Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
28-09-2022, 17:09
Xırdalan reysi ləğv edildi, qatarda izdiham yaşandı


Xırdalan reysi ləğv edildi, qatarda izdiham yaşandı

Xəbər verdiyimiz kimi, "Azərbaycan Dəmir Yolları" hərəkət qrafikinin optimallaşdırılması və pik saatlarda qatarlarda olan sərnişin sıxlığını tənzimləmək məqsədilə 28 sentyabrdan etibarən Sumqayıt-Pirşağı-Bakı marşrutu üzrə hərəkət edən reyslərin sayını artırıb. Sumqayıtdan saat 07:25-də çıxan qatar yeni qrafiklə saat 07:15-də hərəkət edir və əlavə olunmuş qatar isə saat 07:30-da Sumqayıt stansiyasından yola düşür. Bundan başqa, Sumqayıtdan saat 07:45-də yola düşən Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə hərəkət edən reys ləğv edilib. Digər qatarların hərəkət cədvəlləri isə dəyişdirilmədən saxlanılıb. Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə reysin ləğv edilməsi Xırdalan və Biləcəri stansiyalarında sıxlığa səbəb olub. Ölkədə iş saatları saat 9:00-da başladığına görə, əksəriyyət Biləcəri stansiyasında 08:18-də olan reysə üstünlük verib. Bu isə stansiya və qatarda izdihama səbəb olub. Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-dən cavab olaraq bildirilib ki, tədris ilinin başlanması ilə əlaqədar Abşeron Dairəvi dəmir yolu xətti üzrə hərəkətdə olan qatarlara tələbatın daha da artması sərnişin sıxlığına səbəb olur. Rəsmi məlumata görə, hazırda ən çox sıxlıq Sumqayıt-Pirşağı-Bakı istiqamətində müşahidə olunur:"Qeyd olunan istiqamət üzrə sıxlığın azaldılması məqsədilə Sumqayıt-Xırdalan-Bakı istiqamətində hərəkət edən və doluluq səviyyəsi nisbətən az olan qatar müvəqqəti olaraq Sabunçu-Bakıxanov-Bakı istiqamətində sərnişinlərin daşınması üçün ayrılıb. Belə ki, Sumqayıtdan 07:45-də yola düşən Sumqayıt- Xırdalan-Biləcəri - Bakı marşrutu üzrə hərəkət edən 6006 nömrəli qatar 08:03-də Xırdalana çatırdı. Xırdalandan isə 08:10-da Bakı istiqamətinə ayrıca reys olduğu üçün çox zaman Sumqayıtdan gələn qatarda doluluq səviyyəsi aşağı olurdu. Bu səbəbdən yalnız doluluq səviyyəsi az olan 07:45 qatarı Sumqayıt-Xırdalan-Bakı istiqamətində çıxarılıb və sərnişin sıxlığının daha çox müşahidə olunduğu Sumqayıt-Pirşağı-Bakı istiqamətində sərnişinlərin daşınması üçün ayrılmışdır. Hazırda Sumqayıt-Xırdalan-Bakı istiqamətində qatarların hərəkət intervalı arasında az vaxt olduğu üçün bu istiqamət üzrə sərnişinlərin hərəkətində problem yaşanmayacaq. Sonuncu dəyişiklikdən sonra Sumqayıt-Pirşağı -Sabunçu-Bakı marşrutu üzrə hərəkət edən 6606 nömrəli qatar Sumqayıtdan 07:25 əvəzində 07:15-də yola düşəcək. Sumqayıt-Pirşağı-Sabunçu-Bakı marşrutu üzrə Sumqayıtdan 07:30-da yola düşməklə 6608 nömrəsi ilə qatar əlavə olunub".





