Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
26-06-2022, 12:20
Afina səfərindən imtina edib, Türkiyəyə gəldi


Afina səfərindən imtina edib, Türkiyəyə gəldi

Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın Türkiyəyə rəsmi səfəri iki ölkə arasında yeni dönəmin başladığını göstərir.
Bu sözləri Türkiyə Yaxın Şərq Araşdırmalar Mərkəzinin mütəxəssisi Mehmet Raqiboğlu deyib.
Ekspertin sözlərinə görə, səfərdə bir neçə əhəmiyyətli məqam var:
Birinci məqam səfərin zamanı ilə bağlıdır. Rəcəb Tayyib Ərdoğan aprel ayının sonunda Səudiyyə Ərəbistanına səfər edib. Aradan çox qısa bir müddət keçdikdən sonra Ərəbistan vəliəhdi və müdafiə naziri, eyni zamanda təmsil etdiyi dövlətin ən nüfuzlu şəxslərindən olan Məhəmməd bin Salmanın Türkiyəyə səfər edərək prezidentlə görüşməsi mühüm faktdır.
İkincisi, bildiyimiz kimi, Türkiyə və Yunanıstan arasında münasibətlər gərgindir. Vəliəhdin əslində təxminən bir ay əvvəl Yunanıstan, Cənubi Kipr, Misir və İordaniya səfərindən sonra ölkəmizə gəlməsi planlaşdırılırdı. Lakin o, Yunanıstan və Cənubi Kipr səfərini qeyri-müəyyən vaxta təxirə saldı, Misirə, İordaniyaya, oradan isə Türkiyəyə gəldi. Səudiyyə Ərəbistanı Türkiyənin təhlükəsizliklə bağlı narahatlığını başa düşdüyünü göstərərək həm də ölkəmizə jest etmiş oldu. Digər tərəfdən, Misir və İordaniya ilə əlaqələr Ər-Riyad üçün xüsusi önəm kəsb edir. Məhəmməd bin Salmanın həmin dövlətlərdən sonra Türkiyəyə səfəri Ankaranı da bölgənin vacib aktoru kimi gördüklərinin təzahürüdür.
Üçüncüsü isə ABŞ-la bağlıdır. Belə ki, Co Bayden bir ay sonra Yaxın Şərqə səfər edəcək və o, yenə də sözügedən səfər zamanı vəliəhdlə görüşməyəcəyi haqqında açıqlamalar verir. Ankaranın da Vaşinqtonla hazırki münasibətlərinə baxdığımız zaman səfərin həm də ABŞ-dan narazılığın nəticəsi olduğunu ifadə etmək mümkündür”.
Raqiboğlu Ər-Riyadın hazırda təhlükəsizlik və iqtisadi sahədə də Türkiyə kimi güclü tərəfdaşa ehtiyac duyduğunu vurğulayıb:
26-06-2022, 12:13
Bayden Almaniyaya gəldi

ABŞ Prezidenti Co Bayden G7 ölkələrinin sammitində iştirak etmək üçün Münhenə gəlib.
Bu barədə “Amerikanın Səsi” məlumat yayıb.
Məlumata görə, Bayden Münhendən helikopterlə sammitin keçiriləcəyi Elmau şəhərinə yollanıb.
Baydenin üçgünlük səfəri ərəfəsində ilk görüşü sabah Almaniya kansleri Olaf Şoltsla olacaq.
Qeyd edək ki, G7 – ABŞ, Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiya dövlət başçıları Elmaudakı görüşdən sonra NATO-nun Madriddəki sammitinə yollanacaqlar.
26-06-2022, 00:05
Prezidentin general rütbəsi verdiyi polkovniklər

