Fərz etki, ətrafında gördüyün hər nə varsa, xəyaldır. Sən, mən, yaxınların, başının üstündəki mavi səma ayağının altındakı yaşil torpaq. Düşündüyün hər hansı bir fikir də sənə aid deyil. Yazdığın yazılar, gəzdiyin yerlər, təsadüfü tanışlar, bunlar heç zaman yaşanmayıb. Böyük cahanda təksən... Oxuduğun kitabları sanki heç oxumamısan. Sevdiyin qadını heç bir zaman sevməmisən. Boş vaxtlarında və yaxud darıxdığında getdiyin, ətrini ciyərlərinə çəkdiyin dərdləşdiyin mavi dəniz sənin dostun olmayıb.