Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
2-11-2021, 13:11
Qılıncdaroğlu Ərdoğana təzminat ödədi

Türkiyə məhkəməsi Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Qılıncdaroğlunun 3 il əvvəl prezident Rəcəb Tayyib Ərdoğan barədə dediyi sözlərlə bağlı qərar verib.

Bütöv.az xəbər verir ki, məhkəmə müxalif liderin 43 min 307 lirə təzminat ödəməsi barədə qərar çıxarıb. Məlumata görə, Ərdoğan həmin təzminatı Rəcəb Tayyib Ərdoğan Universitetinin İnkişaf Fonduna bağışlayıb.
Məlumata görə, vəsait tələbələrin təqaüdü üçün sərf ediləcək.
2-11-2021, 13:04
Çempionlar Liqasında üç komanda pley-offa vaxtından əvvəl vəsiqə qazana bilər

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turun görüşləri keçiriləcək.

Bütöv.az xəbər verir ki, “Bayern”, “Zalsburq” və “Yuventus” qalib gələcəyi halda, pley-offa vəsiqəni iki tur öncədən təmin etmiş olacaq.

Günün matçı kimi İtaliyanın Berqamo şəhərində keçiriləcək “Atalanta” – “Mançester Yunayted” matçını göstərmək olar. Mançesterdə baş tutmuş ilk görüşdə meydan sahibləri 3:2 hesabı ilə əzmkar qələbə qazanmaqla qrupda liderliyi ələ almışdı. İndi “Atalanta”nın öz meydanında revanş almaqla liderliyi özünə qaytarmaq imkanı var.

Ancaq bu görüşə “Atalanta” itkilərlə çıxacaq. Berat Cimsiti, Robin Qozens, Hans Hatebur və Matteo Pessina zədə səbəbindən oynamayacaq. Qonaqlarda isə isveçli mərkəz müdafiəçisi Viktor Lindelöfün oynamayacağı dəqiqdir. Fransalı Antoni Marsyalın meydana çıxması isə sual altındadır.

Çempionlar Liqası

E qrupu


00:00 “Dinamo” (Ukrayna) – “Barselona” (İspaniya)

00:00 “Bayern” (Almaniya) – “Benfika” (Portuqaliya)

Xal durumu

1. “Bayern” – 9

2. “Benfika” – 4

3. “Barselona” – 3

4. “Dinamo” – 1



F qrupu

00:00 “Vilyareal” (İspaniya) – “Yanq Boyz” (İsveçrə)

00:00 “Atalanta” (İtaliya) – “Mançester Yunayted” (İngiltərə)

Xal durumu

1. “Mançester Yunayted” – 6

2. “Atalanta” – 4

3. “Vilyareal” – 4

4. “Yanq Boyz” – 3



G qrupu

21:45 “Volfsburq” (Almaniya) – “Zalsburq” (Avstriya)

00:00 “Sevilya” (İspaniya) – “Lill” (Fransa)

Xal durumu

1. “Zalsburq” – 7

2. “Sevilya" – 3

3. “Lill” – 2

4. “Volfsburq” – 2



H qrupu

21:45 “Malmö” (İsveç) – “Çelsi” (İngiltərə)

00:00 “Yuventus” (İtaliya) – “Zenit” (Rusiya)

Xal durumu

1. “Yuventus” – 9

2. “Çelsi” – 6

3. “Zenit” – 3

4. “Malmö” – 0
2-11-2021, 12:53
Bayden İqlim konfransında "yatdı" - VİDEO

Bazar ertəsi Qlazqoda İqlim konfransının açılışında çıxışından sonra 78 yaşlı ABŞ prezidenti Co Bayden yuxulayıb.

Bütöv.az Daily Mail-ə istinadən bildirir ki, natiqlərdən biri iqlim problemlərinin həlli üçün hərəkətə keçməyin zəruriliyini vurğuladığı zaman Bayden yuxulu görünürmüş. Buna səbəb onun gərgin Avropa turu olub. Bu anları əks etdirən görüntülərdə Bayden gözlərini açmaqda çətinlik çəkdiyi amma sonda tam yuxuladığı görünür. Bu anda köməkçisi ona yaxınlaşıb qulağına nəsə deyəndən sonra Bayden yenidən gözlərini açıb.

2-11-2021, 12:12
Yaşıl qozun balla qarışığı

Hamı bilir ki, qoz çox faydalı məhsuldur. Xalq təbabətində qozun ləpələri, yarpaqları, arakəsmələri, qoz ağacının qabığı müxtəlif xəstəliklər və pozulmalar zamanı uğurla müalicə olunur.

Kal yaşıl qoz çox qiymətli müalicəli məhsuldur. Onun tərkibində olan faydalı maddələr yetişmiş qozla müqayisədə daha çoxdur. Belə ki, yaşıl qoz bir çox vitaminlər (C, B qrupu, E, PP, karotin), minerallar (xüsusilə yod), antioksidantlar, orqanik turşular, yağ turşuları və s. kimi faydalı maddələrlə zəngindir.

