ABŞ Yaxın Şərqə əlavə qüvvələr yerləşdirir .....                        Ukrayna ordusu Xəzərdə Rusiya platformalarını vurdu .....                        Ötən ay kanalda batan Zaminin meyiti tapıldı .....                        ABŞ-İran danışıqlar sabah baş tutacaq .....                        Küləyə Pıçıldanmış Həqiqət .....                        İmişlidə 15 yaşlı qızın meyiti yarımtikilidə tapıldı .....                        Vens İranla danışıqlar üçün Pakistana getdi .....                        Tramp: "İran nüvə silahından imtina edəcəyini deyir" .....                        Agentliyin sabiq sədri açıqladı - “Pullar Talıbova çatırdı” .....                       
8-05-2025, 19:34
Əlirza Xələfli  yazır:

Əlirza Xələfli yazır:


İlham Məmmədli

"Ömrü sözə verdim" kitabının müəllifi


Onu düz bir qərinədir ki, tanıyıram. Gənclik dostlarımın yaxşı yadında olar. Jurnalistikanın daha çox zibilləndiyi, Milli Mətbuatın, demək olar ki, simasını itirdiyi dövrdə İlham Məmmədli haqqında deyirdim ki, o, barmaqla sayılan mətbuat adamlarındandır ki, qələmi çirkab mürəkkəbinə batırmayıb. Saxtalığa xidmət edən qələmin tökdüyü qanı heç su ilə də yumaq olmur. Çünki tarixin salnaməsinə bir ləkə kimi yapışıb qalır. Amma İlham Məmmədli sözün həqiqi mənasında vicdanına güvəncli olub. Ağa ağ, qaraya qara deməyə gücü çatıb. Elə ona görə də mətbuat aləmində sözünə və özünə hörmət edən nadir obrazlardan biri kimi bu gün də müfuzunu qoruyub saxlayır. Onun Kəlbəcər ədəbi mühitinin mənəvi sərhədlərini öyrənmək sahəsində xidmətləri əvəzsizdir.

Onun hələ XVIII əsrdən üzü bəri Kəlbəcərdə yazıb yaradan bir çox müəllifləri araya gətirməsi ənənə varisliyinin təmini baxımından elmi fədakarlığının nəticəsi kimi qəbul olunmalıdır. İ.Məmmədli təbiət etibarı ilə şairdir, baxmayaraq ki, elmi-tədqiqatla daha çox məşğul olur. Amma onun şeirlərində Aşıq Şəmşirin ruhu yaz ağzı tumurcuq kimi çırpınır və biz Şəmşir ənənəsinin davamını onun şeirlərində görürük, doyuruq. Bəhmən Vətənoglunun, Şücaətin, Məmməd Aslanın və bir çox istedadlı sənətkarların xalqımızın mənəvi mühitinin zənginləşməsindəki rolunu İ.Məmmədli tədqiqatları ilə əsaslandırır. Şübhəsiz, bu tədqiqatlar onun poetik yaradıcılığına da təsirsiz ötüşmür. İlham Məmmədlinin məşhur «Gedirəm» şeirini aşıqlar xüsusi duyğu ilə oxuyur. Əli Kəlbəcərlinin (Zeynalabdinoğlu) ifasında yandirici bir hiss dinləyicini özünə əsir edir.
Bir az daşlı, bir az tozlu,
Mən öz yolumu gedirəm.
Bu yolun qərib yolçusu,
Boşmu, dolumu gedirəm?
Dərd yaşadım bu illəri,
Gah aqiləm, gah sərsəri.
Bu yolum Tanrı əsəri
Yolun sonumu gedirəm.


İlham sazı ruhu ilə duyur, şeirlərini də sanki saz üstə oxu üçün yazır. Mən əvvəllər də bu barədə mülahizələrimi yazmışam. Əgər klassik poeziya ənənəsini ədəbi düşüncəmizdən çıxarsaq, onda gərək muğamdan imtina edək. Əgər qoşma, gəraylı, aşıq yaradıcılığı formasını daşıyan ənənədən imtina etsək, saz bizdən ayrılmalı olacaq.
İlham Məmmədli kimi sənətkarların yaradıcılıqları ona görə dəyərlidir ki, onlar xalqın ruhunun bütövlüyünü qoruyur. Bunu onun «Ömrü sözə verdim adlı ilk şeirlər kitabı da təsdiq edir.

