28-09-2022, 18:18
Bu heyvanların ovlanması qadağan olunduDağıstan və Şərqi Qafqaz turunun builki ov mövsümündə ovlanmasına icazə verilməyəcək. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev “Ekspert saatı”nda deyib. Onun sözlərinə görə, həmin heyvan növlərinin sayımı aparılıb: “İlkin müşahidələr onu deməyə əsas verir ki, həmin növlərin sayında nisbətən azalma var. Ona görə də həmin heyvanların ov predmeti sayılması məqbul hesab edilməyib”.
28-09-2022, 18:16
Ukraynadan ən çox qaçqın Rusiyaya gedib - BMT2022-ci ilin fevralın 24-dən sentyabrın 27-dək Ukraynadan Avropaya ümumilikdə 7,53 milyondan çox qaçqın gəlib. Bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) hesabatında qeyd edilib. BMT QAK-a daxil olan məlumata görə, ən çox qaçqını Rusiya qəbul edib. Bundan əlavə, Polşa, Almaniya, Çexiya, İtaliya, Türkiyə, İspaniya, Bolqarıstan, Böyük Britaniya, Fransa kimi ölkələr Ukrayna vətəndaşlarını qəbul edib.
28-09-2022, 18:13
İranda etirazçılar polkovniki öldürdü İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) polkovniki Mohsen Dalvənd öldürülüb.
Butov.az xəbər verir ki, təcrübəli zabit etirazçılar tərəfindən qətlə yetirilib. Məlumata görə, hadisə Mohsen Dalvənd Sərdəşt şəhərində baş verib. Polkovnik bir neçə güllə yarası alıb və yerindəcə keçinib. İnsident zamanı onun 4 cangüdəni də yaralanıb. Qeyd edək ki, ötən həftə İranda “Əxlaq” polisi tərəfindən hicab bəhanəsilə 22 yaşlı Məhsa Əminin qətlə yetirilməsindən qəzəblənən xalq küçələrə axışaraq hökumət əleyhinə aksiyalar keçirir. Nümayişlər zamanı 80-ə yaxın dinc etirazçı polislər tərəfindən öldürülüb.
28-09-2022, 18:10
Almaniya Ukraynaya yeni hərbi yardım ayırdıAlmaniya Ukraynaya ayırdığı yeni hərbi yardım paketini açıqlayıb. Bu barədə Almaniya hökuməti məlumat yayıb. Yardım paketinə 10 körpü sistemi, 90 ağır qoşqu, 6 MG3 pulemyotu, 20 min 40 mm-lik qumbaraatan daxildir. Qeyd edək ki, daha əvvəl Almaniya kansleri Olaf Şolts rəsmi Berlinin Ukraynaya tanklar verməməyinin səbəbini izah etmişdi. O bildirmişdi ki, bu addım müharibənin daha da genişlənməsinə şərait yaratmamaq üçündür. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında savaş bu il fevralın 24-də başlayıb.
28-09-2022, 18:07
Hulusi Kılıç bu quruma həmsədr seçildiTürkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri seçilib. Bu barədə keçmiş səfir “Haber Qlobal”a açıqlamasında məlumat verib."Bu önəmli birliyi yaradan və əməyi keçən, ayrıca olaraq məni Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri seçən dəyərli qardaş və bacılarıma təşəkkür edirəm. Bu müqəddəs yola çıxdıq. Yolumuz açıq olsun. Millətimizə xidmət etmək şərəfdir. Ömrümün sonuna qədər millətimə xidmət etməyə qərarlıyam. Bundan sonra Türk Ağsaqqalları Birliyinə daha çox vaxt ayıracam", - tanınmış diplomat vurğulayıb. Qeyd edək ki, Türk Ağsaqqallar Birliyi yarandığı ilk aylarda Təşkilat Komitəsində Hulusi Akarla bağlı məsələ gündəmə çıxarılıb, tanınmış diplomat Türk dünyası və Türkiyə-Azərbaycan əlaqələrinin inkişafındakı xidmətlərinə görə bu vəzifəyə layiq görülüb.
