Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
8-01-2023, 17:37
Qardaş Azərbaycan xalqını yad edirik - Hulusi Akar


Qardaş Azərbaycan xalqını yad edirik - Hulusi Akar

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Sarıqamış əməliyyatının 108-ci ildönümü ilə bağlı mesaj yayımlayıb. Milli Müdafiə Nazirliyinin rəsmi saytında yayımlanan mesajda deyilir: "Sarıqamış əməliyyatının 108-ci ildönümündə şəhidlərimizi rəhmətlə yad edirik. Qəlbi vətən, millət sevgisi ilə döyünən əsgərlərimizin sərt qış şəraitində Sarıqamışda şəhidlik dərəcəsinə çatması yaddaşlarımızda dərin izlər buraxdı. Qəhrəman əcdadlarımızın Sarıqamış əməliyyatı zamanı göstərdikləri müstəsna şücaət və fədakarlıqlar nəsillər boyu ehtiram və minnətdarlıqla anılacaq, onların əziz xatirələri əbədi olaraq yaşadacaqdır. Sarıqamış şəhidlərinin xatirəsini andığımız bu mənalı gündə Nargin adasında olan əsgərlərimizə göstərdikləri yardımla “bir millət, iki dövlət” ifadəsinin nümunəsini göstərən qardaş Azərbaycan xalqını yad edirik. Qəhrəman türk ordusu keçmişdə vətənimizi qorumaq üçün hər cür fədakarlıqlar göstərdiyi kimi, bu gün də Türkiyə Silahlı Qüvvələri əcdadlarımızdan ilham alaraq Cümhuriyyətimizin tarixində ən əhatəli, gərgin və ən təsirli fəaliyyətləri həyata keçirir. Bu çərçivədə qəhrəman ordumuz;
- “Sərhəd şərəfdir” anlayışı ilə vətənimizi qorumaqdadır,
- “Ölsəm şəhid, qalsam qazi...” devizi ilə ölkədə və hüdudlardan kənarda terrora qarşı mübarizə aparır,
- Dənizlərimizdə, səmalarımızda bizim hüquq və mənafelərimizi qətiyyətlə müdafiə edir.
Bundan əlavə, dostlarımızın, qardaşlarımızın və müttəfiqlərimizin, xüsusilə KKTC, Azərbaycan və Liviya dövlətlərinin haqq işini dəstəkləyir; Eyni zamanda NATO, AB, BMT, ATƏT və ikitərəfli razılaşmalar çərçivəsində Qətər, Somali, Kosovo, Bosniya və Herseqovina və bir çox başqa coğrafiyalarda uğurla xidmət edərək regional və dünya sülhünə töhfə verir". Qeyd edək ki, Birinci Dünya Müharibəsi illərində Ənvər Paşanın komandanlığında Osmanlı ordusunun Rusiya işğalı altında olan torpaqları azad etmək üçün başlatdığı Sarıqamış əməliyyatı uğursuzluqla nəticələnib. Əməliyyatda iştirak edən türk əsgərlərinin əksəriyyəti dağlarda donaraq şəhid olublar. Çar Rusiyasının əsir götürdüyü türk əsgərləri isə Xəzər dənizindəki Nargin adasında saxlanılıb.
8-01-2023, 17:34
Sarıqamış əməliyyatının anım yürüşü keçirildi


Sarıqamış əməliyyatının anım yürüşü keçirildi

Türkiyədə Sarıqamış əməliyyatının 108-ci il dönümündə anım yürüşü keçirilib. Qarsın Sarıqamış rayonunda vətəndaşlar Sarıqamış əməliyyatının 108-ci ildönümü çərçivəsində yürüşə toplaşıblar. Qarsın mərkəzindən və Sarıqamış rayonundan avtobuslarla yürüş ərazisinə gələn vətəndaşlar əllərində Türkiyə bayraqları qaldırıblar. İştirakçılar Sarıqamış şəhidlərinin xatirəsini anıb, onlara Allahdan rəhmət diləyiblər. Qeyd edək ki, Birinci Dünya Müharibəsi illərində Ənvər Paşanın komandanlığında Osmanlı ordusunun Rusiya işğalı altında olan torpaqları azad etmək üçün başlatdığı Sarıqamış əməliyyatı uğursuzluqla nəticələnib. Əməliyyatda iştirak edən türk əsgərlərinin əksəriyyəti dağlarda donaraq şəhid olublar.
8-01-2023, 17:30
Bayden prezident seçkilərində yenidən namizəd olacaq


