Onun üçün mandat sadəcə status deyil… .....                        Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                       
1-05-2025, 16:48
ABŞ-Ukrayna arasında çoxdan gözlənilən sazişin detalları


ABŞ-Ukrayna arasında çoxdan gözlənilən sazişin detalları

ABŞ və Ukrayna arasında təbii sərvətlərin birgə işlənməsi və Ukraynanın bərpası üçün İnvestisiya Fondunun yaradılmasını nəzərdə tutan saziş imzalanıb.
Razılaşmanın əsas şərtləri və təsdiqlənmə prosesi ilə bağlı əlavə məlumatlar açıqlanıb.
ABŞ Maliyyə Nazirliyinin yaydığı rəsmi məlumatda bildirilir ki, saziş Ukraynaya Rusiya işğalına qarşı mübarizədə göstərilən ABŞ xalqının “əhəmiyyətli maliyyə və maddi dəstəyinə” cavab olaraq imzalanıb. Nazirliyin bəyanatına görə, iqtisadi əməkdaşlıq vasitəsilə tərəflər Ukraynanın iqtisadi bərpasını sürətləndirmək üçün “ortaq resurslar, bacarıqlar və imkanlardan” istifadə edəcək.
Sazişin tam hüquqi qüvvəyə minməsi üçün Ukrayna parlamenti – Ali Rada tərəfindən ratifikasiya olunması tələb olunur. Hazırda tərəflər sənədin idarə olunması mexanizmləri üzərində razılaşmanı yekunlaşdırmağa çalışır.
Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko Vaşinqtonda ABŞ maliyyə naziri Skott Bessentlə birgə sənədi imzalayıb. O, sosial şəbəkədə bildirib ki, “sənəd hər iki ölkə üçün uğur vəd edən məzmuna malikdir” və sazişin mətninə son dəyişiklərin edilməsi ilə daha səmərəli nəticələr əldə olunacağına inanır.

Sazişin əsas şərtləri:

- ABŞ-Ukrayna İnvestisiya Fondu yaradılır və bu fond 10 il ərzində Ukraynada inkişafa yönəlik investisiyalar həyata keçirəcək.

- Fondun idarəçiliyi və maliyyələşdirilməsi 50/50 nisbətində tərəflər arasında bölünəcək.

- ABŞ-a yeni təbii sərvət yataqlarının işlənməsi üzrə bağlanacaq müqavilələrdə üstünlük veriləcək, lakin bu, mövcud resurslar üzərində avtomatik pay hüququ yaratmır.

- Ukrayna yeraltı sərvətlər, infrastruktur və aktivlər üzərində nəzarəti saxlayır, vəsaitlər yalnız yeni veriləcək lisenziyalarla təmin olunacaq.

- ABŞ-ın bundan sonra Ukraynaya yönəldəcəyi dəstək "investisiya" hesab ediləcək. Əvvəlki hərbi yardımlar isə bu fonda ABŞ-ın payı kimi nəzərə alınmayacaq.

Ukrayna Baş naziri Denis Şmıqal bildirib ki, saziş “tam tərəfdaşlıq” prinsipi əsasında qurulub və Avropa İttifaqına üzvlük prosesinə heç bir maneə yaratmayacaq.
BBC-nin əldə etdiyi məlumata görə, sənədin imzalanmasından əvvəl tərəflər arasında bəzi fikir ayrılıqları yaranıb. ABŞ tərəfi sazişlə yanaşı fondun konkret fəaliyyət mexanizmlərini əks etdirən əlavə sənədlərin də dərhal imzalanmasında israr edib. Ukrayna isə bu sənədlərin əvvəlcə Ali Rada tərəfindən təsdiqlənməsinin vacibliyini bildirib.
Maliyyə naziri Skott Bessent bu gərginliyi Ukrayna nümayəndə heyətinin son anda sənədə bəzi dəyişikliklər təklif etməsi ilə izah edib. O, qeyd edib ki, ABŞ tərəfi sənədi imzalamağa hazırdır və top indi Ukraynanın meydanındadır.
Qeyd edək ki, ilkin niyyət protokolu 18 aprel tarixində imzalanmışdı.
1-05-2025, 16:43
“Porsche” ilə sərxoş halda avtoxuliqanlıq edən qadın həbs olundu


