Bakıda marketdə soyğunçuluq edilib - VİDEO .....                        ABŞ-ın Terrorla Mübarizə Milli Mərkəzinin direktoru istefa verdi - İranla müharibəyə görə .....                        İran Futbol Federasiyası FİFA-ya müraciət etdi .....                        "Neftçi" - "Qarabağ" oyununun tarixi AÇIQLANDI .....                        Yeraltı “raket şəhərləri” – İran Keşmdə nələr gizlədir... .....                        Təcridxanaya ayaqqabıda narkotik keçirmək istədilər .....                        "Bəsic"in 300 üzvü öldürülüb - KİV .....                        Prezident nazirlikdə müavinlərin sayını artırdı .....                        Orta aylıq əməkhaqqı və orta aylıq pensiyanın məbləği .....                       
24-02-2026, 19:35
Qızlara söz atan məktəblini döydü, həbs olundu


Qızlara söz atan məktəblini döydü, həbs olundu

Sabirabadda yeniyetməni döyən kişi həbs olunub.
Hadisə şəhərin M. Mirağaoğlu küçəsində qeydə alınıb.
İttiham aktına görə, 47 yaşlı Sahib Kələntərov (ad və soyad şərtidir) küçədə dayandıqları zaman 15 yaşlı Murad Əliyev (ad və soyad şərtidir) qarşıda gedən qızlara söz atıb. Bundan hirslənən Sahib əvvəlcə Murada sillə, daha sonra təpiklə qasıq nahiyəsinə zərbə vurub. Zərərçəkən ağrılarının şiddətindən xəstəxanaya aparılıb.
Bu əməlinə görə Sahib saxlanılıb və barəsində cinayət işi açılıb.
Sahib ifadəsində bildirib ki, hadisədən sonra zərərçəkənin evinə gedərək ondan üzr istəyib. Lakin zərərçəkən yeniyetmə isə təqsirləndirilən şəxsi bağışlamadığını və onunla barışmadığını deyərək Sahibin azadlıqdan məhrum edilməsini məhkəmədən istəyib.
Məhkəmənin qərarı ilə Sahib Kələntərov 7 ay müddətinə həbs edilib.
24-02-2026, 19:19
Müharibə istəmirik, amma... - İRAN


Müharibə istəmirik, amma... - İRAN

İran ABŞ-la müharibə istəmədiyini, lakin hücum olacağı təqdirdə sərt cavab verəcəyini bəyan edib.
Bu barədə İranın müdafiə naziri Əziz Nəsirzadə erməni həmkarı Suren Papikyan ilə görüşdə bildirib.
O qeyd edib ki, rəsmi Tehran müharibə axtarmır, amma qarşıdurma zorla tətbiq edilərsə, ölkə bütün gücü ilə özünü müdafiə edəcək və “düşmənlərə yaddaşlardan silinməyəcək dərs verəcək”.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranı razılaşmaya çağırıb, əks halda “pis nəticələr” barədə xəbərdarlıq edib.
İran hökumətinin sözçüsü Fatimə Məhacirani isə Tehranın müharibəyə yox, diplomatiyaya üstünlük verdiyini vurğulayıb.
ABŞ mümkün hərbi əməliyyat fonunda Yaxın Şərq və Avropadakı bazalara 150-dən çox döyüş təyyarəsi yerləşdirib. Nəşr ABŞ-ın bölgədəki hazırkı hərbi mövcudluğunu 2003-cü il İraq müharibəsindən bəri ən genişmiqyaslı yerləşdirmələrdən biri kimi qiymətləndirir.
24-02-2026, 19:17
İşədüzəltmə vədləri ilə tanışlarını dəfələrlə aldatdı