28-09-2022, 16:54
ABŞ Ukraynaya 1,1 milyardlıq yeni hərbi yardım ayırır


ABŞ Ukraynaya 1,1 milyardlıq yeni hərbi yardım ayırır

ABŞ hakimiyyəti yaxın vaxtlarda Ukraynaya 1,1 milyard dollar məbləğində yeni hərbi yardım paketini elan etməyə hazırlaşır. Bu barədə "Reuters" agentliyi Amerika rəsmisinə istinadən bildirib. Vaşinqton çox güman ki, silahların alınması üçün vəsait ayıracaq və onları öz anbarlarından göndərməyəcək. Paketə, həmçinin HIMARS üçün döyüş sursatı, dronlara qarşı mübarizə üçün müxtəlif sistemlər, radar sistemləri, eləcə də ehtiyat hissələrinin daxil olacağı gözlənilir.
28-09-2022, 16:51
Vətən müharibəsinin xronikası: 28 sentyabrda nə olmuşdu...


Vətən müharibəsinin xronikası: 28 sentyabrda nə olmuşdu...

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Həmin tarixi gündən artıq iki il ötür. Butov.az Vətən müharibəsinin xronikasını təqdim edir.
Müharibənin 2-ci günü
• BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə onunla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında videokonfrans formatında görüş olub. Prezident İlham Əliyev ötən gün Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatla bağlı hadisələrin gedişinə dair məlumat verib. Qeyd edib ki, sentyabrın 27-də Ermənistan təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutub və bunun nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olublar. Azərbaycan tərəfi özünümüdafiə məqsədilə uğurlu əks-hücum əməliyyatları həyata keçirir.
• Müdafiə Nazirliyi Ermənistan ordusunun üç silah-sursat anbarının, onlarla texnikasının və 550-dən çox canlı qüvvəsinin məhv edildiyi barədə məlumat yayıb.
• Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib, Ermənistan Ordusunun xeyli sayda canlı qüvvəsi məhv edilib.
• Ermənistan silahlı birləşmələrinin Tərtər Rayon Məhkəməsinin yerləşdiyi əraziyə artilleriya atəşi nəticəsində bir nəfər həlak olub, üç nəfər yaralanıb.
• Baş Prokurorluq düşmənin Tərtərdə əlillər və məcburi köçkünlər üçün tikilmiş binanı atəşə tutması nəticəsində iki nəfərin həlak olması və iki nəfərin yaralanması barədə məlumat yayıb.
28-09-2022, 16:45
Səfərbərliyə etiraz edən qadın 6 yaşlı qızını öldürdü


Səfərbərliyə etiraz edən qadın 6 yaşlı qızını öldürdü

Rusiyanın Perm vilayətində dəhşətli hadisə baş verib. Butov.az xəbər verir ki, ərinin səfərbərliyə çağırılmasına etiraz edən qadın 6 yaşlı qızını bıçaqlayaraq öldürüb. O, daha sonra intihara cəhd edib. Perm vilayəti üzrə regional İstintaq Komitəsindən bildirilib ki, qadın əri ilə mübahisə edib, 10 il əvvəl kəşfiyyatda xidmət etmiş həyat yoldaşının müharibəyə getməsinə qarşı çıxıb. Lakin istəyinə nail ola bilməyən qadın əsəbdən azyaşlı övladını qətlə yetirib. O, ardınca özünə xəsarət yetirsə də, həkimlərin səyi nəticəsində həyatını xilas etmək mümkün olub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
28-09-2022, 16:40
Türkiyə ordusu 13 terrorçunu məhv etdi


Türkiyə ordusu 13 terrorçunu məhv etdi

Türkiyə ordusu Suriyanın şimalında PKK terror təşkilatının bu ölkədəki qanadının 13 silahlısını zərərsizləşdirib. Bu barədə Türkiyəni Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, PKK/YPG yaraqlıları “Fərat Qalxanı”, “Barış pınarı” və “Zeytun budağı” antiterror əməliyyatlarının aparıldığı ərazilərdə təxribat və hücumlar təşkil etməyə çalışarkən zərərsizləşdiriliblər.
28-09-2022, 16:38
Daşaltı necə azad olunub? - Tehran Mənsimov açıqladı


