Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
19-09-2022, 18:10
UNEC-də müəllimlərin maaşı 50 faiz artırılıb


UNEC-də müəllimlərin maaşı 50 faiz artırılıb

UNEC-də saathesabı qaydada dərs deyən müəllimlərin sosial rifahının yüksəldilməsi, maddi durumunun yaxşılaşdırılması və fəaliyyətlərinin stimullaşdırılması məqsədilə əməkhaqları artırılıb. Butov.az xəbər verir ki, UNEC-in Elmi Şurası saathesabı qaydada aparılan dərslərə görə (Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE), SABAH mərkəzi, BMDM, UNEC Biznes Məktəbi istisna olmaqla) müəllimlərə ödənilən məbləğin 2022/2023-cü tədris ilindən 50 faiz artırılması barədə qərar qəbul edib. Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində isə saathesabı qaydasında aparılan dərslərin hər saatına görə ödənişin məbləği 22 manatdan 27 manatadək yüksəldilib.
19-09-2022, 18:06
Son döyüşlərdə şəhid olan hərbçilərin kredit borcları silindi


Son döyüşlərdə şəhid olan hərbçilərin kredit borcları silindi

Bu ay Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olmuş Azərbaycan hərbçilərinin banklara olan bütün növ kredit öhdəlikləri və onlara hesablanmış faizlər tam silinib. Bu barədə "Azərbaycan Banklar Assosiasiyası"ndan (ABA) məlumat verilib. Bildirilib ki, bu məsələ qurumun Rəyasət Heyətinin sentyabrın 16-da keçirilmiş geniş tərkibdə iclasında müzakirə edilib. İclasda borcların silinməsi məsələsi yekdilliklə təsdiq edilib."ABA üzvləri bir daha Azərbaycan bank icmasının hər zaman olduğu kimi Prezidentin tapşırıqlarını və Azərbaycan Mərkəzi Bankının tövsiyələrini rəhbər tutaraq Şəhid ailələri və qazilərimizə, eləcə də vətənimizin düşməndən azad edilməsində iştirak edən hərbçilərimizə münasibətdə həssaslıq nümayiş etdirməyə davam edəcəklərini, işğaldan azad edilmiş torpaqlarımızda müasir bank-maliyyə infrastrukturunun qurulmasında bütün resursları ilə iştirak etməyə hazır olduqlarını bildiriblər", - deyə məlumatda qeyd olunub. ABA 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsəd üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyacının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.
19-09-2022, 18:03
Nensi Pelosinin İrəvandakı açıqlamaları separatizmə dəstəkdir


Nensi Pelosinin İrəvandakı açıqlamaları separatizmə dəstəkdir

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin belə həssas dövrdə Ermənistana səfəri, verdiyi açıqlamalar açıq-aydın separatizmə dəstəyin nümunəsidir. Bir müddət öncə Pelosi Tayvana səfər etməklə separatizmin dəstəkçisi olduğunu açıq nümayiş etdirmişdi. O növbəti belə səfəri Ermənistana edərək sülhü, xalqların birgəyaşayışını deyil, separatizmi dəstəklədiyini bir daha göstərdi. Heç şübhəsiz ki, bu səfərdə Pelosinin əsas məqsədi seçkiqabağı dövrdə erməni lobbisinin dəstəyini qazanmaqdır. Artıq 85 yaşı olan Pelosi təqaüdə çıxmaq barədə deyil, hələ də Konqresdə kürsüsünü qoruyub saxlamaq haqqında düşünür. Əslində reallıq, məsələnin mahiyyəti budur. Onun Ermənistanda verdiyi açıqlamalar bu fikri bir daha təsdiq edir. Qeyd etmək lazımdır ki, Pelosi hər zaman ənənəvi ermənipərəst mövqeyi ilə seçilib və onun Ermənistana səfər zamanı bütün diplomatik çərçivələri aşan açıqlama və iddiaları bir daha bunu göstərir. Ermənistanın ərazi bütövlüyünə belə təəssüb və dəstək nümayiş etdirən Pelosi bu qədər ədalətli və haqqın tərəfindədirsə, 30 illik Ermənistan işğalçılığı dövründə niyə səsini çıxartmadı, Azərbaycana səfər etmədi, ölkəmizə dəstək nümayiş etdirmədi, Azərbaycanlılara qarşı erməni vəhşiliyini pisləmədi? Əgər Pelosi haqqın və ədalətin tərəfdarıdırsa ermənilər işğal etdikləri ərazilərdə bütün yaşayış məskənlərini, infrastrukturu, qəbirləri, dini-tarixi abidələri dağıdarkən niyə bu vəhşiliyi pisləyən bəyanatlar vermədi? Azərbaycan 30 ilə yaxın müddətdə keçmiş Qarabağ münaqişənin sülh yolu ilə ədalətli həllinə çalışdı. Ancaq Ermənistan hər zaman bu cəhdləri pozdu. Nəhayət Azərbaycan özü BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini yetirərək torpaqlarını azad etdi. Həmin dövrdə biz Ermənistana qarşı hər hansı ittihamların səsləndirildiyinin şahidi olmadıq. Azərbaycan torpaqlarını azad etdikdən sonra ona qarşı bu cür ədalətsiz yanşamanın nümayiş etdirilməsinin səbəbi nədir? Sonda onu da qeyd edək ki, Pelosinin etdikləri səlibçi təfəkkürün parlaq nümunəsidir. Onun «timsah göz» yaşları isə bəsit auditoriyaya hesablanmış növbəti oyun və təxribatdır. Tarixdən hər kəsə məlumdur ki, tarix boyu türk xalqlarına qarşı soyqırımın; məhz ermənilər törədiblər. Ermənistanın soyqırımına məruz qalmasını iddia etmək ən azından saxtakarlıqdır. Bu kimi açıqlama və bəyanatlar bölgəyə sülhün gəlməsinə, təhlükəsizliyin təmin olunmasına ciddi mane olur.