8-05-2025, 18:59
7 saatdan çox danışıqlar aparıblar


7 saatdan çox danışıqlar aparıblar

Rusiya prezidenti Vladimir Putinlə Çin lideri Si Cinpin arasında Kremldə keçirilən görüş başa çatıb.
Danışıqlar 7 saatdan çox davam edib.
Liderlər ikitərəfli, nümayəndə heyətləri ilə birlikdə geniş tərkibdə, işgüzar nahar formatında və təkbətək çay masası arxasında danışıqlar aparıblar.
Görüşün yekunu ilə bağlı birgə bəyanat yayılıb.
8-05-2025, 18:50
Sabah yollar bağlı olacaq! - Siyahı AÇIQLANDI


Sabah yollar bağlı olacaq! - Siyahı AÇIQLANDI

Bakının Əhməd Rəcəbli küçəsində, Uluqbəy küçəsi ilə kəsişməsindən Fətəli xan Xoyski küçəsinə qədər nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlə əlaqədar 9 may tarixindən 2, 9, 11, 24 və 211 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdiriləcək.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xəbər verir.
Beləliklə, 2 nömrəli marşrut Əhməd Rəcəbli, Uluqbəy və Ağa Nemətulla küçələri ilə hərəkət edəcək. 9 nömrəli marşrutun hərəkəti Əhməd Rəcəbli, Uluqbəy və Ağa Nemətulla (son dayanacaq) küçələri ilə təşkil olunacaq. 11 nömrəli marşrut Əhməd Rəcəbli, Uluqbəy, Ağa Nemətulla və Təbriz küçələri ilə hərəkət edəcək.
24 nömrəli marşrutun hərəkəti Əhməd Rəcəbli, Uluqbəy, Ağa Nemətulla və Təbriz (son dayanacaq) küçələri ilə təşkil olunacaq.
211 nömrəli marşrutun “ASAN xidmət” istiqamətində hərəkəti Fətəli xan Xoyski, Ağa Nemətulla, Uluqbəy və Əhməd Rəcəbli küçələri ilə təşkil ediləcək. Əks istiqamətdə isə avtobusların hərəkəti Zaur Nudirəliyev, Ərdəbil, Azad Hümbətov, Aşıq Molla Cümə, Fətəli xan Xoyski küçələri, daha sonra öz hərəkət sxemi üzrə təmin olunacaq.
8-05-2025, 18:23
Ukrayna parlamenti ABŞ ilə sazişə "HƏ" dedi


Ukrayna parlamenti ABŞ ilə sazişə "HƏ" dedi

Ukrayna Ali Radası bu yaxınlarda Ukrayna ilə ABŞ arasında faydalı qazıntılar haqqında imzalanmış sazişi ratifikasiya edib.
338 xalq deputatı onun “lehinə” səs verib.
Beləliklə, bu gün parlament məhz İnvestisiya Fondunun yaradılmasına imkan verəcək hökumətlərarası sazişi ratifikasiya edib.
Bundan əvvəl ratifikasiya parlament komitələri tərəfindən təsdiq edilib, Nazirlər Kabineti isə izahat yazısı, sazişin mətninin özü və qeydiyyat kimi zəruri sənədləri təqdim edib.
Ukraynanın iqtisadiyyat nazirinin müavini və ticarət nümayəndəsi Taras Kaçka daha əvvəl izah etmişdi ki, tərəflərin daha sonra imzalayacağı iki əlavə texniki saziş var. Lakin onları Ali Radada ratifikasiya etmək lazım deyil.
Ratifikasiya olunmuş sənəd ikinci mərhələyə – iki “texniki” sazişin razılaşdırılmasına yol açır.
Bu barədə “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya telemarafonun efirində bildirib.
O, bildirib ki, ABŞ qanunvericiliyi Ukrayna ilə tərəfdaşlıq sazişinin ratifikasiyasını tələb etmir. Lakin Ukrayna parlamenti sazişi ratifikasiya etməli olub, çünki o, vergilər, rüsumlar və İnvestisiyaların Bərpası Fonduna ödənişlər məsələsini özündə ehtiva edir.
D.Araxamiya ümid edir ki, artıq sabah, mayın 9-da ratifikasiya haqqında qanun layihəsi Prezident Volodimir Zelenski tərəfindən imzalanacaq.
8-05-2025, 17:52
Sahibə Qafarova Vyetnamın Baş katibi ilə görüşüb


