Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 15-09-2015, 13:36
Yaponiya Xarici İşlər Nazirliyi KXDR-dən kosmik raket buraxılışından imtina etməyi tələb edib


Butov.az AzərTac-a istinadən xəbər verir ki, Yaponiyanın xarici işlər naziri Fumio Kişida Koreya Xalq Demokratik Respublikasından (KXDR) daha böyük gücə malik yeni raketin buraxılışından imtina etməyi tələb edib. Tokioda təşkil edilmiş mətbuat konfransında nazir deyib: “ABŞ və Koreya Respublikası ilə birlikdə biz Şimali Koreyanın təmkin göstərməsinə nail olmalıyıq”.

Daha sonra F.Kişida əlavə edib: “BMT Təhlükəsizlik Şurasının qərarına əsasən Şimali Koreyaya ballistik raket texnologiyalarından istifadə etməklə istənilən raket buraxılışı qadağan olunub. Bu cür hərəkətlər süni peyk buraxılması adlandırılsa belə Təhlükəsizlik Şurasının qərarı ilə ziddiyyət təşkil edir”.

Bu ərəfədə KXDR-in Kosmik Tədqiqatların İnkişafı Milli Komitəsinin direktoru KMTA informasiya agentliyinə müsahibəsində bəyan edib ki, Yerin üst qatlarını müşahidə etmək üçün süni peykin hazırlanması artıq başa çatdırılmaq üzrədir. Bu süni peykin buraxılışı ölkənin iqtisadi maraqlarına xidmət edəcək. Direktor əlavə edib ki, geostasionar süni peykin yaradılması istiqamətində də mühüm tərəqqiyə nail olunub.

Komitənin rəhbəri vurğulayıb ki, dünya KXDR tərəfindən orbitə çıxarılacaq seriya süni peyklərin şahidi olacaq. Onların buraxılış yeri və vaxtı Koreya Əmək Partiyasının Mərkəzi Komitəsi tərəfindən müəyyən olunacaq.

Tokio və Seulda raketin buraxılış vaxtının Koreya Əmək Partiyasının oktyabrın 10-da qeyd ediləcək 70 illiyi ilə əlaqədar tədbirlərlə üst-üstə düşəcəyi güman olunur.


Butov.az


Paylaş



Bölmə: Dünya / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!