“Özümüzü kəsən qılınc” kitabının təqdimatı oldu .....                        Ədaləti təmin etmək üçün gərək yumruğun olsun - Prezident .....                        Ukrayna hücuma keçməlidir - Tramp Zelenskiyə daha nələr deyib? .....                        Anomal istilər bu tarixədək davam edəcək .....                        Ayağı amputasiya olunmuş aktyor vəfat etdi .....                        Azərbaycan futbolçusu faciəvi şəkildə öldü .....                        Tramp Netanyahuya zəng etdi .....                        Təbrizdən Bakıya aviareyslər bərpa edilir .....                        "Qarabağ"ın yeni oyunçusu .....                       
12-08-2024, 15:04
Prezident təsdiqlədi: Əmək müqavilələri elektron qaydada bağlanacaq


Prezident təsdiqlədi: Əmək müqavilələri elektron qaydada bağlanacaq

Əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlanacaq, əmək müqaviləsi bildirişi ləğv olunur.
Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında çalışan, eləcə də əmək müqavilələrinə 2014-cü il iyulun 1-dək xitam verilmiş işçilərin əmək stajı onların əmək kitabçası əsasında müəyyən ediləcək.
Əmək Məcəlləsinə dəyişiklik qüvvəyə mindiyi tarixdən elektron informasiya sistemində məlumatları mövcud olan əmək kitabçaları işəgötürənlər tərəfindən işçilərə təhvil veriləcək. Bu qanun qüvvəyə mindiyi günədək bağlanılmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi mərhələlərə uyğun olaraq həyata keçiriləcək.
12-08-2024, 14:53
İranın yeni müdafiə və xarici işlər nazirləri kimdir


İranın yeni müdafiə
və xarici işlər nazirləri kimdir


İran Prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin üzvlərini siyahısını parlamentə təqdim edib. Parlamentdə təqdim olunan şəxslərə etimad səsverməsi keçiriləcək. Nazirlər Kabinetinin üzvlərinin orta yaşı 59 il 7 aydır. Ən gənc nazirin yaşı 47, ən qocasının isə 66 yaşı var.
Bundan əvvəllər xarici işlər nazirinin müavini vəzifəsini tutan Seyid Abbas Əraqçi ölkənin yeni XİN başçısı olacaq.
Bir neçə dəfə Azərbaycana səfər edən Əraqçi 1962-ci ildə Tehranda anadan olub. O, Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər Məktəbinin fakültəsinin beynəlxalq münasibətlər üzrə bakalavr dərəcəsinə, İslami Azad Universitetinin siyasi elmlər üzrə magistr dərəcəsinə və Kent Universitetində siyasi fikir üzrə doktorluq dərəcəsinə malikdir.
Əraqçi 1989-cu ildə diplomatik xidmətə başlayıb. O, 1990-cı illərin əvvəllərində Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən İran İslam Respublikasının İslam Konfransı Təşkilatı yanında Daimi Nümayəndəliyinin müvəqqəti işlər vəkili, Finlandiya (1999-2003) və Yaponiyada (2007-2011) səfir vəzifələrində çalışıb.
Səfir olmamışdan əvvəl Əraqçı Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunun (IPIS) baş direktoru vəzifəsində çalışıb. 2004-2005-ci illərdə Beynəlxalq Münasibətlər Məktəbinin rektoru olub.
O, Həsən Ruhani hökumətində Qərb ölkələri ilə İranın baş nüvə müzakirəçisi kimi fəaliyyət göstərib.
Əziz Nəsirzadə isə yeni hökumətdə müdafiə naziri vəzifəsində çalışacaq. O, 1965-ci ildə Şərqi Azərbaycan əyalətinin Sərab şəhərində anadan olub.
İran-İraq müharibəsində F-14 qırıcısının pilotu kimi iştirak edən Nəsirzadə orduda müxtəlif vəzifələrdə çalışıb. Müharibədən sonra Nəsirzadə İran İslam Respublikasının İtaliyadakı hərbi attaşesi olub.
O, İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini vəzifəsini icra edib.
12-08-2024, 14:53
İranın yeni müdafiə və xarici işlər nazirləri kimdir


