Dani Bolt "Qarabağ"da .....                        Tel-Əviv və Hayfanı tərk edin! - İrandan ÇAĞIRIŞ .....                        Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı .....                        Cüdoçumuz Macarıstanda gümüş medal qazandı .....                        Mahmud Əhmədinejad öldürüldü - İDDİA .....                        Trampdan sərt paylaşım: Xameneinin yerini bilirik! .....                        Sahibə Qafarova həmkarı ilə danışıqlar apardı .....                        Xameneinin yaxın ətrafı “YOXA ÇIXIR” .....                        QHT-lərə xəbərdarlıq edildi .....                       
27-05-2024, 17:20
Fransadan Ermənistana yardım təklifi


Fransadan Ermənistana yardım təklifi

"Fransa Ermənistanın Tavuş və Lori bölgələrində daşqınların nəticələrinin aradan qaldırılması üçün yardım göstərməyə hazırdır".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşdə Tavuş vilayəti ilə tərəfdaşlıq əlaqələri olan Fransanın Hauts-De-Seine departamentinin sədri Georges Sifredi deyib.
Paşinyan isə öz növbəsində prezident Emmanuel Makronun və bütövlükdə Fransanın Ermənistana münasibətini yüksək qiymətləndirib:
"Fransa bizim əsas tərəfdaşlarımızdan biridir və bizim fəal əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensialımız var".
27-05-2024, 17:15
Tramp Baydeni ABŞ-ın ən pis prezidenti adlandırdı


Tramp Baydeni ABŞ-ın ən pis prezidenti adlandırdı

ABŞ-da keçiriləcək prezident seçkilərində Ağ Evin hazırkı rəhbəri Co Baydenin qələbəsi ölkənin tamamilə sıradan çıxmasına səbəb ola bilər.
Bunu ABŞ-ın keçmiş lideri Donald Tramp bildirib.
Vaşinqtonda Libertar Partiyasının milli qurultayında çıxışı zamanı o, ölkənin “tarixin ən pis prezidentindən qurtulmasını” son dərəcə vacib hesab edib.
“Biz bunu birlikdə edəcəyik. Və onsuz daha dörd ildən sonra ölkədən heç nə qalmayacağı təhlükəsi var”, - deyə Tramp bildirib.
27-05-2024, 17:11
İrəvandakı aksiyalarda saxlanılanlar sərbəst buraxılıb


İrəvandakı aksiyalarda saxlanılanlar sərbəst buraxılıb

Ermənistanın paytaxtı İrəvanda bu gün keçirilən etiraz aksiyaları zamanı saxlanılanların hamısı sərbəst buraxılıb.
Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Sputnik Armenia"ya bildirilib.
Qeyd edək ki, gün ərzində təxminən 300-ə yaxın etirazçı saxlanılmışdı.
27-05-2024, 16:59
Emin 4 il əvvəl boşandığı modellə yenidən evləndi


Emin 4 il əvvəl boşandığı modellə yenidən evləndi

Müğənni, biznesmen Emin Ağalarov model Alyona Qavrilova ilə ikinci dəfə ailə həyatı qurub.
Bu barədə Rusiya mətbuatında məlumat yayılıb.
Onlar ötən gün Moskvadakı sarayların birində yenidən nikaha daxil olublar.
Xatırladaq ki, Emin Ağalarov və Alyona Qavrilova 2018-ci ildə ailə həyatı qurub, 2019-cu ildə onların Afina adlı qızları dünyaya gəlib. 2020-ci ildə cütlük ayrılmaq qərarına gəlib. 2021-ci ildə onlar yenidən birlikdə görünməyə başlayıblar, 2022-ci ildə isə müğənni müsahibəsində bildirib ki, Alyona ilə barışıblar.
27-05-2024, 16:44
Bakıda narkotik satışı ilə məşğul olan 21 nəfər tutuldu - VİDEO