Sahibə Qafarova Vyetnamın Baş katibi ilə görüşüb

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, əsası ötən əsrdə xalqımızın Ümummilli Lideri Heydər Əliyev və Vyetnam xalqının dahi oğlu Ho Şi Min tərəfindən qoyulmuş dostluq və əməkdaşlıq əlaqələri Azərbaycan müstəqillik əldə etdikdən sonra uğurla davam edir. Milli Məclisin sədri, dünən imzalanmış “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ın və digər mühüm sənədlərin əhəmiyyətini qeyd edib, Prezident İlham Əliyevlə aparılmış müzakirələrin tezliklə öz bəhrəsini verəcəyinə əminliyini bildirib.
İki ölkə arasında münasibətlərin inkişafında parlamentlərin rolundan danışan spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan parlamenti olaraq biz parlamentlərarası əlaqələrimizin inkişafında maraqlıyıq və bunun üçün yaxşı imkanlar var. Spiker parlament sədrləri və deputatlar səviyyəsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb, parlament komitələri arasında da əlaqələrin inkişaf etdirilməsinin vacibliyindən danışıb.
Azərbaycana səfərindən məmnunluğunu bildirən Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam Vyetnam Milli Assambleyası sədrinin salamlarını çatdırıb və onun adından spiker Sahibə Qafarovanı Vyetnama səfərə dəvət edib.
Söhbət zamanı To Lam ölkəmizə bu səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşünə, aparılmış müzakirələrə və imzalanmış ikitərəfli sənədlərə dair təəsüraflarını bölüşüb. To Lam Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun və bölgədə gedən proseslərin Vyetnamda diqqətlə izlənildiyini qeyd edib. Qonaq bildirib ki, bu səfər çərçivəsində imzalanmış sənədlər xalqlarımızın mənafeyinə xidmət edir və münasibətlərimizi yeni səviyyəyə qaldırır.
To Lam əsası Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev və Vyetnam xalqının dahi oğlu Ho Şi Min tərəfindən qoyulmuş qarşılıqlı əlaqələrimizin bu gün uğurla inkişaf etdirilməsindən məmnunluğunu bildirib.
Dövlətlərarası münasibətlərdə parlamentlərin rolunu yüksək qiymətləndirən Baş katib To Lam qarşılıqlı səfərlərin intensivliyinin artırılması, parlament komitələri arasında informasiya və təcrübə mübadiləsi, qanunvericilik sahəsində əməkdaşlıq, imzalanmış və ratifikasiya olunmuş ikitərəfli sənədlərin icrasına nəzarətin artırılması, ASEAN Parlament Assambleyası və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi barədə fikirlərini bölüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Vyetnam Milli Assambleyasının sədrini ölkəmizə səfərə dəvət edib.
Görüşdən sonra Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam Milli Məclisin Xatirə kitabını imzalayıb.
8-05-2025, 17:47
Tramp Ərdoğandan vasitəçi olmağı xahiş edib


