Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                        Avropa İttifaqından 2 Azərbaycan vətəndaşına SANKSİYA .....                        Bakıda bəzi sexlərin fəaliyyəti dayandırıldı - VİDEO .....                        Xüsusi Təyinatlıların buraxılış mərasimi keçirilib .....                        Ərdoğanın oğlundan atasına dəstək çağırışı .....                        Azərbaycanda bu heyvan növləri yoxa çıxıb .....                        Qara dənizdə təhlükə artır - Ekspertdən XƏBƏRDARLIQ .....                        Tramp Belarusdakı ABŞ səfirliyini yenidən açır .....                       
30-11-2024, 16:37
"Buna səbəb olacaq heç bir addım atmayacağıq"


"Buna səbəb olacaq heç bir addım atmayacağıq"

Beynəlxalq sistem siyasi, hərbi, iqtisadi və ətraf mühitlə bağlı çətinliklər yaradır. Bu çətinliklərə qarşı kritik geosiyasi bir dövr yaşanır və getdikcə daha da dərinləşən bir qütbləşmə müşahidə olunur. Burada sistem bizi buna məcbur edir və bu da yeni ittifaqlara aparır. Nəticədə, beynəlxalq təhlükəsizlik strukturu getdikcə zəifləyir.
Bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən “TRT World 2024” forumunda səsləndirib.
Tədbir çərçivəsində təşkil olunan “Müharibə və nizam: Dəyişən dünyada geosiyasi dəyişikliklərə yön vermək” başlıqlı panel iclasda çıxışı zamanı Yaxın Şərq və Asiya-Sakit Okean bölgələrində silahlanmanın artdığına diqqət çəkən Fidan bunun dünyanı uçuruma, hətta nüvə müharibəsi təhlükəsinə apara biləcəyini deyib.
Nazir, eyni zamanda, texno siyasətlərin beynəlxalq tarazlığa təsir etdiyini, süni zəka və kibertəhlükəsizlik sistemlərinin də təhdidi artırdığını bildirib.
Son günlər Suriya ərazisində baş verən hadisələrə diqqət çəkən Hakan Fidan ölkəsinin Hələbdə davam edən qarşıdurmalara müdaxilə etmədiyini, Türkiyənin Suriya sərhədində lazımi tədbirlər gördüyünü vurğulayıb.
“Yeni köç dalğasına səbəb olacaq heç bir addım atmayacağıq”, - deyə Hakan Fidan əlavə edib.
30-11-2024, 16:23
Diaspor nümayəndəsi Qırğızıstanda deputat seçildi - FOTO


Diaspor nümayəndəsi Qırğızıstanda deputat seçildi - FOTO

Azərbaycan diasporunun nümayəndəsi Səlim Kərimov «Birlik» Qırğızıstan Azərbaycanlıları İctimai Birliyinin dəstəyi ilə Kant Şəhər Şurasının deputatı seçilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Kant Şəhər Şurasının deputatı seçilən Səlim Kərimov göstərilən dəstəyə görə Birliyin rəhbərliyinə minnətdarlığını bildirib, ölkənin və xalqın rifahı naminə, həmçinin Azərbaycan diasporunun fəaliyyətində, Azərbaycan mədəniyyətinin təbliğində yaxından iştirak edəcəyini deyib.
Qeyd edək ki, Səlim Kərimov ictimai xadim olmaqla yanaşı, sahibkarlıq və xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur.
Xatırladaq ki, ölkə üzrə azərbaycanlıların ən çox yaşadığı şəhər olan Kantda türk dünyasının görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin adını daşıyan küçə mövcuddur. Bundan başqa, 2016-cı ildə Kant şəhəri ilə Quba rayonu arasında qardaşlaşma memorandumu imzalanıb.