Xalq təbabətində yaşıl qozun balla qarışığı "min bir dərdin dərmanı" sayılır və bir çox xəstəliklərin və pozulmaların müalicəsində uğurla istifadə olunur.

Beləliklə, bu qarışıq:

- qalxanvari vəzinin fəaliyyətinə çox müsbət təsir edir,

- qanı təmizləyir,

- qurdqovucu təsir edir,

- qara ciyəri və bağırsaqları təmizləyir,

- artıq çəkidən azad olmağa kömək edir,

- orqanizmi cavanlaşdırır,

- immun sistemini möhkəmləndirir,

- orqanizmə xərçəng əleyhinə təsir edir.

Qarışığın hazırlanması:

1. Bu qarışığı hazırlamaq üçün 1 kq yaşıl goz və 1 kq bal götürülür.

2. Qoz yuyulur, qurudulur, ətçəkən maşınından keçirilir və ya blenderdə əzilir.

3. Əzilmiş qoz hissə-hissə balla qarışdırılır və bankalara yığılır.

4. Qarışığı qəbul etməkdən əvvəl 2 ay ərzində quru sərin yerdə (soyuducuda və ya zirzəmidə) saxlamaq lazımdır (vaxtaşırı olaraq qarışığı qarışdırın).

5. Hazır qarışıq soyuducuda saxlanılır.

Qarışığın istifadəsi:

Hazır qarışıq gün ərzində 3 dəfə 1 çay qaşığı olmaqla qarışıq qurtarana kimi qəbul olunur.

Bu qarışığı istifadə etdikdən əvvəl həkimlə məsləhətləşin.

Bütöv.az
2-11-2021, 11:21
İmişlidə 11 yaşlı qızı zorlayan atalığı HƏBS EDİLDİ - RƏSMİ

İmişli rayonunda 11 yaşlı qızı zorlayan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, İmişli rayon sakini, 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə dörd ay müddətində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam edir.

Qeyd edək ki, İmişli Rayon Mərkəzi Xəstəxanasından rayon sakini 2010-cu il təvəllüdlü A.N.-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.

Xatırladaq ki, 11 yaşlı qızın övladı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Hamiləlik patologiyası şöbəsində qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Körpə 30-31 həftəlikdir.

Bütöv.az
2-11-2021, 11:18
General-leytenant Hikmət Mirzəyev Şuşadan danışdı - VİDEO

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filmi Zəfər bayramı ərəfəsində geniş auditoriyaya təqdim olunacaq.

Bütöv.az xəbər verir ki, bu barədə “Bakı Media Mərkəzi” məlumat yayıb.

Müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan “Şuşa əməliyyatı”nın maraqlı detalları izləyicilərə ilk dəfə bu filmdə təqdim olunacaq.

Filmdə Şuşa əməliyyatını həyata keçirən cəsur əsgər və zabitlərimizin müsahibələri, əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alır.

Sənədli filmdə Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin Şuşanın işğaldan azald olunması ilə bağlı fikirləri yer alıb:
“Mən Şuşaya girəndə özümü çox xoşbəxt və vicdanımın nə qədər rahatlıq içində olduğunu hiss etdim”.

2-11-2021, 11:04
Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətləri fərqli istiqamətdə dəyişib.

WTI markalı neftin dekabr fyuçersləri 0,11 % ucuzlaşaraq, bir bareli 83,96 ABŞ dolları təşkil edib.
“Brent” markalı neftin yanvar fyuçersləri 0,02 % bahalaşaraq, bir bareli 84,73 ABŞ dolları olub.

Mənbə: Bloomberg

Bütöv.az
2-11-2021, 08:22
Moskvadan İrəvana zəng


Lavrovla Mirzoyan arasında telefon söhbəti olub. Tərəflərin müzakirəsində üç məsələ əsasdır:
Bölgədə kommunikasiyanın blokadadan çıxarılması;
Azərbaycan-Ermənistan sərhədində gərginliyin azaldılması;
Bir il öncə imzalanan üçtərəfli bəyanatların ildönümü ərəfəsində icrası.
Lavrovun G-20 sammitindən sonra İrəvana zəngi iki ehtimalı önə çıxarır:
Birincisi, 3+3 formatının müzakirə edildiyi Çavuşoğlu-Lavrov görüşündə tərəflər prosesin sürətləndirilməsinə razılaşıblar;
Bu, az ehtimaldır, çünki Ankara və Moskva bölgənin gələcəyi ilə bağlı demək olar hər şeyi müzakirə edib və Ermənistandan cavab gözlənilir. Təbii ki, Roma görüşündə tərəflər prosesin sürətlənməsinə dair fikir mübadiləsi aparıb, amma Lavrovun məhz Çavuşoğlu ilə müzakirəyə görə İrəvana dərhal zəngi az inandırıcıdır.
İkinci və güclü ehtimal Putinin iştirak etmədiyi G-20 sammitində Ərdoğanın ABŞ və Fransa liderləri ilə görüşüdür;
Ərdoğan Bayden və Makronla ayrılıqda Cənubi Qafqazı, bölgədəki 3+3 formatını müzakirə etdi. Bu görüşlərdən dərhal sonra Moskvanın hərəkətə keçməsi rusları narahat edən məsələlərin olduğundan xəbər verir:

