələri suverenlik və müstəqilliyimiz üçün hər cür ərazi və iqlim şərtlərində "sərhəd namusdur" anlayışı ilə təhlükəsizliyi təmin edir. Terroru mənbəyində yox etmək strategiyası ilə daxildə və xaricdə başda PKK/PYD/YPG, İŞİD, FETÖ olmaq şərti ilə bütün terror təşkilatlarına qarşı mübarizə aparır. Legitim müdafiə hüququ çərçivəsində terrorçulara ağır zərbələr vurur və onlara ədalətə təslim olmaqdan başqa yol qoymur. Dənizlərimizdə və səmamızda haqlarımızı və maraqlarımızı əzmlə və qərarlılıqla qoruyur", - o deyib. Akar Azərbaycana Türkiyənin dəstəyindən də danışıb: "Bunlara əlavə olaraq, ordumuz başda Şimali Kipr, Azərbaycan və Liviya olmaqla, dost, qardaş və müttəfiqlərimizin haqlı davasına dəstək olur, eyni zamanda yeddi iqlim və üç qitəyə sülh, dinclik və ədaləti aparan babalarımızdan aldığı ilhamla bölgə və dünya sülhünə töhfə verir".
9-01-2023, 20:17
Prezident işğaldan azad edilmiş ərazilərlə bağlı fərman imzaladı


Prezident işğaldan azad edilmiş ərazilərlə bağlı fərman imzaladı

Prezident İlham Əliyev "İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nı təsdiq edib. Bununla əlaqədar dövlət başçısı işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində zəruri dövlət dəstəyinin gücləndirilməsi və “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 18 dekabr 2018-ci il tarixli fərmanında dəyişiklik edib. Yeni fərmana əsasən, sahibkarlıq subyektlərinə verilən 500 milyon manat kredit portfeli 450 milyon manata qədər hissəsi dövlət zəmanəti ilə təmin ediləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!