Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
31-08-2022, 15:19
Ermənilər Laçını belə yandırıb - Son görüntülər


Ermənilər Laçını belə yandırıb - Son görüntülər

Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsi ilə əlaqədar həmin yaşayış məntəqələrində qeyri-qanuni olaraq məskunlaşmış ermənilərin ərazini tərk etməsi zamanı törədə biləcəkləri təxribatların, o cümlədən yanğın hadisələrinin qarşısının vaxtında alınması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri həmin ərazilərə cəlb olunub. Bu barədə FHN məlumat yayıb. Məlumatda bildirilib ki, erməni vandalları bu dəfə də qeyri-qanuni yaşadıqları evləri, habelə meşələri yandıraraq həmin əraziləri tərk ediblər. Belə ki, Laçın şəhəri və ətraf ərazilərdə ermənilər tərəfindən törədilmiş 6 yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğınlar qısa müddətdə söndürülərək genişlənməsinə imkan verilməyib.

31-08-2022, 15:17
Zəngilan aeroportundan ilk test uçuşu


Zəngilan aeroportundan ilk test uçuşu

Zəngilanda tikilməkdə olan yeni hava limanından ilk test uçuşu həyata keçirilib. Butov.az xəbər verir ki, uçuşun görüntülərini Milli Məclisin deputatı Tural Gəncəliyev sosial şəbəkə hesabında paylaşıb. “Şərqi Zəngəzur bölgəsinin böyük potensialı var. Bu potensial yaxın vaxtlarda bölgə ilə Qərbi Zəngəzur arasındakı əlaqədən sonra daha da artacaq",- deputat bildirib.
31-08-2022, 15:15
FHN yanğınlarla bağlı son məlumatı açıqladı


FHN yanğınlarla bağlı son məlumatı açıqladı

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş tədbirlər sayəsində Şabran rayonunun Çuxurzəmi kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə baş vermiş yanğın söndürülüb. FHN-in mətbuat xidmətindən verilən məlumata görə, yanğın nəticəsində təxminən 3 hektar sahədə əsasən kol-kos və qurumuş ağaclar yanıb. Sıx meşəlik ərazi yanğından mühafizə edilib. Yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra hakimiyyətinin əməkdaşları iştirak edib. Həmçinin, İsmayıllı rayonunun Şəbiyan kəndi yaxınlığındakı dağlıq-qayalıq ərazidə baş vermiş yanğın da qısa müddətdə söndürülüb. Yanğın nəticəsində təxminən 8 hektar sahədə kol-kos yanıb. Ətraf ərazilər yanğından mühafizə edilib. Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən söndürülüb.
31-08-2022, 15:13
İsmayıllıdakı yanğın söndürüldü


İsmayıllıdakı yanğın söndürüldü

Avqustun 30-da İsmayıllı rayonunun Keyvəndi və Şəbiyan kəndlərinin bələdiyyə ərazisində başlayan yanğının söndürülməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bütün yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları əraziyə səfərbər olunublar. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib. O qeyd edib ki, artıq yanğın söndürülüb və meşəyə keçməsinin qarşısı alınıb. Nazirlik rəsmisi onu da bildirib ki, dünən Şabran rayonunun Çuxurəzəmi kəndi yaxınlığında, dağlıq ərazidə baş vermiş yanğın ETSN-in yerli qurumlarının 50-yə yaxın əməkdaşı və FHN-in yanğından mühafizə qüvvələri tərəfindən məhdudlaşdırılıb. Hazırda ərazidə soyutma işləri aparılır.
31-08-2022, 15:11
Azərbaycan xilasediciləri Laçın dəhlizinə alternativ yolda


