Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
9-01-2023, 20:14
Azərbaycanla olan fikir ayrılıqları danışıqlar yolu ilə həll edilməlidir - İran XİN


Azərbaycanla olan fikir ayrılıqları danışıqlar yolu ilə həll edilməlidir - İran XİN

İranla Azərbaycan arasında olan fikir ayrılıqları danışıqlar yolu ilə həll edilməlidir. Bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kenani deyib. "Biz hesab edirik ki, iki ölkə arasında bəzi fikir ayrılıqları danışıqlar yolu ilə həll edilməlidir. Azərbaycan tərəfi bu istiqamətdə müsbət addımlar atıb. İran əvvəlki kimi bu istiqamətdə addımlar atır", - XİN sözçüsü bildirib. Nasir Kenani Bakı ilə Tehran arasında münasibətlərin soyuq olması ilə bağlı iddiaları təkzib edərək, bəzi anlaşılmazlıqlara baxmayaraq, İranla Azərbaycan arasında münasibətlərin normal olduğunu qeyd edib.
9-01-2023, 20:08
Ərdoğan Türkiyə istehsalı PUA-ların uğurlu istifadəsindən danışdı


Ərdoğan Türkiyə istehsalı PUA-ların uğurlu istifadəsindən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin istehsalı olan pilotsuz uçuş aparatlarının uğurlu istifadə nümunələrindən danışıb. Ərdoğan bu mövzuya ölkəsinin istehsal etdiyi yeni "Fırtına" haubitsalarının ictimaiyyətə təqdim edildiyi tədbirdə toxunub. "Qarabağ qələbəsindən Liviyaya, terrorla mübarizədən nöqtə əməliyyatlarına qədər geniş sahədə Türkiyənin zərbə dronları əldə etdikləri uğurlarla dünyadakı döyüş üsullarını da dəyişdirirlər. Bu gün PUA-larımız, "Fırtına" haubitsalarımız birgə xüsusən sərhədlərimizin kənarından ölkəmizi hədəf alan terror təşkilatlarının kabusu olub. Suriyadakı əməliyyatlarımız zamanı bunlar çox önəmli və kritik rol oynadı", - deyə Türkiyə prezidenti bildirib. O qeyd edib ki, yeni texnikanın inventara daxil olması ilə Türkiyə ordusu daha da güclənəcək.
9-01-2023, 17:53
Bu aydan əmək pensiyalarına 15 faiz artım gözlənilir


Bu aydan əmək pensiyalarına 15 faiz artım gözlənilir

“Əmək pensiyaları haqqında” Qanuna əsasən, bu aydan əmək pensiyaları indeksasiya olunaraq təxminən 15 faiz artırılmalıdır. Pensiyalar adətən ayın ortası ödənildiyindən artımların nə zaman veriləcəyi təqaüdçüləri ən çox düşündürən suallardandır. Qeyd edək ki, yeni dəyişikliklərə əsasən, bu ildən ilk dəfə olaraq maddi yardımların pensiyaların tərkibinə daxil edilməsi və qulluq əlavəsi alan şəxslərin pensiyasının indeksasiya olunması həyata keçiriləcək. Vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşların pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur. “Ötən ilin ilk 10 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,5 faiz artıb. Bu o deməkdir ki, mövcud tendensiya saxlanacağı halda bu ilin yanvar ayında pensiyalar təxminən 15 faizə yaxın indeksasiya olunacaq. Təbii ki, daha dəqiq rəqəm bu ayın sonuna doğru elan olunacaq”, – bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Xatırladaq ki, pensiyalar yardımlar nəzərə alınmaqla indeksasiya ediləcək. 2022-ci ildə pensiyaçılara 200 manat yardım ödənilib. Bu, aylıq olaraq 16,7 manatdır. Məsələn, 400 manat pensiya və il ərzində 200 manat maddi yardım alan vətəndaşların pensiya məbləği bu aydan 416.7 manat (400+200/12) qəbul edilərək üzərinə indeksasiya faizi qədər artımla hesablanacaq. Bu o deməkdir ki, 400 manat pensiya alan vətəndaşın pensiyası təxminən 62 manat artacaq. 2022-ci ildə orta aylıq əmək haqqıda artımla bağlı rəsmi statistika yanvar ayın sonunda bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fervral ayının pensiya məbləğinə əlavə olunacaq.
9-01-2023, 17:05
Azad edilmiş ərazilər idman qurğularıyla təmin olunacaq - Prezident


