Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                        “Neftçi”dən növbəti QƏLƏBƏ .....                        Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə .....                        Pakistan qırıcıları Səudiyyə Ərəbistanında .....                        Pakistanda İranın maraqlarını müdafiə edirik - Pezeşkian .....                       
25-04-2025, 17:25
Prezident Anar Quliyevə yeni vəzifə verdi


Prezident Anar Quliyevə yeni vəzifə verdi

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevə yeni vəzifə verilib.
Müvafiq sərəncam Prezident İlham Əliyev tərəfindən imzalanıb.
Sərəncama əsasən, Anar Quliyev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) milli koordinatoru təyin edilib.
Ona Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq işlərinin aparılması səlahiyyəti verilib.
Qeyd edək ki, Azərbaycanda şəhərsalma fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də və dövlətin sosial-iqtisadi siyasətində dayanıqlı inkişafın əsas strateji hədəflərindən biri kimi müəyyən olunmuşdur. Hazırda bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atılır, şəhərsalma və urbanizasiya sahəsində müasir standartlar tətbiq edilməklə Bakıda və respublikanın digər şəhərlərində gerçəkləşdirilən layihələr ölkənin hərtərəfli inkişafında mühüm rol oynayır. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tamamilə dağıdılmış yüzlərlə kənd, qəsəbə və şəhərin yenidən qurulması prosesi planlı şəkildə sürətlə davam etdirilir.
Azərbaycanın müasir şəhərsalma təcrübəsi 2022–2023-cü illərdə keçirilən milli şəhərsalma forumlarında geniş nümayiş etdirilib. Regionda ilk dəfə təşkil edilən bu forumlar şəhərsalma ilə bağlı ən dolğun müzakirələrin aparıldığı bir platforma yaradıb.
Şəhərsalma sahəsində Azərbaycanın uğurlu fəaliyyəti layiqincə qiymətləndirilərək, irimiqyaslı qlobal tədbirlərdən hesab edilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərara alınıb. Azərbaycana hörmət və etimadın göstəricisi olan bu mötəbər tədbirin yüksək səviyyədə təşkili ölkənin inkişaf strategiyalarının və dayanıqlı şəhərsalma sahəsindəki nailiyyətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması işinə əhəmiyyətli töhfə verəcəkdir.
25-04-2025, 17:07
Prezidentdən ehtiyata buraxılan hərbçilərlə bağlı SƏRƏNCAM


Prezidentdən ehtiyata buraxılan hərbçilərlə bağlı SƏRƏNCAM

Hərbi xidmətdən ehtiyata buraxılanların geyim formalarını daşıya biləcəyi günlər müəyyyənləşib.
Prezident İlham Əliyev bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişikliyi təsdiqləyib.
Belə ki, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər həmin geyim formasını yalnız rəsmi dəvət olunduqları tədbirlərdə, peşə bayramı günlərində, habelə Azərbaycan Silahlı Qüvvələri Günü, Zəfər Günü və Anım Günündə daşıya biləcəklər.
25-04-2025, 16:54
Ceyhun Bayramov ATƏT-in Baş katibini qarşıladı


Ceyhun Bayramov ATƏT-in Baş katibini qarşıladı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Baş katibi Feridun Sinirlioğlunu qarşılayıb.
Bu barədə XİN məlumat yayıb
25-04-2025, 16:48
"Qarabağ" final matçının nominal meydan sahibi oldu


"Qarabağ" final matçının nominal meydan sahibi oldu

Azərbaycan Kubokunun final görüşünün nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.
PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev, “Qarabağ” menecer Fərid Ağayev, “Sabah” isə icraçı direktor Pərvin Piriyev ilə təmsil olunub. Püşkatmaya əsasən “Qarabağ” nominal meydan sahibi olub.
Püşkatmadan sonra klub nümayəndələri ilə Peşəkar Futbol Liqası arasında geniştərkibli görüş keçirilib. İclasda Peşəkar Futbol Liqasının Texniki-idman direktoru Elgiz Abbasov, Media və marketinq direktoru Sənan Abdullayev də iştirak ediblər. Görüşdə finalla bağlı ilkin təşkilati məsələlər, nəzərə alınacaq nüanslarla bağlı müzakirə aparılıb.
Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu may 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Matç saat 19:00-da start götürəcək.
25-04-2025, 16:36
Rusiya-Suriya kəşfiyyat rəsmiləri Azərbaycanda görüşdülər


