Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                       
17-05-2025, 17:26
Lavrov Rubio ilə müzakirə apardı


Lavrov Rubio ilə müzakirə apardı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Markov Rubio ilə telefon danışığı aparıb.
Telefon danışığı bu gün Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.
Onlar bir gün əvvəl İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının nəticələri ilə bağlı fikir mübadiləsi aparıblar.
Rubio hərbi əsirlərin mübadiləsi və hər bir tərəfin atəşkəsə nail olmaq üçün lazım olan şərtlərə öz baxışının hazırlanmasına dair razılaşmaları alqışlayıb və Vaşinqtonun nizamlama axtarışlarını asanlaşdırmağa davam etməyə hazır olduğunu vurğulayıb.
Sergey Lavrov Kiyevin yekunda Rusiya prezidenti Vladimir Putinin İstanbul danışıqlarını bərpa etmək təklifini qəbul etməsinə töhfə verən ABŞ-ın müsbət rolunu qeyd edib. O, Moskvanın bu kontekstdə amerikalı həmkarları ilə birgə işləməyə hazır olduğunu təsdiqləyib.
Söhbət zamanı bir sıra digər beynəlxalq və regional məsələlərə də toxunulub. Lavrov və Rubio Rusiya-Amerika təmaslarının davam etdirilməsi ilə bağlı da fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, ötən gün İstanbulda Rusiya və Ukrayna arasında danışıqlar keçirilib.
17-05-2025, 17:10
Bakı məktəblərində monitorinq: 50 minə yaxın şagird imtahan verdi


Bakı məktəblərində monitorinq: 50 minə yaxın şagird imtahan verdi

Mayın 17-də paytaxtdakı ümumi təhsil müəssisələrinin IV sinifləri üzrə monitorinq təşkil olunub.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
IV siniflərdə monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılıb.
Paytaxtda monitorinq üçün ayrılan 92 imtahan mərkəzində Azərbaycan və rus bölməsi üzrə 50 minə yaxın IV sinif şagirdi biliyini sınayıb.

IV sinif şagirdlərinə tədris dili fənni üzrə 30 qapalı sual, riyaziyyat fənni üzrə isə 25 qapalı və 5 açıq sual təqdim olunub. Sualların cavablandırılması üçün şagirdlərə 150 dəqiqə vaxt verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə monitorinq prosesini izləyib.
Monitorinq nəticələri şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.
Cari ildən etibarən monitorinqin müəyyən bir hissəsinin kompüter əsaslı formatda təşkilinə start verilib. Monitorinq prosesində rəqəmsallaşmanın tətbiqində əsas məqsəd kompüter əsaslı qiymətləndirmə modelinə mərhələli keçidi təmin etməkdən ibarətdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki müəssisələrdə IV sinif üzrə 3 600-dən çox şagird kompüter əsaslı monitorinqdə iştirak edib.
Monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılmasına nail olmaq, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdən ibarətdir.
Qeyd edək ki, mayın 18-də ümumi təhsil müəssisələrinin VI sinifləri üzrə monitorinq keçiriləcək.

***

08:13

Bu gün Bakının ümumi təhsil müəssisələrinin IV sinifləri üzrə monitorinq təşkil olunacaq.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılmasına nail olmaq, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdən ibarətdir.
IV siniflərdə monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılacaq.
Paytaxt üzrə monitorinq üçün ayrılan 92 imtahan mərkəzində Azərbaycan və rus bölməsi olmaqla 50 minə yaxın IV sinif şagirdi biliyini sınayacaq.
IV sinif şagirdlərinə tədris dili fənni üzrə 30 qapalı sual, riyaziyyat fənni üzrə isə 25 qapalı və 5 açıq sual əqdim olunacaq. IV siniflərə sualların cavablandırılması üçün 150 dəqiqə vaxt veriləcək.
Monitorinqdə şagirdlərə təqdim olunan tapşırıqlar tədris dilindən oxuyub-anlama, riyaziyyat fənnindən isə ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmə, statistika və ehtimal məzmun xətlərini, təbiət fənnindən isə insan orqanizmi və sağlamlıq, canlıların müxtəlifliyi, maddələr və onların xassələri, enerji, ətraf mühit və biz, qüvvə və hərəkət məzmun xətlərini əhatə edəcək.
Monitorinq nəticələri şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.
Qeyd edək ki, cari ildən etibarən monitorinqin müəyyən bir hissəsinin kompüter əsaslı formatda təşkilinə start verilib. Monitorinq prosesində rəqəmsallaşmanın tətbiqində əsas məqsəd kompüter əsaslı qiymətləndirmə modelinə mərhələli keçidi təmin etməkdən ibarətdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki müəssisələrdə ümumilikdə 7 279 şagirdin kompüter əsaslı monitorinqdə iştirakı nəzərdə tutulur.
17-05-2025, 16:45
İstabulda tarixi danışıqlar: kim uddu, kim uduzdu...