İranın yeni müdafiə
və xarici işlər nazirləri kimdir


İran Prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin üzvlərini siyahısını parlamentə təqdim edib. Parlamentdə təqdim olunan şəxslərə etimad səsverməsi keçiriləcək. Nazirlər Kabinetinin üzvlərinin orta yaşı 59 il 7 aydır. Ən gənc nazirin yaşı 47, ən qocasının isə 66 yaşı var.
Bundan əvvəllər xarici işlər nazirinin müavini vəzifəsini tutan Seyid Abbas Əraqçi ölkənin yeni XİN başçısı olacaq.
Bir neçə dəfə Azərbaycana səfər edən Əraqçi 1962-ci ildə Tehranda anadan olub. O, Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər Məktəbinin fakültəsinin beynəlxalq münasibətlər üzrə bakalavr dərəcəsinə, İslami Azad Universitetinin siyasi elmlər üzrə magistr dərəcəsinə və Kent Universitetində siyasi fikir üzrə doktorluq dərəcəsinə malikdir.
Əraqçi 1989-cu ildə diplomatik xidmətə başlayıb. O, 1990-cı illərin əvvəllərində Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən İran İslam Respublikasının İslam Konfransı Təşkilatı yanında Daimi Nümayəndəliyinin müvəqqəti işlər vəkili, Finlandiya (1999-2003) və Yaponiyada (2007-2011) səfir vəzifələrində çalışıb.
Səfir olmamışdan əvvəl Əraqçı Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunun (IPIS) baş direktoru vəzifəsində çalışıb. 2004-2005-ci illərdə Beynəlxalq Münasibətlər Məktəbinin rektoru olub.
O, Həsən Ruhani hökumətində Qərb ölkələri ilə İranın baş nüvə müzakirəçisi kimi fəaliyyət göstərib.
Əziz Nəsirzadə isə yeni hökumətdə müdafiə naziri vəzifəsində çalışacaq. O, 1965-ci ildə Şərqi Azərbaycan əyalətinin Sərab şəhərində anadan olub.
İran-İraq müharibəsində F-14 qırıcısının pilotu kimi iştirak edən Nəsirzadə orduda müxtəlif vəzifələrdə çalışıb. Müharibədən sonra Nəsirzadə İran İslam Respublikasının İtaliyadakı hərbi attaşesi olub.
O, İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini vəzifəsini icra edib.
12-08-2024, 07:27
“GƏNCLİYİN RƏNGLƏRİ” - Dünyamıza xoş gəldiniz!

“GƏNCLİYİN RƏNGLƏRİ” - Dünyamıza xoş gəldiniz!


Şəkidə Beynəlxalq Gənclər Günü münasibətilə “Gəncliyin rəngləri” adlı rəsm sərgisinin keçirilməsi şəhər ictimaiyyəti, sənətsevərlər və şəhərin qonaqları üçün əsl sürpriz oldu. Sərgidəki əsərlərlə tanış olan qonaqlar mərasim boyunca səsləndirilən bir-birindən gözəl, rəngarəng musiqilərin sədaları altında rəqs edib şənləndilər, sərgidən xoş təəssüratlarla ayrıldılar.

M.F.Axundzadə adına Şəki Şəhər Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən, Şəkimizin ən mənzərəli yerində qərar tutan“Narınqala” Folklor evinin təşkilatçılığı ilə istedadlı gənc rəssam Gül Narın Gənclər gününə həsr olunmuş fərdi yaradıcılıq sərgisinin açılışı oldu. Qeyd edək ki, may ayında Nakam adına Şəki Mərkəzi Kitabxanasında böyük uğurla keçirilmiş ilk fərdi sərgisi ilə sənətsevərlərin görüşünə gələn gənc rəssam Gülnar Məmmədli Baş Zəyzid kənd tam orta məktəbinin X sinif əlaçı şagirdidir. Bu gün baş tutan ikinci sərgisində Gül Narın 80-ə yaxın rəsm əsəri nümayiş olunurdu.
Şəhər ziyalılarının, məktəblilərin, pedaqoji kollektivlərin böyük sevgi ilə qatıldıqları sərgi dünyanın müxtəlif ölkələrindən Şəkimizi gəzməyə gəlmiş çoxsaylı turistlərin diqqətini xüsusilə cəlb etdi. Əcnəbi qonaqların hər biri gənc rəssamın bütün əsərləri haqda ayrı-ayrılıqda müəllifin öz dilindən açıqlamasını eşitmək istəyirdi. Hətta gənc rəssamın əsərlərini almaq istəyən çox sayda qonağın "arzusu gözündə qaldı". Çünki nümayiş olunan əsərlər satılmırdı.