Bayden prezident seçkilərində yenidən namizəd olacaq

ABŞ-ın hazırkı prezidenti Co Bayden növbəti prezident seçkilərində yenidən namizəd olacaq. Bu barədə "The Hill" nəşri yazıb. Bildirilib ki, Bayden 2024-cü ildə ABŞ-da keçiriləcək növbəti prezident seçimləri ilə bağlı seçki kampaniyası üçün hazırlıqlara başlayıb. Qeyd edək ki, Co Bayden 2020-ci ildə ABŞ-da keçirilən son prezident seçkilərində qalib gəlib və 2021-ci ilin yanvarından səlahiyyətlərinin icrasına başlayıb. Onun prezidentlik müddəti 2024-cü ildə başa çatacaq.
8-01-2023, 17:25
Laçın-Xankəndi yolundakı aksiya hələ də davam edir


Laçın-Xankəndi yolundakı aksiya hələ də davam edir

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir. Aksiyanın 28-ci günüdə Şuşaya güclü qar yağıb. Havanın qarlı, şaxtalı olmaına baxmayaraq, iştirakçılar etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər. Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.
8-01-2023, 17:21
Atəşkəs rejimi 36 saat yox, daha çox davam etməlidir - İbrahim Kalın


Atəşkəs rejimi 36 saat yox, daha çox davam etməlidir - İbrahim Kalın

Ankara hesab edir ki, Rusiyanın Ukraynada hərbi əməliyyatlar zamanı elan etdiyi atəşkəs 36 saatdan çox davam etməlidir. Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib. “Atəşkəs rejimi 36 saat yox, daha çox davam etməlidir. Hələlik məsələ ilə bağlı tərəflər vahid qərarı qəbul etməyib, bu da münaqişə tərəflərinin çıxılmaz vəziyyətdə olduğunun göstəricisidir”, - Kalın bildirib. Onun sözlərinə görə, Türkiyə tərəfi hərbi əməliyyatların dayandırılması üçün dialoq şəraitinin formalaşdırılması üçün hər cür səy göstərməyə hazırdır.
7-01-2023, 23:54
Hücuma məruz qalacağımız təqdirdə cavab verəcəyik - Ərdoğan


Hücuma məruz qalacağımız təqdirdə cavab verəcəyik - Ərdoğan

“Türkiyənin Yunanıstana zərbə endirmək planı yoxdur. Türkiyə yalnız hücuma məruz qalacağı təqdirdə cavab verəcək”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Türkiyənin NATO müttəfiqi olan Yunanıstan Egeydəki adaların hərbiləşdirilməsi siyasətindən əl çəkməlidir. “Biz 561 kilometr mənzilli “Tayfun” ballistik raketini buraxdıq. Bu, Yunanıstanda çaxnaşmaya səbəb oldu, yerli qəzetlər yazmağa başladılar ki, türklər bizi vuracaqlar. Əsas odur ki, Egeydə bizimlə işiniz olmasın. Siz bunu etməyincə, bizim sizinlə işimiz olmayacaq”, - Ərdoğan Yunanıstana xəbərdarlıq edib.
7-01-2023, 23:50
İranda yerli valyuta dəyərini itirib


İranda yerli valyuta dəyərini itirib

İranda davam edən etiraz aksiyaları fonunda yerli valyuta dəyərini itirib. Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. Bildirilib ki, ABŞ dolları tümən qarşısında rekord həddə bahalaşıb. Belə ki, 1 ABŞ dolları 41 min tümənə bərabər olub.
7-01-2023, 23:50
Dilruba Camalova - 85