İstabulda tarixi danışıqlar: kim uddu, kim uduzdu...

Mayın 16-da Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna arasında birbaşa danışıqlar aparılıb.
Bu həftə beynəlxalq mediada sözügedən danışıqlar ciddi müzakirə edilir.
Qrəb medialarından bəziləri görüşü Moskva üçün taktiki və ya simvolik qələbə kimi dəyərləndirir, digərləri Ukraynanın üstünlük qazandığını bildirib.
3 il sonra ilk dəfə baş tutan birbaşa danışıqlarda tərəflər yalnız əsirlərin dəyişdirilməsi məsələsində razılığa gələ bildilər. "The New York Times" yazır ki, danışıqlardan ciddi nəticələr gözlənilmirdi və bu, baş verənlərin mahiyyətini dəyişmir. Nəşr qeyd edir ki, Vladimir Putin Ukrayna və Qərbin atəşkəsə dair ilkin şərtlərini qəbul etmədən tərəfləri danışıqlara gətirməklə taktiki üstünlük əldə edib.
"Reuters" agentliyi isə qeyd edib ki, ABŞ senatorları Moskva və Kiyev arasında aparılan danışıqlardan sonra Konqresi yenidən Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırıblar . Məlumata görə, Amerika rəsmiləri danışıqlarda “əhəmiyyətli irəliləyişin” olmamasından narazıdırlar.
Almaniyanın "Spiegel" jurnalında dərc edilən məqalədə deyilir ki, danışıqlar xaotik şəraitdə, kifayət qədər hazırlıq olmadan baş tutub və nəticələrin məhdud olması təəccüblü deyil. Jurnal bildirir ki, İstambulda kimlərin görüşəcəyi və nəyi müzakirə edəcəkləri son ana qədər bəlli olmayıb.
Böyük Britaniyanın "The Guardian" nəşri danışıqları "Zelenskinin diplomatik uğursuzluğu" kimi təqdim edir. Məqalədə deyilir ki, Ukrayna liderinin Putini birbaşa danışıqlara çağırması ABŞ-ın dəstəyini qazanmaq üçün idi, lakin əldə olunan yeganə nəticə — əsir mübadiləsi — bu məqsədi doğrultmadı. Nəşr əlavə edir ki, yaranmış diplomatik durğunluq ABŞ-Rusiya sammitinə yol aça bilər.
Türkiyənin "Daily Sabah" qəzetində isə Türkiyənin vasitəçilik rolu ön plana çəkilir. Qəzet yazır ki, qarşılıqlı ittiham və gərginliyə baxmayaraq, danışıqların baş tutması müsbət siqnaldır. Ankara tərəflər arasında əlaqə kanallarını açıq saxlayan nadir vasitəçilərdən biri olaraq diplomatik təşəbbüslərə ümid işığı verir.
Xatırladaq ki, Rusiya nümayəndə heyətində Mixail Qaluzin, Vladimir Medinski, Aleksandr Fomin və İqor Kostyukov təmsil olunublar. Görüşün gedişində digər mühüm məsələlər üzrə razılıq əldə olunmasa da, beynəlxalq müşahidəçilər bu cəhdin davamlı danışıqlar üçün zəmin yarada biləcəyini istisna etmirlər.
17-05-2025, 15:54
Ədalət Partiyasının yeni sədri kimdir?


Ədalət Partiyasının yeni sədri kimdir?