Böyük coşqu ilə keçən təqdimatda çıxış edənlərin hər biri Gül Narın geniş ictimaiyyətə təqdim edilən müxtəlif mövzulu əsərlərinin onun parlaq gələcəyindən xəbər verdiyini xüsusilə vurğulayırdı.
Tədbirdə Şəki şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Səbahət Bağırova, filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Qiymət Məhərrəmli, M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin direktoru Ağaəli Cəlilov və digər ziyalılar çıxış edərək, gənc istedadların fərdi qabiliyyətlərinin üzə çıxarılmasına dövlət qayğısından danışdılar, Gənclər Günü ərəfəsində belə bir möhtəşəm sərginin keçirilməsinə vəsilə olduqları üçün “Narınqala” Folklor evinin əməkdaşlarına təşəkkürlərini bildirdilər. Gənc və istedadlı rəssam Gülnar Məmmədlinin yaradıcılığını yüksək dəyərləndirərək, onun beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edə biləcək rəssam kimi gördüklərini dilə gətirdilər, gələcəkdə daha böyük uğurlar arzuladılar.
Sərginin musiqili qonaqları B.Ələsgərova adına klubun direktoru, müğənni Sərdar Yunusov, şəhər 3 saylı musiqi məktəbinin tar müəllimi Dursun Eyyubov, onun övladları - gənc xanəndə Rəmil Eyyubov və nağara ifaçısı Rəvan Eyyubov idi.

Sərginin çoxsaylı tamaşaçılarından təəssüratlarını öyrəndik. Qonaqlarımız Azərbaycanın dilbər guşələrindən olan Şəkinin həm öz gözəllyindən, həm insanlarının mehribanlığından, səmimiyyətlərindən ağızdolusu danışaraq, belə bir yüksək səviyyəli sərgidə tamaşaçı qismində iştirak etdiklərinin sevincini bölüşdülər. Əsərlərdən zövq aldıqlarını, doyunca rəqs edib əyləndiklərini dilə gətirdilər.
Arzu xanımın dedikləri: “Hər şey yüksək səviyyədədir. Belə gözəl əsərlərdən heç olmasa birini almaq istərdik, təəssüf ki, satılmır, dedilər. Eybi yoxdur, gələcəkdə əldə edəcəyimizə ümid edirik. Sağlıq olsun. Uğurlar arzulayırıq. Həqiqətən, çox gözəl əsərləri var rəssamın...”
Biz də öz növbəmizdə Gül Nara gələcək yaradıcılığında daha böyük uğurlar arzulayır, “Narınqala” Folklor evinin müdiri Zeynəb xanıma, folklor evinin metodisti, aparıcı Yasin bəyə və folklor evinin mehriban əməkdaşlarına sərginin təşkilində göstərdikləri fəallığa görə səmimi minnətdarlığımızı bildiririk. Regional Mədəniyyət İdarəsinin rəhbəri Nargilə xanım Rəhmana “Narınqala” Folklor evinin səmimi kollektivinin əməyindən razılığımızı bildirməyi özümüzə borc bilirik. Azərbaycan mədəniyyətinin, folklorunun inkişafına göstərdikləri xidmətə görə hər birinizə ayrı-ayrılıqda təşəkkür edirik, əziz mədəniyyət işçiləri!




