Orxan Zeynallı: “Hər kəs öz həyatını süpürsə, Bakı gül - çiçək olar”.
Azərbaycan xalqı qədim olması ilə eyni zamanda öz mədəniyyəti ilə seçilən bir xalq olub. Tarixin müxtəlif dövrlərində müxtəlif dövlətlər bir-birlərinin əsarəti altına düşüblər. Qaynaqlardan məlumdur ki, işğala məruz qalan xalqlar “ağa”larının mədəniyyətini öyrənməklə yanaşı, eyni zamanda müəyyən qədər öz adət-ənənələrini də qorumağa hətta yaymağa müvəffəq olublar. Bu gün bir çox sahələrdə Avropaya sürətlə inteqrasiya edən Azərbaycan da, xüsusilə, orta əsrlərdə və ondan sonrakı dövrdə daha güclü dövlətlərin vassalına çevrilib(məsələn ərəblərin, monqolların, rusların). Amma bizim millətin irədəsinin bəhrəsidir ki, heç bir xalqdan mədəniyyətsizlik öyrənməyib, əksinə, mədəniyyət öyrədib.