Ədalət Partiyasının IX-cu qurultayında yeni sədr seçilib. Partiyanın sədr müavini Mütəllim Rəhimli yeni sədr seçilib.
Mütəllim Rəhimli 1973-cü ildə Tovuz rayonunda anadan olub. Gədəbəy rayonu, Düzrəsullu kənd orta məktəbini bitirib.
Rəhimli 1994-cü ildən Azərbaycan Demokrat Partiyasının (ADP) üzvü, 1995-ci ildən Mətbuat xidmətinin rəhbəri olub.
2000-ci ildə Ədalət Partiyası ilə Azərbaycan Demokrat Partiyası ayrıldıqdan sonra Ədalət Partiyasına keçib və Təşkilati məsələlər üzrə sədr müavini olub. İndiyədək bu vəzifəni yerinə yetirir.
2005, 2010 və 2015-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə və 2006-cı ildə Milli Məclisə təkrar seçkilərdə İlyas İsmayılovun seçki qərargahının sədri olub.
2013 və 2018-ci illərdə Azərbaycan Respublikasının prezident seçkilərində Ədalət Partiyasının prezidentliyə namizədi İlyas İsmayılovun səlahiyyətli nümayəndəsi və seçki qərargahının rəhbəri olub.
2015, 2019 və 2024-cü illərdə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə namizəd kimi iştirak edib.
Qeyd edək ki, Ədalət Partiyası 1993-cü ildə yaradılıb. 1996-cı il martın 30-da keçmiş Baş prokuror, sabiq ədliyyə naziri İlyas İsmayılovun rəhbərlik etdiyi Ədalət Partiyası və Azərbaycan Demokrat Partiyası (ADP) növbədənkənar iclas keçirərək birləşiblər. İlyas İsmayılov və Rəsul Quliyev partiyanın həmsədrləri olub. 2001-ci ildə Ədalət Partiyası ADP-dən ayrılmaqla bərpa qurultayı keçirib. İ.İsmayılov sədr seçilib.
İ.İsmayılov 2025-ci il fevralın 17-də vəfat edib.
17-05-2025, 15:48
Türkiyə nümayəndə heyəti Naxçıvanda


Türkiyə nümayəndə heyəti Naxçıvanda

Türkiyə Milli Müdafiə Universitetinin (MMU), Hərbi Hava və Hərbi Dəniz institutlarının rəhbər heyəti, müəllimləri və "Qərargahın idarə olunması kursu"nun dinləyiciləri ölkəmizə səfər çərçivəsində Naxçıvanda olublar.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qonaqlar əvvəlcə Naxçıvan şəhərinin baş meydanında ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdiriblər. Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub, qonaqlara Ulu Öndərin çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən mənalı ömrünün Naxçıvan mərhələsi haqqında ətraflı məlumat verilib.
Nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.
Səfər çərçivəsində qonaqlar Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahında olublar. Onlara ƏÜO-nun yaranma tarixi, keçdiyi inkişaf yolu, fəaliyyəti, həyata keçirilən islahatlar və qarşıda duran məqsədlərlə bağlı ətraflı məlumat verilib, protokola uyğun olaraq "Şərəf kitabı" imzalanıb.
ƏÜO komandanı general-mayor Kənan Seyidov Türkiyə Milli Müdafiə Universitetinin rektoru, professor Erhan Afyoncu ilə görüşüb.
Görüş zamanı hərbi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb, bu istiqamətdə görüləcək işlər və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərdən danışılıb.
Türkiyəli nümayəndələr Naxçıvan Hərbi Kolleci və Heydər Əliyev adına Hərbi Liseydə olublar. Onlara xüsusi təyinatlı təhsil müəssisələrində aparılan islahatlar, mövcud hərbi təhsil sistemi, tədris və elmi fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qonaqlar qərargah, tədris korpusları, yataqxana və digər inzibati binalara baxış keçirib, kursantlar üçün yaradılan sosial-məişət şəraiti ilə tanış olublar.
Daha sonra Türkiyə-Azərbaycan Dostluq Parkı və tarixi-mədəniyyət abidələri ziyarət olunub.
Ölkəmizə "Xarici ölkələrdə müşahidə gəzintisi" çərçivəsində səfəri zamanı qardaş ölkənin nümayəndə heyəti, işğaldan azad edilmiş ərazilərimizi də ziyarət edib, aparılan bərpa-quruculuq işləri ilə tanış olublar.
17-05-2025, 15:48
Türkiyə nümayəndə heyəti Naxçıvanda


