Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                       
Tarix : 28-01-2016, 10:50
Çin şirkətləri Azərbaycanda bərpa olunan enerji sahəsində investisiya qoyuluşunda maraqlıdır.



Alternativ və bərpa olunan enerji mənbələri (ABOEM) sahəsində əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə dünyanın ən iri mühəndislik-layihələndirmə şirkətlərindən olan "POWERCHINA" korporasiyasının nümayəndə heyəti Azərbaycana səfər edib.


Dövlət Agentliyinin sədri Akim Bədəlov nümayəndə heyəti ilə görüşərək dövlətlərimiz arasındakı sıx əməkdaşlığı, həmçinin Çin şirkətlərinin Azərbaycanda ABOEM-in inkişafı istiqamətində investisiya qoyuluşu üçün göstərdikləri təşəbbüsü yüksək qiymətləndirdiyini bildirib. Agentliyin qısa zaman ərzində həyata keçirdiyi layihələr və əldə olunmuş uğurlardan bəhs edilərək, ölkəmizin ABOEM-lə zənginliyini və sahənin inkişafı üçün güclü siyasi iradənin olduğu qonaqların diqqətinə çatdırılıb.
Çinli nümayəndə heyəti investisiya qoyuluşu cəhətdən Azərbaycanın regionun ən cəlbedici ölkəsi olduğunu vurğulayaraq tezliklə ABOEM sahəsində birgə layihələrə başlamaq niyyətində olduqlarını bildirdilər.
Səfər çərçivəsində Dövlət Agentliyi tərəfindən təsis edilmiş "Azalternativenerji" MMC və "POWERCHINA" arasında gələcək fəaliyyət planı üzrə işgüzar görüşlər baş tutub, o cümlədən qonaqlar “AZGÜNTEX” günəş panelləri zavodu, Qobustan Eksperimental Poliqonu, Pirallahı Günəş elektrik stansiyası ilə tanış olublar.
Qeyd edək ki, 2014-ci ildə “POWERCHINA” şirkətinin illik gəliri 42,4 milyard ABŞ dolları təşkil edib və işçilərinin sayı 200,000 nəfərdir. Şirkət 110 ölkədə 1,565 xarici layihələr həyata keçirilir.
Mətbuat katibliyi


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!