Ceyhun Məmmədov,
Milli Məclisin deputatı
19-09-2022, 17:58
Laçında mərmi aşkarlanıb


Laçında mərmi aşkarlanıb

Laçında mərmi aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib. Rəsmi məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Zerti kəndi ərazisində mərmi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
19-09-2022, 16:33
Əməkdar Mədəniyyət işçisi vəfat etdi


Əməkdar Mədəniyyət işçisi vəfat etdi

"Ədəbiyyat" qəzetinin məsul katibi, Əməkdar mədəniyyət işçisi Atababa İsmayıloğlu vəfat edib. Bu barədə qəzetdən məlumat verilib. Allah rəhmət eləsin!

19-09-2022, 07:39
"Nur ocağı" Aslan Şirəlioğlunun şeirlərini təqdim edir:

"Nur ocağı" Aslan Şirəlioğlunun şeirlərini təqdim edir:

Qartlanıb-yalanıb, döyükür əlik,
Dağ-daş eşq tamsınır:- yaza bax, yaza!
Çayda ördək çimir, cülyədə kəklik,
Göldə baş oynadan qaza bax, qaza!

Jalələr çöllərə qığılcım saçıb,
Bülbüllər görünmür, böcəklər qaçıb.
Geyib sırğasını mehə döş açıb,
Şehli çəmənlərdə naza bax, naza!

Dağlar bənövşəni çoxdan qoxuyub,
Sevənlər eşqiylə nələr oxuyub.
Gecənin alvızı qırov toxuyub,
Bulağın üzündə buza bax, buza!

Dumanın zirvəylə sazdı arası,
Ruzi-bərəkətdir ağı-qarası.
Qurtarmır aylarla qaysaq yarası,
Təşnə dodaqlarda duza bax, duza!

Qəlbə eşq odunu təbiət əkir,
Yaz gəldi aşiqlər, eh, nələr çəkir.
Ay Aslan, yerimir, yerində səkir,
Elə bil mələkdir:- qıza bax, qıza!

Qocaldım
Bəxtim qələm çəkdi, ay Cümşüd Əli,
Vaxtsız viran qoydu bağı, qocaldım!
Çatdı tonqalları talemin əli,
Dağladı gözümdə yağı, qocaldım!

Övlad çəmənində gülşəndi yazım,
Kökdən kök alırdı "Cəngi"yə sazım.
Əmin-amanlıqdı eşqim, avazım,
Ömrümün ən gözəl çağı, qocaldım!

Vurub mizrabını həyat ahəstə,
Dağ çəkdi sinəmə dağı dağ üstə.
Dözmədi bu dərdə Aslan tək xəstə,
Göyərtdim sinəmdə dağı, qocaldım!

Yaxşı adamlar
Qoruyun dünyanı alovdan-oddan,
Ay yaxşı adamlar, yaxşı adamlar!
Qoruyun yaxından, qoruyun yaddan,
Ay yaxşı adamlar, yaxşı adamlar!

Ağıllar sapanda çilikdi... bilin,
Nəfislər çəkdiyi ilikdi... bilin.
Hər dərdin dərmanı bilikdi... bilin,
Ay yaxşı adamlar, yaxşı adamlar!

Ocağa su tökün, odu söndürün,
Qanadlı şahmarı görədən endirin,
Allahı sevəni taxta mindirin,
Ay yaxşı adamlar, yaxşı adamlar!

Ömrə zinət bilək haqqın səsini,
Ondan ayırmayaq sülh kəlməsini.
Yığışaq... oxuyaq eşq nəğməsini,
Ay yaxşı adamlar, yaxşı adamlar!