Türkiyə nümayəndə heyəti Naxçıvanda

Türkiyə Milli Müdafiə Universitetinin (MMU), Hərbi Hava və Hərbi Dəniz institutlarının rəhbər heyəti, müəllimləri və "Qərargahın idarə olunması kursu"nun dinləyiciləri ölkəmizə səfər çərçivəsində Naxçıvanda olublar.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qonaqlar əvvəlcə Naxçıvan şəhərinin baş meydanında ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdiriblər. Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub, qonaqlara Ulu Öndərin çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən mənalı ömrünün Naxçıvan mərhələsi haqqında ətraflı məlumat verilib.
Nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.
Səfər çərçivəsində qonaqlar Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahında olublar. Onlara ƏÜO-nun yaranma tarixi, keçdiyi inkişaf yolu, fəaliyyəti, həyata keçirilən islahatlar və qarşıda duran məqsədlərlə bağlı ətraflı məlumat verilib, protokola uyğun olaraq "Şərəf kitabı" imzalanıb.
ƏÜO komandanı general-mayor Kənan Seyidov Türkiyə Milli Müdafiə Universitetinin rektoru, professor Erhan Afyoncu ilə görüşüb.
Görüş zamanı hərbi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb, bu istiqamətdə görüləcək işlər və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərdən danışılıb.
Türkiyəli nümayəndələr Naxçıvan Hərbi Kolleci və Heydər Əliyev adına Hərbi Liseydə olublar. Onlara xüsusi təyinatlı təhsil müəssisələrində aparılan islahatlar, mövcud hərbi təhsil sistemi, tədris və elmi fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qonaqlar qərargah, tədris korpusları, yataqxana və digər inzibati binalara baxış keçirib, kursantlar üçün yaradılan sosial-məişət şəraiti ilə tanış olublar.
Daha sonra Türkiyə-Azərbaycan Dostluq Parkı və tarixi-mədəniyyət abidələri ziyarət olunub.
Ölkəmizə "Xarici ölkələrdə müşahidə gəzintisi" çərçivəsində səfəri zamanı qardaş ölkənin nümayəndə heyəti, işğaldan azad edilmiş ərazilərimizi də ziyarət edib, aparılan bərpa-quruculuq işləri ilə tanış olublar.
17-05-2025, 00:10
Şəhid Nazim Allahverdiyevin anım günü keçirilib

Şəhid Nazim Allahverdiyevin anım günü

Mayın 15-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində Birinci Qarabağ müharibəsi şəhidi Allahverdiyev Nazim Qarlen oğlunun anım günü keçirilib. Şəhidin yeganə övladı Günay Nazimqızının təşəbbüsü və təşkilatçılığı, Abşeron rayonunun əlaqədar qurumlarının və Mehdiabad qəsəbə 5 nömrəli tam orta məktəbin təşkilati dəstəyi ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Dövlətimizin müstəqilliyinin bərpası və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi sükutla yad olunub. Sonra Nazim Allahverdiyevin həyat yolunu əks etdirən videoçarx nümayiş etdirilib.

5 saylı məktəbin derektoru Faiq Xosrovlu şəhidin keçdiyi qısa və şərəfli ömür yolundan danışıb. Bildirib ki, Nazim Allahverdiyev 15 iyun 1964-cü ildə Zəngəzur mahalının Qafan rayonunun Baharlı kəndində dünyaya gəlib. Yüz minlərlə soydaşımız kimi o da doğma yurdundan ayrı düşüb. 1990-cı ilin əvvəllərində, könüllülər sırasında, erməni faşistlərinə qarşı döyüşə atılıb.

