Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 19-09-2022, 06:55
"Nur ocağı" Yüsif Dumanın şeirlərini təqdim edir

"Nur ocağı" Yüsif Dumanın şeirlərini təqdim edir

Dünya
Vicdanın var isə xoş rəftar eylə,
Daş kimi sərt olub bərkimə, dünya.
Kim salıb bilmirəm, amma dəqiqdi,
Düşmüsən qaranlıq tilsimə, dünya.

Hökmran sonuna inan az qalib,
Tükənir saatlar zaman az qalıb,
Axirət vaxtına yaman az qalıb,
Bax artıq başlayıb kim kimə, dünya.

Mən mənəm olmasın bir an dilində,
Dərd, əzab saxlama kasıb belində,
Haqq-hesab günündə Allah əlində,
Boyunun bənzəyər bir simə, dünya.

Verdiyin neməti başlara qaxma,
Dar olub Yusifin qəlbini sıxma,
Alırsan, zalım, al amandı baxma,
Məzlumlar tərəfdən heç kimə, dünya.

Heç Vaxt
Mən elə bir həyat istəyirəm ki,
Arzular boş yerə çıxmasın heç vaxt.
Yaşayım ömrümü gözəl Firavan,
Hansısa dələduz yıxmasın heç vaxt.

Olmasın bir anım sağ ikən zülüm,
Zamansız gəlməsin haqq olan ölüm
Nə qədər ömür var sevinim, gülüm,
Gözümdən qəm yaşı axmasın heç vaxt.

Dərd, əzab yoluma gələndə yansın.
Birinə qəlb açım, sevsin, inansın,
Verdiyim eşqimə sadiq dayansın,
Barmağa yad üzük taxmasın heç vaxt.

Yusifin sözlərin saxla yadigar,
Hər uca zirvəyə mütləq yağır qar,
Gözəl də yaşasan, sonda ölüm var,
Göz əcəl görəndə qorxmasın heç vaxt.

Tapılmaz
Bəlkə də məhəbbət bir insan olsa,
Dərdini dinləyən adam tapilmaz.
Bəlkə də sevənlər düzgün sevsələr
Bir damla cahanda haram tapılmaz.

Məhəbbət yoxdusa neynim dövləti?
İnanın, bu sözüm qətidir qəti.
Yigilsa bir yerə dünya neyməti
Yenə də sevgitək təam tapılmaz.

Gedənin dalinca xeyli su atdim,
Vuruldum birinə qəlbi oyatdim,
Tək mənəm bir belə sevgi yaşatdim,
Ölərsəm dübarə davam tapilmaz.

İstərəm daima könlünü sarım,
Çünki mən bu eşqin içində varım.
Bitərəf məhəbbət qalacaq yarım,
Heç yerdə, heç zaman o tam tapılmaz.

Can ölür əzabdan duy, eşit səsin,
Fərz elə günəşdi üşüdün, isin.
Gundə bir xanıma baxan bir kəsin
Qəlbində məhəbbət qram tapılmaz

Öz gülün varikən yad gül iyləsən,
Başqa bir afətə sevirəm desən,
A Yusif, bir dəfə xəta eyləsən
Ölüncə sevginə inam tapilmaz.

Kəlağayımız
Ta qədim vaxtlara uzanır yolu,
Qocadan qocadır, uludan ulu.
Əzəldən nur üzlü Ana simvolu,
Qadına bəzəkdi kəlağayımız.

Üzərində namus, qeyrət, ar qalan,
Nənələrdən gözəl sərvət,var qalan.
Nəsildən nəsilə yadigar qalan,
Bir tarix deməkdir kəlağayımız.

Qədimdən pak olub, parlayan ocag,
Daima yaddaşa hopub qalacag.
Kişiyə buxara gözəl bir papag,
Xanıma gərəkdir kəlağayımız.

Allahın verdiyi qələm qaşında,
Yazı,yayı payızında, qışında.
Məgrurluq nişanı xanım başında,
Solmayan çiçəkdir kəlağaymız.

Yaz Yusif, oxusun durmadan hər dil,
Min illər keçsə də o itən deyil,
Əyani şahidi olsun hər nəsil,
Qüsursuz örpəkdir kəlağayımız.

Nə Fayda
Fikirlər muxtəlif, xəyallar dərin,
Olanda yalandan olsa, nə fayda?!
Ürəyin qədərsiz sevdiyi canan
Bir əğyar yanında qalsa, nə fayda?!

Sevirəm deyilən misra umarkaən,
Sevgidən yaranmış dərya umarkən,
Sən ondan möhtəşəm sevda umarkən,
O səni dərdlərə salsa, nə fayda?!

Sevgi var zəhərdi,sevgi var şirin,
Sevgi var bu dünya verməyir yerin,
Sən Mənim Canımsan Dediyin birn
Yad gəlib əlindən alsa nə fayda?!

Yenə də varağa yazıram nəsə,
İstəməm ömürdə tufanlar əsə,
Geden yar gedecek, qalan yar isə,
Saçların yüz dəfə yolsa, nə fayda?!

Bilmədim bu əzab, bu kədər nədən,
Dən düşür saçlara sanma heç nədən,
Cox da bel baglama məzara gedən
Bu dünya əzablı yolsa, nə fayda?!

Gəilrdən çox olur həyatda itki
Ölənlər geriyə gəlməyir bil ki,
Kiməsə bir ümman versən də sevgi
O səni ilantək çalsa, nə fayda?!

Dünyada
Daima dilində ədalət olsun,
Çünkü o aşılmaz səddi dünyada.
Sərvətsiz yaşamag deyil, ey insan,
İmansız yaşamaq dərddi dünyada.