Azad edilmiş ərazilər idman qurğularıyla təmin olunacaq - Prezident

"Azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Bütün şəhərlərin Baş planları təsdiq edilib". Bu sözləri Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə deyib. "Bütün bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq və idman obyektlərinin yaradılması nəzərdə tutulur. Bildirməliyəm ki, Ağdamın məşhur "İmarət" stadionunun yeni layihəsi işlənilir. Stadion yenidən qurulacaq, eyni zamanda, onun yanında böyük Olimpiya İdman Kompleksi yaradılacaq. Bununla bərabər olaraq, keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyuldu. Biz Qarabağ Atçılıq Kompleksini işğal dövründə Ağcabədi rayonunda yaratmışdıq, yenə də Qarabağ torpağında yaratmışdıq. Ancaq qərar qəbul olundu ki, bunun əzəli yerində - Eyvazxanbəyli kəndində çox gözəl, müasir atçılıq kompleksi yaradılsın. Artıq işlərə start verilmişdir. Azad edilmiş bütün digər şəhərlərdə idman obyektlərinin yaradılması planlarımızdadır. Əlbəttə, biz, ilk növbədə, keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytarmalıyıq və bu istiqamətdə işlər gedir. İlk növbədə, məktəblər, xəstəxanalar, infrastruktur yaradılmalıdır. Ancaq idman obyektləri də əlbəttə ki, yaddan çıxmır və çıxmayacaq", - Prezident çıxışında qeyd edib.
9-01-2023, 17:01
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Yanvarın 10-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° şaxta, gündüz 0°-yə yaxın, Bakıda gecə 2-4° şaxta, gündüz 0°-yə yaxın olacaq. Atmosfer təzyiqi normadan yüksək 780 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Yollar buz bağlayacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir qar yağacağı, duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 17-22° şaxta, gündüz 7-12° şaxta olacaq. Yollar buz bağlayacaq.
9-01-2023, 16:51
MHP deputatı Ərdoğanın seçkilərlə bağlı fikrini dəstəkləyir


MHP deputatı Ərdoğanın seçkilərlə bağlı fikrini dəstəkləyir

“Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərinin mayda keçirilməsi ilə bağlı fikirlərini dəstəkləyirəm və buna müsbət yanaşıram”. Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milliyətçi Hərəkat Partiyasından olan (MHP) deputatı Kamil Aydın prezident seçkilərinin vaxtının dəyişdirilməsi ilə bağlı hakim partiyanın mövqeyinə münasibət bildirərkən deyib. “Cənab Prezidentin seçkinin mayda keçirilə biləcəyi ilə bağlı fikrini müsbət qarşılayıram. Ancaq seçkinin mayda olması onun nəticəsinə təsir göstərməyəcək”, - deyə MHP təmsilçisi vurğulayıb. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə çıxışı zamanı seçkilərin bu ilin iyun ayında deyil, mayda keçiriləcəyini istisna etməyib. “Önümüzdə 5 ay var, 5 ay boyunca dayanmaq yoxdur”, - Ərdoğan deyib. Onun fikirləri Türkiyə müxalifəti tərəfindən birmənalı qarşılanmayıb. Daha əvvəl prezident seçkilərinin iyunun 18-də keçiriləcəyi açıqlanmışdı. Xatırladaq ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyası (MHP) seçkiyə “Cümhur ittifaqı”nda qoşulacaqlar.
9-01-2023, 16:33
Ticarət mərkəzində yanğın - 20 mağaza yararsız hala düşüb