Daşaltı necə azad olunub? - Tehran Mənsimov açıqladı

Daşaltı kəndinin azad olunması tapşırığına rəhbər polkovnik Tehran Mənsimov təyin olunmuşdu. Bu barədə İctimai TV-də yayımlanan “Bizim torpaq” sənədli filmində bildirilib. Vətən müharibəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Dəstəsini zabiti olan Tehran Mənsimov sözügedən sənədli filmdə Daşaltı əməliyyatından danışıb:“Xüsusi təyinatların itkisiz irəliləməsi üçün Daşaltıya hücum etməli, düşmənin Şuşadan, Xankəndidən, Laçın yolu istiqamətindən gələ biləcək qüvvəsini üzərimə çəkməliydim. Bundan başqa, XTQ-yə şərait yaratmalı idim ki, yolu tutduqdan sonra, təyin olunmuş həddə Şuşanın ətrafına yerləşsinlər. Nəticədə onlar arxadan, mən isə Daşaltıdan Şuşaya daxil olmalı idim. Dolu əvəzinə, güllə yağırdı. Düşmən bütün artilleriya vasitələrindən istifadə edirdi. Təsəvvür edin, hava hücumundan müdafiə vasitəsiylə insana atəş açırdılar, adam rəsmən tikə-parça olurdu. Daşaltının üstündəki bütün qayalarda güllə izi var. Mən Azərbaycan oğullarının nəyə qadir olduğunu, nə edə biləcəklərini gördüm”. Qeyd edək ki, noyabrın 4-də Şuşa-Laçın yolu xüsusi təyinatlı bölmələr tərəfindən azad olunub.
28-09-2022, 16:35
Gürcüstana 80 minə yaxın Rusiya vətəndaşı gəlib


Gürcüstana 80 minə yaxın Rusiya vətəndaşı gəlib

Sentyabrın 17-dən 26-dək Gürcüstana səfər etmiş Rusiya vətəndaşlarının sayı 78 742 nəfər olub. Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Gürcüstana gələn rusiyalıların maksimum sayı bazar ertəsi günü qeydə alınıb. Həmin gün 11 143 nəfər ölkəyə daxil olub. Bundan əlavə, 62 120 Rusiya vətəndaşı Gürcüstanı tərk edib, bu da gələnlərin 78,9%-ni təşkil edir. Qeyd edək ki, Rusiyada qismən səfərbərlik elan ediləndən sonra ölkədən kütləvi köç başlayıb.
28-09-2022, 16:32
Hikmət Hacıyev Armen Qriqoryanla görüşdü


Hikmət Hacıyev Armen Qriqoryanla görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Birləşmiş Ştatlar Prezidenti Cozef Baydenin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan və Ermənistanın Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryanla görüşüb. Bu barədə ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bildirib. “Bu gün birbaşa və konstruktiv danışıqlar üçün Hikmət Hacıyev və Armen Qriqoryanla müzakirələr apardıq. Biz növbəti şiddətin qarşısının alınmasının, vaxta bağlı və diqqət mərkəzində olan danışıqların aparılmasının vacibliyini müzakirə etdik. Biz sabit və dayanıqlı sülhə dəstək olaraq irəliyə doğru konkret addımlar da müəyyənləşdirdik”, - deyə Ceyk Sallivan qeyd edib.
28-09-2022, 16:29
ABŞ 250 milyon dollarlıq silah satdı


ABŞ 250 milyon dollarlıq silah satdı

ABŞ Dövlət Departamenti Küveytə silah satışına razılıq verib. Bu barədə Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb. Bildirilir ki, satışa M1A2K tankı üçün döyüş və təlim sursatları, müvafiq avadanlıqlar daxildir. Müqavilənin dəyəri 250 milyon dollardır. Razılaşma icra edilməzdən əvvəl Konqres tərəfindən təsdiq edilməlidir.
28-09-2022, 16:26
İsrail Ukraynada keçirilən "referendumları" tanımayacaq


İsrail Ukraynada keçirilən "referendumları" tanımayacaq

İsrail Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiq olmağa davam edir. Bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb. Nazirlik İsrailin Rusiyanın işğalı altında olan bölgələrdə keçirilən saxta "referendumlar"ı tanımayacağını bildirib. Bəyanatda İsrailin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiq olduğu qeyd edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!