Məhəl qoyan yoxdur doğruya, düzə.
Haqqı şapalaq tək vururlar üzə.
Təbiət əl açıb, yalvarır bizə,
Ay yaxşı adamlar, yaxşı adamlar!

Dünya

Qəti arası yox yaxşılıq ilə,
Yamanlıq etməyə yamandı dünya!
Qəlbən güldürməyib bir kəsi hələ,
Fəryaddı, nalədi, amandı dünya!

İnsanı əridir əzab peçində,
Yenilik axtarır o öz köçündə.
Zülmət qaranlıqdır nurun içində,
Çisəkdi, çisgindi, dumandı dünya!

Düzün qamətinə gəzdirir rəndə:-
Çökür yal verən də, yala hürən də.
Qaçıb-daldeylənir pullu görəndə,
Kasıba dörd əlli cumandı dünya!

Nişanda saxlayır kaman-yayını,
Tülküyə qorxudur şiri, ayını.
İkiqat eyləyib varlı payını,
Yetimin payından umandı dünya!

Aslan, qiymət qoyub daşa-kəsəyə,
Qoymaz özgə əli girsin kisəyə.
Qanmaza seyrangah, qanan kimsəyə,
Arzudu, ümiddi, gümandı dünya!

Gələn keçir bu dünyanın düzündən,
Gələn... keçən... doymur nurlu üzündən.
Bir tamahın umacağı yüzündən,
Di, gəl, sığmır iki qarpız bir ələ!
Gözümüzdə noya dönüb qan Ləki,
Nəfsimizin tutumuna yox çəki.
Bir yürüşə almaq olar, di, gəl ki,
Yemək olmaz bu dünyanı bir ələ!
Taleyinə boyun əymir hər kişi,
İrdələnir, xırdalanmır ər kişi.
A şəmkirli, görəcəyin bir işi,
Ağıl ilə yüz qarışdır, bir ələ!

Vətən
Nərgizlə bənövşə verib əl-ələ,
Bağrımın başını taladı, vətən!
O vətən gülləri təbəssüm ilə,
Gözümün şehini yaladı, vətən!

Çox güllər gül açıb, çox güllər solub,
Bu axar-baxardan çox qəlblər dolub.
Həsrətim könlümdə od-atəş olub,
İçimdə tonqallar qaladı, vətən!

Həsrət çuxasını yoluma sərdi:-
Bax, belə çöysüdür ah-aman mərdi.
Gözümün suyunu el-oba dərdi,
Çay kimi yaxama caladı, vətən!

Bənövşə
"Qaraboyun", "Duzlu bulaq", "Sarı yal",
Çıraq tutur yollarıma, bənövşə!
Kəhər olub o yollarda ta xəyal,
Tez-tez dönnəm ellərimə, bənövşə!

Gildən-qumdan yağış tökmüş xamırdan,
Göl hörürəm, kərpic tutub çamırdan.
Daş üstündə duman doğan mamırdan,
Xına vurram əllərimə, bənövşə!

Vətən... deyib, həsrətimdən pörtürəm,
Nəyi varsa gözlərimə dürtürəm.
Amalımla çöl-çəməni örtürəm,
Yad baxmasın güllərimə, bənövşə!

Qoşa yandı könlümüz də eşq sacı,
Onun tamı gah dərd daddı, gah acı.
Gənclik adlı həm anasan, həm bacı,
O sevdalı illərimə, bənövşə!

Məətdələm çən toxumuş çərtinə,
İstəyirsən:- Aslan ölsün xətrinə.
Könlüm-gözüm heyran qalıb ətrinə,
Yaraşıqsan çöllərimə, bənövşə!

Eşitmişəm ki
Var-dövlət, şan-şöhrət, mal-mülk sarıdan,
Bəxtinə gün düşüb... eşitmişəm ki!
Adlayıb o üzə ömür yarıdan,
Saçına dən düşüb... eşitmişəm ki!

Vara meyilliydin o vaxtdan hələ,
Eşqə yox, çatmısan qızıla, lələ.
Hər saat gəlməyir arzu-kam ələ,
Qismətin tən düşüb... eşitmişəm ki!

Deyirlər:- evdə bir, yataqda yadsız...
Belə sevgi olar? Vüsalı dadsız...
Səni hayıf etdi bir könlü odsuz,
Eşqinə çən düşüb... eşitmişəm ki!

Özünü yandırır içindəki köz,
Əriyir o odda arzular göz-göz.
Xoşbəxtlik... deyilən o uydurma söz,
Evindən gen düşüb... eşitmişəm ki!

Biz sevişən zaman talemiz yardı,
Hayıf o günlərə... nə günlər vardı.
Aslanla olsaydı, xoşbəxt olardı:-
Ellərə ün düşüb... eşitmişəm ki!

