Ağdaşda iki bacını maşın vurub öldürdü .....                        Qarabağ fatehi İlham Əliyevə təşəkkür edirəm - Ersin Tatar .....                        Orbanın səfəri başa çatdı .....                        Ərdoğanın Azərbaycana səfəri başa çatdı .....                        Türkiyənin Qarabağda həyata keçirdiyi layihələrin dəyəri açıqlandı .....                        Liderlərin şərəfinə rəsmi nahar verildi .....                        Tokayev Bəxtiyar Vahabzadədən sitat gətirdi .....                        TDT Baş katibi İlham Əliyevə təşəkkür etdi .....                        Bu gün Azərbaycanda qızlar üçün ilk dünyəvi məktəb açıldı... - FOTO .....                       
Tarix : 17-01-2017, 19:25
Ali təhsilin informatlaşmasının aktual problemləri təhlil edilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Ali təhsilin informatlaşmasının aktual problemləri. Elektron universitet: reallıqlar və perspektivlər” mövzusunda “dəyirmi masa” keçirilib.

Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərov “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə ali təhsil sisteminin inkişafı çərçivəsində universitetlərdə təhsilin informatlaşması sahəsində bir sıra tədbirlərin həyata keçiriləcəyini bildirib. Rektor deyib ki, Azərbaycanın təhsil sahəsində qoşulduğu Boloniya prosesində informasiya-kommunikasiya texnologiyalarının tədris prosesinə geniş tətbiqi, təhsil müəssisələrinin elektron idarə edilməsi, elektron universitet, distant təhsil kimi vacib məqamlar əksini tapıb. Təhsil Nazirliyi bir çox universitetlərdə, o cümlədən ADPU-da e-universitetin yaradılması istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirir.

Tədbirdə “Ali təhsilin informatlaşmasının əsas istiqamətləri”, “Elektron universitetin yaradılmasının aktual problemləri”, “Universitetin elektron təlim sisteminin yaradılmasına kompleks yanaşma”, “AzTU-da “Elektron universitet” layihəsinin tətbiqi təcrübəsi” mövzularında çıxışlar edilib.

Ali təhsilin informatlaşmasının əsas istiqamətləri, universitetin elektron təlim sisteminin yaradılmasına kompleks yanaşma, elektron universitetin yaradılmasının aktual problemləri və texniki-texnoloji aspektləri ilə bağlı maraqlı və səmərəli müzakirələr aparılıb, təkliflər səsləndirilib.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!