Rusiya-Suriya kəşfiyyat rəsmiləri Azərbaycanda görüşdülər

Rusiya və Suriya kəşfiyyat xidmətlərinin nümayəndələri ötən həftə Azərbaycanda görüş keçiriblər.
Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bildirib.
Danışıqlar Azərbaycanın paytaxtı Bakıda Əfqanıstanla bağlı konfrans çərçivəsində aparılıb.
“Keçən həftə Bakıda Əfqanıstanla bağlı konfrans keçirilib, orada Yaxın Şərq və Böyük Avrasiya ölkələrinin liderləri və yüksək səviyyəli nümayəndələri iştirak ediblər. Onların arasında Suriya xüsusi xidmət orqanlarının rəhbərlərindən biri də var idi. Çox konstruktiv və mehriban görüşümüz oldu”, - Narışkin bildirib.
Qeyd edək ki, Rusiya kəşfiyyatının rəhbəri aprelin 17-18-də “Əfqanıstan: Regional Əlaqələr, Təhlükəsizlik və İnkişaf” adlı beynəlxalq forumda iştirak etmək üçün Azərbaycanda səfərdə olub.
25-04-2025, 16:25
Əvəz Zeynallı həbsdən AZAD EDİLDİ


Əvəz Zeynallı həbsdən AZAD EDİLDİ

"Xural” internet telekanalının rəhbəri Əvəz Zeynallının səhhətinə görə həbsdən azad edilməsi ilə bağlı müraciətə baxılıb.
Qərar Nizami Rayon Məhkəməsinin hakimi Nigar Qədirli tərəfindən verilib.
Qərara əsasən, Əvəz Zeynallı və müdafiəçisinin vəsatəti təmin edilib.
Əvəz Zeynallı cəzasının çəkilməmiş hissəsindən azad edilib. O, saxlanıldığı cəzaçəkmə müəssisəsindən dərhal azad ediləcək.
Ə.Zeynallı prosesdə iştirak etməyib, həbsxanadan onlayn qoşulub.
Xatırladaq ki, Əvəz Zeynallı bir müddət əvvəl xərçəng xəstəliyinə yoluxub.
O, ötən ilin fevral ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətə azadlıqdan məhrum edilib.
Ə.Zeynallı, Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (rüşvət alma- təkrar və külli miqdarda törədildikdə), 311.3.4-cü (ağırlaşdırıcı hallarda rüşvət alma), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri ilə təqsirli bilinib.
25-04-2025, 16:10
Bayrağımızı yandıranlar məsuliyyətə cəlb edilməlidir - XİN-dən bəyanat


Bayrağımızı yandıranlar məsuliyyətə cəlb edilməlidir - XİN-dən bəyanat

23 aprel tarixində Ermənistanın paytaxtı İrəvanda “məşəl yürüşü” zamanı, habelə 24 aprel tarixində Fransanın paytaxtı Paris şəhərində erməni icmasının toplantısı zamanı Azərbaycan bayrağının yandırılmasını qətiyyətlə pisləyirik.
Bu barədə XİN-in Azərbaycan bayrağının Ermənistanda və Fransada yandırılması ilə bağlı bəyanatında bildirilib.
Qeyd edilib ki, Ermənistan və Fransa hökumətləri etnik zəmində kök salmış nifrətin təcəssümü olan bu kimi kampaniyaların qarşısını vaxtında almalı və müvafiq təhlükəsizlik tədbirləri görməli idi.
"Ermənistan və Fransa hökuməti bu hərəkətləri törətmiş şəxsləri məsuliyyətə cəlb etməlidir.
Ermənistanda və ondan kənarda hələ də güclü şəkildə revanşist və etnik nifrətə əsaslanan düşüncənin açıq təzahürü olan bu kimi aktlar beynəlxalq səviyyədə pislənməli və qarşısı alınmalıdır", - bəyanatda vurğulanıb.
25-04-2025, 06:41
Aprelin 26-da Günel Natiqin yeni kitabı təqdim ediləcək

Aprelin 26-da Günel Natiqin yeni kitabı təqdim ediləcək

Tanınmış yazıçı, jurnalist, aparıcı Günel Natiqin bu günlərdə "Gözəl günlər naminə" adlı yeni kitabı işıq üzü görüb.
Kitabda müəllifin son illərdə qələmə aldığı povest və hekayələri toplanıb. Əsərlərdə insan ruhunun dərinliklərinə enən yazıçı, oxucunu yalqızlıq, mənəvi böhranlar və daxili ziddiyyətlərlə üz-üzə qoyur. Günel Natiqin yaratdığı obrazlar həyatiliyi və inandırıcılığı ilə seçilir, bu da oxucunu insan psixologiyasını daha dərindən dərk etməyə sövq edir.
9 kitab müəllifi olan Günel Natiq öz sosial şəbəkə paylaşımlarında yeni nəşrdəki əsərlərindən aşağıdakı fikirləri də oxucuların diqqətinə çatdırıb:
1. İnsan öz yaratdığından heç vaxt böyük ola bilməz.
2. Qələm adamının doğması yalnız ədəbiyyatla bağlı olanlardır.
3. Ədəbiyyat sənin taleyin olarsa, bunu ilk hiss edən də sən olacaqsan.
4. Allah – ən böyük analitikdir. Hər şeyi incəliyinə qədər hesablayıb. Onun yazısını redaktə etmək olmaz.
5. İnsanı xilas etmək lazımdır. Ona görə yox ki, o, müsbət varlıqdır... Amma o, yeganə varlıqdır ki, mükəmməlliyə can atır.
6.İnsan ağrısını paylaşanda yüngülləşir. Və nə qədər ki anlayan biri var – ümid də var...
7. İnsanın ən böyük silahı sevgiymiş… Bunu indi anladım…
8. Bu dünyada tabut ölçüsünə belə şəriət qaydaları var, amma diri insanların haqqını yeyənlər üçün qayda-qanun yoxdur.
9. Biz ölümü qarğıyırıq, amma ölümü sevmək ağlımıza gəlmir.
10. İnsan niyə heç vaxt öləndə ağlamaz? Yəqin ki, son anda həyatın həqiqətini anlayır.
11. Oğlu öləndə də yanlarında yalnız bu mebellər vardı. Və başqa heç kim yox idi.
12. Qarı, ərinin cansız bədəninə baxıb, ölümlə birgə darıxdı.
13. Və bundan sonra yalnız gözəl günlər naminə yaşayacağıq…