Bakıda narkotik satışı ilə məşğul olan 21 nəfər tutuldu - VİDEO

Nərimanov Rayon Polis İdarəsinin və ərazi polis şöbələrinin may ayının əvvəlindən keçirdikləri əməliyyatlarla narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 21 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, qanunsuz dövriyyədən 10 kiloqram müxtəlif növ narkotik vasitə çıxarılıb. Saxlanılanlardan Vüqar Dadaşlı, Tehran İsmayılov və Əhməd Aslanov paytaxt ərazisində narkotiklərin satışını təşkil ediblər. Saxlanılanlar barəsində cinayət işləri başlanılıb. Tədbir zamanı üzərində qanunsuz olaraq odlu silah gəzdirən əvvəllər məhkum olunmuş Elbrus Hümbətovdan 1 ədəd “Kalaşnikov” avtomatı, 7 ədəd patron və 1 ədəd daraq aşkarlanıb. Əməliyyatlar zamanı talama cinayətləri törətdiyinə görə 5, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 15 nəfər tutulub. Nərimanov rayonu ərazisində müxtəlif təyinatlı kəsici-deşici alətlərin gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq onların satışının qarşısının alınması istiqamətində də silsilə tədbirlər görülüb. Nəticədə soyuq silah hesab olunan alətlərin satışı ilə məşğul olan 2 nəfər saxlanılaraq barələrində qanunamüvafiq tədbirlər görülüb. Onlardan 62 ədəd xəsarət yetirmə təyinatlı alətlər götürülüb.

26-05-2024, 22:15
"Qalatasaray" 24-cü dəfə ölkə çempionu oldu


"Qalatasaray" 24-cü dəfə ölkə çempionu oldu

Futbol üzrə Türkiyə Superliqasında 2023-2024-cü illər mövsümünə yekun vurulub.
Lider "Qalatasaray" səfərdə "Konyaspor"la qarşılaşıb. Rəqibinə 3:1 hesabı ilə qalib gələn İstanbul nəhəngi 102 xalla tarixində 24-cü dəfə ölkə çempionu olub.
Son turda "Ankaragücü"nü 6:0 hesabı ilə məğlub edən "Fənərbağça" isə 99 xalla mövsümü ikinci pillədə bitirib.
26-05-2024, 22:10
Türkiyədən acı xəbər - 10 ölü, 30 yaralı


Türkiyədən acı xəbər - 10 ölü, 30 yaralı

Türkiyənin Mersin vilayətində zəncirvari yol qəzası baş verib. İlkin məlumata görə, hadisə nəticəsində on nəfər ölüb, 30 nəfər xəsarət alıb.
Bu barədə Mersin valisi Ali Hamza Pehlivan açıqlamasında bildirib.
O qeyd edib ki, hadisə Türkiyənin Tarsus-Adana-Qaziantep (TAG) magistralında meydana gəlib. Qəzaya qarışan nəqliyyat vasitələri arasında şəhərlərarası sərnişin avtobusları, yük və minik avtomobilləri var.
Qəza bölgəsinə çoxlu sayda təcili tibbi yardım, polis və yanğınsöndürmə briqadaları cəlb edilib.
26-05-2024, 21:46
Zelenski amerikalı və çinli həmkarlarına çağırış etdi


Zelenski amerikalı və çinli həmkarlarına çağırış etdi

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Co Bayden və Çin lider Si Cinpini 15-16 iyunda İsveçrədə keçiriləcək sülh konfransında iştirak etməyə çağırıb.
Bu barədə Zelenski teleqram kanalında yerləşdirdiyi videoda bildirib.
Zelenskinin sözlərinə görə, dəvət olunmuş 160 dövlətdən 80-dən çoxu artıq iştirakını təsdiqləyib.
“Mən indiyə qədər sülh sammitinə hazırlaşmaq üçün qlobal səylərin kənarında olan dünya liderlərinə müraciət edirəm: Prezident Bayden, ABŞ lideri, Prezident Si, Çin lideri. Zərbələr arasında fasilə deyil, sülhün olması üçün liderliyinizi göstərin”, - deyə Zelenski qeyd edib.
"Bloomberg" nəşri yazıb ki, Co Bayden İsveçrədəki konfransda iştirak etməyə bilər. O, seçki kampaniyasına vəsait toplamaq üçün həmin vaxt Kaliforniyaya gedəcək.
Çin sammitdə iştirakını təsdiqləməyib.
26-05-2024, 21:27
Ankarada Müstəqillik Günü qeyd olundu - FOTO


