Ağdaşda iki bacını maşın vurub öldürdü .....                        Qarabağ fatehi İlham Əliyevə təşəkkür edirəm - Ersin Tatar .....                        Orbanın səfəri başa çatdı .....                        Ərdoğanın Azərbaycana səfəri başa çatdı .....                        Türkiyənin Qarabağda həyata keçirdiyi layihələrin dəyəri açıqlandı .....                        Liderlərin şərəfinə rəsmi nahar verildi .....                        Tokayev Bəxtiyar Vahabzadədən sitat gətirdi .....                        TDT Baş katibi İlham Əliyevə təşəkkür etdi .....                        Bu gün Azərbaycanda qızlar üçün ilk dünyəvi məktəb açıldı... - FOTO .....                       
Tarix : 3-11-2015, 11:30
İran rəsmisi: “İtkin düşən daha 5 zəvvarımızın kimliyi müəyyən edilib”


Butov.az GünAzTV-yə istinadən xəbər verir ki, İranın Həcc və Ziyarət Təşkilatının rəisi Səid Övhədi noyabrın 3-də jurnalistlərə açıqlamasında Mina hadisəsində itkin düşmüş iranlı zəvvarların taleyindən danışıb.
Səid Övhədi deyib ki, itkin düşmüş iranlı zəvvarlardan daha 5-inin kimliyi bəlli olub: “Həcc və Ziyarət Təşkilatının axtarış qrupunun səyi və Səudiyyə Ərəbistanının məsul şəxslərinin yardımı ilə itkin sayılan daha 5 zəvvarımızın kimliyini müəyyənləşdirmək mümkün olub. Məkkə morqlarında saxlanan bəzi meyitləri üzdən tanımaq mümkün olmadığına görə həmin 5 zəvvarın kimliyi, onlardan götürülmüş DNK nümunələri ilə müəyyən edilib.

Lakin təəssüflər olsun ki, bizim 28 zəvvarımız hələ də itkindir və onları axtarmaqla məşğuluq. Səudiyyə Ərəbistanı rəsmiləri də söz veriblər ki, itkin düşən digər zəvvarlarımız tapılmayana qədər morqlarda saxlanılan meyitləri dəfn etməyəcəklər. Bizim isə axtarışlarımız davam edəcək”.

Xatırladaq ki, sentyabrın 24-də həcc mərasimi zamanı, Minada yaranan izdihamda 4173 zəvvar həlak olub, mindən çox insan xəsarət alıb. Hadisə, zəvvarlar Minada Şeytana daş atarkən baş verib və yaranan sıxlıq nəticəsində minlərlə zəvvar əl-ayaq altında qalıb. Olayda ən azı 465 iranlı zəvvar həyatını itirib, 90 nəfəri xəsarət alıb . Hazırda 28 iranlı zəvvar hələ də itkin sayılır.


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!