İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                       
Tarix : 6-08-2021, 21:03
Sumqayıtda “Papa Johns” cərimələnib, “Mərkəz” Plazanın fəaliyyəti dayandırılıb

Sumqayıt şəhər İcra Hakimiyyətinin monitorinq qrupu və Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində şəhər ərazisində qapalı məkanlarda növbəti reyd keçiriblər.

Butov.az-ın APA-ya istinadən məlumatına görə, reyd zamanı işçilərin vaksinasiya prosesindən keçib-keçmədikləri yoxlanılıb, onlarla profilaktiki söhbətlər aparılıb.
Keçirilən monitorinqlər zamanı məlum olub ki, bir çox qapalı məkanlarda tibbi maskadan istifadə olunmur, dezinfeksiyaedici məhlullar isə mövcud deyil.

Obyektlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunublar.

Şəhər ərazisində fəaliyyət göstərən “Osmanlı” kafesi və “Papa Johns”un Sumqayıt filialı, “Dermamed” Estetik Mərkəzi və qanunsuz fəaliyyət göstərən masaj salonları qanunvericiliyin tələblərinə uyğun olaraq cərimələniblər.

Təşkil olunan reyd zamanı Sülh prospektində yerləşən “Mərkəz” Plazada heç bir karantin qaydalarına riayət olunmadığı aşkarlanıb. Məlum olub ki, burada fəaliyyət göstərən bir çox obyektlərdə karantin rejimi kobud şəkildə pozulub.

Plazanın fəaliyyəti tamamilə müvəqqəti məhdudlaşdırılıb və nöqsanların aradan qaldırılması üçün rəhbərliyə göstəriş verilib.

Tədbir zamanı polislər tərəfindən sahibkarlar, eləcə də alıcıların diqqətinə sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyi çatdırılıb.

Reyd zamanı, həmçinin, avtobuslarda maskadan istifadə etməyən sərnişinlər də Polis əməkdaşları tərəfindən müəyyən edilərək cərimələniblər.

Belə hallara yol verən avtobus sürücüləri barəsində də ciddi tədbirlər görülüb.


Paylaş



Bölmə: ---
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!