Ticarət mərkəzində yanğın - 20 mağaza yararsız hala düşüb

Fövqəladə Hallar Nazirliyi ötən gün “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın barədə yeni məlumat yayıb. FHN-dən bildirilib ki, yanvarın 8-də Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi təxminən 10 hektar olan “Sədərək” ticarət mərkəzinin ərazisində yerləşən “Şirniyyat” bazarında ümumi sahəsi 1700m² olan bir-birinə bitişik 20 müxtəlif təyinatlı mağaza 800m² sahədə yanıb. Ticarət mərkəzinin böyük hissəsi yanğından mühafizə olunub. Hadisə nəticəsində 4 nəfər tüstüdən yüngül zəhərlənib, 1 nəfər yüngül bədən xəsarəti alıb. Yanğınla əlaqədar araşdırma aparılır.
9-01-2023, 16:30
Şaxtalı hava şəraitiylə əlaqədar yollar buz bağlayacaq


Şaxtalı hava şəraitiylə əlaqədar yollar buz bağlayacaq

Ölkə ərazisində müşahidə olunan yağıntılı, qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq yanvar ayının 9-dan 12-dək avtomobil yollarının buz bağlayacağı gözlənilir. Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Qurum rəsmisi bildirib ki, Bakı və Abşeron yarımadasının, Bakı-Quba, Bakı-Şamaxı-Yevlax, Yevlax-Zaqatala, Quba-Qusar, Quba-Xaçmaz, Qusar-Xudat, Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Şəki, Ağsu-Kürdəmir-Bəhramtəpə, Göyçay-Bərgüşad, Qorağan-Qax-Zaqatala, Xaldan-Mingəçevir, Gəncə-Kəlbəcər-Laçın, Gəncə-Daşkəsən, Gəncə-Samux, Şəmkir-Gədəbəy, Yevlax-Xocalı-Laçın, Bərdə-İstisu, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Ağdam-Hindarx-Ağcabədi, Ağdam-Ağdərə, Qubadlı-Xanlıq, Füzuli-Cəbrayıl-Mahmudlu, Bəhramtəpə-Biləsuvar, Hacıqabul-Şirvan, Masallı-Yardımlı, Lənkəran-Lerik avtomobil yollarının buz bağlayacağı ehtimal olunur. Bəzi avtomobil magistral yollarında dumanlı hava şəraiti ilə əlaqədar olaraq görünüş məsafəsinin 100-600 metrədək məhdudlaşacağı gözlənilir. G.Məmmədova qeyd edib ki, hava şəraiti ilə bağlı sürücülərə ehtiyatlı olmaları tövsiyə olunur.
9-01-2023, 16:23
Kiyev Saakaşviliyə sahib çıxmağa hazırdır


Kiyev Saakaşviliyə sahib çıxmağa hazırdır

Ukrayna prezidentinin Aparat rəhbərinin müşaviri Mixail Podolyak bəyan edib ki, rəsmi Kiyev Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvilini müalicə üçün Ukraynaya və ya üçüncü ölkəyə köçürməyi təklif edir. Bu barədə Gürcüstanın İctimai Kanalı məlumat yayıb. Podolyak qeyd edib ki, Rusiyadan fərqli olaraq, Ukrayna “başqa ölkələrin suveren işlərinə” qarışmır və heç bir məsləhət vermir. Məhz buna görə də, onun fikrincə, Saakaşvilinin Ukrayna dövlətinə verilməsi təklifi rəsmidir. “Söhbət biz tez-tez, o cümlədən diplomatik kanallar vasitəsilə təkrar etdiyimiz rəsmi mövqedən gedir. Prezident Zelenski və digər tanınmış şəxslər bu barədə ictimaiyyətə açıqlamalar verirlər”, - Podolyak bildirib.
9-01-2023, 16:15
Qarlı hava taksilərin qiymətini də yüksəltdi


Qarlı hava taksilərin qiymətini də yüksəltdi

Bakıda qarlı hava şəraiti ilə əlaqədar taksilərdə gediş haqqı kəskin artıb. Bu barədə vətəndaşlar sosial şəbəkə hesablarında məlumat paylaşıblar. Bildirilib ki, qardan sonra taksi tapmaq çətinləşib. Məlumata görə, bundan əvvəl 3-5 manat arası dəyişən məsafə üçün hazırda 20-30 manat gediş haqqı tələb olunur. Qeyd edək ki, ötən gecədən başlayaraq Bakı və Abşeron yarımadasında qar yağır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!