28-09-2022, 18:05
Azadlığa çıxmalı olan MTN generalını həbsdən buraxmırlarDünən azadlığa buraxılmasına dair qərar çıxarılan keçmiş MTN generalı Vəli Ələsgərov barəsindəki qərar icra olunmur. Bu barədə onun vəkili Vüqar Xasayev məlumat verib. Vəkilin sözlərinə görə, Naxçıvan qarışıq tipli cəzaçəkmə müəssisəsində saxlanılan Vəli Ələsgərovun buraxılması üçün göstəriş verilmir:"Buna səbəb kimi həbsxananın Rəşad adlı rəisi bizə bildirdi ki, müvafiq göstəriş Penitensiar Xidmətdən gəlməlidir". Xatırladaq ki, ötən gün Ali Məhkəmədə Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovun barəsində kassasiya şikayətinə baxılıb. Ali Məhkəmənin qərarı ilə Vəli Ələsgərov barədə apellyasiya məhkəməsinin qərarı dəyişdirilərək 6 il 6 ay 20 gün azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi və 2016-cı ildən həbsdə olmaqla bu cəzanı çəkmiş olduğundan cəzaçəkmə müəssisəsindən azad edilməsi qərara alınıb.
28-09-2022, 18:03
Daha 3 nəfər vəfat etdi - 164 yeni yoluxmaAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 164 yeni yoluxma faktı qeydə alınıb, 248 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 821 162 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 810 181 nəfər müalicə olunaraq sağalıb, hazırda 1071 aktiv xəstə var. Bu günə qədər 9910 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3054, ümumilikdə isə 7 245 111 test icra olunub.
28-09-2022, 18:01
Lukaşenkoya görə səfir XİN-ə çağırıldı - Tbilisidən etirazBelarusun Tbilisidəki səfiri Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə Gürcüstanın “İmedi tv” telekanalı məlumat yayıb. Buna səbəb kimi Belarus Prezidenti Aleksandr Lukaşenkonun Abxaziyaya səfəri göstərilib. Gürcüstan XİN Lukaşenkonun qanunsuz səfərinə görə, belaruslu diplomata etirazlarını çatdırıb. Qeyd edək ki, bu gün Belarus Prezidenti Aleksandr Lukaşenko ilk dəfə Abxaziyaya səfər edib. Lukaşenko səfəri çərçivəsində qondarma Abxaziya respublikasının “prezidenti” Aslan Bjaniya ilə görüş keçirib. Görüş zamanı qarşılıqlı əməkdaşlıq, iqtisadi-ticarət əlaqələri, eləcə də beynəlxalq məsələlər müzakirə olunub. Lukaşenko Abxaziyaya səfər etsə də, Belarus buranı müstəqil dövlət kimi tanımır.
28-09-2022, 17:59
Ölüm haqqında şəhadətnamə elektron qaydada veriləcək“Ölüm haqqında tibbi şəhadətnamə” bundan sonra elektron qaydada veriləcək. Bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda dəyişiklik edilməsinə dair qərar qəbul edib. Dəyişikliyə əsasən, şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim etməlidir. Tibb müəssisəsi tərəfindən qeyd edilən sənədlər yoxlanıldıqdan sonra vəfat edənin müraciət etmiş ailə üzvü və ya qohumu şəhadətnaməni elektron xidmət vasitəsilə əldə edə bilər. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal Səhiyyə Nazirliyinə, Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürüləcək.
28-09-2022, 17:12
Bakıda çörəyin çəkisini azaldan market aşkarlandıİqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlak bazarında çörəyin faktiki çəkisi ilə etiketdə göstərilən çəkinin uyğunluğuna nəzarət edilməsi istiqamətində monitorinqlərini davam etdirir. Qurumdan bildirlib ki, “Bizim Market”də satılan “Bakery” MMC-nin istehsalı olan çörəyin faktiki çəkisinin etiketdə göstərilən çəkidən az olması barədə Dövlət Xidmətinə daxil olmuş vətəndaş müraciəti araşdırılıb və istehlakçının çəkidə aldadıldığı müəyyən edilib. “Bizim Market” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Protokol və iş üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. “Məlumat üçün bildiririk ki, çörəyin qablaşdırılmasında çəkinin göstərilməsi və faktiki çəkinin etiketdə göstərilən çəkiyə uyğunluğuna əməl edilməsi ilə bağlı Dövlət Xidməti tərəfindən iri çörək istehsalçıları və ticarət şəbəkələrinin rəhbərlərinə müraciət göndərilib və qanunvericiliyə riayət olunması tələb edilib”. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, istehlakçıların malların, işlərin və ya xidmətlərin miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək hüququ var. Satıcı (istehsalçı) məhsulların kütləsi və ya çəkisi, əsas ölçüləri, həcmi və miqdarı barədə istehlakçılara düzgün məlumat verməlidir. Əks halda istehlakçıların aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manata, vəzifəli şəxslər min beş yüz manatdan iki min manata, hüquqi şəxslər isə dörd min manatdan altı min manatadək məbləğdə inzibati qaydada cərimə edilir.