Tehran küçələrində böyük izdiham .....                        Rza Pəhləvi ilə gizli görüş .....                        Trampdan İranla bağlı mesaj: Hazır olun! .....                        İran rejiminin son günləridir - Almaniyadan reaksiya .....                        “Qalatasaray” səfərdə qələbə qazandı .....                        Mirzoyan Rubio ilə görüşdü .....                        "20 Yanvar"da maşın alışdı .....                        ABŞ İranı vuracaq - Hədəflər məlum oldu .....                        Ceyhun Bayramov Fidanla regionu müzakirə etdi .....                       
Tarix : 28-08-2017, 14:02
 Dövlət Agentliyi enerji yürüşü təşkil edib



Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən Butov.az - a verilən məlumata görə, ABOEM üzrə Dövlət Agentliyi enerji yürüşü təşkil edib.

Avqustun 26 - da ABOEM uzrə DA-nin təşkilatçılığı ilə regionların inkişafına alternativ enerji ilə töhvə vermək məqsədilə media nümayəndlərinin və DA əməkdaşlarından ibarət 50 nəfərlik nümayəndə heyəti ilə Qobustan rayonuna ekspedisiya yürüşü təşkil edilib.

Qobustan Eksperimental Poliqonu və təlim-tədris mərkəzindən başlayaraq Qobustan rayonunun ən yüksək zirvəsi adlanan Xilə dağına qədər 8 km məsafəni əhatə edən yürüşdə jurnalistlər həm müəyyən olunmuş marşrut üzrə hərəkət edərək ətraf əraziləri, coğrafi landşaftı müşahidə edərək qeydlər edib, həm də alternativ enerji qaynaqları haqqında ABOEMDA-nin əməkdaşlarından ibarət olan ekspedisiya qrupu üzvləri ilə təbii göllərin, çayların və digər təbii resursların gələcəkdə məqsədyönlü istifadəsi üzrə araşdırmalar aparıb, o cümlədən, sözügedən ərazidə müasir infrastrukturun yaradılması və sosial yönümlü layihələrin həyata keçirilməsi potensialı haqqında fikir mübadiləsi aparıblar. KİV nümayəndələri və DA-nın əməkdaşları təxminən 1200 m hündürlükdə yerləşən dağın zirvəsinə qalxaraq günəş enerjisi ilə işıqlanan gecə fənərini və Dövlət Agentliyinin (DA) bayrağını sancıblar.

Qobustan rayonu ərazilərini əhatə edən yürüşün son dayanacaq nöqtəsi Xilmilli kəndi oldu. KİV nümayəndələri orada cari yarımillikdə DA-nin ölkəmizdə yenilənə bilən enerji potensialının artırılması istiqamətində gördüyü işlər, həyata keçirdiyi layihələr barəsində agentlik sədrinin müavini Cəmil Məlikovun təqdimatında hesabatı dinləyiblər.

Sonda sədr müavini bərpa olunan enerji sahəsində jurnalistlərin suallarını cavablandırıb, bundan sonra da qarşılıqlı şəffaf çalışmalarımızın davam etdirilməsindən məmnunluq duyduğunu bildirib.

Butov.az


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!