“Porsche” ilə sərxoş halda avtoxuliqanlıq edən qadın həbs olundu

Bakıda “Porsche” ilə sərxoş vəziyyətdə avtoxuliqanlıq edən qadın sürücü həbs olunub.
Bakının Nəsimi rayonunda sərxoş vəziyyətdə “Porsche” markalı nəqliyyat vasitəsi ilə təhlükəli manevrlər edərək davamlı qayda pozuntusu törədən sürücü qadın Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Sürücü yüksək sürətlə idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını kobud surətdə pozub və polisin “saxla” işarəsinə əməl etməyərək təhlükəli hərəkətini davam etdirib. Sərxoşluq vəziyyəti yoxlanılan sürücü A.Həsənovanın spirtli içkinin təsiri altında olması müəyyən edilib.
Onun barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə A.Həsənova sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 20 sutka inzibati qaydada həbs olunub.
1-05-2025, 16:36
“20 Yanvar”da özünü maşınların altına atırmış... - FOTO


“20 Yanvar”da özünü maşınların altına atırmış... - FOTO

Paytaxtın Yasamal rayonu ərazisində - “20 Yanvar” dairəsində nəqliyyat vasitələrinin hərəkət yoluna çıxaraq təhlükə yaradan şəxs müəyyən olunub.
Bu barədə DİN-dən bildirilib.
Məlumata görə, rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1988-ci il təvəllüdlü Quliyev Ruslan Eldar oğlu saxlanılıb. Əvvəllər oğurluq, soyğunçuluq və dələduzluq maddələri ilə məhkum olunan şəxsin narkoloji vəziyyəti nəzərə alınaraq barəsində məsuliyyət tədbiri görülür.
"Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, hüquqazidd əməllərə məruz qaldıqda və ya rastlaşdıqda dərhal polisə məlumat verilməlidir", DİN-dən bildirilib.

1-05-2025, 16:28
Prezident “Azəristiliktəchizat”a yeni sədr təyin etdi - DOSYE+FOTO


Prezident “Azəristiliktəchizat”a yeni sədr təyin etdi - DOSYE+FOTO

İlham Ata oğlu Mirzəliyev “Azəristiliktəchizat”a yeni sədr təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, İlham Mirzəliyev 1960-cı ildə anadan olub. İqtisadçı-mühəndisdir.
1982-2000-ci illərdə “Azərenerji” Dövlət Şirkətinin İstilik şəbəkələri müəssisəsində iqtisadçı-mühəndis, planalaşdırma və əmək üzrə böyük iqtisadçı, direktor müavini, 2000-2005-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin “Bakı istilik şəbəkə” İstehsalat Birliyində Baş direktor müavini, 2 saylı İstilik idarəsində rəis müavini, Bakı şəhər İstilik idarəsində rəis müavini, 2005-ci ildən "Azəristiliktəchizat" ASC-nin sədr müavini təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 07.02.2022-ci il tarixli 3132 nömrəli sərəncamına əsasən "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvvəqəti icra edib.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 09 aprel tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib.
İqtisad üzrə fəlsəfə doktorudur.
Ailəlidir, 2 övladı var.

1-05-2025, 16:23
Bu şəxslər 2425 manat maaş alacaq - Prezidentdən FƏRMAN


Bu şəxslər 2425 manat maaş alacaq - Prezidentdən FƏRMAN

Milli Məclis sədrinin müşaviri, Milli Məclis sədrinin köməkçisi, Baş nazirin köməkçisi, Baş nazirin müşaviri 2425 manat maaş alacaq.
Bu, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşları”na edilən dəyişiklikdə əksini tapıb.
Bu Fərmanla dövlət qulluqçuları üçün müəyyən edilən vəzifə maaşları mövcud vəzifə maaşlarından az olduğu hallarda, dövlət orqanlarında qulluq keçən dövlət qulluqçularına həmin orqanlarda və həmin vəzifələrdə işlədikləri dövr ərzində, əvvəlki və sonrakı vəzifə maaşlarının və qanunvericiliklə vəzifə maaşlarına faizlə müəyyən edilən əlavələrin fərqi vəzifə maaşlarının növbəti artımınadək ödənilsin
1-05-2025, 16:08
Britaniya və Fransa Fələstini tanımağa hazırlaşır