İnsan oğlu! Salam olsun...xoş gördük..
Söylə,hanı bu dünyanı quranlar?
Taxtı-tacı muzeylərdə boş gördük,
İtib-batıb keşiyində duranlar!
Xurcun edib yaqut-lələ qoynunu,
De kim pozub Əzrayılın oynunu?
Verib çərxin qılıncına boynunu,
Bir zərbəyə yeddi boyun vuranlar!
Çox ağıllar tamahlara sarıldı,
Çox tamahlar yeddi yerə cırıldı.
Saxsı qabtək məqamında qırıldı,
At oynadıb, millətləri qıranlar!
Boran demə haray çəkən hər yelə,
Duruşundan qürur verir dağ selə.
Bir geri dön, keçmişə bax, qəşş elə,
Zamanına xəcalətdir fironlar!
A Şəmkirli, tutduğumuz nə yoldu?
Ah-amanla bu yolumuz hey doldu.
Dar məzarda ilanlara yem oldu,
Haqq-divanın üz-gözünü cıranlar!

Gözüm baxır gözünə,
Gözümdə duman köçü!
Üzüm dəyir üzünə,
Üzümdə iman köçü!

Sevgimizdə yox uğur,
Məni göz yaşım boğur.
Ahdan arzular doğur,
Arzular güman köçü!

Xəyalım sənə qaçır,
"Bəlkələr" şölə saçır.
Ümidim çiçək açır,
Qımışır zaman köçü!

Tuta
Yasamala qonaq olam,
Zirvə məni yelə tuta!
İldırımlar od-alova,
Ağ buludlar selə tuta!

Heyran qalam bağça-bağa,
Sevincimdən dönəm dağa.
Yal-yamaclar quzqulağa,
Göy çəmənlər gülə tuta!

Hər yan bülbül, hər tərəf qu,
Möcüzədir duyana bu.
Elə biləm Leylidi su:-
Əllərimdən elə tuta!

Xatirimdə nələr, nələr,
Duyan könül səssiz mələr.
Səhər tezdən al lalələr,
Gözlərimi lələ tuta!

Arzularım aşıb daşa,
Fərəhindən ürək coşa,
Aslan dönüb cavanlaşa,
Bənövşəni dilə tuta!

Mübariz
Qeyrət təcəssümü, kişilik rəmzi,
Babəklər başlamış yoldu Mübariz!
Sanki, aldadırlar nağıllar bizi,
Koroğlu timsallı qoldu Mübariz!

Kim deyir:- o ulduz əbədi söndü?
Gəncliyin önündə nur saçan yöndü!
Göylərin bağında şəfəqə döndü,
Şərəftək qəlblərə doldu Mübariz!

Dünyanı mat qoydu o, biliyiylə:-
Sağaltdı vətəni öz iliyiylə!
Dönüb tarixləşdi ölməzliyiylə,
Torpağa yeni gen saldı Mübariz!

Tərki silah etdi, dağı:- düşməndən,
Aldı zor gücünə, bağı:- düşməndən!
Nanəcib... naxələf... yağı düşməndən,
Qisası birə yüz aldı Mübariz!

Aslan, o igidin yox daha dərdi,
Uçub səmalara, göylərdə ərdi!
Bu tarix deyilən gəldi gedərdi,
Zamanın yadında qaldı Mübariz!

Eşq
(Nizami Qəribə)
Məndən başlamışdı, məndə də öldü,
Di, gəl, kimliyimi bilmədi ha eşq!
Çənli ürəklərdə qəşş edib güldü,
Bircə yol üzümdə gülmədi ha eşq!

Ayrılığı əzab, həsrəti quduz,
Sevilən qəlblərə buz bağladı, buz.
Sevənin gözündə cilalandı duz,
Kiminsə gözünü silmədi ha eşq!

Çökdü var-dövlətə, əyildi taca,
Heç meyil salmadı Aslantək aca.
Odlunu odladı öz odundaca,
Odsuz ürəklərə gəlmədi ha eşq!

Demirəm
Yasamalın yoxuşu var, bərki var,
Qayasının dağalını demirəm!
Palıdının əzəməti, ərki var,
Moruğunun cığalını demirəm!

Zatdan bəlli övladının kimliyi,
Arxaclara yaraşıqdır əmliyi.
Can dərmanı qulançarı, yemliyi,
Zırnıcını, zoğalını demirəm!

Dəmyə bitir yolotusu, çüyüdü,
Həyat dərsi ahılının öyüdü.
Elə bil ki, ağ gəlindi söyüdü,
Göyrücünün sığalını demirəm!

"Dəlisi" var, "dolusu" var, nayı yox,
Dağ jaləsi gözəlinin tayı yox.
Toy-düyündə yeməyinin sayı yox,
Kətəsini, qoğalını demirəm!

Torpağında həm gül bitir, həm çayır,
Aslan onsuz saat güdür, gün sayır.
Yetimi də ağa kimi yaşayır,
Dədəlini, qağalını demirəm!