30-11-2024, 16:00
İsrail ordusu onun da öldürüldüyünü açıqladı


İsrail ordusu onun da öldürüldüyünü açıqladı

İsrail Müdafiə Qüvvələri 7 oktyabr 2023-cü ildə hücumda iştirak edən terrorçunun öldürüldüyünü açıqlayıb.
Bu barədə ordunun teleqram kanalında məlumat verilib.
Məlumata görə, İsrail kəşfiyyatı terrorçunun izinə düşüb və onun yerini təsdiqlədikdən sonra avtomobilini hədəfə alıb. Açıqlamada qeyd olunub ki, avtomobil mülki olub və humanitar yardımın daşınması üçün istifadə edilməyib.
Qeyd edək ki, 7 oktyabr 2023-cü ildə Həmas yaraqlıları Qəzza zolağı ilə sərhədə yaxın ərazilərə hücum edib. Fələstin silahlıların 253 israillini əsir götürərək anklava aparıblar. İsrail hakimiyyətinin məlumatına görə, 1,2 minə yaxın insan hücumun qurbanı olub. Buna cavab olaraq İsrail Qəzza zolağında hərbi əməliyyata başlayıb.
30-11-2024, 15:56
Bakıda "Porsche" qəzaya düşdü


Bakıda "Porsche" qəzaya düşdü

Bakı şəhərinin Xəzər rayonunda "Porşe" və “Fiat” markalı minik avtomobilləri toqquşub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib. Yanğın nəticəsində "Fiat" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı qaz xətti və ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
30-11-2024, 15:47
"Ukrayna dairəsi"ndəki sıxlıqla bağlı rəsmi AÇIQLAMA


"Ukrayna dairəsi"ndəki sıxlıqla bağlı rəsmi AÇIQLAMA

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) "Ukrayna dairəsi"ndə nəqliyyat sıxlığının yaranması ilə bağlı məsələyə münasibət bildirib.
Qurumdan bildirilib ki, "Ukrayna dairəsi"ndə yol hərəkətinin təkmilləşdirilməsi məqsədilə hazırlanan layihənin planlanması da simulyasiya nəticələrinə əsaslanmaqla icra edilir. Hazırda dairənin standartlara uyğun olmaması ərazidə bir sıra nəqliyyat problemləri yaradır.
Bildirilib ki, dairədə tıxac hallarından daha çox təhlükəsizlik səviyyəsinin aşağı olması ilə bağlı hallar olur:
"Qeyd edək ki, ötən gün ərazidə heç bir sıxlıq müşahidə edilməyib. Daha əvvəl yaranan sıxlıq isə təmir işlərinin başlanması ilə əlaqədar idi.
Layihə həyata keçirildikdən sonra:

- münaqişəli nöqtələr minimuma endirilərək təhlükəsizlik təmin olunacaq;

- dairənin buraxılış qabiliyyəti artırılacaq;

- hesabi hərəkət şiddəti və sürəti optimallaşacaq;

- piyadaların təhlükəsizliyi və rahatlığı təmin ediləcək.

Bundan başqa, layihə çərçivəsində təhlükəsizliyin təmin edilməsi məqsədilə hərəkətin kanallaşdırılması nəzərdə tutulur".
30-11-2024, 15:23
Sevgilisindən bir milyon tələb edən tiktokerlə bağlı qərar


Sevgilisindən bir milyon tələb edən tiktokerlə bağlı qərar

Bir neçə gün əvvəl sevgilisini şantaj etmə ittihamı ilə həbs edilən tiktoker Aybəniz Xəlilova ev dustaqlığına buraxılıb.
Bu barədə “Qafqazinfo”ya onun vəkili Salman Qasımov məlumat verib.
Vəkil deyib ki, Suraxanı Rayon Məhkəməsinin 4 aylıq həbs qətimkan tədbiri qərarından verdikləri şikayət təmin edilib.
Bakı Apellyasiya Məhkəməsi müvəkkili haqda seçilmiş 4 aylıq həbsi ev dustaqlığı ilə əvəz edib.
“Bəniz” kimi tanınan tiktoker məhkəmə zalından sərbəst buraxılıb.
Qeyd edək ki, “Bəniz” sevgili münasibətində olduğu Xalid Kərimovun şikayəti ilə cinayət məsuliyyətinə cəlb edilib.
İttihama görə, xanım tiktoker Xalidi müxtəlif foto və vidoları ilə şantaj edərək ondan 836 min manat tələb edib.
Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsinin iki bəndi ilə ittiham elan edilib. Suraxanı Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçmişdi.
30-11-2024, 14:45
Qarabağda nə qədər yeni iş yeri yaradılıb?