Britaniya və Fransa Fələstini tanımağa hazırlaşır

Britaniya Fransa ilə Fələstin dövlətinin tanınması planlarını müzakirə edir.
Bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.
Qeyd edilib ki, bu addım BMT-nin himayəsi altında iyunun 2-4-də təşkil olunan “iki xalq üçün iki dövlət” planının həyata keçirilməsi üzrə beynəlxalq konfransla eyni vaxta düşə bilər.
Britaniya və Fransa Fələstini 2025-ci il yayın əvvəlində tanıya bilər.
Çərşənbə günü Britaniya parlamentinin komitəsində danışan xarici işlər naziri Devid Lammi ilk dəfə olaraq London və Parisin Səudiyyə Ərəbistanının birgə sponsorluğu ilə keçiriləcək konfransla əlaqədar Fələstinin tanınması məsələsini müzakirə etdiyini təsdiqləyib. Eyni zamanda, o, daha əvvəl vurğulamışdı ki, Fələstin dövlətçiliyinin tanınması üçün zəruri şərt Qəzza zolağında radikal HƏMAS hərəkatının nümayəndələrinin hakimiyyətdən tamamilə uzaqlaşdırılması və hərəkat liderlərinin muxtariyyəti tərk etməsi olacaq.
Məqalədə qeyd edildiyi kimi, Fələstinin BMT Təhlükəsizlik Şurasının iki daimi üzvü tərəfindən tanınması Fələstin-İsrail nizamlanması sahəsində səylərə yeni təkan verə bilər, lakin buna gedən yolda bir çox diplomatik maneələr var. Əsas olanlardan biri İsrailin müqaviməti olacaq, onun rəhbərliyi Fələstinin tanınmasının HƏMAS və İranın mövqelərini gücləndirəcəyinə inanır. Üstəlik, Lamminin çıxışında vurğuladığı kimi, London Fələstinin Böyük Britaniya və Fransa tərəfindən tanınmasının sırf simvolik bir jest olmasını istəmir. Onun fikrincə, belə bir addım o vaxt atılmalıdır ki, maksimum effekt verə, regionda vəziyyəti müsbətə doğru dəyişə bilər.
Aprelin 9-da Fransa prezidenti Emmanuel Makron bildirib ki, Paris iyunda Fələstin dövlətçiliyini tanıya bilər. 2024-cü ildə Yaxın Şərqdə vəziyyət pisləşdikcə İrlandiya, İspaniya və Norveç hakimiyyətləri Fələstin Dövlətini tanıdıqlarını elan etdilər. İsrail buna cavab olaraq Dublin, Madrid və Oslodan səfirlərinin məsləhətləşmələr üçün geri çağırıldığını elan edib. Eyni zamanda İrlandiya, İspaniya və Norveç diplomatik nümayəndəliklərinin rəhbərləri yəhudi dövlətinin Xarici İşlər Nazirliyinə çağırılıb.
1-05-2025, 15:57
Balasanyan Putinə yalvardı


Balasanyan Putinə yalvardı

Özünü qondarma “artsaxın qəhrəmanı” adlandıran Xocalı qatili Vitali Balasanyan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciət edib.
V.Balasanyan V.Putinə müraciətində alman faşizmi üzərində qazanılan qələbəyə erməni xalqının da töhfə verdiyini qeyd edib. O, Qarabağdan olan ermənilərin II Dünya müharibəsindəki iştirakından bəhs edib.
Vitali Balasanyan Putinə yalvararaq, ondan 2020-2023-cü illərdə Qarabağı tərk etmiş ermənilərin geri qaytarılmasına yardım göstərməyi xahiş edib.
Vitali Balasanyan Xocalı qətliamını törədənlərdən biridir. O, Xocalıdakı döyüşlər zamanı əsir alınan Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovu şəxsən işgəncə verməklə qətlə yetirib.
Azərbaycan Ordusu 2023-cü ilin sentyabrında Qarabağda separatçılara qarşı antiterror əməliyyatları keçirəndə, Balasanyan Əsgəranda gizlənmişdi. 2023-cü il sentyabrın 28-də o, Qarabağı tərk edərək gizli yollarla Ermənistana qaçıb.
Ermənistan mətbuatı onun dağ yolları ilə qaçmağa müvəffəq olduğu barədə məlumat yayıb. İddiaya görə, Balasanyan gizli dağ yolları ilə piyada getdiyinə görə, Ermənistana yalnız oktyabrın ilk ongünlüyündə çata bilib.
1-05-2025, 15:45
"Şahdəniz"dən 7 milyard kubmetr qaz çıxarılıb