Döyüş yoldaşları cəsur silahdaşlarının şücaətindən, cəsurluğundan, döyüş vaxtı düşmənə qarşı barışmazlığından söhbət açıblar. Məlum olub ki, Nazim Sovet Ordusu sıralarında olarkən Monqolustanda tankçı kimi xidmət edib. Orda əldə etdiyi texniki biliklər sayəsində o zaman Azərbaycan Respublikasında- Qobustanda dislokasiya olunan Sovet qoşunlarından tank qaçıraraq çəbhəyə aparıb. Azərbaycanın Milli Qəhrəmanı, kapitan Albert Aqarunovla birlikdə Şuşa ətrafında gedən döyüşlərdə ağır yaralanıb. Bir müddət müalicə aldıqdan sonra Albertin şəhid olduğu xəbərini alıb. Bu xəbərdən sarsılan Nazim yarası sağalmamış cəbhəyə qayıdıb. Silahdaşlarının intiqamını almağa and içib. 1992-ci il mayın 15-də Şuşanın Turşsu, Zarıslı kəndləri uğrunda gedən döyüşlərdə igidliklə vuruşaraq şəhid olub. İndi vaxtilə məskunlaşdığı Mehdiabad qəsəbəsinin küçələrindən biri Nazim Qarlen oğlu Allahverdiyevin adını daşıyır.

Təhsil aldığı Mehdiabad 1 nömrəli tam orta məktəbdən anım mərasiminə qatılan müəllimləri mərhumun məktəb illərindən söhbət açıblar. Onun nümunəvi tərbiyəsinin vətənpərvərliyinin indiki gənclərimizə örnək olduğunu bildiriblər. Qeyd olunub ki, şəhidlərimizin canı qazilərimizin qanı bahasına Qarabağ torpaqları, Nazimin uğrunda can verdiyi Şuşa, Xankəndi işğaldan azad edilib. Artıq şəhidlərimizin də narahat ruhları dinclik tapıb.
Abşeron Rayon İcra Hakimiyyətinin təmsilçisi və Abşeron Rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Emin Abbasov şəhid ailələrinə, qazilərə göstərilən diqqətdən, dövlət qayğısından söz açıblar.

“Dədə Qorqud” Milli Fondunun prezidenti Eldar İsmayılov Azərbaycanın Milli Qəhrəmanının adına təsis olunmuş “Aqarunov” medalını Günay Nazimqızına təqdim edib. Rəsmi hissədən sonra məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
Sonda Nazimin qardaşı Şikar Allahverdiyev və əmisi Sovet Dərgahov ailə üzvləri adından anım mərasiminə qatılanlara, şəhid ailələrinə göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
“Bütöv Azərbaycan”








16-05-2025, 23:55
Ermənistanda baş nazir vəzifəsinə namizəd irəli sürüldü - Paşinyana rəqib


Ermənistanda baş nazir vəzifəsinə namizəd irəli sürüldü - Paşinyana rəqib

Hakim "Vətəndaş müqaviləsi" partiyasının parlament fraksiyasından xaric edilmiş, hazırda Ermənistan Milli Məclisinin müstəqil deputatları Akop Aslanyan və Ovik Ağazaryan baş nazir Nikol Paşinyana qarşı faəliyyətlərini gücləndiriblər.
Həmin deputatlar xüsusi tapşırıqlar üzrə keçmiş səfir Edmon Marukyanın Ermənistan Respublikasının baş naziri vəzifəsinə namizədliyini irəli sürüblər.
Bu haqda Vahid Milli Sosialist Partiyasının qurucusu Ovik Ağazaryan sosial şəbəkədəki səhifəsində yazıb.
Deputatlar Akop Aslanyan və Ovik Ağazaryan parlamentdə Baş nazir Nikol Paşinyana qarşı impiçment prosesinə başlamağa hazırlaşırlar.
Qeyd edək ki, xüsusi tapşırıqlar üzrə keçmiş səfir Edmon Marukyan "Parlaq Ermənistan” Partiyasının sədridir.
16-05-2025, 21:02
MƏNİ QOYUB "QAÇAN" DOST: NƏCƏF ŞABANOV