Ankarada Müstəqillik Günü qeyd olundu - FOTO

Ankarada 28 may - Müstəqillik Günü və 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təntənəli bayram tədbiri keçirilib.
Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən bildirilib.
Qardaş Türkiyədə Azərbaycana xüsusi münasibətin göstəricisi olaraq bayram tədbiri adətən mühüm dövlət tədbirlərinin keçirildiyi Türkiyə Respublikasının Prezidenti Administrasiyasının Konqres və Mədəniyyət Mərkəzində təşkil edilib.
Müstəqilliyimiz uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsinə 1 dəqiqəlik sükut və iki ölkənin dövlət himnlərinin səsləndirilməsinin ardından açılış çıxışları edilib.
Səfir Rəşad Məmmədov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin davamçısı olan müstəqil Azərbaycan Respublikasının dövlət və ordu quruculuğunda əldə etdiyi uğurlardan danışıb və bütün həmvətənlərimizi bu əlamətdar gün münasibətilə təbrik edib. Səfir Azərbaycan - Türkiyə münasibətlərinin dövlətüstü xarakterindən danışaraq iki ölkənin dövlət başçılarının - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın bu münasibətlərin inkişafına verdiyi töhfəni vurğulayıb.
Dövlət qonağı qismində tədbirdə iştirak edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş çıxışında Azərbaycanın Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibəti ilə təbriklərini çatdırıb və qardaş ölkələr olan Azərbaycan və Türkiyənin türk dünyasının güclənməsində roluna toxunub. TBMM sədri Azərbaycanın son dövrlərdə əldə etdiyi uğurlardan danışıb, torpaqlarını işğaldan azad edən Azərbaycanı alqışlayıb.
Çıxışların ardından Azərbaycanın müstəqillik tarixini əks etdirən qısa film nümayiş etdirilib.
Bayram tədbirinin bədii hissəsində müğənni Çinarə Məlikzadə, Müdafiə Nazirliyinin Hərbi Orkestrinin solistləri Kənan Qədimov və Aynur İsgəndərlinin, eləcə Azərbaycan Respublikasının xalq artisti tarzan Sahib Paşazadənin və Azərbaycan Dövlət Rəqs Ansamblının iştirakı ilə təntənəli konsert proqramı təqdim olunub, milli musiqimizin nümunələri və sevilən Azərbaycan rəqsləri sərgilənib.
Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibətilə təşkil olunmuş bayram tədbirində Türkiyənin Respublikasının yüksək vəzifəli şəxsləri və digər dövlət rəsmiləri, millət vəkilləri, Türkiyə ictimaiyyətinin nümayəndələri, bu ölkədə yaşayan soydaşlarımız iştirak edib.






26-05-2024, 21:15
İslamdan müqəddəslik almış dövrünün müasir qadınları.


İslamdan müqəddəslik almış dövrünün müasir qadınları.

