Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                       
19-11-2021, 16:28
"Qarabağ" - "Omoniya" oyununun biletləri satışdadır

UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək “Qarabağ” – “Omoniya” (Kipr) oyununun biletləri bu gündən satışa çıxarılacaq.

Bütöv.az xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 3, 5, 10, 50 və 75 manat təşkil edir.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.

Satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında 11:00-dan 19:00-dək 2-ci və 3-cü kateqoriya biletlər satılır (5-3 azn);

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 19:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılacaq (10:00-22:00).

Qeyd edək ki, Oyun gec saatlarında başa çatacağı üçün “Qarabağ” FK-nın “Bakı Metropoliteni” QSC-yə ünvanladığı məktuba müsbət cavab verilib. Noyabrın 25-dən 26-na keçən gecə metronun “Gənclik”, “Nəriman Nərimanov” və “28 May” stansiyalarına giriş saat 01:00-dək sərnişinlər üçün açıq olacaq.
19-11-2021, 16:26
Bakı polisindən genişmiqyaslı əməliyyat - VİDEO

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən noyabrın 1-dən bu günə kimi Zabrat, Bakıxanov, Balaxanı və digər qəsəbələrdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 27 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan həmin şəxslər barəsində Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işləri başlanılıb.

Həmin şəxslərdən 22-si barəsində məhkəmə orqanları tərəfindən həbs və digər növdən olan qətimkan tədbirləri seçilib. Saxlanılanlardan beş nəfəri barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və onlar cərimə olunublar. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərdən külli miqdarda narkotik vasitə və psixotrop maddələr aşkar edilib.

Sabunçu Rayon Polis İdarəsinin daxil olmuş məlumat əsasında həyata keçirdiyi növbəti əməliyyat-axtarış tədbiri nəticəsində Ramana qəsəbə sakini Əfqan Həbibov yaşadığı evdə qanunsuz olaraq odlu silah gizlətməkdə şübhəli bilindiyi üçün saxlanılıb.

Onun mənzilinə baxış zamanı müvafiq sənədləri olmayan yivli “TOZ-8” markalı tüfəng və 23 ədəd patron aşkar edilərək götürülüb. Əfqan Həbibov silahı bir müddət əvvəl tapdığını, lakin polis əməkdaşlarına təhvil verməyərək özündə saxladığını bildirib.

Qeyd olunan faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Narkotik vasitələrin dövriyyədən çıxarılması və qeydə alınan digər hüquqazidd əməlləri törədən şəxslərin ifşa edilməsi istiqamətində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.



Bütöv.az
19-11-2021, 16:22
Əli Əsədov qərar imzaladı

"Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilməsi Qaydası” təsdiq edilib.

Axar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişiklik “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nə uyğun edilə bilər.

Bütöv.az
19-11-2021, 16:19
İran-Azərbaycan sərhədində 38 mina aşkarlanıb

Noyabr ayının ötən dövrü ərzində DSX-nin mühəndis-istehkam bölmələri tərəfindən Azərbaycan-İran dövlət sərhədi­nin işğaldan azad olunmuş sahəsinin 25 hektar məsafəsi mina və partlamamış hərbi sursatlardan təmizlənib, nəticədə 38 ədəd PMN-2 markalı piyada əleyhinə mina aşkar olunaraq partlayış üsulu ilə zərərsizləş­dirilib.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumat yayıb.

Bildirilib ki, göstərilən istiqamətdə dövlət sərhədi boyunca 1230 metr məsafədə mühəndis çəpərlərinin quraşdırılması tamamlanıb, 1300 metr məsafədə işlər davam etdirilir.

Bütöv.az
19-11-2021, 16:01
Binalarda istilik yox, otaqlar bumbuz, sakinlərsə dua edir

Dövlət tərəfindən ayrılan vəsaitlər hesabına çoxlu sayda yeni qazanxanalar inşa edilib, müasir istilik sistemləri quraşdırılıb. Ancaq buna baxmayaraq Sumqayıt şəhərinin məhəllə və mikrarayonlarında hələ də mənzillər istiliklə təchiz edilməyib.

Bu barədə KONKRET.az-ın redaksiyasına müraciət edən 18-ci mikrarayon, 20, 21 və 22 nömrəli binanın sakinləri, həmçinin 17-ci mikrarayonun yaşayışçıları mənzillərinə hələ də istiliyin verilməməsindən şikayət ediblər.