Prezidentin general rütbəsi verdiyi polkovniklər
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında” sərəncam imzalayıb.Sərəncamla 6 polkovnikə general-mayor rütbəsi verilib. Onlardan biri tibb xidməti polkovniki Firudin İsaxan oğlu Nəbiyevdir. Digərləri isə polkovnik Nicat Kamandar oğlu Qarayev, polkovnik Akif Səməndər oğlu Pirverdiyev, polkovnik Zaur Zeynalabdul oğlu Rüstəmov, polkovnik Eldəniz Telman oğlu Yəhyayev və polkovnik Zaur İlham oğlu Zeynalovdur.
“Tibb xidməti general-mayoru” hərbi rütbəsi ilə təltif olunan Firudin Nəbiyev Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edir.
Genera-mayor rütbəsi alan Eldəniz Yəhyayev xidmət rəisidir. O, Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə İdarəsinin Ərzaq Xidməti rəisi vəzifəsində çalışır.
Generar-mayor rütbəsinə yüksələn 46 yaşlı Zaur Zeynalov Xüsusi Təyinatlı Qüvvələrin mənsubudur. O, Aprel döyüşlərində və Vətən müharibəsində iştirak edib. Z.Zeynalov Vətən Müharibəsi Qəhrəmanı fəxri adına, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medallarına layiq görülüb.
Generar-mayor rütbəsi ilə təltif edilən 47 yaşlı Zaur Rüstəmov İsmayıllıda anadan olub. Azərbaycan Hərbi Hava Qüvvələrinin zabiti olan Rüstəmov Türkiyədə də hərbi təhsil alıb. 1996-cı ildə Azərbaycanın ilk milli hərbi təyyarəçiləri olaraq vətənə qayıdanlardan biridir. Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş paradda və 8 noyabr Zəfər paradında təyyarəçilərə öndərlik edib.
O, Aprel döyüşlərində və Vətən müharibəsində iştirak edib. "Qarabağ" ordeni, "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub.
25-06-2022, 09:03
“QƏLƏMİNİ SİLAHA DƏYİŞƏN MƏDƏT”

“QƏLƏMİNİ SİLAHA DƏYİŞƏN MƏDƏT”

Şəhid Mədət Qəmbərov 26 sentyabr 1995-ci ildə ailəsinin məskunlaşdığı Bərdədə, “Çadır şəhərciyi”ndə dünyaya gəlib. O, 2013-cü ildə İmamqulubəyli Qəsəbə Tam Orta Məktəbini bitirib. Elə həmin ildə Gəncə Dövlət Universitetinin Azərbaycan dili və Ədəbiyyat fakültəsinə daxil olub. 2017-ci ildə ali məktəbi bitirib hərbi xidmətə yollanıb. 2019-cu ildə 69 saylı köçkün məktəbinə müəllim təyin olunub. Mədətin bir arzusu da vardı – tarixçi olmaq. Ona görə də, həmişə öz üzərində çalışırdı. Ona “Evlənmək vaxtındır,” - deyəndə, o, “Kəndimizi alacağıq, toyu da orada edəcəyik. İndi ermənyə toy tutmaq vaxtıdır,”- deyirmiş.
2020-ci ilin iyulunda baş verən Tovuz hadisələri və general Polad Həşimovun şəhid olması Mədətə çox təsir edir. Odur ki, İkinci Qarabağ Müharibəsi başlayan kimi o, özünü cəbhədə hiss edir. Mədət müharibə başlayandan bir gün sonra könüllü olaraq cəbhəyə yollanır. Onun döyüş yolu Ağdərədən başlayıb elə orada da bitir. Oktyabrın 16-da Mədət Qəmbərov qəhrəmanlıqla şəhid olur. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunur. Onun məzarı Ağdam Şəhidlər Xiyabanındadır.
Şəhidin atası Ağdamın Mollalar kəndindən olan, Birinci Qarabağ Müharibəsinin iştirakçısı, Əzim Qəmbərovun xatirə yazısı da çox kövrəkdi,
“Mən aşiq qanlı qala,
Qanlı yol, qanlı qala,
Rəvadırmı görəsən
Biz ölək, qanlı qala?!
Qanlı qalmadı, onu qanına bələdik. Oğlum, bu xatirəm üçün məni bağışla,”- deyərək, yeganə təsəllimizin Qələbəmiz olduğunu yazır.
Bu məlumatları istedadlı şairə Tahirə İmanovanın ötən il çap edilmiş “Qələmini silaha dəyişən Mədət” adlı kitabından əldə etmişik. Kitaba Tahirə xanımın “Bu millətin dərya tutmaz dərdi var” adlı yazısı ilə yanaşı şəhidin doğmaları, müəllimləri, dostları və şagirdlərinin xatirə yazıları da daxil edilib.