Qarabağda nə qədər yeni iş yeri yaradılıb?

Qarabağ iqtisadi rayonunda bu ilin III rübündə 617 yeni iş yeri yaradılıb.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə (129,4%) çoxdur. Belə ki, 2023-cü ilin III rübündə Qarabağ İqtisadi Rayonunda 269 yeni iş yeri yaradılmışdı.
Hesabat dövründə iş yerlərinin 194-ü Xankəndidə, 25-i Ağcabədidə, 70-i Ağdamda, 5-i Ağdərədə, 44-ü Bərdədə, 33-ü Füzulidə, 48-i Xocalıda, 16-sı Xocavənddə, 92-si Şuşada, 90-ı Tərtərdə yaradılıb.
Bu ilin 9 ayında Qarabağ İqtisadi Rayonunda 1171 yeni iş yeri açılıb. Ötən ilin eyni dövründə bu göstərici 742-yə bərabər olub. Beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayında sözügedən ərazidə yeni iş yerlərinin sayı 429 ədəd və yaxud 57,8% artıb.
Cari ilin 9 ayında Qarabağ İqtisadi Rayonunda yeni açılmış iş yerlərinin 209-u Xankəndidə, 92-si Ağcabədidə, 173-ü Ağdamda, 9-u Ağdərədə, 54-ü Bərdədə, 70-i Füzulidə, 51-i Xocalıda, 30-u Xocavənddə, 324-ü Şuşada, 159-u Tərtərdə yaradılıb.
30-11-2024, 14:33
Suriya ordusu Hələbdən geri çəkilir


Suriya ordusu Hələbdən geri çəkilir

Suriya hakimiyyəti Hələb hava limanını və şəhərə gedən bütün yolları bağlayıb.
Suriya ordusuna silahlıların daxil olduğu şəhərin əsas bölgələrindən də “təhlükəsiz geri çəkilmək” əmri verilib.
Silahlıların Hələbin mərkəzinə çatdıqlarını və şəhərin müxtəlif ərazilərini təmizlədiklərini bildiriblər. Agentlik, həmçinin Rusiyanın Dəməşqə üsyançılarla mübarizə üçün əlavə hərbi yardım vəd etdiyini bildirib. Yeni avadanlıq üç gün ərzində təhvil veriləvək.
Qeyd edək ki, Suriya üsyançıları noyabrın 26-da Hələbə hücuma başlayıblar. Noyabrın 29-da silahlı qüvvələr şəhərə daxil olduqlarını elan etdilər.
30-11-2024, 13:55
Polisdən qaçmaq istəyən narkokuryer maşınını yandırdı


Polisdən qaçmaq istəyən narkokuryer maşınını yandırdı

Biləsuvarda cinayət təqibindən yayınmağa cəhd edən narkokuryer avtomobili yandırıb.
Biləsuvar rayonunda polis və gömrükçülərin həyata keçirdikləri birgə əməliyyat zamanı ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb.
Belə ki, 37 yaşlı A.Qarayev külli miqdarda narkotik vasitəni özünə məxsus avtomobillə çətin relyef şəraiti olan ərazidən ölkəyə keçirməyə cəhd göstərib. Həmin şəxs hüquq-mühafizə orqanları tərəfindən təqib olunduğunu görən zaman məsuliyyətdən yayınmaq üçün avtomobili içərisində olan narkotik vasitələrlə birgə yandıraraq oradan uzaqlaşıb. Keçirilən baxış zamanı həmin avtomobildən ümumilikdə 7 kiloqram marixuana, heroin, tiryək və 45 ədəd metadon həbi aşkarlanaraq götürülüb. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində A.Qarayev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb, A.Qarayev barəsində həbs qətimkan tədbiri seçilib.
29-11-2024, 20:56
68 yaşlı kişi özünü borudan asdı


68 yaşlı kişi özünü borudan asdı

Sumqayıtda intihar hadisəsi olub.
Hadisə 47-ci məhəllədə yerləşən binalardan birində baş verib.
68 yaşlı Mobil Cəlil oğlu Hüseynov yaşadığı evin mətbəxinin pəncərəsinin çölündəki borudan özünü asıb.
Mərhumun hansı səbəbdən intihar etməsi bəlli deyil.
Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!