Uzaqda
Gözlərimdən neçə qızın baxışı,
Od götürüb... odu məndən uzaqda!
Ürəyimi viran qoymuş gözəl də,
Ev-eşikdir, odu... məndən uzaqda!

Boy-buxunmu, ərk-ədamı öyən qız,
Vücudumu nəzəriylə yeyən qız.
Sənsiz mənə həyat yoxdur, deyən qız,
Xoşbəxt edib yadı məndən uzaqda!

Nadan dərdi bəhrəsini budağın,
Ahlar qopdu ağrısından bu dağın.
Mən öpməyə qıymadığım dodağın,
Ağız büzür dadı məndən uzaqda!

Hoqqasına mat qalmışam fələyin,
Ürəyimdə düyünlədi kələyin.
Mən:- Leyli tək tanıdığım mələyin,
Ana candır... adı məndən uzaqda!

Zülüm-zillət içindəyəm mən düzü,
Gəlmir, Aslan, bu zillətin gündüzü.
Mənimlədir ömrün-günün bəd üzü,
İtgin düşüb şadı məndən uzaqda!

OLA BİLMƏZ
Arzu mənbəyidir eşqin, həvəsin,
İnsanın ürəyi boş ola bilməz!
Xalqın taleyini düşünən kəsin,
Güzarı bircə gün xoş ola bilməz!

Hər qamçı tutana verilmir yüyən,
Olmur ev qonağı hər qapı döyən.
Namərdlər önündə özünü öyən,
Kişi məclisində baş ola bilməz!

Ərənlər yoludu Aslanın yolu,
Zaman da bəyənmir savadsız qulu.
Qəlbi bədxaqlıqla,nifrətlə dolu,
Haqqın dərgahına tuş ola bilməz!

Özümün özümə məktubum...
Gözlünü kor gördüm, duyğulunu lal,
Cəmiyyət yolunu azanda, Aslan!
Tamlı ağızlarda zəhər oldu bal,
Pul eşq dastanını yazanda, Aslan!

Başlara yük olur idrakın vədi,
Bax, onda axtarır insanlar bədi.
Nəfislər dünyanı talayıb-yedi,
Ağıllar qaynadı qazanda, Aslan!

Tutduğun bir işin öyrən içini,
Qoyun qiymətinə satma keçini,
Yoxla yaxşı-yaxşı ölçü-biçini,
Yada dərin quyu qazanda, Aslan!

Reallaşa ürəyimin gümanı:-
Haraylıya Yasamalım məni... offf!
Sis kürkümə əl gəzdirə dumanı,
Kipriyimə muncuq düzə çəni... offf!

Sığırçını döşü ağlı, qaralı,
"Şur" başlıya kəklik xeyli aralı.
Dərəsində bürkülənə maralı,
Düzənində dalğalana dəni... offf!

Məhəbbətlə qarşılaya o bizi,
Didib-tökə kol əyini, daş dizi.
Ay şəmkirli, sinə aça nərgizi,
Bənövşəsi naza tuta səni... offf!


Kəlağayım! Mat qoymusan dünyanı,
Tarixlərə güzgü tutan dilimsən!
Zövqün ilə üz ürəyi, al canı,
Daş üstündə çəmənimsən, gülümsən!
Tarixlərə güzgü tutan dilimsən!

Ay belində "at oynatmaq"... qeyrətin,
Əllər çatmaz vüqarındır heyrətin.
Türk qızını bəzəməkdi niyyətin,
Könül açan, göz oxşayan ləlimsən!
Tarixlərə güzgü tutan dilimsən!

Xalqımıza əmanətsən Qorquddan,
Adlamısan çox alovdan, çox oddan,
Yurdlarını kim çıxarar, kim... yaddan?
Oğuz-türkmən, nanay-qaşqay elimsən!
Tarixlərə güzgü tutan dilimsən!

Üzülmədin Araz səni böləndə,
Vətən... deyib, Babəklərin öləndə.
Nə də yadlar:- qəşş eliyib, güləndə,
Uzanırsan Təbriz-Bakı:- çölümsən!
Tarixlərə güzgü tutan dilimsən!

Örpəklərin sultanısan, xanısan,
Tomrislərin qan oynadan qanısan.
Türk qızının canlar alan canısan,
Qoynu büllur... Xəzər adlı gölümsən!
Tarixlərə güzgü tutan dilimsən!

Aslan Şirəlioğlu.
19-09-2022, 06:55
"Nur ocağı" Yüsif Dumanın şeirlərini təqdim edir

"Nur ocağı" Yüsif Dumanın şeirlərini təqdim edir

Dünya
Vicdanın var isə xoş rəftar eylə,
Daş kimi sərt olub bərkimə, dünya.
Kim salıb bilmirəm, amma dəqiqdi,
Düşmüsən qaranlıq tilsimə, dünya.