Mina RƏŞİD

24-06-2022, 15:57
QHT Agentliy “Şuşa ili”nə dair müsabiqə haqqında qərar verdi

QHT Agentliy “Şuşa ili”nə dair müsabiqə haqqında qərar verdi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
İclasda, Agentliyin 2022-ci il kiçik qrant müsabiqəsi çərçivəsində texniki seleksiyadan keçən layihələrin qiymətləndirilməsi haqqında, Agentliyin İcraçı direktorunun səfər qrantları üçün müraciət olunan layihələr haqqında təqdimatı və cari məsələlərlə bağlı qərarlar qəbul edilib.
O cümlədən, Agentliyin “Şuşa ili”nə həsr edilmiş xüsusi Qrant müsabiqəsinin nəticələrinin elan edilməsi 28 iyun tarixinə müəyyən edilib.
24-06-2022, 15:53
QHT Agentliyinin rəsmiləri Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar.

QHT Agentliyinin rəsmiləri Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar.

“QHT ziyarətləri” layihəsi davam edir.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi “QHT ziyarətləri” layihəsi çərçivəsində Bakı şəhərində növbəti görüşlər keçiriblər. Layihə çərçivəsində Bakı şəhərində yerləşən Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisini ziyarət edilib.

“QHT ziyarətləri”ndə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və Agentliyin məsul əməkdaşları iştirak ediblər.

Görüşlər zamanı Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev öz fəaliyyətləri haqqında geniş məlumat verib. Görüşdə təklif və problemləri dinlənilib.
24-06-2022, 15:21
Əliyevin Daşkənd səfərinə Türkiyədən baxış

Əliyevin Daşkənd səfərinə Türkiyədən baxış

Ankara Böhran və Siyasi Araşdırmalar Mərkəzinin (ANKASAM) sədri, professor Mehmet Seyfəddin Ərolun sözlərinə görə, iki qardaş ölkənin əməkdaşlığı xüsusilə türk dünyası üçün strateji önəm kəsb edir:
“İmzalanan müqavilələr və Bəyannamə Azərbaycan və Özbəkistan aralarındakı əməkdaşlığı regional, beynəlxalq layihələrlə genişləndirmək, strateji şəkildə çoxşaxəli bir səviyyəyə yüksəltmək və dərinləşdirmək məqsədi güdür. Bu baxımdan iqtisadi, turizm, texnologiya, sənaye, yük və sərnişin daşınması, nəqliyyat dəhlizləri və müdafiə sənayesi başda olmaqla, qeyri-qanuni miqrasiya ilə mübarizə, ətraf mühit, neft və qaz kimi sahələrdə əməkdaşlıqdan, kənd təsərrüfatından tekstil sektorlarında əməkdaşlığa qədər olan sahələri özündə əks etdirən müqavilələr güclü inkişafı təmin edəcək önəmli addımlardır. Səfər zamanı xüsusilə logistika, daşınma və dəhlizlər məsələsində Çindən Avropaya Xəzər üzərindən uzanan dəhlizin, Orta Asiya və Qafqaz dövlətlərinin əməkdaşlığının, Orta Dəhlizin inşasının əhəmiyyətinin vurğulanması diqqətçəkən məqamlardandır.
Digər tərəfdən Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra təhlükəsizlik problemləri ilə bağlı narahatlıqların artdığı, geosiyasi zəlzələlərin meydana gəldiyi bir vaxtda hər iki lider qlobal sülhün bərqərar edilməsi üçün regiona çağırış edir və konkret layihələrlə sözügedən istiqamətdə öz mövqelərini sərgiləyirlər. Burada dövlətlərin ərazi bütövlüyü, suverenliyi, unitar quruluşları və müstəqilliklərinin qorunmasını əsas götürən xarici siyasət yanaşması çox əhəmiyyətlidir. Azərbaycan və Özbəkistan imzalanan müqavilələrlə müstəqilliyin qorunması istiqamətində qətiyyətlərini ortaya qoyur, mümkün təhdidlərə qarşı birlik mesajı verirlər. Özbəkistan Qarabağ məsələsində hər zaman Azərbaycanın mövqeyini dəstəkləyib. Cənab Əliyev də Özbəkistanda çıxışları zamanı bunu xüsusi qeyd etdi. Bildirmək istəyirəm ki, bu səfər Qafqaz, Orta Asiya və türk dünyası başda olmaqla, xaos, toqquşma və müharibələrə qarşı çoxtərəfli iqtisadi, ticarət, sosial, mədəni əməkdaşlıqları əsas götürən addım kimi tarixə düşdü”.
24-06-2022, 14:55
Baydendən 907-ci düzəlişlə bağlı qərar