Tramp Ərdoğandan vasitəçi olmağı xahiş edib

ABŞ prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğandan Ukrayna münaqişəsində vasitəçilik etməsini istəyib.
Ərdoğan isə ABŞ-dan Qəzza zolağında atəşkəsin əldə edilməsinə yardım etməsini istəyib.
Bu barədə Türkiyənin “Hürriyet” qəzeti ABŞ və Türkiyə prezidentləri arasında aparılan danışıqların təfərrüatlarına dair yazıda qeyd edib.
Türkiyə prezident administrasiyası Rəcəb Tayyib Ərdoğan və Donald Trampın Ukrayna münaqişəsinin həlli üçün birgə səylər barədə razılığa gəldiyini rəsmən açıqlayıb. Ərdoğan danışıqların özünü məhsuldar adlandırıb.
“Hurriyet”in yazdığı kimi, Donald Tramp Ərdoğanın həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna prezidenti Vladimir Zelenski ilə dialoq aparmaq qabiliyyətini qeyd edib. Tramp türkiyəli həmkarını vasitəçi kimi fəaliyyətə dəvət edib.
Prezidentlər arasındakı danışıq mayın 5-də baş tutub.
8-05-2025, 17:37
Sayt rəhbərinə hökm oxundu


Sayt rəhbərinə hökm oxundu

Azerinfo.az saytının rəhbəri İbrahim Hümbətovun cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Dövlət ittihamçısı təqsirləndirilən İbrahim Hümbətovun 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini istəmişdi.
Xatırladaq ki, İbrahim Hümbətov 2023-cü ilin dekabr ayında vətəndaşlardan daxil olan müraciətlər əsasında polis əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, təqsirləndirilən İbrahim Hümbətov Cinayət Məcəlləsinin 1822.2-ci ( hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham edilib.
8-05-2025, 17:21
Məktəblərlə bağlı YENİLİK


Məktəblərlə bağlı YENİLİK

Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər.
Bu fikirləri bu gün Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Xüsusi təhsil sektorunun müdiri Anar Xələfov Təhsil TV-də yayımlanan “360 dərəcə təhsil" verilişində sağlamlıq imkanları məhdud uşaqların təhsili haqqında danıșarkən bildirib.
O qeyd edib ki, xüsusi pedaqoqların fəaliyyəti həmin uşaqların təlim prosesinə uyğunlaşdırılması üçün nəzərdə tutulur:
"Fənn müəllimlərinin də bu istiqamətdə bacarıqları olmalıdır. 5 ildir ki, fənn məllimlərinə sağlamlıq məhdudiyyəti olan uşaqlarla işin təşkili öyrədilir”, – o qeyd edib.
O bildirib ki, 2024-cü ildən xüsusi təhsilə cəlb olunmuş uşaqlar üçün fərdi tədris planının qurulması tələbi qoyulub.
8-05-2025, 16:56
Paşinyan Moskvaya getdi


Paşinyan Moskvaya getdi

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Moskvaya uçub.
Bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Hökumət başçısı II Dünya Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş p May paradında iştirak edəcək.

8-05-2025, 16:51
Ramiz Rövşənə ayda 1500 manat veriləcək


Ramiz Rövşənə ayda 1500 manat veriləcək

Prezident İlham Əliyev Azərbaycan Respublikasında mədəniyyətin və elmin inkişafında xidmətlərinə görə bir sıra şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilməsi ilə bağlı Sərəncam imzalayıb.
Fərdi təqaüdlə təltif olunan mədəniyyət xadimləri içərisində Ramiz Rövşən də var.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği hazırda 1500 manat təşkil edir. Təqaüd ömürlük verilir.
Ramiz Rövşənin şeirləri onlarla məşhur mahnıya çevrilib. Xüsusilə Alim Qasımovun ifasında “Səni axtarıram”, Brilliant Dadaşovanın ifasında “Qədrimi bilmədi bu adam mənim”, Zülfiyyə Xanbabayevanın “Gedək biz olmayan yerə” mahnıları çox sevilmişdir. Onun şeirləri həm klassik, həm də modern musiqi janrlarında istifadə olunur.
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974–1975), ssenari redaksiya heyətinin üzvü (1979–1987), kinostudiyanın baş redaktoru (1987–1992), Azərbaycan Tərcümə Mərkəzinin baş redaktoru (1992–2020) işləyib. Bir neçə şeir kitabının müəllifidir.
Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-də, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub. Ramiz Rövşən Müsavat Partiyasının 1997-ci ildə qəbul olunmuş himninin sözlərinin müəllifidir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!