Hökmran sonuna inan az qalib,
Tükənir saatlar zaman az qalıb,
Axirət vaxtına yaman az qalıb,
Bax artıq başlayıb kim kimə, dünya.

Mən mənəm olmasın bir an dilində,
Dərd, əzab saxlama kasıb belində,
Haqq-hesab günündə Allah əlində,
Boyunun bənzəyər bir simə, dünya.

Verdiyin neməti başlara qaxma,
Dar olub Yusifin qəlbini sıxma,
Alırsan, zalım, al amandı baxma,
Məzlumlar tərəfdən heç kimə, dünya.

Heç Vaxt
Mən elə bir həyat istəyirəm ki,
Arzular boş yerə çıxmasın heç vaxt.
Yaşayım ömrümü gözəl Firavan,
Hansısa dələduz yıxmasın heç vaxt.

Olmasın bir anım sağ ikən zülüm,
Zamansız gəlməsin haqq olan ölüm
Nə qədər ömür var sevinim, gülüm,
Gözümdən qəm yaşı axmasın heç vaxt.

Dərd, əzab yoluma gələndə yansın.
Birinə qəlb açım, sevsin, inansın,
Verdiyim eşqimə sadiq dayansın,
Barmağa yad üzük taxmasın heç vaxt.

Yusifin sözlərin saxla yadigar,
Hər uca zirvəyə mütləq yağır qar,
Gözəl də yaşasan, sonda ölüm var,
Göz əcəl görəndə qorxmasın heç vaxt.

Tapılmaz
Bəlkə də məhəbbət bir insan olsa,
Dərdini dinləyən adam tapilmaz.
Bəlkə də sevənlər düzgün sevsələr
Bir damla cahanda haram tapılmaz.

Məhəbbət yoxdusa neynim dövləti?
İnanın, bu sözüm qətidir qəti.
Yigilsa bir yerə dünya neyməti
Yenə də sevgitək təam tapılmaz.

Gedənin dalinca xeyli su atdim,
Vuruldum birinə qəlbi oyatdim,
Tək mənəm bir belə sevgi yaşatdim,
Ölərsəm dübarə davam tapilmaz.

İstərəm daima könlünü sarım,
Çünki mən bu eşqin içində varım.
Bitərəf məhəbbət qalacaq yarım,
Heç yerdə, heç zaman o tam tapılmaz.

Can ölür əzabdan duy, eşit səsin,
Fərz elə günəşdi üşüdün, isin.
Gundə bir xanıma baxan bir kəsin
Qəlbində məhəbbət qram tapılmaz

Öz gülün varikən yad gül iyləsən,
Başqa bir afətə sevirəm desən,
A Yusif, bir dəfə xəta eyləsən
Ölüncə sevginə inam tapilmaz.

Kəlağayımız
Ta qədim vaxtlara uzanır yolu,
Qocadan qocadır, uludan ulu.
Əzəldən nur üzlü Ana simvolu,
Qadına bəzəkdi kəlağayımız.

Üzərində namus, qeyrət, ar qalan,
Nənələrdən gözəl sərvət,var qalan.
Nəsildən nəsilə yadigar qalan,
Bir tarix deməkdir kəlağayımız.

Qədimdən pak olub, parlayan ocag,
Daima yaddaşa hopub qalacag.
Kişiyə buxara gözəl bir papag,
Xanıma gərəkdir kəlağayımız.

Allahın verdiyi qələm qaşında,
Yazı,yayı payızında, qışında.
Məgrurluq nişanı xanım başında,
Solmayan çiçəkdir kəlağaymız.

Yaz Yusif, oxusun durmadan hər dil,
Min illər keçsə də o itən deyil,
Əyani şahidi olsun hər nəsil,
Qüsursuz örpəkdir kəlağayımız.

Nə Fayda
Fikirlər muxtəlif, xəyallar dərin,
Olanda yalandan olsa, nə fayda?!
Ürəyin qədərsiz sevdiyi canan
Bir əğyar yanında qalsa, nə fayda?!

Sevirəm deyilən misra umarkaən,
Sevgidən yaranmış dərya umarkən,
Sən ondan möhtəşəm sevda umarkən,
O səni dərdlərə salsa, nə fayda?!

Sevgi var zəhərdi,sevgi var şirin,
Sevgi var bu dünya verməyir yerin,
Sən Mənim Canımsan Dediyin birn
Yad gəlib əlindən alsa nə fayda?!

Yenə də varağa yazıram nəsə,
İstəməm ömürdə tufanlar əsə,
Geden yar gedecek, qalan yar isə,
Saçların yüz dəfə yolsa, nə fayda?!

Bilmədim bu əzab, bu kədər nədən,
Dən düşür saçlara sanma heç nədən,
Cox da bel baglama məzara gedən
Bu dünya əzablı yolsa, nə fayda?!