Baydendən 907-ci düzəlişlə bağlı qərar

ABŞ-ın Azərbaycana birbaşa hərbi yardımını qadağan edən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin dayandırılması müddəti növbəti dəfə uzadılıb.
Bu barədə ABŞ Prezidenti Cozef Bayden müvafiq qərar imzalayıb.
Qeyd edək ki, 907-ci düzəliş ilk dəfə Senator Con Makkeyn tərəfindən təklif edilib, ancaq qəbul olunmayıb. Bundan sonra, yenidən, Senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqressmen Ueyn Ouens tərəfindən Konqresdə irəli sürülüb. Senator Riçard Luqar düzəlişin qəbul edilməsinin əleyhinə çıxış edib. Buna baxmayaraq, düzəliş, erməni lobbi təşkilatlarının güclü təzyiqi nəticəsində 1992-ci ilin oktyabrın 24-də Konqres tərəfindən qəbul edilib. O vaxt senator olmuş Cozef Bayden düzəlişin qəbulunda fəal rol oynayıb və dəfələrlə onun ləğv edilməsinə qarşı çıxış edib.
2001-ci ilin 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib.
24-06-2022, 14:41
Azərbaycanlı şair “Türk dünyası ədəbiyyatına xidmət” mükafatına layiq görülüb


Azərbaycanlı şair “Türk dünyası ədəbiyyatına xidmət” mükafatına layiq görülüb

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Azadə Novruzova “Türk dünyası ədəbiyyatına xidmət” beynəlxalq mükafatı ilə təltif olunub.
Bu barədə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan üzrə təmsilçisi, professor Elçin İsgəndərzadə məlumat verib.
Şair-publisist Azadə Novruzovanın əsasən vətən mövzusundan, Qarabağ həqiqətlərindən, Xocalı faciəsindən bəhs edən bədii yaradıcılıq nümunələri rus, ingilis, türk, yapon, ərəb, fars dillərinə tərcümə edilərək Türkiyə, Rusiya, Ukrayna, İraq, İran, Misir və digər xarici ölkələrdə geniş yayılıb.
O, “Nəsimi”, “ЛИФФТ” Festivallar Festivalının və “Nizami Gəncəvi Forumu”nun iştirakçısı olub.
Avrasiya Ədəbiyyat Hərəkatının, 2021-ci ildə İstanbulda keçirilən “ЛИФФТ” Festivallar Festivalının TOP 10 nominasiyası üzrə və Festivalın diplomları ilə təltif edilib.

Azadə Novruzovanın 2020-ci ildə Qarabağ həqiqətlərini, erməni vəhşiliyini dünyaya çatdırmaqda, günahsız uşaqların qətlinə etiraz əlaməti olaraq yazdığı və ingilis, rus dillərinə tərcümə edilmiş “Bu gecə yuxumda bir uşaq ağlayırdı” şeiri əsasında Ombudsman Aparatında videoçarx hazırlanıb. Videoçarx Ombudsman Aparatının sosial şəbəkələrində və respublikanın, xarici ölkələrin informasiya mənbələrində geniş yayılıb. Bu layihəyə görə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib. Layihəyə müvəkkilin 2020-ci il illik məruzəsində də yer verilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!