Çalışma ömrünün sayı yüz olsun,
Az olsun eybi yox, sözün söz olsun,
Hər saat hər anın düzə düz olsun,
Düz olmaq ən böyük şərtdi dünyada.

Nəfsini ram elə, gözü saxla tox,
Yetəcək qədər al, nəyə yarar çox,
Kiminsə yanında gəzən kimsə yox,
Əlləri qabarlı mərddi dünyada.

Ay Yusif, dil susar danışa bilməz,
Danışsa söz sözə uyuşa bilməz,
Öləndə cənnətə qovuşa bilməz
Hər kim ki malı mülk güddü dünyada.

DƏRDİMİ
Yıığıln bir yerə, arif adamlar,
Mən deyim birbəbir yazın dərdimi.
Sonra da oturub təhlil eyləyib
Nədəndi, bir yerə yozun dərdimi.

Mən tapa bilmədim barı siz tapın,
Bir qəmin dərmanın mənə yüz tapın,
İfadə etməyə ya bir söz tapın,
Ya da ki tamamən üzün dərdimi.

Nə qədər çəkim mən ah daliyca ah,
Qüssələr içində açılır sabah,
Bu cavan canıma yazıgdı VALLAH
Gücünüz catırsa pozun dərdimi.

Qəmim çox dərindir sevincim dayaz,
Ya deyin ömür sür ya deyin gor qaz,
Əlləşin, vuruşun qısaldın bir az,
Boyumdan qatbaqat uzun dərdimi.

Dəyməsin qəlbimə qəmli ox yenə,
Bu gündən olmasın dərdim çox yenə,
Sinəmdən qoparın eybi yox yenə,
Gözümün önünə düzün dərdimi.

Mən belə dünyaya Söz tapammıram
Zülmətə nur saçan yanan şəm azdı,
Sanma ki insana kədər qəm azdı,
Savadım çatmayır dərrakəm azdı,
Mən belə dünyaya söz tapammıram.

Heç xoşum gəlməyir bizim cahandan,
Dogrunun üstünü örtür yalandan,
Saxtalıq baş alıb yeriyən andan
Mən belə dünyaya söz tapammıram.

Yatanlar çəkmədən xəcalət yatır,
Varagda kəlamlar, məsləhət yatır,
Bir halda xəstətək həqiqət yatır,
Mən belə dünyaya söz tapammıram.

Başıma cavankən qəm əliyirsə,
Haqzlar haqlını bükdəliyirsə,
Güclülər gücsüzü üstələyirsə
Mən belə dünyaya söz tapammıram.

Yusifəm edirəm yalnız seirlər,
Çatmayır dadıma sözlər, şeirlər,
Baxmayın adıma şair deyirlər
Mən belə dünyaya söz tapammıram.

Kimi
Gün batanda dolur gözüm
Aglayiram uşag kimi.
Ürək olur gündüz yanıb,
Gecə sönən çırag kimi.

İnsanlıq üçün kömək ol,
Arxasında dur dirək ol,
Calış ki, sən gül çiçək ol,
Olma dibdə alaq kimi.

Qəm olmasın əhvalatın,
Gözəl kecsin hər saatın,
Düşməni yox bu həyatın,
Hər gün keyfi damag kimi.

Düzlükdü ən şirin təam,
Haqqa salam, haqqa salam,
Kaş biləydi hər bir adam,
Yaranmışıq qonag kimi.

Kədər bir an azalmadı,
Kimsə mənimlə qalmadı,
Vallah bir dostum olmadı,
Qələm kimi , vərəq kimi.

Vəfasız dosta vəfa
Dar günüm olanda atdı daş mənə,
Bir zaman süfrəmə dəvət etdiyim.
Lağı lağ dalinca eylədi güldü,
Dost deyib qüsursuz hörmət etdiyim.

Dost sözün cirkaba buladı getdi,
İcimdə dərd odun qaladı getdi,
Nəyim var, nəyim yox taladı getdi,
Cəhənnəm anını cənnət etdiyim.

Varlıgım dag idi zirvəli bir dağ,
Heç zaman o qədir bilmədi ancaq,
Gah kələk eylədi, gah da flrıldaq
İnanib dərdimi söhbət etdiyim.

Görəsən mənə daş atdığı zaman,
Sızıltı vermədi qəlb ilə vicdan?
Nə üçün vurarkən ölmədi o an,
Köməksiz halında xidmət etdiyim?

Mən Yusif yıxıldım tutmadım ətək,
Amma sən yıxılsan mənim admı çək,
Yetişib həmin an olaram kömək,
Düşünmə olmusan nifrət etdiyim.

Eylərəm
Sevgilim ömrümə gəlməsə əgər
Həyatın hər anın al qan eylərəm.
Mənim bir canım var ya əcəlindi,
Ya da ki eşqımə qurban eylərəm.

Nə etsəm yolunda bilirəm dəyər,
Dili bal, siması şəkərdir, şəkər,
O mənim yanımda üşüsə əgər,
Sevgimi üstünə yorğan eylərəm.

Sevgisiz bu dünya yamandır, yaman,
Gərəkdir yanında olsun hər zaman,
Subaylıq sultanlıq cumləsi yalan,
Mən onu özumə sultan eylərəm.

Əhdinə vəfasız olsa bu dünya,
Boş yerə boşalıb dolsa bu dünya,
Sevgimi əlimdən alsa bu dunya,
Özümü mən ona düşman eylərəm.

Urəyim şad olar danışsa, gülsə,
Mənimlə sevincin o yarı bölsə,
Hələki virandı ömrüm o gəlsə,
Onunla səliqə, səhman eylərəm.

Həkk olub ruhuma məhəbbət özü,
Bir zaman mən ölsəm yaşayar izi,
Rəhimsiz dünyamız ayırsa bizi,
Aglayıb hər yeri ümman eylərəm.


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!