Ceyhun Bayramov Ermənistana bu şərtlərlə səfər edə bilər .....                        Azərbaycan gələn il bu ölkədə səfirlik açacaq .....                        Milli Məclis müraciət qəbul edəcək .....                        Azərbaycan Qəzzaya qoşun göndərəcək? - RƏSMİ .....                        Bu ölkələrlə viza rejimi ləğv edilir .....                        Parlamentin son iclasının GÜNDƏLİYİ .....                        Nazir Ermənistanla münasibətlərə mane olan hallardan danışdı .....                        Ukrayna müharibəsi Azərbaycanın gələcək addımlarına təsir edəcək .....                        Rusiya AZAL təyyarəsi ilə bağlı cinayət işinə xitam verib - Bakıdan CAVAB .....                       
Tarix : 26-06-2022, 00:05
Prezidentin general rütbəsi verdiyi polkovniklər

Prezidentin general rütbəsi verdiyi polkovniklər
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında” sərəncam imzalayıb.Sərəncamla 6 polkovnikə general-mayor rütbəsi verilib. Onlardan biri tibb xidməti polkovniki Firudin İsaxan oğlu Nəbiyevdir. Digərləri isə polkovnik Nicat Kamandar oğlu Qarayev, polkovnik Akif Səməndər oğlu Pirverdiyev, polkovnik Zaur Zeynalabdul oğlu Rüstəmov, polkovnik Eldəniz Telman oğlu Yəhyayev və polkovnik Zaur İlham oğlu Zeynalovdur.
“Tibb xidməti general-mayoru” hərbi rütbəsi ilə təltif olunan Firudin Nəbiyev Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edir.
Genera-mayor rütbəsi alan Eldəniz Yəhyayev xidmət rəisidir. O, Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə İdarəsinin Ərzaq Xidməti rəisi vəzifəsində çalışır.
Generar-mayor rütbəsinə yüksələn 46 yaşlı Zaur Zeynalov Xüsusi Təyinatlı Qüvvələrin mənsubudur. O, Aprel döyüşlərində və Vətən müharibəsində iştirak edib. Z.Zeynalov Vətən Müharibəsi Qəhrəmanı fəxri adına, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medallarına layiq görülüb.
Generar-mayor rütbəsi ilə təltif edilən 47 yaşlı Zaur Rüstəmov İsmayıllıda anadan olub. Azərbaycan Hərbi Hava Qüvvələrinin zabiti olan Rüstəmov Türkiyədə də hərbi təhsil alıb. 1996-cı ildə Azərbaycanın ilk milli hərbi təyyarəçiləri olaraq vətənə qayıdanlardan biridir. Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş paradda və 8 noyabr Zəfər paradında təyyarəçilərə öndərlik edib.
O, Aprel döyüşlərində və Vətən müharibəsində iştirak edib. "Qarabağ" ordeni, "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub.


Paylaş



Bölmə: Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!