Xalqımızın formalaşmağa başladığı dövrlərdən etibarən qadın məsələsi ən çox düşünülən məsələlərdən biri olmuşdur. Əsasən XX əsrin əvvəllərində Cümhuriyyətimiz yarandığı dövrlərdən etibarən qadın haqları hər məsələdə başlıca problem olaraq qoyulub. Dini fanatizm dərəcəsində yaşayan kəslərin qarşısını almaqda ziyalı qadınlarımızın savaşlarından biridir. Cümhuriyyətimizin ziyalıları hər zaman səsləndiriblər ki, qadın bir şəxsiyyət kimi azad olmayana qədər bu cəmiyyətin problemləri həll olunmaz qalacaqdır.
Cəmiyyətin gələcəyini aydınladacaq olan qadınlar öz haqları uğrunda hərdaim mübarizələr aparıb.
Onlaran qətiyyətli duruşu, azadlıq uğrundan savaşları bütün xalqı qarşısında baş əydirmişdir. Cəmiyyətin qadını azad və elmlidirsə onun gələcəyidə ən güclü və sağlam qalacaqdır.
Qəzetlərdə millət qadınını oyatmaq
Hələ XX əsrin əvvələrində millət qadınını oyatmaq üçün çox çabalar göstərilib. Bunların ən böyük örnəyinə Qəzetlərdə çap edilmiş qadın azadlığına aid əsərlər, hekayələr aiddir. Hələ 1903-cü ildə Tiflisdı çap edilmayı başlayan "Şərqi-rus" qəzetində bu probləmlər ən kiçik incəliyi ilə qaldırılmağa başlanmışdır Hekayələrində cəmiyyətin içindən mesajlar verərək qadını azadlığa, öz hüquqlarını müdafiəyə səsləyən ziyalılarımız bu problemlərlə mübarizə aparmışdır. Dinimizdən buyana gələn müqəddəs qadın adını cahil mollaların əlinə verməmək üçün çox mubarizələr, savaşlar gedib. Qadının müqəddəsliyi hər bir şəxsin anasına, öz ailəsinə olan hörmətindən vüsət alır
Bakıda ilk qız məktəbi.
XX əsrin ilk illərində Azərbaycan qadınlarının təhsil almaq imkanının məhdudluğuna qarşı atılmış mühüm addımlardan biri H.Z.Tağıyevin 1901-ci ilin oktyabr ayında Bakı Qız Məktəbini təsis etməsi oldu. Məktəbin təntənəli açılışı günü - 1901-ci il oktyabrın 7-de "Kaspi" qəzeti Qafqaz (Zaqafqaziya) müsəlmanlarının Şeyxülislamı Axund Əbdüssəlam Axundzadənin xeyir-duasını da dərc etmişdi. O. Məhəmməd peyğəmbərin "elm öyrənmək həm müsəlman kişiyə, həm də müsəlman qadınına vacibdır sözlərini xüsusi vurğulamış, İslamın tarixindan, həkim alim kimi şöhrət tapmış müsəlman qadınlarının həyatından misallar və sitatlar gətirmiş və demişdi: “Bu tarixi sitatlardan məqsədim budur ki, nə din, nə şəriət təhsil və tərbiyə sahəsində qadınların hüquqlarını məhdudlaşdırmır. Belə olsaydı, İslamda bu qədər şöhrətli müsəlman qadını yetişməzdi. Əgər bu vaxta qədər Zaqafqaziyada qızlara təhsil verilməyibsə, bunun səbəbi təkcə məktəbin yoxluğu deyil, həm də kök atmış ziyanlı adətlərdir.”
Qadınının yolunu aydınlatan "İŞIQ"
İşıq qəzeti Azərbaycanın ilk qadın qəzetidir. Bu möhtəşəm çağırış qəzetinin ilk nömrəsinin çıxışıa 1911-ci il yanvarın 22-nə təsadüf etmişdir. 1912-ci ilədək 68 nömrəsi işıq üzü görən bu qəzetində naşiri Xədicə xanım Əlibəyova kimi ideal şəxslərdən olan maarifçimız olmuşdur. Bu qəzet artıq oyanmaqda olan qadının səsi idi. XX əsrin əvvəllərində hər bir fəal qadının azadlıq çağırışları var idi. Artıq bu səslərin mənası müqəddəs qadının cəmiyyətdə ictimai qüvvəyə çevrilmə addımlarıydı. Qəzet çıxmağa başladığı günlərdən etibarən Xədicə xanım ziyalı qadınlarınızı ətrafına toplayıb cəmiyyəti cəhalət xülyasından oyatmağa səy göstəriblər. Onlar bu ilk səyləri neçə-neçə qadının gözünü açıb bizim günümüzə qədər işıq saçmışdır. Və XX əsrin əvvəllərindən başlayan bu mübarizələr cavabsız qalmamışdır.
Addımlayır Cümhuriyyət qadınları.
Tarixinə nəzər salsaq görərik ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyası qərarların verilməsində fəal iştirak etmişdir. Bununla belə, ölkəmizdə milli qadın siyasəti tariximizin şanlı səhifəsı olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət statusu almış oldu.

Cümhuriyyətin hələ ilk yarandığı illərə nəzər salsaq görərik ki, hərdaim burada qədim türkçülük dəyərləri nəzdində qadınların hüquqları uğrunda mübarizələr getmişdir. Əks cinsin nümayəndələrinin zərif cinslə bağlı olan tabulaşmış düşüncələri bunun qarşısında ən böyük maneə idi.