"Şahdəniz"dən 7 milyard kubmetr qaz çıxarılıb

2025-ci ilin birinci rübündə Şahdəniz üzrə fəaliyyətlərə təxminən 726 milyon dollar əməliyyat xərcləri və təxminən 213 milyon dollar əsaslı xərclər çəkilmişdir. Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.

Hasilat

Rüb ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam etmişdir.
İlin ilk üç ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 7 milyard standart kubmetr qaz və təxminən 1 milyon ton (təqribən 8 milyon barel) kondensat hasil edilmişdir.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 76,4 milyon (ildə təqribən 27,9 milyard) standart kubmetrdir.

Şahdəniz 2 layihəsi

2025-cü ilin birinci rübündə Şahdəniz 2 layihəsi çərçivəsində qərb-cənub cinahından beşinci quyu işə salınmışdır və qalan quyularda sualtı işlər üzrə fəaliyyətlər davam etmişdir.
Xankəndi sualtı tikinti gəmisi hazırda istismarda olan bütün Şahdəniz 2 və AÇG sualtı hasilat obyektlərinə texniki xidmət, yoxlama və müdaxilə ilə bağlı ümumi işlərə dəstək verməyə davam etmişdir. Regionda tətbiq edilən vahid gəmi strategiyasına uyğun olaraq Xankəndi gəmisi dənizdəki bütün tikinti, quraşdırma, müayinə, təmir və texniki xidmət işləri və fövqəladə hallara cavab tədbirləri üçün əsas gəmi kimi istifadə olunur ki, bu da bp və tərəfdaşlarının əməliyyatlarının daha təhlükəsiz və daha səmərəli olmasına xidmət edir.
Şahdəniz 2 layihəsi çərçivəsində görülən işlər Xənkəndi gəmisinin əsas iş həcmi olmaqda davam edir. Burada əsas diqqət layihə üzrə qalan quyuların təhvil verilməsinə yönəlib. Gəmidən və qazma qurğularından səmərəli istifadəni təmin etmək məqsədilə fəaliyyətlərin optimallaşdırılması və quyuların işə salınması müddətinin sürətləndirilməsi üçün inteqrasiya olunmuş qrafik hazırlanmışdır.

Qazma əməliyyatları

Birinci rüb ərzində Şahdəniz Alfa platformasının qazma qurğusu yenidən aktivləşdirilmə rejimində olub.
İstiqlal və Heydər Əliyev qazma qurğuları Şahdəniz 2 layihəsi çərçivəsində quyular üzrə işləri davam etdirib.
Rüb ərzində İstiqlal qazma qurğusu qərb-cənub cinahında iki quyuda - SDF02 və SDF04 - işlər həyata keçirib. Heydər Əliyev qazma qurğusu isə qərb cinahında SDD05 quyusunda qazma işlərini bitirib və şərq-şimal cinahında SDH04 quyusunun qazma işlərinə başlayıb.
Ümumilikdə Şahdəniz 2 çərçivəsində 22 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında beş quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir.
1-05-2025, 15:16
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən şəxslər hakim qarşısında


Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən şəxslər hakim qarşısında

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qaradağ rayon şöbəsinin sabiq sədri Zaur Əsgərov və Binəqədi şöbəsinin sabiq üzvü Gündüz Mirzəyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, Gündüz Mirzəyev daha əvvəl Səbail Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Lakin, onun hökmü 3 il sınaq müddəti seçilməklə şərti hesab edilib.
Digər təqsirləndirilən Zaur Əsgərov isə təhsilsizdir və o, oxuyub yaza bilmir.
Vəkil Nemət Kərimli məhkəməyə iki vəsatət verib. O, müvəkkilinin şüşə arxasında deyil, yanında oturmasını və haqqında seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənilməsini xahiş edib.
Digər vəkil Əsgəran Muradov vəsatət verərək müvəkkilinin haqqında seçilmiş qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib.
Dövlət ittihamçısı Rauf Malışov vəsatətlərin təmin edilməməsini təklif edib.
Qətimkan tədbiri ilə bağlı vəsatətlər təmin edilməyib.
Təqsirləndirilən şəxslərin müdafiəçilərinin yanında oturması ilə bağlı vəsatətlər təmin edilib.
Məhkəmənin baxış iclası mayın 15-nə təyin edilib.
Qeyd edək ki, Zaur Əsgərov və Gündüz Mirzəyev martın 7-də saxlanılıblar. Onlara Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsiylə ittiham irəli sürülüb. İstinaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılıb.
30-04-2025, 19:19
"Heydər Əliyev və dövlətçilik dəyərləri" mövzusunda seminar keçirildi


"Heydər Əliyev və dövlətçilik dəyərləri" mövzusunda seminar keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Nəsimi Rayon İcra Hakimiyyətində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və dövlətçilik dəyərləri: hüquqi irs və milli suverenlik” adlı maarifləndirici seminar keçirildi.
İştirakçılar əvvəlcə Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, BŞTİ-nin tabeliyində olan Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin rəsmlərindən ibarət sərgiyə baxış keçiriblər.
Seminar Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Katibliyinin sabiq rəisi, 1-ci dərəcə dövlət müşaviri, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə və Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar elm xadimi Vaqif Şadlinski iştirak edərək gənclərlə Ulu Öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğundakı tarixi rolu, milli suverenliyin təminindəki misilsiz xidmətləri, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün həyata keçirilən mühüm dövlətçilik siyasətləri barədə əhatəli fikir mübadiləsi apardılar. Məktəblilər bu istiqamətdə çoxsaylı suallar verərək həm Ümummilli Liderin, həm də Möhtərəm Prezidentimizin fəaliyyətinin müxtəlif sahələri üzrə maariflənmək üçün yüksək maraq göstərdilər.
Dilarə xanım Seyidzadə və Vaqif Şadlinski gənclərin suallarını geniş və əhatəli şəkildə cavablandıraraq, onları milli-mənəvi dəyərlər, hüquqi maarifləndirmə, dövlətçilik ənənələri və vətəndaş məsuliyyəti istiqamətində marifləndirdilər. Görüşdə Prezident İlham Əliyevin Qərbi Azərbaycana Qayıdış Konsepsiyası da xüsusi müzakirə mövzusu oldu. Qonaqlar bu konsepsiyanın mahiyyəti, tarixi ədalətin bərpası baxımından əhəmiyyəti və gələcək nəsillərə ötürüləcək milli yaddaş kimi rolunu vurğuladılar.

Tədbirdə həmçinin Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, xeyriyyəçi Zərifə xanım Əliyevanın ailə dəyərlərinə verdikləri önəm, onların birgə həyat yolunun Azərbaycan cəmiyyətində nümunəvi ailə modeli kimi qəbul olunması haqqında da fikirlər səsləndirildi.
Heydər Əliyev irsinin öyrədilməsi dərsləri çərçivəsində müntəzəm olaraq təşkil olunan bu görüşlərin məqsədi Ulu Öndərin zəngin hüquqi irsini, dövlətçilik ənənələrini, azərbaycançılıq məfkürəsi və müasir Azərbaycan dövlətçiliyinin təməl prinsiplərini gənc nəslə aşılamaqdan ibarət idi.
Tədbirdə 2 və 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.Tədbir iştirakçıları belə əhəmiyyətli bir seminarın təşkilinə görə minnətdarlıqlarını bildirərək bu cür görüşlərin gənclərin formalaşmasında xüsusi rol oynadığını vurğuladılar.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!