Türk Dünyası Mediatorlar Birliyi təsis edildi .....                        Ersin Tatar Qəbələ zirvəsindən danışdı .....                        Bakı metrosunda yenilik: Qatarın nə vaxt gələcəyi ekranlarda görünür .....                        Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş .....                        Bakı Avrasiya Universitetində əcnəbi tələbələrlə "Miqrasiya qaydaları"mövzusunda tədbir keçirilib .....                        Yardımlıda müəllim şagirdi döyüb? - Araşdırma başladı .....                        İmişlidə 74 nəfərin zəhərlənmə səbəbi AÇIQLANDI .....                        Tramp Ərdoğandan nə xahiş edib? - Türkiyə lideri açıqladı .....                        Tramp Çikaqonu “işğal edəcək”? .....                       
Tarix : 16-01-2017, 18:24
Milli Məclisdə fransalı yazıçı Jerar Kardon ilə görüş olub

Azərbaycan Milli Məclis (MM) sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova ölkəmizdə səfərdə olan fransalı yazıçı Jerar Kardon ilə görüşüb. Butov.az xəbər verir ki, MM-dən APA-ya verilən məlumata görə, vitse-spiker Azərbaycanla Fransa arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini deyib.

Bahar Muradova Jerar Kardonun Azərbaycan qadınları haqqında kitab yazmaq məqsədi ilə ölkəmizə səfər etməsini yüksək qiymətləndirib və qeyd edib ki, müasir Azərbaycan qadınları ailə dəyərlərinə, adət və ənənələrə böyük önəm verir, onları yüksək səviyyədə qoruyub saxlayır, ictimai-siyasi həyatda fəal iştirak edirlər: “Milli Məclisdə dünyanın müxtəlif ölkələri ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir. Fransa ilə işçi qrupuna ölkənin birinci xanımı, deputat Mehriban xanım Əliyeva rəhbərlik edir. Onun iki ölkə arasında bütün istiqamətlərdə əlaqələrin möhkəmləndirilməsində göstərdiyi xidmətlər təqdirəlayiqdir".


Jerar Kardon qeyd edib ki, qadınlarla bağlı belə bir layihə onun tərəfindən artıq bir sıra ölkələrdə həyata keçirilib: “Məqsəd hər hansı bir ölkəni qadınlar vasitəsi ilə təqdim etməkdir. Azərbaycan qadınlarına həsr olunmuş əsər iki hissədən ibarət roman şəklində olacaq. Burada qadınların həyatı, ailədə, cəmiyyətdə rolu, onların hüquqlarının qorunması və digər məsələlər öz əksini tapacaq”.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!