Gəilrdən çox olur həyatda itki
Ölənlər geriyə gəlməyir bil ki,
Kiməsə bir ümman versən də sevgi
O səni ilantək çalsa, nə fayda?!

Dünyada
Daima dilində ədalət olsun,
Çünkü o aşılmaz səddi dünyada.
Sərvətsiz yaşamag deyil, ey insan,
İmansız yaşamaq dərddi dünyada.

Çalışma ömrünün sayı yüz olsun,
Az olsun eybi yox, sözün söz olsun,
Hər saat hər anın düzə düz olsun,
Düz olmaq ən böyük şərtdi dünyada.

Nəfsini ram elə, gözü saxla tox,
Yetəcək qədər al, nəyə yarar çox,
Kiminsə yanında gəzən kimsə yox,
Əlləri qabarlı mərddi dünyada.

Ay Yusif, dil susar danışa bilməz,
Danışsa söz sözə uyuşa bilməz,
Öləndə cənnətə qovuşa bilməz
Hər kim ki malı mülk güddü dünyada.

DƏRDİMİ
Yıığıln bir yerə, arif adamlar,
Mən deyim birbəbir yazın dərdimi.
Sonra da oturub təhlil eyləyib
Nədəndi, bir yerə yozun dərdimi.

Mən tapa bilmədim barı siz tapın,
Bir qəmin dərmanın mənə yüz tapın,
İfadə etməyə ya bir söz tapın,
Ya da ki tamamən üzün dərdimi.

Nə qədər çəkim mən ah daliyca ah,
Qüssələr içində açılır sabah,
Bu cavan canıma yazıgdı VALLAH
Gücünüz catırsa pozun dərdimi.

Qəmim çox dərindir sevincim dayaz,
Ya deyin ömür sür ya deyin gor qaz,
Əlləşin, vuruşun qısaldın bir az,
Boyumdan qatbaqat uzun dərdimi.

Dəyməsin qəlbimə qəmli ox yenə,
Bu gündən olmasın dərdim çox yenə,
Sinəmdən qoparın eybi yox yenə,
Gözümün önünə düzün dərdimi.

Mən belə dünyaya Söz tapammıram
Zülmətə nur saçan yanan şəm azdı,
Sanma ki insana kədər qəm azdı,
Savadım çatmayır dərrakəm azdı,
Mən belə dünyaya söz tapammıram.

Heç xoşum gəlməyir bizim cahandan,
Dogrunun üstünü örtür yalandan,
Saxtalıq baş alıb yeriyən andan
Mən belə dünyaya söz tapammıram.

Yatanlar çəkmədən xəcalət yatır,
Varagda kəlamlar, məsləhət yatır,
Bir halda xəstətək həqiqət yatır,
Mən belə dünyaya söz tapammıram.

Başıma cavankən qəm əliyirsə,
Haqzlar haqlını bükdəliyirsə,
Güclülər gücsüzü üstələyirsə
Mən belə dünyaya söz tapammıram.

Yusifəm edirəm yalnız seirlər,
Çatmayır dadıma sözlər, şeirlər,
Baxmayın adıma şair deyirlər
Mən belə dünyaya söz tapammıram.

Kimi
Gün batanda dolur gözüm
Aglayiram uşag kimi.
Ürək olur gündüz yanıb,
Gecə sönən çırag kimi.

İnsanlıq üçün kömək ol,
Arxasında dur dirək ol,
Calış ki, sən gül çiçək ol,
Olma dibdə alaq kimi.

Qəm olmasın əhvalatın,
Gözəl kecsin hər saatın,
Düşməni yox bu həyatın,
Hər gün keyfi damag kimi.

Düzlükdü ən şirin təam,
Haqqa salam, haqqa salam,
Kaş biləydi hər bir adam,
Yaranmışıq qonag kimi.

Kədər bir an azalmadı,
Kimsə mənimlə qalmadı,
Vallah bir dostum olmadı,
Qələm kimi , vərəq kimi.

Vəfasız dosta vəfa
Dar günüm olanda atdı daş mənə,
Bir zaman süfrəmə dəvət etdiyim.
Lağı lağ dalinca eylədi güldü,
Dost deyib qüsursuz hörmət etdiyim.

Dost sözün cirkaba buladı getdi,
İcimdə dərd odun qaladı getdi,
Nəyim var, nəyim yox taladı getdi,
Cəhənnəm anını cənnət etdiyim.

Varlıgım dag idi zirvəli bir dağ,
Heç zaman o qədir bilmədi ancaq,
Gah kələk eylədi, gah da flrıldaq
İnanib dərdimi söhbət etdiyim.

Görəsən mənə daş atdığı zaman,
Sızıltı vermədi qəlb ilə vicdan?
Nə üçün vurarkən ölmədi o an,
Köməksiz halında xidmət etdiyim?

