Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 2-09-2022, 22:37
"Nur ocağı" ədəbi məclisi Göylər Cəbrayılın şeirlərini təqdim edir:


"Nur ocağı" ədəbi məclisi Göylər Cəbrayılın şeirlərini təqdim edir:

Azərbaycan min yaşa!
Məğrur əsgər silahlanıb hücumlar cək düşmənə,
Qoyma doğma vətənində xain qalsın bir dənə,
Çək tətiyi vətən üçün, qoy hamı desin sənə,
Yaşa əsgər, yaşa vətən, Azərbaycan min yaşa!

Mərd oğullar bu döyüşü qələbəylə vur başa!
Əlindəki bayrağını möhkəm saxla qanındı,
Ana vətən Azərbaycan, təməlindi canındı,
Vətənin hər qarışını qorumaq saf andındı,
Yaşa əsgər, yaşa vətən, Azərbaycan min yaşa!

Mərd oğullar bu döyüşü qələbəylə vur başa !
Hücumlar çək düşmən üstə, bir an belə dayanma,
Düz nişan al düşmənini, nişangahdan yayınma,
Od sal qatil düşməninin murdar, çirkin, canına,
Yaşa əsgər, yaşa vətən, Azərbaycan min yaşa!

Mərd oğullar bu döyüşü qələbəylə vur başa !
Vətənini xilas etmək şüar olsun əlində,
Vətəninin çörək, suyun, haqqı durub belində,
İlham kimi bir Komandan dayanıbdır önündə,
Yaşa əsgər, yaşa vətən, Azərbaycan min yaşa!
Mərd oğullar bu döyüşü qələbəylə vur başa !

Mənimçün
Bu dünya əzəldən belə yaranıb,
Bir açılan səhər, vaxtsiz qaralıb
Ən yaşıl yarpaqlar belə saralıb,
Yanımdan ötərək getmə mənimçün.

Əcəlin gələndə baxmır yaşına,
Yazaraq möhürü vurur qaşına.
Bir ölüm havası gəlir başına,
Əzrail gəlişin güdmə mənimçün.

Bir gün öz ömrümü vuracam başa,
Özünə zülm edib düşmə təlaşa,
Əyilmə heç zaman dosta, qardaşa,
Ruhunu pərişan etmə mənimçün.

Ağlamaq, sizlamaq axı nə verər?
Fələk qəhqəhəylə baxaraq gülər.
Bu Şair Göylər də, bax bir gün ölər,
Məzarda göz yaşı tökmə mənimçün.

Bir qayıt geri.
(Bu şeirimi anama ithaf edirəm.)

Baxıram uzanan ucsuz yollara,
Həsrətəm boynuma dəyən qollara,
Qurbanam sən gedən o dalanlara,
Ay ana hardasan bir qayıt geri.

Sənsiz əriyərək yaman solmuşam,
Ürəkdən kövrəlib, yaman dolmuşam.
Kimsəsiz uşaqtək yetim qalmışam,
Ay ana hardasan, bir qayıt geri.

Çoxdandır nəfəsin dəymir üzümə,
Ana, qurban olum, bir bax sözümə,
Bir anlıq gəl görün, mənim gözümə,
Ay ana hardasan, bir qayıt geri.

Sən getdin dünyamı boşaldıb getdin,
Məni uşaq ikən, sən yetim etdin.
Niyə bu əzabı, sən mənə verdin?!
Ay ana hardasan, bir qayıt geri.

De harda axtarım, görüm mən səni,
Nə olar gəl apar, yanına məni,
Rəhm eylə, vermə sən balana qəmi,
Ay ana hardasan, bir qayıt geri.

Cismim dünyadadır, ruhum yanında,
Doqquz ay bəslədin, məni canında,
Qanımı apardın öz damarında,
Ay ana hardasan, bir qayıt geri.

Gücüm yox, oradan qoparam səni,
Ömürlük yanıma aparam səni,
Eybi yox, məzarda taparam səni,
Ay ana hardasan, bir qayıt geri.