Qeyd edək ki, kitabın imza günü 26 aprel 2025-ci il tarixində, saat 14:00-da "Qanun" nəşriyyatında keçiriləcək. Ədəbiyyatsevərlər, yazıçının dostları və oxucular tədbirə dəvətlidir. Giriş sərbəstdir.

Mina RƏŞİD
24-04-2025, 22:48
Ayxan Hacızadədən Kanadaya cavab


Ayxan Hacızadədən Kanadaya cavab

Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə Kanada xarici işlər naziri Melani Colini qərəzli olduğu və Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayətləri görməzdən gəldiyi üçün sərt tənqid edib.
Bu barədə XİN-in rəsmisi sosial şəbəkədə paylaşım edib.
Mətbuat katibi Kanada xarici işlər naziri Melani Colini kəskin tənqid edib. O, Kanada nazirini öz ölkəsinin milli maraqlarına ziyan vuraraq erməni diasporunun maraqlarını təşviq etməkdə ittiham edib.
"Kanada milli maraqlarına üstünlük vermək və beynəlxalq arenada etimadı qorumaq əvəzinə Kanada Erməni Milli Komitəsinin maraqlarının müdafiəsində iştirak etmək, xarici işlər naziri rolu üçün lazım olan mühakimə və məlumatlılıq barədə ciddi suallar doğurur", – Hacızadə bildirib.
Azərbaycan xarici siyasət idarəsinin rəsmi nümayəndəsinin sözlərinə görə, Coli hələ də Ermənistan tərəfindən etnik təmizləməyə, kütləvi qırğınlara və mədəni soyqırıma məruz qalmış bir milyondan çox azərbaycanlının əzablarını tanımayıb.
"Təəssüf ki, siz hələ də Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə, kütləvi qırğınlar, vəhşiliklər, mədəni irsin silinməsi və digər insanlıq əleyhinə cinayətlərdən əziyyət çəkmiş bir milyondan çox azərbaycanlının əzablarını tanımamısınız", – o vurğulayıb.
Hacızadə həmçinin bir aforizmə istinad edib: "Necə də dəqiq deyilib: Qərəz kölgə kimidir, ağlı qaranlıqlaşdırır". O, Kanada nazirinə faktlara əsaslanmağın vacibliyini xatırladıb: "Kiçik bir xatırlatma: həmişə faktlara əsaslanın, erməni diasporunun yalan narrativlərinə yox".
Azərbaycanın 2023-cü ildəki lokal antiterror tədbirlərindən danışarkən, XİN nümayəndəsi qeyd edib ki, bu əməliyyat qanuni və mütənasib olub:
"Azərbaycanın 2023-cü ildəki antiterror tədbirləri Azərbaycan ərazisində olan qanunsuz erməni silahlı birləşmələrinin təxribatlarına qarşı qanuni və mütənasib cavab idi. 24 saatdan az davam edən əməliyyat bu birləşmələrin və infrastrukturun neytrallaşdırılmasına yönəlmişdi və tamamilə beynəlxalq humanitar hüquq normalarına uyğun idi".
"Mülki əhali və infrastruktur hədəfə alınmayıb, erməni sakinlərin regiondan getməsi isə onların könüllü qərarı olub", – o əlavə edib.
24-04-2025, 22:35
Trampdan ermənilərə daha bir zərbə


Trampdan ermənilərə daha bir zərbə

ABŞ Prezidenti Donald Tramp 1915-ci ilin aprelin 24-də baş verən hadisələr haqda "erməni soyqırımı” ifadəsini işlətməyib.
O, 1915-ci ildə baş verən hadisələri "dəhşətli fəlakət" adlandırıb.
Qeyd edək ki, Tramp əvvəlki prezidentliyi dövründə də "soyqırımı" ifadəsini işlətməyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!