Azərbaycan xilasediciləri Laçın dəhlizinə alternativ yolda

Laçın dəhlizinə alternativ yol avqustun 30-u axşam saat 20:00-da nəqliyyatın hərəkətinə açılıb. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məlumata görə, yol boyu Rusiya sülhməramlıları yerləşdirilib. Bildirilib ki, yeni yolda Azərbaycan xilasediciləri də xidmətə cəlb olunub. Onlar vətəndaşların təhlükəsiz çıxışına nəzarət edirlər. Sosial şəbəkələrdə yayılan görüntülərdə erməni sürücülərin Rusiya sülhməramlılarının müşayiəti ilə yoldan istifadə etdiyi görünür. Xatırladaq ki, Qarabağdakı ermənilər indiyə kimi Ermənistanla Laçın şəhərindən keçən dəhliz vasitəsilə əlaqə saxlayırdılar. Bu səbəbdən Laçın dəhlizi Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində idi. Laçın dəhlizi boyunca yerləşən Laçın şəhəri, Zabux və Sus kəndlərində ermənilər qanunsuz məskunlaşma həyata keçirmişdilər. Laçın dəhlizi 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, ötən həftədən etibarən Azərbaycan tərəfinin nəzarətinə keçib. Nəticədə Laçın şəhəri, Zabux və Sus kəndlərində məskunlaşan ermənilər həmin yerləri tərk etmək məcburiyyətində qalıblar. Qeyd edək ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Yolun ümumi uzunluğu 32 km təşkil edir (bundan 10 km Ermənistan ərazisində yerləşir) və III texniki dərəcəyə uyğun layihələndirilib. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.
31-08-2022, 15:03
Qərbin sevimlisi, rusların düşməni - Qorbaçovun qaranlıq keçmişi


Qərbin sevimlisi, rusların düşməni - Qorbaçovun qaranlıq keçmişi

Sovet İttifaqında hakimiyyətə gəlişiylə Avropanın xəritəsini dəyişdirən və dünyanı nüvə ilə hədələyən, Soyuq Müharibəyə son qoyan, habelə bir sıra inqilabi dəyişikliklərə imza atan Mixail Qorbaçov ötən gün Moskvada vəfat edib. SSRİ-nin ilk və son lideri 92 yaşında uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. Qorbaçov əslində kim idi?



Butov.az bildirir ki, altı illik hakimiyyəti dövründə Qorbaçov "dəmir pərdəni" qaldıraraq dünyanın siyasi ab-havasını dəyişməyi bacarıb. O, dünya ictimaiyyəti tərəfindən fərqli təqdim olunurdu. Qərbin nəzərində Qorbaçov Soyuq Müharibəyə son qoyan, Şərqi Avropaya azadlıq gətirən "qəhrəman" hesab edilir. Sadə rusların gözündə isə o, cəmi altı il ərzində super dövləti diz çökdürməyi və xalqını yoxsullaşdırmağı bacaran uğursuz siyasətçi kimi canlanır. Rusiyadan fərqli olaraq, xaricdə onu qəhrəman kimi alqışlayırdılar. Qorbaçov Amerika üçün “möcüzə”, dünyanı olduğu kimi görən, sovet ideologiyası ilə gözünü qırpmayan bir insan idi. Amma ölkəsi üçün bunu demək olmaz. Rusiyada keçirilən sorğuya əsasən, Qorbaçov “Sovet dövrünün ən nifrət edilən adamı” olub və hər beş respondentdən biri bu variantı seçib. Sorğular göstərir ki, ruslar Qorbaçova Stalindən daha çox nifrət edirlər. Qorbaçov öz xalqına formal azadlıq versə də, bundan həzz almaq həmişə ruslara zülm verirdi. Onun hakimiyyəti Sovet iqtisadiyyatında fəlakətli çöküşün şahidi oldu. Doğrudur, bu gün ruslar özlərini 40 il əvvəldən daha azad və varlı hesab edirlər. Lakin hazırkı iqtidar belə Qorbaçovun hakimiyyətini Rusiya üçün fəlakət adlandırır. Prezident Vladimir Putin Sovet İttifaqının dağılmasını “əsrin ən böyük geosiyasi fəlakəti” hesab edir. Qorbaçov da şəxsən Putinin siyasətini bəyənmir, onu daha çox tənqid edirdi. Onların sonuncu rəsmi görüşü illər öncə Rusiyada, Kremldə baş tutub. Daha sonra bir araya gəlməyiblər. Ruslar Qorbaçovu 1991-ci ildə ərazisi 15 ayrı ölkəyə parçalanan bir vaxtların qorxulu fövqəldövləti olan Sovet İttifaqının dağılmasında günahkar bilirlər. İllər ötsə də, onlara qarşı münasibət dəyişməyib. Bu gün də rusların çoxu Qorbaçova nifrət bəsləyir. Ruslar SSRİ-ni dağıdan Qorbaçova o qədər nifrət edirlər ki, o, 1996-cı ildə prezidentliyə namizəd olarkən, cəmi bir faiz səs toplaya bilmişdi. Hətta onun ölkədən çıxmasını tələb edənlər də az deyildi. Bunlara rəğmən Qorbaçov 1993-cü ildə Qərb tərəfindən Nobel sülh mükafatına layiq görülüb. Bu mükafat ona Soyuq Müharibəni dayandırdığına görə verilib.
Qorbaçov və keçmiş Sovet dövlətləri



