Bütün dünya bilməlidir ki, Azərbaycan-Türkiyə qardaşlığı əzəldən gəlir, əbədiyyətə qədər uzanır. Dünən də belə idi, bu gün də belədir, sabah da belə olacaq. Butov.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Bakıda Zəfər Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib. "Qələbə qazanıldı, lakin uzun illərdən sonra Qafqaza sülh gətirəcək prosesin daimi olması üçün yeni mübarizə başlayıb. Bu kontekstdə Şuşa Bəyannaməsi gələcəyə doğru atılmış güclü addımdır", - deyə o bildirib.
Azərbaycan karateçiləri İstanbulda şotokan karate üzrə XI dünya çempionatında 29 medal qazanıb.
Bütöv.az xəbər verir ki, mükafatlardan 13-ü qızıl, 6-sı gümüş və 10-u bürünc medaldır.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirova və Ümumdünya Şotokan Federasiyasının (WSF) Azərbaycanda rəsmi nümayəndəsi Rənad Əliyevə fəxri plaket təqdim edilib.
Qeyd edək ki, karateçilərimiz medallarını Zəfər Gününə həsr edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr- Zəfər Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və xalqını təbrik edib.
Bütöv.az-ın xəbərinə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar Şuşada Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən məlumat verib.
Flaşmobda iştirakçılar Vətən müharibəsinin rəmzi olan “Dəmir yumruq” kompozisiyasını nümayiş etdiriblər. Qeyd edək ki, tədbir “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunub.
Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı Azərbaycanı 8 Noyabr Zəfər Günü münasibətilə təbrik edib.
“Dost gəlişi bayram olar. Yığılsın ozanlar, çalsın sazlar. Bu gün Zəfər Günüdür. Tək ürək, tək bilək olaraq birlikdə yeni Qızıl Alma səfərlərinə”, - deyə diplomatın “Twitter” hesabında dərc etdiyi paylaşımda qeyd olunub.
Tvitə Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın fotosu, həmçinin Şuşa şəhərinin giriş lövhəsinin şəkli əlavə olunub.
"Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı qələbədə Türkiyəyə siyasi və mənəvi dəstəyinə görə təşəkkür edirəm".
Bütöv.az-ın xəbərinə görə, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Zəfər Günü münasibətilə keçirilən konsertdə çıxışı zamanı deyib.
O, bu şanlı qələbənin - Zəfər Gününün qardaş türk xalqı ilə birgə qeyd edildiyini, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu qonaqların diqqətinə çatdırıb.