Q.Məhərrəmli
12-08-2024, 00:28
Göygöl və Gəncədəki zəhərlənmələrlə bağlı rəsmi açıqlama


Göygöl və Gəncədəki zəhərlənmələrlə bağlı rəsmi açıqlama

TƏBİB Göygöl və Gəncə şəhərlərində baş vermiş qida zəhərlənməsi ilə bağlı məlumat yayıb.
Qurumdan bildirilib ki, Göygöl Rayon Mərkəzi Xəstəxanasına 3 fərqli ərazidən ümumilikdə 50 nəfər qida zəhərlənməsi şübhəsi ilə müraciət edib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
38 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 12 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri orta ağırdır.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya 83 nəfər, Z.Məmmədov adına xəstəxanaya isə 13 nəfər qida zəhərlənməsi şübhəsi ilə yerləşdirilib.
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və 50 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 46 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri orta ağırdır.
11-08-2024, 22:23
Yasda zəhərlənənlərin sayı 110-u keçdi


Yasda zəhərlənənlərin sayı 110-u keçdi

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı yenə də artıb.
Yas mərasimdə iştirak edən 111 nəfərin zəhərləndiyi bildirilir.
11-08-2024, 22:08
Şahbuzda çoban minaya düşdü


Şahbuzda çoban minaya düşdü

Şahbuz rayonunda mina partlayıb.
Şərur rayon Mahmudkənd kənd sakini Bəxtiyar Soltanov Şahbuz rayon Kükü kəndi Qanlıgöl ətrafında minaya düşüb.
Çoban işləyən şəxs Naxçıvan Xəstəxanasına yerləşdirilib.
11-08-2024, 21:50
Zəhərlənmənin olduğu mərasimin sahibi: Qidalar bazardan, dükandan alınıb


Zəhərlənmənin olduğu mərasimin sahibi: Qidalar bazardan, dükandan alınıb

Yas mərasimində verilən məhsulların, qidaların
hamısı bazardan, dükandan alınıb.
Bunu “Report”a açıqlamasında Gəncədə kütləvi zəhərlənmənin olduğu yas mərasimin sahibi Mahir Cəfərov deyib.
O, qeyd edib ki, hadisə qardaşının yas mərasimində baş verib: “Dəfndən sonra ehsan verilib. Süfrədə bozartma, çörək, yuxa, pomidor, xiyar, göyərti, halva və digər qidalar qoyulmuşdu”.
“Yeməkdən sonra yaxınlarım da özünü narahat hiss etdi. Məhsulların hamısı bazardan, dükandan alınıb. Aidiyyəti qurumların əməkdaşları gəlib hər qidadan analiz üçün nümunələr götürdülər. Yaxın günlərdə zəhərlənmənin hansı qidadan baş verdiyini araşdırıb deyəcəklər", - M.Cəfərov deyib.
Qeyd edək ki, yas mərasimində zəhərlənənlərin sayı 100 nəfəri ötüb. Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya 83 nəfər, Z.Məmmədov adına 3 nömrəli xəstəxanaya isə 13 nəfər yerləşdirilib. Digər doqquz zərərçəkən isə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir.
Faktla bağlı araşdırma davam etdirilir.
11-08-2024, 21:09
Ucar bazarında 8 mağaza yandı


Ucar bazarında 8 mağaza yandı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ucar rayonu, 28 may küçəsində yerləşən bazar ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar, Ağdaş və Göyçay rayon Yanğından Mühafizə issələrinun qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bazar ərazisində bir-birinə bitişik tikilmiş obyektlərdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində baş vermiş yanğın genişlənərək daha böyük sahəyə yayılmasına, o cümlədən yaxınlıqdakı evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 2510kv.m. olan bazar ərazisində bir-birinə bitişik tikilmiş 8 müxtəlif təyinatlı mağazanın yanar konstruksiyaları 270kv.m. sahədə yanıb.
Bazarın böyük hissəsi və yaxınlıqdakı yaşayış evləri yanğından mühafizə olunub.
11-08-2024, 16:35
Cəlilabadda evdə qadın meyiti tapıldı


Cəlilabadda evdə qadın meyiti tapıldı

Cəlilabad rayonunda evlərdən birində meyit aşkarlanıb.
Hadisə rayonun Səttərxan küçəsində qeydə alınıb.
Meyitin rayon sakini, 1986-ci il təvəllüdlü Aybəniz Əbilovaya məxsus olduğu məlum olub.
Hazırda faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!