SSRİ-nin dağılması ərəfəsində bir neçə keçmiş Sovet ölkəsində iğtişaşlar olub. Mixail Qorbaçovun başçılıq etdiyi Sovet imperiyası “rus və erməni kartından” məharətlə istifadə edərək Azərbaycan xalqına qarşı vəhşicəsinə dövlət terroru həyata keçirib. 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu maddəsini və Azərbaycan SSR Konstitusiyasının 7-ci maddəsini pozaraq yanvarın 20-də Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalayıb. SSRİ-nin kəşfiyyat və xüsusi xidmət orqanı olan Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) “Alfa” qrupu yanvarın 19-da saat 19:27-də Azərbaycanın yeganə telekanalı olan AzTV-nin elektrik stansiyasını dayandıraraq partladıb. Telekanalın fəaliyyətinin dayandırılması ilə Bakıda yaşayan azərbaycanlıların hadisələr barədə məlumat almasının qarşısı alınıb. Ruslardan və ermənilərdən ibarət ordu Bakını talan edib, günahsız insanlar qətlə yetirilib. 20 Yanvar qırğını Sovet ittifaqının sonunu yaxınlaşdırdı. SSRİ-nin parçalanması zamanı digər Sovet Respublikalarında da (Gürcüstan, Latviya, Qazaxıstan) oxşar qeyri-insani əməllərə yol verilib. Buna görə də keçmiş Sovet ölkələri Qorbaçovu qanlı lider olaraq xatırlayır. İttifaq dağılandan sonra Qorbaçov yenidən hakimiyyətə qarışmaq istəsə də, bu cəhdləri alınmayıb. Bəzi hallarda ölkədə və dünyada baş verən hadisələr barədə siyasi şərhlər verən Qorbaçov son günlərini sakit bir kənddə keçirib. Bundan öncə onun tez-tez ölüm xəbərləri yayılıb.



Sonuncu dəfə 2013-cü ildə Mixail Qorbaçovun öldüyü deyilsə də, o mediaya açıqlamasında keçmişə dönmək, hər şeyi yenidən başlatmaq niyyətində olduğunu söyləmişdi: “Məndən tez-tez soruşurlar ki, təkrar etməli olsam, hər şeyi yenidən başlayardımmı? Bəli, həqiqətən bunu edərdim. İndi isə daha çox əzmkarlıq və qətiyyətlə addım atardım”. Lakin onun bu arzuları ürəyində qaldı...



31-08-2022, 14:54
Sentyabrın ilk gününün havası


Sentyabrın ilk gününün havası

Sentyabr ayının ilk gününə proqnozlaşdırılan hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında yağmursuz hava gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 25-30 % təşkil edəcək. Sentyabrın 1-də Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 35-39° isti, dağlarda gecə 12-17° isti, gündüz 24-29° isti olacaq.
31-08-2022, 14:52
Müdafiə Nazirliyi Zabuxdan yeni video yaydı


Müdafiə Nazirliyi Zabuxdan yeni video yaydı

Azərbaycanın Müdafiə Nazirliyi Laçın rayonunun Zabux kəndindən yeni videogörüntülər yayıb. Butov.az həmin videogörüntüləri təqdim edir:



Xatırladaq ki, avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb.
31-08-2022, 14:49
Ənvər Həsənov koronavirusa yoluxub