Dilruba Camalova - 85

Dilruba xanım Camalovanın əmək fəaliyyətinin əsas hissəsi Cənub diyarının paytaxtı Lənkəranla bağlıdır. Lənkəran şəhər 2 saylı orta məktəbində fizika-riyaziyyat müəllimi kimi fəaliyyətə başlayan Dilruba Camalova sonralar müxtəlif vəzifələrdə çalışıb.Lənkəran şəhər maarif şöbədinin metodisti və müdiri, Lənkəran Şəhər Partiya Komitəsinin ikinci, sonra birinci katibi, Azərbaycan Pedaqoji Kadrlarının İxtisasartırma İnstitutu Lənkəran filialının direktoru, Lənkəran Dövlət Universitetinin prorektoru, Cənub regionunda Yeni Azərbaycan Partiyasının təşkilatçısı, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı olaraq məsul və şərəfli vəzifələrdə çalışıb.Sonra Dilruba xanım yeni yaranmış Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəfəsinə təyin edilib.
Bu vəzifədə ölkədə gender siyasətini fəal təbliğ edir, qadınların maariflənməsində səyini əsirgəmirdi.
Dilruba xanım son dərəcə ciddi, eyni zamanda səmimi və xeyirxah insan idi. Dövlətə və dövlətçiliyimizə sadiq idi. Ulu öndər Heydər Əliyev ordusunun ən sadiq əsgərlərindən idi.Ulu öndərin də Dilruba xanıma münasibəti birmənalı idi.Çıxışlarında "Dilruba Camalova minlərlə kişidən qeyrətli çıxdı" deyibən onu yüksək dəyərləndirirdi. Prezidentin fərdi təqaüdüylə işdən azad olunan Dilruba xanım ictimai işlərdə fəallıq göstərirdi.Respublika Ağsaqqallar Şurasında və Veteranlar Təşkilatında sədr müavini idi.Həyata keçirəsi arzuları , planları çox idi.

Amansız əcəl avtomobil qəzası nəticəsində Dilruba xanımı aramızdan apardı. Dilruba Camalova ömür-gün yoldaşı, ixtisasca oftalmoloq olan Şəmsəddin Talışinskilə iki övlad böyüdüb tərbiyə edib.Rəşad Talışinski həkimdir, tibb üzrə fəlsəfə doktorudur.Həyat yoldaşı hüquqşünasdır.Ailə, Qadın və Uşaq Probçemləri üzrə Dövlət Komitəsində çalışır.Övladları Nigar və Cəmaləddin magistratura təhsili alırlar. Fuad Talışinski hüquqş ünasdır, Apelyasiya məhkəməsinin hakimidir.Həyat yoldaşı Leyla xanım həkimdir.Tibb Universitetində dərs deyir.Övladları Mirəkbər,Şəmsəddin və Rəisə ali və orta məktəblərdə təhsil alırlar.
Dilruba Camalova bir vətənpərvər ziyalı olaraq yağı tapdağı altında inləyən Qarabağ torpaqlarının nisgillərindən idi.Azərbaycanlı olaraq torpaq həsrəti bir yana, bu nisgil həm də qan qohumluğundan gəlirdi.Dilruba xanım Demokratik Azərbaycanın ilk hərbi naziri Səməd bəy Mehmandarovun doğmaca bacısının nəvəsidir, nəticəsidir. Bu gün bütün nigaran ruhlar kimi Dilruba xanımın da ruhu şaddır.Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə müzəffər ordunun qələbə sevincindən rahatlıq tapanlardan biri də Dilruba Camalovanın ruhudur.
Dilruba Camalovanın 85 yaşını qeyd edirik. Aramızda 14 illik ayrılıq məsafəsi olsa da, işıqlı xatirəsi hər zaman qəlbimizdədir.

Sevda Əlibəyli
7-01-2023, 23:43
Zelenski Rusiyanın mədəniyyət xadimlərini qara siyahıya saldı


Zelenski Rusiyanın mədəniyyət xadimlərini qara siyahıya saldı

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın 119 mədəniyyət xadiminə qarşı şəxsi sanksiya tətbiq edib. Bu barədə o, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDX) qərarını təsdiqləyən fərman imzalayıb. "Qara siyahı"ya reper Basta, rəssamlar İrina Alleqrova, Dmitri Bilan, Mixail Qalustyan, Larisa Dolina, Filipp Kirkorov, Sergey Lazarev, Yevgeni Petrosyan, rejissor Nikita Mixalkov və digər məşhurlar daxil edilib.
7-01-2023, 23:31
Türkiyənin Fransadakı səfirliyinə “Molotov kokteyli” atıldı


Türkiyənin Fransadakı səfirliyinə “Molotov kokteyli” atıldı

Türkiyənin Fransadakı diplomatik nümayəndəliyinə "Molotov kokteyli" atıblar. Hadisə yanvarın 5-dən 6-na keçən gecə baş verib. Naməlum şəxslər Marsel şəhərindəki nümayəndəliyin binasına hücum edib. Bildirilir ki, dörd nəfər Türkiyə səfirliyinə “Molotov kokteyli” atdıqdan sonra hadisə yerindən qaçıblar. Polis hücum edən şəxslərdən ikisini saxlayıb. Digər iki nəfərin axtarışları davam edir. Saxlanılan şəxslərin PKK terror təşkilatının tərəfdarı olduğu bildirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!