Sakinlər bildiriblər ki, artıq havaların soyuması səbəbindən vəziyyət çətinləşib. Buna görə də, evlərini qızdırmaq üçün qazdan və elektriklə işləyən qızdırıcı vasitələrdən istifadə etməyə məcbur qalıblar. Bu da, kommunal ödənişlərin artması fonunda insanların büdcəsinə ciddi təsir göstərir. Eyni zamanda hamı mənzilini qızdırmaq üçün qazdan istifadə edir və nəticədə mavi yanacağız təzyiqi aşağı düşür. Elektrik enerjisi isə həddindən artıq yükləndiyindən xətlərdə problemlər yaranır və işıqlar sönür.

Sakinlərin sözlərinə görə, havaların soyuması ilə əlaqədar noyabr ayının 15-dən istilik təchizatı həyata keçirilməli olsa da, Sumqayıt şəhərinin 17-ci və 18-ci mikrorayonlarında yaşayan yüzlərlə sakin hələ də soyuq mənzildə yaşamaq məcburiyyətindədir. “Azəristiliktəchizat” ASC-nin “Sumqayıtistiliktəchizat” İdarəsi problemin həll edildiyini bildirsə də, sakinlər faktiki olaraq binalara istilik verilmədiyini deyirlər.

“Sumqayıtistiliktəchizat” İdarəsinin rəisi Aftandil Nuriyev həmişəki kimi problemi ört-basdır etməyə çalışır.

Görünür illərdir bu vəzifədə çalışan və öz kreslosundan əl çəkə bilməyən Aftandil Nuriyevi sakinlərin problemi maraqlandırmır. Xalqa xidmət etməli olan Aftandil Nuriyev ona inanıb vəzifə verən şəxslərin etimadını da yerlə bir edir. Sakinlər isə soyuqdan donmasınlar deyə, qış fəslinin sərt keçməməsi üçün dua edirlər. Dualar həm də Aftandil müəllimin insafa gəlməsi və problemin tez bir zamanda həllinə göstəriş verməsi üçündür. Allah dualarınızı qəbul etsin əziz Sumqayıt sakinləri!

P.S. Yazıda adıçəkilən şəxslərin və aidiyyatı qurumların mövqeyini dərc etməyə hazırıq!

Bütöv.az
19-11-2021, 11:04
Dünya bazarında neft qiymətləri

Dünya bazarında neft qiymətləri bahalaşıb.

WTI markalı neftin fyuçersləri 0,62 % bahalaşaraq, bir bareli 79,50 ABŞ dolları olub.
“Brent” markalı neftin fyuçersləri 0,66 % bahalaşaraq, bir bareli 81,78 ABŞ dolları təşkil edib.

Mənbə: Bloomberg


Bütöv.az
19-11-2021, 11:00
BMT-də İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş qətnamə qəbul edildi

BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Assambleyanın Üçüncü Komitəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkilat adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə BMT üzv dövlətləri tərəfindən qəbul edilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qətnaməyə 126 BMT üzvü dövləti həmmüəllif qismində qoşulub.

“Kifayət qədər müfəssəl məzmunda olan qətnamədə digər məsələlərlə yanaşı, COVID-19 pandemiyasına qarşı mübarizə sahəsində həyata keçirilmiş bir sıra əhəmiyyətli qlobal təşəbbüslər, o cümlədən Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 3-4 dekabr 2020-ci il tarixində keçirilmiş BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası alqışlanır”, - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, qətnamədə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında COVID-19 əleyhinə peyvəndlərin bölgüsündə mövcud olan bərabərsizlikdən ciddi narahatlıq ifadə edilir. Bu vəziyyətin Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına əngəl törədən başlıca faktorlardan biri olduğu vurğulanır:

“COVID-19-a qarşı mübarizədə çoxtərəfliliyin, eləcə də beynəlxalq həmrəylik və əməkdaşlığın əhəmiyyətinə xüsusi vurğu edilir. Bu xüsusda, bütün dövlətlər, özəl şirkətlər və digər aktorlar COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi istiqamətində konkret tədbirlər görməyə çağırılır.

Bütün dövlətlər COVID-19 əleyhinə peyvəndlərin ixracı ilə bağlı mövcud olan əsassız maneələri aradan qaldırmağa və peyvəndlərin hazırlanması və səmərəli paylanması sahəsində əməkdaşlığa dəvət olunur”.

Bildirilib ki, BMT Baş katibinə Baş Assambleyanın növbəti sessiyasına hazırkı qətnamənin icrası ilə bağlı hesabat təqdim etməsi tapşırılır:

“Sözügedən qətnamənin qəbulu Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizədə qlobal səylərin mərkəzində olmağa davam etdiyinin daha bir göstəricisi olub.

Xarici İşlər Nazirliyi fürsətdən istifadə edərək qətnamə layihəsinə dəstək verən və ona həmmüəlliflik edən bütün dövlətlərə öz minnətdarlığını bildirir”.

Bütöv.az
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!