Hələ 1918-ci il qurultayında M.Ə.Rəsulzadə müsəlman qadınının azad edilməsini müsəlman xalqlarının milli-azadlıq mübarizəsinin ən mühüm məsələlərindən biri kimi qiymətləndirdi. M.Ə. Rəsulzadə deyirdi: "Bütün digər xalqların qadınları kişilərlə bərabər ictimai-siyasi hərəkatda iştirak etdiyi və bununla da öz millətinin uğurlarına kömək etdiyi bir vaxtda müsəlman qadın dustaqlıqda qala bilməz və qalmamalıdır" 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsinin IV bəndində bərabərhüquqluluq prinsipinin, seçmək və seçilmək hüququnun təsbit edilməsi ilə öz qanuni təsdiqini tapdı. Nəticədə, Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk şanlı ölkə olduq. Şərqin maarifə addımlayan səsi öz qadınını bu günlərə gətirmək üçün baş qaldırdı.
Müsəlman dünyasında ilk dəfə qadına seçib seçilmək hüququ verildi. Bu addımla nəinki Azərbaycanda, hətta Avropanın beşiyi sayılan bir çox ölkədən əvvəl qadının qanunu dünyaya gəldi. Beləliklə, 1918-ci il dekabrın 8-də işə başlayan Azərbaycan parlament seçkilərdə də azərbaycanlı qadınlar iştirak etmişdir. Azərbaycanlı qadınların seçki hüquqlarının möhkəmləndirilməsi istiqamətində atılan növbəti addım bu hüquqların Azərbaycan Xalq Cümhuriyyətinin Müəssislər Məclisina seçkilər haqqında Əsasnamədə təsbiti oldu.
Bu dövrdə elmi publisistik və bədii yaradıcılıqla məşğul olan Ş Əfəndizadə, Ş.Qaspralı, Ş Axundzadə, E Yusifbəyli, Ü Sadıqzadə kimi qadın ziyalıların məqalələrində, əsərlərində dövrün ictimai-siyasi. millimənəvi problemləri öz dolğun ifadəsini tapmışdır. Bu ifadələrlə öz yolunu bəlirləyib düzgün təhsili almaq bizlərin borcudur.
Bayraməlibəyova Məryəm.
Məryəm xanım Teymur bəy qızı Bayraməlibəyova. Azərbaycanlı pedaqoq, ilk qadın xeyriyyə cəmiətinin yaradıcısıdır.
Lənkəranda qız məktəbinin Şagirdi Azərbaycanın ilk qadın opera müəğənnisinin sözlərinə görə Məryəm xanım insanları maarifə cəlb etmək üçün şagirdlərini gələcək həyat yolunda addımlamağa hazırlayırdı. Dərslərində kiçik səhnəciklər verən Məryəm xanım qızların beyinlərinə qadının önəminin toxumlarını əkirdi.
Beləliklə ilk Qadın Xeyriyyə Cəmiətinin qurulmasının səbəbləri yavaşdan vüsət almağa başlayır. Məktəbdə təhsil alan qızların geyinməyə ayaqqabıları olmamas, onların maarif yolunda qələm, dəftərə olan ehtiyacı xeyriyyə cəmiətnin qurulması ilə ödənməyə başlayır. Bu təkliflərdən razı qalan cəmiyyət isə gələcəyin işıqlarını təhsilə yönləndirməyə başlayır.
Aprel işğalından sonrada pedoqoji fəaliyyətini davam etdirən Bayraməlibəyova savadsızlığın ləğvi uğrundan ilk qadın kurslarını (1920-1921) təşkil etməyə başlayıb. bütün qəzada qadın müəllim kimi siyasi maarif yolunda insanları bilikləndirməyə davam etmişdir. Məryəm xanım Bayraməlibəyova 1922-ci ildə həbs olunmuş. Bakıdan kənara çıxmamaq barədə iltizam verildikdən sonra isə sərbəst buraxılmışdır. Ömrünün sonlarına kimi müəllimlik işığını yaymağa davam etmişdir.

Dövlətinin gələcəyi uğrunda öz həyatını fəda etmiş yüzlərlə maarifçi xanımın adını çəkmək olar. Lakin onların başlatdıqları bu azadlıq savaşını davam etdirmək bizlərin səyləri ilə tərənnüm tapacaqdır.

Hazırladı:
Ləman Təhməz JK-065A


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!