color=#FF0000]İşədüzəltmə vədləri ilə tanışlarını dəfələrlə aldatdı

Külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Vüqar Əsədovun cinayət isinin məhkəmə araşdırması başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda prokuror çıxış edərək müttəhimin 9 il azadlıqdan məhrum edilməsini istəyib.
Vəkillər müdafiə çıxışı üçün vaxt istəyiblər. Növbəti proses martın 10-na təyin edilib.
Xatırladaq ki, istintaqla Vüqar Əsədovun tanışları Rövşən Kazımov, Hikmət Kazımov və Vilayət Yaqubova qarşı dələduzluq etdiyi müəyyən olunub.
Belə ki, o, R.Kazımova özünü etibarlı biznes tərəfdaşı kimi təqdim edərək, guya quşçuluq məhsullarının satışı ilə məşğul olduğunu bildirib. Ona yatırım edəcəyi təqdirdə verilən məbləğin aylıq 7-10 faizi qədər gəlir əldə edəcəyinə dair yalan vəd verib. Bu adla ondan ümumilikdə 247 min manat məbləğində pul vəsaitini şəxsən və tanışı İlham Əlisoyun vasitəsi ilə alıb.
Təqsirləndirilən şəxs bundan sonra gəlir əldə edilməsinə dair saxta rəy yaratmaq məqsədi ilə hissə-hissə Rövşən Kazımova ümumilikdə 123 min 990 manat pul vəsaitini divident adı ilə geri qaytarıb. Qalan 123 min 10 manat pul vəsaitini şəxsi ehtiyaclarına sərf edib.
Bundan başqa o, təkrarən zərərçəkmiş Rövşən Kazımova övladı Misirxan Kazımlının Dövlət Miqrasiya Xidmətinə işə qəbul edilməsinə köməklik göstərilməsi üçün 50 min manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını bildirib. Təqsirləndirilən şəxs özünün yaxın münasibətdə olduğu şəxslər vasitəsilə M.Kazımlını qeyd olunan xidmətə işə qəbul etdirə biləcəyinə dair onun atasına yalan vəd verib və bu məqsədlə 45 min manat pul vəsaitini alıb.
Vüqar Əsədov zərərçəkmiş R.Kazımovun oğlu digər oğlu Mətin Kazımlını hüquq mühafizə orqanlarında işə qəbul etdirə biləcəyinə inandıraraq bunun üçün də ondan 42 min 500 manat məbləğində pul vəsaitini alaraq təkrarən dələduzluq edib.
Eyni zamanda, Vüqar Əsədov "quşçuluq biznesinə" pul yatırmaq adı ilə Vilayət Yaqubovun da 141 min 900 manat pul vəsaitini ələ keçirib.
Onun 33 min 754 manat pul vəsaitini "gəlir" adı ilə geri qaytarıb, 108 min 146 manatı isə mənimsəyib.
Təqsirləndirilən şəxs tanışı Hikmət Kazımovla "iş görmək" adı ilə sövdələşərək, onun ümumilikdə 115 min 275 manat məbləğində pulunu və əmlakını alıb. Pulun bir hissəsini "gəlir" görüntüsü yaratmaq üçün qaytarsa da, yerdə qalan 89 min 575 manat pul vəsaitini ələ keçirib.
Bununla da o, zərərçəkmişlərə ümumilikdə 408 min 231 manat maddi ziyan vurub.
Zərərçəkmiş şəxs qismində R.Kazımov, H.Kazımov və V.Yaqubov tanınıb.
V.Əsədova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
24-02-2026, 18:41
Gültəkin Hacıbəylinin evində axtarış aparılıb


Gültəkin Hacıbəylinin evində axtarış aparılıb

Sabiq deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin evində axtarış aparıldığı barədə xəbər yayılıb.
Axtarışın Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) açılmış cinayət işi çərçivəsində aparıldığı bildirilir. O, "Ramiz Mehdiyev işi" üzrə şahid qismində istintaqa ifadə verməyə dəvət olunub.
Xatırladaq ki, Gültəkin Hacıbəyli 2025-ci il noyabr ayının 29-da Türkiyədə saxlanılaraq əvvəlcə Arnavutköy Geri Göndərmə Mərkəzinə aparılmış, daha sonra Çatalca Geri Göndərmə Mərkəzinə göndərilib. İstanbul Məhkəməsi onun barəsində 5 il müddətinə Türkiyədən deportasiya olunması ilə bağlı qərar çıxarıb.
G.Hacıbəyli fevralın 11-də Azərbaycana deportasiya olunub.
Gültəkin Hacıbəylinin adı "Ramiz Mehdiyev işi"ndə hallanıb.
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur. O, ev dustaqlığındadır.
24-02-2026, 18:14
Sahibə Qafarova Fuad Oktay ilə görüşüb