Mən Yusif yıxıldım tutmadım ətək,
Amma sən yıxılsan mənim admı çək,
Yetişib həmin an olaram kömək,
Düşünmə olmusan nifrət etdiyim.

Eylərəm
Sevgilim ömrümə gəlməsə əgər
Həyatın hər anın al qan eylərəm.
Mənim bir canım var ya əcəlindi,
Ya da ki eşqımə qurban eylərəm.

Nə etsəm yolunda bilirəm dəyər,
Dili bal, siması şəkərdir, şəkər,
O mənim yanımda üşüsə əgər,
Sevgimi üstünə yorğan eylərəm.

Sevgisiz bu dünya yamandır, yaman,
Gərəkdir yanında olsun hər zaman,
Subaylıq sultanlıq cumləsi yalan,
Mən onu özumə sultan eylərəm.

Əhdinə vəfasız olsa bu dünya,
Boş yerə boşalıb dolsa bu dünya,
Sevgimi əlimdən alsa bu dunya,
Özümü mən ona düşman eylərəm.

Urəyim şad olar danışsa, gülsə,
Mənimlə sevincin o yarı bölsə,
Hələki virandı ömrüm o gəlsə,
Onunla səliqə, səhman eylərəm.

Həkk olub ruhuma məhəbbət özü,
Bir zaman mən ölsəm yaşayar izi,
Rəhimsiz dünyamız ayırsa bizi,
Aglayıb hər yeri ümman eylərəm.
18-09-2022, 20:19
Bu ölkə Rusiyadan 7 milyardlıq silah almaq istəyir


Bu ölkə Rusiyadan 7 milyardlıq silah almaq istəyir

Əlcəzair Rusiyadan 7 milyard dollar dəyərində yeni silahlar almaq niyyətindədir. Bu barədə "Military Watch" nəşri yazıb. Bildirilir ki, silahların alınması 2021-ci ildən planlaşdırılır. Məlumata görə, 2022-ci ildə neft qiymətlərinin artması nəticəsində dövlət gəlirləri də artıb və ölkə orduya daha çox vəsait ayırmaq istəyir. Əlcəzair silahlı qüvvələri Afrika və ərəb dünyasında döyüşə ən hazır ordu hesab edilir. Ölkə 2010-cu illərin əvvəlindən Rusiya silahlarının aparıcı müştərisidir.
18-09-2022, 20:16
Ermənistan prezidenti kraliçanın dəfnində qaydaları pozdu


Ermənistan prezidenti kraliçanın dəfnində qaydaları pozdu

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Böyük Britaniya kraliçasının cənazəsi ilə şəkil çəkdirdiyinə görə sərt tənqid edilib. Bu barədə "The Sun" nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, Ermənistan prezidenti hörmətsizlik edərək kraliça II Elizabetin cənazəsini ziyarət zamanı yüksək səslə danışıb, köməkçiləri ilə zarafatlaşıb. Həmçinin cənazə önündə baş əyərkən köməkçisi prezidentin fotolarını çəkib. Kraliçanın cənazəsinin olduğu "Westminster Hall"da şəkil çəkdirmək dövlət rəsmiləri də daxil bütün şəxslərə qəti qadağandır. Hadisə yerində olan şəxslərdən biri "The Sun"a prezidentin hərəkətləri ilə bağlı açıqlama verib: "Həmin zalda yüzlərlə adam var idi - heç kim danışmırdı. Yalnız o danışırdı və açıq-aydın şəklini çəkdirməyi əvvəldən planlaşdırmışdı". Digər bir şəxs isə bildirib ki, hər kəs qaydalara tam şəkildə əməl etməyi bacarsa da, tək bir şəxs bu qaydanı pozub. Qeyd edək ki, Kraliçanın cənazəsinin olduğu "Westminster Hall"da şəkil çəkdirmək bütün şəxslərə qəti qadağandır. Yalnızca media mənsubları foto çəkə bilər. Kraliçanın rəsmi dəfn mərasimi sentyabrın 19-da baş tutacaq.
18-09-2022, 20:14
Bayden fövqəladə vəziyyət elan etdi


Bayden fövqəladə vəziyyət elan etdi

ABŞ prezidenti Co Bayden bazar günü tropik “Fiona” qasırğası ilə əlaqədar Puerto Rikoda fövqəladə vəziyyət elan edən sərəncam imzalayıb və ABŞ-la assosiasiya olunmuş bu dövlətə yardım göstərilməsini əmr edib. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, “Fiona” tropik qasırğası sentyabrın 15-də ABŞ Milli Qasırğaya Nəzarət Mərkəzi tərəfindən Atlantik Okeanında qeydə alınıb. Hazırda daxildə küləyin sürəti təxminən 30 m/s təşkil edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!