"Nur ocağı" ədəbi məclisi  Xasay Yusifin şeirlərini təqdim edir:Vur komandir!Vur deyirlər, vur komandir,
Vuran əllər qoy var olsun.
Elə vur ki, yağı düşmən
Qabağında qoy xar olsun.
Yol aç gedək Qubadlıya,
Kəlbəcərə, Xocalıya,
Elə  vur ki, bu gen  dünya
Düşmənlərə qoy dar olsun.
Yol aç, gedək Zəngilana,
Cəbrayıla, həm  Laçına,
Salam  verək Ağdamıma,
Xudam sənə qoy yar olsun.
Şuşamıza bayraq  asaq,
Şəhidlərin  qanın alaq,
Qaranlığa işıq  salaq,
Sevinənlər qoy var olsun.
AnanınCənnət ayağında, şəfa  əlində,
Nur çilənir, gözlərindən  ananın.
Qoynun cənnət bağı, hər cür meyvəli,
Dürr tökülür dillərindən  ananın.
O bir mələk, yaradıbdır İlahi ,
Göydən yerə göndəribdir İlahi ,
Sükür olsun, gözəllikdir İlahi,
Məlhəm olur sözlərindən ananın.
O ismətdir, o namusdur, vüqardır,
Əyilməzdir, yenilməzdir, ucadır,
Dünya  kimi şan-şöhrətdir, qocadır,
Kim yazmayıb şöhrətindən ananın.
Gəzmə qiblə, sinəsinə üz çevir,
Namaza dur o varlığa, qiblədir.
Xasay deyər Mədinədir, Məkkədir,
Doymaq  olmur səcdəsindən ananın.
Gətir mənəAzad  olmuş o torpağa gedəndə,
Barlı bağlarından  bar gətir mənə.
Xəzan  vaxtı könlüm yaman arzular,
Almadan, heyvadan, nar gətir mənə.
Zirvəsində  gör qalıbmı kəkliyi,
Yamaclarda turacların göyçəyi,
Buz bulaqda sındırarsan sənəyi,
Dağın quzeyindən qar gətir mənə.
Murovdağda ayaq saxla bir anlıq,
Qırxbulaqdan lilpar topla dolçalıq,
Öp torpağın yaddan çıxsın ayrılıq,
Köhnə yurd yerindən qoz gətir mənə.
Xasay  deyər dünya  fani, neynəyək?
Körpə quzu, bulaq başı, kabab çək,
Dağların qoynundan  bir əlçin çiçək,
Özün öz əlinlə dər gətir mənə.
Şəhid  balalarŞəhid  balalara ölübdür demə,
Qurbansız qələbə nəsibdir kimə?
Vətən haray çəkib oğul deyəndə,
Onlar hazır  oldu soyuq səngərdə.
Düşmən  tapdağında anam Qarabağ,
Düşmənin köpəyi  qalmamalı sağ,
Gərəkdir döyüşdən çıxaq üzüağ,
Ucaldaq Şuşada üçrəngli bayraq.
Əli yalın getdi düşmən üstünə,
Qorxmadı dik baxdı ölümün gözünə,
Sinə sipər  oldu top mərmisinə,
Oyandı körpələr  raket  səsinə.
Qirpmadı gözünü keçdi  canından,
Qızardı üfüqlər İgid  qanından,
Vətənin  eşqiylə onlardır yanan,
Şəhidliyin zirvəsinə ucalan.
Uca tut başını, ağlama  Vətən,
Vardır  qeyrətini hər zaman  çəkən.
Əgər  ki ugrunda  gərəksə  ölən,
Hər zaman  qabaqda dayanmışam  mən.
Şəhid balalara ölübdür demə,
Qurbansız qələbə nəsibdir kimə?Durma, at!Naşı ovçu ov bərədə  gözləmə,
Ov çilədə, maral qaçar, durma at!
İgid comərd, həlqə dardır, amandır
Çıxar dardan, imdad  eylə, durma at!
Dünya  səni sınağına çəkəndə,
Qada güc gələndə can əyiləndə,
Məlhəm üçün canın əldən  gedəndə
Al mətahın, çıx bazara,  durma sat!
Xasay deyər Süleymandan qalıbdır,
Bu dünyanın kim oyununa çatıbdır,
Əgər  görsən namərd  bəxtin  yatıbdır
Haraylama, gir qoynuna, sən də yat!
BacımÜzünü görüb tanış olmadığım bir xanıma, mənə "Başımın tacı"qardaş deyən Sehran  xanıma xitabən :          ****
Tapammıram birin, deyəm dərdimi,
Dərdimi sinəmdən alarmı, bacım?
Qəlbi kövrək  ola, üz gülər ola,
Məni arxa dayaq sanarmı, bacım?
Onsuz  oldum, bəxtim üzə gülmədi,
Nə olmadı, nə də dərdim bilmədi,
Bircə  dəfə göz yaşımı silmədi,
Könlüm həsrətində  duyarmı bacım?
Ömür  gedib, yaşamışam  bacısız,
Gedib gənclik qocalmışam bacısız,
Dəm satıban qəm almışam bacısız,
Qəmimin şəriki olarmı, bacım?
Gülərmi mənimlə, üzüm güləndə,
Qəmə bələnərmi, qəmli görəndə,
Xasay  bu dünyadan  köç eyləyəndə,
Pərişan  saçların yolarmı bacım?