• Ruslar Ərdoğan və Baydenin 1 saat 10 dəqiqə çəkən görüşündə nələrin razılaşdırıldığından xəbərsizdir;
• - Qərbin bölgədə Türkiyəni tərəf kimi qəbul etməsi Ankara və Bakının masada əlini gücləndirir;
• - Qərbin bölgəyə marağını ruslar öz vasitəçiliyinə risk olaraq görür.
Rusiya Vaşinqtonla görüşdən sonra Ankaranın əlavə istəklər irəli sürməsi ehtimalına qarşı mövcud şərtlərdə-Ərdoğanla Putinin razılaşması çərçivəsində kommunikasiyanın açılması, reional əməkdaşlıq platformasının qurulmasını sürətləndirmək istəyir. Və həm də “hakim rolunu” yenidən nümayiş etdirirlər: üçtərəfli razılaşmaların icrası və sərhəd məsələsinin müzakirəsi də buna hesablanıb.
Güman ki, Moskvadan eyni motivli zəng Bakıya da ediləcək.
Lavrovun zəngində diqqətdən yayınmayan kiçik bir detal da var: tərəflər gündəmdə olan məsələlərlə bağlı “saatları dəqiqləşdirib”; bu ifadə mövqelərin dəyişib-dəyişmədiyini yoxlamaq kimi da oxuna bilər. Və burada diqqət Ərdoğanın Romadakı görüşləri ilə bağlı açıqlamalarındakı bir məqama yönəlir: Türkiyə prezidenti bildirdi ki, “Makronla Cənubi Qafqazı müzakirə etdik, dedik ki, bölgədə müsbət addımlar var və bu addımları hörmətli İlham Əliyev qardaşımız da davam etdirmək istəyir. Hətta Paşinyanla da görüşməsi oldu, bu görüşdə “altılıq platformasını” yaratmaq məsələsi gündəmə gəldi”.
Əliyevlə Paşinyan sonuncu dəfə 11 yanvar 2021-ci il tarixində Moskvada, Putinin vasitəçiliyi ilə görüşüb, ondan sonra hansısa təmasla bağlı heç bir məlumat yoxdur, lakin Ərdoğanın açıqlamasının məntiqi ardıcıllığı Azərbaycan və Ermənistan rəhbərliyinin ayrılıqda görüşdüyü fikrini də gündəmə gətirir. Bu açıqlamadan sonra erməni mediası xüsusilə “ayrı görüş” məsələsi üzərində dayanır. Mümkündür ki, Lavrov Mirzoyanla həm də bunu – Moskvadan xəbərsiz görüşün olub-olmadığını aydınlaşdırmaq istəyib.

Asif Nərimanlı

2-11-2021, 08:08
Azərbaycan İsraildən raket aldı – Ermənilər təlaşlandı

Azərbaycan MiQ-29 qırıcıları üçün İsrailin “hava-hava” raketlərini alıb.
Bu barədə məlumatı Teleqram kanallarına istinadla erməni mediası tirajlayıb.
“Azerbaijani Armed Forces” kanalı Azərbaycanın “I-Derby ER” aviasiya raketini aldığını iddia edib.
Bildirilib ki, raket artıq ordumuzun arsenalına daxil edilib. “I-Derby ER” “Derby” raketlərinin təkmilləşdirilmiş və tam modernləşdirilmiş versiyasıdır.
“I-Derby ER” orta mənzillidir, 100 km-likdəki hədəfi dəqiqliklə məvh etmək gücündədir. Raketin ağırlığı 118 kq-dır, döyüş başlığının ağırlığı isə 23 kq-dır.
Bu raketi F-16C/D, F-5, Miraj, JAS-39 Gripen, o cümlədən MiQ-21 və MiQ-29 qırıcıları daşımaq imkanındadır.
Erməni analitiklərin iddiasına görə, Azərbaycanın arsenalında Belarus və Ukraynadan alınmış və modernləşdirilmiş 10 MiQ-29 qırıcısı var.
Qeyd edək ki, hərbi ekspertlər bu raketin imkanlarını yüksək qiymətləndirirlər.
1-11-2021, 19:20
Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 263 vaksin vurulub

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 202, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 61 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 661 131, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 258 620, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 402 511 təşkil edir.

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!