Sahibə Qafarova Fuad Oktay ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin 10-cu üçtərəfli iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuad Oktay ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, görüşdə üçtərəfli görüşün əhəmiyyəti vurğulanaraq, Azərbaycan, Gürcüstan və Türkiyə arasında üçtərəfli münasibətlərin regionda sülhə, sabitliyə, əməkdaşlığa və iqtisadi inkişafa töhfə verdiyi bildirilib. Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, bu gün həm regionumuzda, həm də qlobal səviyyədə baş verən proseslər, mövcud olan çağırışlar parlamentlərimizin xarici əlaqələr komitələrinin birgə işinin davam etdirilməsini labüd edir. Vurğulanıb ki, üçtərəfli parlament əməkdaşlığı çərçivəsində reallaşdırılan bu mühüm tədbir ölkələrimiz arasında parlamentlərarası münasibətlərin səviyyəsinin daha da artırılmasına xidmət edir.
Xarici əlaqələr komitəsinin sədri Fuad Oktay Türkiyə Respublikası Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun salamlarını Milli Məclisin sədrinə çatdırıb, Sahibə Qafarova onun da salamlarını TBMM sədrinə çatdırmağı xahiş edib.
Söhbət zamanı Azərbaycan və Türkiyə arasında münasibətlərə dair də fikirlər səsləndirilərək, bildirilib ki, ölkələrimiz arasında əlaqələr Ümummilli Lider Heydər Əliyevin “Bir millət iki dövlət” şüarına uyğun şəkildə inkişaf edir. Spiker Sahibə Qafarova deyib ki, Azərbaycanla Türkiyə həm sevincli, həm də kədərli günlərdə bir yerdə olduqlarını bütün dünyaya nümayiş etdirirlər. Vurğulanıb ki, dövlət başçılarımızın qardaşlıq əlaqələri bu münasibətlərin çoxşaxəli inkişafındakı ən mühüm amildir. Məhz onlar ikitərəfli əməkdaşlığın gündəliyini müəyyən edir və bu əməkdaşlığın inkişaf istiqamətləri üzrə müvafiq tapşırıqları verirlər.
Fuad Oktay qeyd edib ki, daha geniş regionda mövcud olan gərginliklər fonunda qardaş ölkələrimiz arasında əməkdaşlıq sabitlik amili kimi çıxış edir. Ölkələrimiz arasında iqtisadi əlaqələrin mühüm əhəmiyyəti qeyd olunaraq, bu sahədə münasibətlərin daha da dərinləşməsində parlamentlərin də rolu diqqətə çatdırılıb. Söhbət zamanı Azərbaycan və Türkiyənin birgə həyata keçirdikləri mühüm layihələrdən bəhs edilib.
Spiker Sahibə Qafarova qeyd edib ki, dövlət başçılarının ikitərəfli əlaqələrin inkişafına dair iradəsini parlamentlər səviyyəsində də tam şəkildə əks etdirmək üçün bütün imkanlardan istifadə olunur. Parlament üzvləri il ərzində çoxsaylı səfərlər, görüşlər keçirirlər, əlaqələrin yüksək səviyyədə inkişafı üçün bütün addımlar atılır. O cümlədən, beynəlxalq parlament təşkilatlarında yüksək səviyyədə qarşılıqlı dəstək və birgə fəaliyyət mövcuddur.
Görüşdə həmçinin ötən ilin avqustunda Vaşinqton Zirvə Görüşündən sonra regionda yaranmış vəziyyət, Zəngəzur dəhlizinin fəaliyyətə başlamasından sonra əməkdaşlıq üçün yaranacaq yeni imkanlar o cümlədən, qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
24-02-2026, 17:44
Milli Məclisin növbəti iclasının gündəliyi məlum olub


Milli Məclisin növbəti iclasının gündəliyi məlum olub

Milli Məclisin növbəti iclasının gündəliyi məlum olub.
Fevralın 27-də keçiriləcək növbəti plenar iclasın gündəliyində 9 məsələ var:

1. “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
2. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
4. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
6. “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
7. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).
8. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
9. “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
24-02-2026, 17:36
Azərbaycan və Ermənistan XİN müavinləri nələri müzakirə edib?


Azərbaycan və Ermənistan XİN müavinləri nələri müzakirə edib?

