Ən xoş anları yadda qalan edib əbədiləşdirmək fotoqrafların başlıca vəzifəsidir. 22 yaşlı Vüsal Məmmədov da bu peşə sahiblərindən biri kimi öz çəkdiyi fotolarda zamanı dondurmağa çalışırdı ancaq 44 günlük Vətən müharibəsi başlayan günədək. Vətənin dar günündə müsəlləh əsgər olan Vüsal obyektivi nişangahla əvəz edib döyüşlərə qatılır. Füzuli, Cəbrayıl və Xocavəndin azad olunmasına görə, "Cəsur əsgər” , "Vətən uğrunda” və "Şücaətə görə” medalları ilə təltif edilən Vüsal qızğın gedən döyüşlərin birində qəhrəmancasına şəhadətə yüksəlib. Butov.az xəbər verir ki, şəhidin ailəsi isə bu gün əmin əllərdədir. Dövlətin həssas qrupa göstərdiyi diqqət və qayğısı, yürütdüyü siyasət SOCAR "Azəriqaz” İB-nin də qayəsini təşkil edir. Elə Vüsalın atası Elşən Məmmədovun Birliyə etdiyi müraciətin qısa zamanda həll edilməsi buna əyani sübutdur.
Türkiyənin "Fənərbağça" klubu futbolçusu Filip Novakla vidalaşıb. Butov.az xəbər verir ki, 32 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Çexiyalı futbolçunun karyerasını Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Cəzirə" klubunda davam etdirmək istədiyi bildirilir. Qeyd edək ki, Novak 2020-ci ilin yayından "sarı-lacivərtlər"in formasını geyinirdi.
Türkiyə bankları ABŞ-ın güclü təzyiqi altındadır - Peskov
"Türkiyə bankları ABŞ-ın güclü təzyiqi altındadır, banklar ikinci dərəcəli sanksiyalarla hədələnir, vəziyyət ağırdır". Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.“Banklar və təsərrüfat subyektləri ABŞ-ın güclü təzyiqi altındadır. Bu təzyiqə qarşı birgə mübarizə yollarını axtarmaq lazımdır",- Kreml sözçüsü deyib. Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin “İşbank”ı və “Dənizbank” Rusiyanın “Mir” kartlarına xidmət göstərməyi dayandırdıqlarını açıqlayıb. Bildirilib ki, müvafiq qərar ABŞ və Böyük Britaniyanın Rusiya Federasiyasına qarşı sanksiyaları ilə əlaqədar verilib.
Türkiyə bankları ABŞ-ın güclü təzyiqi altındadır - Peskov
"Türkiyə bankları ABŞ-ın güclü təzyiqi altındadır, banklar ikinci dərəcəli sanksiyalarla hədələnir, vəziyyət ağırdır". Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.“Banklar və təsərrüfat subyektləri ABŞ-ın güclü təzyiqi altındadır. Bu təzyiqə qarşı birgə mübarizə yollarını axtarmaq lazımdır",- Kreml sözçüsü deyib. Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin “İşbank”ı və “Dənizbank” Rusiyanın “Mir” kartlarına xidmət göstərməyi dayandırdıqlarını açıqlayıb. Bildirilib ki, müvafiq qərar ABŞ və Böyük Britaniyanın Rusiya Federasiyasına qarşı sanksiyaları ilə əlaqədar verilib.
Ermənilərin Kəlbəcərdə basdırdığı minalar aşkarlandı
Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilərin və təminat yollarının Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənməsi prosesi davam edir. Müdafiə Nazirliyindən verilən məlumata görə, Kəlbəcər rayonunun Alagöllər ərazisində aşkar edilən növbəti 259 ədəd piyada əleyhinə PMN-Э tipli mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Sentyabrın 28-dək Kəlbəcər rayonunun Alagöllər ərazisi ümumilikdə 543 ədəd piyada əleyhinə PMN-Э və 8 ədəd tank əleyhinə TM-62M minasından təmizlənib.
Xüsusi təyinatlı bölmələrin birgə təlimi keçiriləcək
Bu ilin oktyabr ayında Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı bölmələrinin birgə təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə Gürcüstan Müdafiə Qüvvələrinin komandanı general-mayor Giorgi Matiaşvili arasında sentyabrın 28-də Tbilisidə keçirilən görüşdə təlimlərə hazırlıq məsələləri müzakirə olunub. Görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirakı ilə cari ilin oktyabr ayında keçiriləcək “Qafqaz Qartalı-2022” xüsusi təyinatlı bölmələrin birgə təliminə hazırlıq, həmçinin gələn il ərzində keçirilməsi nəzərdə tutulan “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi və “Qafqaz Qartalı-2023” birgə təliminin yüksək səviyyədə təşkili barədə müzakirələr aparılıb. Bildirilib ki, birgə hərbi təlimlər ordularımız arasında qarşılıqlı uzlaşma və döyüş hazırlığı səviyyəsinin artırılması, habelə təcrübə mübadiləsinin aparılmasına geniş imkanlar yaradır.
Ərdoğan Zelenski ilə danışdı, “referendum”u pislədi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub. Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, liderlər Rusiya və Ukrayna arasında davam edən müharibəni müzakirə ediblər. Ərdoğan əsir mübadiləsi prosesinin uğurla başa çatmasından məmnunluğunu ifad edib. Türkiyə Prezidenti bildirib ki, Ukraynanın Rusiyanın nəzarəti altında olan ərazilərində "referendum" keçirilməsi diplomatik səylərə mane olur. Bundan əlavə, Ərdoğan müharibənin sülh yolu bitməsi üçün hər cür töhfəni verməyə hazır olduğunu diqqətə çatdırıb.
Bakının Suraxanı rayonunda Vətən müharibəsi şəhidlərinin ailələrinə və müharibə əlillərinə daha 50 mənzil təqdim olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Daha 50 şəhid ailəsi və müharibə əlilinə yeni mənzillər təqdim olunub. Təqdimatda çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev bildirib ki, bu il şəhid ailəsi və müharibə əlillərinə artıq 850 mənzil təqdim olunub. Mənzillərin sənədlərini nazir müavini Hidayət Abdullayev və xalq artisti Mənsum İbrahimov təqdim ediblər. Bildirilib ki, postmüharibə dövründə mənzillə təminat proqramı 5 dəfə genişlənib, bu gün verilən mənzillər də daxil olmaqla 3850 mənzil şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə verilib. Ümumilikdə ötən dövrdə 12850 imtiyazlı şəxs mənzil və ya fərdi evlə təmin edilib. İlin sonunadək şəhid ailələri və müharibə əlillərinə 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan 500-ü regionlarda inşa edilən fərdi evlərdir. Yeni mənzillərdə ailələrin rahat yaşaması üçün hər cür şərait yaradılıb.
Sentyabrın 29-na gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 18-20° isti, gündüz 25-28° isti olacaq. Bakıda gecə 18-20° isti, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz hava olacaq. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 28-32° isti, dağlarda gecə 5-10° isti, gündüz 14-19° isti olacaq.
Ermənistan tərəfindən açılan atəş nəticəsində hərbi qulluqçumuz yaralanıb. Müdafiə Nazirliyindən bildirilib ki, atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsgəndərov Nicat Hidayət oğlu yaralanıb. Hərbi qulluqçumuza lazımi tibbi yardım göstərilir. Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. "Bildiririk ki, baş vermiş insidentə görə bütün məsuliyyət vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - Nazirlikdən bildirilib.
Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Bu barədə onun dostları məlumat yayıblar. O, ağır xəstəlikdən əziyyət çəkirmiş. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət etsin!