Tramp 350 demişdi, Zelenski 100 deyir .....                        Lavrov Türkiyədə .....                        Məktəblərdə dərslər onlayn keçiriləcək? - RƏSMİ .....                        BDU tələbələrinin nəzərinə! - Sabah dərslər... .....                        “Mançester Siti” öz meydanında məğlub oldu .....                        Bakıda taksi qiymətləri kəskin artıb .....                        Kansler məğlub olduğunu etiraf etdi .....                        Sabah universitetlərdə dərslər onlayn olacaq .....                        Almaniya seçkiləri: ilkin nəticələr məlum oldu .....                       
Tarix : 28-08-2017, 16:33
"Seysulanda döyüş" kitabının təqdimatı keçirilib


Butov.az xəbər verir ki, avqustun 28 - də Beynəlxalq Mətbuat Mərkəzində yazıçı - publisist Təranə Cəbiyevanın "Seysulanda döyüş" adlı kitabının tədqimatı keçirilib.

Təqdimat Aprel şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsiylə açılıb. Giriş sözü ilə çıxış edən Təranə xanım kitabın Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş Rəşad Niftalılı haqda qələmə alındığını qeyd edib. O, Rəşad Niftalılı haqda məlumat verərək şəhidin göstərdiyi şücaətdən, döyüş uğurundan və ailəsinin əzmindən danışıb. Təranə xanım, eyni zamanda ötən ilki döyüşlərdə qəhrəmancasına həlak olmuş əsgər və zabitlərin hər biri haqda məlumatın dərsliklərə salınmasının vacibliyini vurğulayıb.

Təranə xanım Rəşadın nümunəvi hərbi xidmətini diqqətə çatdıraraq qeyd edib ki, - "Rəşad əsgər formasını 9 ay əyninə şərəflə geyindi...".

Sonra söz Bakı Şəhər Hakimiyyəti başçısının müavini Fiduma xanım Hüseynovaya verilib. O, vətənin ərazi bütövlüyü uğrunda şəhid olan əsgər və zabitlərimizin qəhrəmanlığından danışaraq, şəhid ailələrinə səbr diləyib.

"Seysulanda döyüş" kitabının təqdimatı keçirilib


Sonra millət vəkili Fuad Muradov da öz fikirlərini bölüşərək Rəşadın timsalında digər şəhidlərimizin ölməzliyindən, onların gənclərə nümunə olmasından söhbət açıb.

"Seysulanda döyüş" kitabının təqdimatı keçirilib


Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı aparatının İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov da çıxış edib. O, Rəşad Niftalılı və digər şəhidlərin qəhrəmancasına həlak olmasını onların vətənə, torpağa olan sevgisindən qaynaqlandığını bildirib.

"Seysulanda döyüş" kitabının təqdimatı keçirilib


Şəhidin atası Şakir Niftalıyev də tədbirin iştirakçısı olub. O, oğlunun qəhrəmanlığından fəxr etdiyini bildirib. Rəşadın tələbəlik illərindən söz açaraq, övladının qayğıkeşliyindən, vətənə olan sevgisindən danışıb.

Tədbirdə Əməkdar İncəsənət xadimi Ziyadxan Əliyev, Əməkdar mədəniyyət işçisi, "Seysulanda döyüş" kitabının redaktoru Məsaim Abdullayev, Aprel döyüşlərinin iştirakçısı, ehtiyyatda olan zabit, kapitan Hikmət Məmmədov da çıxış edib. Onlar aprel döyüşlərinin xalqımızın döyüş ruhunu və iradəsini, Azərbaycan ordusunun güc və qüdrətini göstərən qəhrəmanlıq tarixi olduğunu deyib.

Eyni zamanda, təqdimat mərasimində şəhid ailələrinin nümayəndələri, mətbuat işçiləri də iştirak edib. Sonda Təranə xanım Beynəlxalq Mətbuat Mərkəzinin rəhbərliyinə, kitabın ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə təşəkkür edib və xatirə şəkli çəkilib.

Azadə / Butov.az

"Seysulanda döyüş" kitabının təqdimatı keçirilib


"Seysulanda döyüş" kitabının təqdimatı keçirilib


"Seysulanda döyüş" kitabının təqdimatı keçirilib


"Seysulanda döyüş" kitabının təqdimatı keçirilib[/center]


Paylaş



Bölmə: Hərbi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!