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin müavinləri bu gün Cenevrədə görüşüblər.
Görüş yüksək səviyyəli əlaqələrin davam etdirərək çərçivəsində baş tutub.
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov və Ermənistan xarici işlər nazirinin müavini Robert Abisoqomonyan BMT İnsan Hüquqları Şurasının sessiyası çərçivəsində görüşüblər. Görüşdə müxtəlif platformalarda "mümkün etimad quruculuğu tədbirlərini" müzakirə edilib.
24-02-2026, 17:20
Parlament seçkilərinə 11 milyon dollar xərclənəcək


Parlament seçkilərinə 11 milyon dollar xərclənəcək

Ermənistan parlament seçkilərinin xərclər smetası açıqlanıb.
Parlament seçkiləri üçün çəkiləcək xərc 4,4 milyard dramdan(11 282 000 dollar-red) çox olacaq.
Nəzərdə tutulan vəsaitin 1,8 milyarddan (4 608 000 dollar-red) çoxu seçki məntəqələrindəki seçki komissiyası üzvlərinin maaşlarına gedəcək.
Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, artıq partiyaların və blokların qeydiyyatı üçün standart formalar, eləcə də seçki prosesində iştirak edən şəxslər üçün şəxsiyyət vəsiqələri formaları müəyyən edib.
24-02-2026, 17:15
ABŞ müharibənin bitməsi üçün vaxt qoydu


ABŞ müharibənin bitməsi üçün vaxt qoydu

Vaşinqton Rusiya-Ukrayna müharibəsinə bəlli tarixə qədər son qoymağa çalışır.
ABŞ Rusiya ilə Ukrayna arasında sülh müqaviləsinin 4 iyul, ABŞ-ın Müstəqillik Gününə qədər imzalanmasında israr edir.
Bu barədə Avropa və NATO rəsmilərinə istinadən məlumat yayıb.
24-02-2026, 16:54
Azərbaycanda faizsiz kredit verən banklar yaradılacaq - YENİLİK


Azərbaycanda faizsiz kredit verən banklar yaradılacaq - YENİLİK

Azərbaycanda İslam bankçılığı sistemi 2026-cı ildən maliyyə sektorunda yenidən tətbiq olunmağa başlanıb. Hazırda iki bankda – Azərbaycan Beynəlxalq Bankı və Rabitəbankda İslam bankçılığı guşəsi var. Bu istiqamətdə hüquqi və tənzimləyici bazanın formalaşdırılması üçün işlər davam edir.
Məqsəd ənənəvi banklar vasitəsilə “İslam pəncərəsi” modeli çərçivəsində şəriətə uyğun maliyyə məhsullarını təqdim etməklə bazarda tələbatı müəyyənləşdirmək və daha geniş həcmdə tətbiq üçün zəmin yaratmaqdır.
Azərbaycan Mərkəzi Bankı bildirib ki, ölkədə İslam bankçılığının tətbiqi məqsədilə Mülki Məcəlləyə, Vergi Məcəlləsinə, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında", “Dövlət rüsumu haqqında”, “Kredit Büroları haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunlarına dəyişikliklər layihəsi hazırlanmış və aidiyyəti dövlət qurumlarına təqdim edilmişdir:
“İslam bankçılığının təşkili prosesində beynəlxalq təcrübəyə əsaslanma əsas prioritetlərdəndir. Belə ki, İslam bankçılığının həyata keçirilməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər layihəsi hazırlanarkən Türkiyə, Pakistan, Malayziya, Qazaxıstan və Qırğızıstan kimi ölkələrin təcrübəsi və beynəlxalq standartlar təhlil edilmiş və nəzərə alınmışdır. Tətbiq ediləcək İslam bankçılığı fəaliyyətinin İslam bankçılığının fundamental prinsiplərinə uyğunluğunun təmin edilməsi nəzərə alınmışdır.
Dəyişikliklər layihəsi beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış və yerli qanunvericiliyə uyğunlaşdırılmışdır. Məqsəd beynəlxalq standartları yerli hüquqi mühitlə uzlaşdırılmış və dayanıqlı şəkildə tətbiq etməkdir.
Layihənin hazırlanması prosesində müvafiq ölkələrin İslam bankçılığı sahəsində tənzimləyici və nəzarət orqanları ilə təcrübə mübadiləsi və qabaqcıl praktikanın öyrənilməsi məqsədilə görüşlər keçirilmişdir. Qanunvericiliyə dəyişikliklər layihəsi isə Mərkəzi Bank tərəfindən hazırlanmışdır.
Yaxın perspektivdə İslam bankçılığının tətbiqi “İslam pəncərələri” modeli çərçivəsində nəzərdə tutulur. İslam banklarının yaradılması məsələsinə isə növbəti mərhələdə, ölkədə İslam maliyyə məhsullarının tətbiqinin praktiki nəticələri və bazarın inkişaf dinamikası nəzərə alınaraq baxıla bilər”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!