Ənvər Həsənov koronavirusa yoluxub

Xalq artisti Ənvər Həsənovun müalicəsinə TƏBİB-in tabeliyində olan Xəzər Tibb Mərkəzində davam edilir. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, 30 avqust 2022-ci ildə “Yeni Klinika” tibb müəssisəsində döş qəfəsinin kompüter tomoqrafiyası edilən Ə.Həsənovun bir neçə gün əvvəl ev şəraitində koronavirusa yoluxduğu məlum olub: "COVID-19-la bağlı verilən testin nəticəsi də bu gün - 31 avqust 2022-ci ildə pozitiv çıxıb. Eyni zamanda, 31 avqust 2022-ci ildə Xalq artistinin ağciyərinin yoxlanılması məqsədilə TƏBİB-in tabeliyində olan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan həkim-pulmonoq dəvət edilib. Müayinə zamanı xalq artistinin ağciyərində hər-hansı ağırlaşmanın olmadığını və iltihabın aparılan müalicə prosesinə uyğun olaraq sovrulduğu müşahidə edilib. Hazırda Ə.Həsənovun vəziyyəti stabildir və ona bütün zəruri tibbi xidmətlər göstərilir". Qeyd edilib ki, xalq artisti öz istəyilə Xəzər Tibb Mərkəzində müalicəsinin davam edilməsini istəyir.

31-08-2022, 14:47
Kəmaləddin Heydərov müşavirə keçirdi


Kəmaləddin Heydərov müşavirə keçirdi

Fövqəladə Hallar Nazirliyində (FHN) nazir general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə müşavirə keçirilib. Bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, nazirin birinci müavini general-leytenant Rəfail Mirzəyev və nazirliyin aidiyyəti struktur bölmə və qurumlarının rəhbər heyətinin iştirak etdiyi müşavirə FHN-in maddi-texniki təchizatı və pilot layihə kimi hazırlanmış fövqəladə halların intellektual idarəetmə sisteminin tətbiqi ilə bağlı məsələlərin müzakirəsinə həsr olunub. Müşavirədə çıxış edən nazir Kəmaləddin Heydərov qeyd edib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ən müasir texnika və avandanlıqlarla təchiz olunmuş FHN-in maddi-texniki bazasının günün tələbinə və texnologiyaların inkişafı dinamikasına uyğun olaraq daim yenilənməsi həyata keçirilir. Məhz bunun sayəsində FHN baş verən istənilən fövqəladə hadisə ilə uğurla mübarizə aparır. Daha sonra nazir bildirib ki, nazirliyin maddi-texniki təchizatının yenilənməsi üzərində işlər davam etdirilməli, habelə texnika və avadanlıqlara, o cümlədən yanğınsöndürmə və xilasetmə texnikalarına vaxtlı-vaxtında texniki qulluğun göstərilməsi məsələləri bundan sonra da daim diqqət mərkəzində saxlanılmalıdır. Müasir texnologiyalardan iş prosesində istifadənin vacibliyinə toxunan nazir xüsusilə fövqəladə halların qarşısının vaxtında alınması və nəticələrinin çevik aradan qaldırılması istiqamətində ən son sistemlərin, o cümlədən rabitə və fövqəladə halların intellektual idarəetmə sistemlərinin tətbiqinin əhəmiyyətini qeyd edib. Sonra fövqəladə halların intellektual idarəetmə sisteminin təqdimatı edilib. Bildirilib ki, bu sistem FHN-in qurumları arasında birgə fəaliyyətin daha yaxşı koordinasiya edilməsi və qüvvələrin daha effektli tətbiqi üçün nəzərdə tutulub. Geniş imkanlara malik bu sistem xüsusi və ən son nəsil müşahidə kameralarının köməkliyi ilə fövqəladə hal rayonunun real vaxt rejimində anında nəzarətə götürülməsi və qüvvələrin vaxt itirmədən çevik və səmərəli idarə edilməsinə imkan yaradacaq. Bu sistemin əvvəlcə pilot layihə kimi konkret bir rayonda tətbiqi nəzərdə tutulur. Məhz bu pilot layihənin tətbiqi zamanı sistemin bütün xüsusiyyətləri praktiki olaraq real şəraitdə təhlil ediləcək, o cümlədən mümkün çatışmazlıqlar aradan qaldırılacaq və bundan sonra onun bütün ölkə üzrə tətbiqi ilə bağlı qərar veriləcək. Təqdim olunan fövqəladə halların intellektual idarəetmə sistemini yüksək qiymətləndirən nazir Kəmaləddin Heydərov onun pilot layihə olaraq qısa müddətdə tətbiqi ilə əlaqədar müvafiq tapşırıqlar verib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!