Əzrail güclüdür, gücüm çatmayır,
Tanrının hökmünə, hökmum batmayir,
Laylasiz bu Göylər, bil ki, yatmayir,
Ay ana hardasan bir qayıt geri.

Deyəcəyəm mən.
Olsam da torpağın dərin çatında,
O taxta tabutda, ölüm atında,
Zirvədə uçsam da, göylər qatında,
Tək səni sevirəm, deyəcəyəm mən.

Bütün maneələr yolumu kəssə,
Cəhənnəm od yeli, üzümə əssə,
Qışqırıb deyərəm sevdiyim kəsə,
Tək səni sevirəm, deyəcəyəm mən.

Məni işvən, nazın, gətirib dilə,
Gözümdən gətirib, yaş gilə-gilə,
Bu nakam sevgidir, mən bilə-bilə,
Tək səni sevirəm, deyəcəyəm mən.

Bu necə hissdir ki, vurub başıma?
Kim sevgi şərbətin, töküb aşıma?
Heyif, uyğun gəlmir, mənim yaşıma,
Tək səni sevirəm, deyəcəyəm mən.

Gör necə sevirəm, odlanır canım,
Mən Şair Göylərəm, qaynayır qanım,
Ey mənim gözümdə, ucalan xanım,
Tək səni sevirəm, deyəcəyəm mən.
Bir də gəl.
(Vəsilə xanımın şeirinə nəzirə)
Seni torpaq nə tez aldı apardı,
Zalim fələk istəklimi qopardı,
Ürək sənlə təsəllini tapardı,
Yolun düşsə, bu dünyaya, bir də gəl.

Arzularım göyərmədi, puç oldu,
Sevinc qədəhlərim, zəhərlə doldu.
Bağım bağçam, bir an içində soldu,
Yolun düşsə, bu dünyaya, bir də gəl.

Həsrət qaldiq həyat dolu gözünə,
Söhbətinə, şirin, şəkər, sözünə,
Gəl bir sığal çəkim, nurlu üzünə,
Yolun düşsə, bu dünyaya, bir də gəl.

Sənlə keçən günlər, sanki yalanmiş,
Fələk hər an ,fitnə, fəsad salanmiş,
Ürəyimdə, dərd üstə dərd qalanmış
Yolun düşsə, bu dünyaya bir də gəl.

Qaçılmazdı, yazan yazdı yazini,
Pay verəndə, böldü sənə azını,
Yaşamadın heç ömrünün yazını,
Yolun düşsə bu dünyaya bir də gəl

Xəzan oldu yarpaqlarım saraldı,
Gözümdə gündüzlər, soldu, qaraldı,
Bu şair Göylərin səbri daraldi,
Yolun düşsə, du dünyaya bir də gəl.

Ömrümün axırı çatır
Pərişan, pərişan baxma üzümə,
Yalançı gümanlar demə sözümə,
Dəyməsin göz yaşın mənim gözumə,
Göz yaşın qəlbimə tıkan tək batır,
Deyəsən ömrümün axırı çatır.

Neynim halsızlığım qurtarmır bir an,
Elə bil cismimi tərk edəcək can,
Başına döndüyüm ay həkim, loğman,
Bu dərman, iynələr başımı qatır,
Deyəsən ömrümün axırı çatır.

Vallah aman yoxdu daha canımda,
Donur, laxtalanır qan damarımda,
Limonsuz axmayır axan qanım da,
Evdə uşaqlarım baxib ağlayır,
Deyəsən ömrümün axırı çatır.

Nədən tez gəlmişdir Əzrail görən?
Çoxdur arxam ilə saatla hürən,
Hər şeyi ey Tanrım, tək sənsən bilən,
Bu acı şərbəti hər bir kəs dadır,
Deyəsən ömrümün axırı çatır.

Nə olar əzabsiz sən məni götür,
Kişitək gəlmişəm kişitək öldür,
Göylər Cəbrayılın vurğunu göldür,
Məni bax o gölün yanında basdır,
Deyəsən ömrümün axırı çatır.


Paylaş



Bölmə: Ədəbiyyat / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!