MƏNİ QOYUB "QAÇAN" DOST:
NƏCƏF ŞABANOV


Dünyanın fani olduğu hər kəsə məlumdur. Bu gün varıq, sabah yox! Bu gün ( ömrün ixtiyar çağını yaşasaq da) sağ- salamatıq: evimizin- eşiyimizin həndəvərində dolaşır, ailəmizin, övladlarımizın, nəvə-nəticənin əhatəsindəyik. Sabah nə olacaq, başımıza nə iş gələcək--bunu yalnız Allah bilir.
Bu həyatda özümə ən yaxın, ən doğma və əziz bildiyim DOST idi Nəcəf Şabanov! İrəvanda "Sovet Ermənistanı" qəzetində çiyin-çiyinə çalışmışdıq. Qəzetciliyin çox sirlərini ondan öyrənmişdim. Nəcəf həm də Ermənistan Radiosunda calışırdı: Azərbaycanca verilişlər redaksiyasının diktoru idi, son xəbərlər, konsert proqramları onun məxsusi səsiylə efirə təqdim olunurdu.
...Qarabağ hadisələri başlayandan sonra İrəvandan Bakıya köçməli olduq. Burada da aramızdakı ülfət üzülmədi, əksinə, bir-birimizə daha ürəkdən bağlandıq. Xoşbəxtlikdən, demək olar, qonşuyduq. Neçə illər idi səhərlər eyni məkanda--Atatürk parkında görüşür, sübh Günəşini birgə qarşılayırdıq. Sonra isə...acı çay süfrəsi arxasında oturub, olub-keçənləri yada salır, bir-birindən şirin xatirələrimizi çözələyirdik.
Üç il əvvəl-77 yaşının tamam olacağı ərəfədə "ağsaqqal dost"um barədə düşüncələrimi nəzmə çəkmişdim. Deyilənlərə görə, pis alınmamışdı, şeirin bir bəndi isə Nəcəfin özünün çox xoşuna gəlmişdi:

Dostlarsız olmasın ömru heç kimin,
Dünya bir yanadı, onlar bir yana.
Qardaş-bacılarım qoy inciməsin,
Onlar bir yanadı, Nəcəf bir yana.


Artıq mən 70-i haqlamışam, Nəcəfinsə 80-nin belini qatlamağına bir şey qalmamışdı: sentyabrda yubiley yaşının işığına yığışacaqdıq. Qardaş-bacılarını, oğul-qızlarını yaxından tanıdığıma görə qarşıdakı ad gününün xüsusi təmtəraqla keçəcəyini gözləyir, öz aləmimdə müəyyən sürprizlər barədə düşünürdüm. Sən demə...
Qəfil ölüm (ürəktutması) hər şeyi alt-üst etdi: bu dəyərli, gözəl insanı -- milyonların könlündə mərhəm səsi, maraqlı söz-söhbətləri ilə yer almış Nəcəf Şabanovu gözlənilmədən itirdik...
İndi ahıl çağımda bu ağır itgidən özümə gələ bilmirəm, gücüm yalnız uşaq kimi gözümün yaşını axıtmağa çatır. Amma... Nəcəf özü "bu səfərə", iki il əvvəl itirdiyi ömür -gün yoldaşı Elmira xanımla görüşə tələsirdi sanki... Allah hər ikisinə cənnəti nəsib etsin, qəbirləri nurla dolsun!
Eeeeh, məni qoyub "qaçan" dost! İindi o parkda sənsiz gəzib-dolaşmağa məhkumam. Nolar, buna görə məni " vəfasızlıqda" qınama, sən Allah!!!

Ruhuna ehtiramla: Mirzə Yusif
16-05-2025, 18:14
İlham Əliyev Baş nazirlə işçi naharda


İlham Əliyev Baş nazirlə işçi naharda

Mayın 16-da Tiranada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Albaniya Respublikasının Baş naziri Edi Rama arasında işçi nahar əsnasında görüş olub.
Dövlətimizin başçısı “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısının uğurla təşkil edilməsi münasibətilə Baş nazirə təbriklərini çatdırıb.
Söhbət zamanı Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlərin xüsusilə enerji sahəsində inkişafından, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib. Albaniyanın Korça şəhərinin Azərbaycan qazı ilə təchiz edilməsi layihəsinin önəmi vurğulanıb.
Azərbaycan Prezidenti və Albaniyanın Baş naziri ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!