"Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                       
25-11-2021, 19:02
FRANSANIN İŞİD və PKK İLƏ GİZLİ ƏLAQƏLƏRİ İFŞA EDİLDİ -  VİDEO

"TRT World” Fransa xüsusi xidmət orqanlarının İŞİD və PKK ilə gizli əlaqələrini ifşa edən film hazırlayıb. “Zavod: Gizli Fransız Əməliyyatı” adlı sənədli film artıq yayımdadır!

Sənədli filmdə təkzibedilməz faktlarla, yarım milyona yaxın sənəd üzərində 2 il boyu aparılan dərin araşdırma nəticəsində üzə çıxarılır ki, Fransanın nəhəng “Lafarge” sement şirkəti Fransa kəşfiyyatının İŞİD və digər terror təşkilatlarını maliyyələşdirməkdə əsas aləti və örtüyü olub.
“Lafarge” 2010-cu ildə Suriya bazarına daxil olub, Türkiyə və Suriyanı İraqla birləşdirən nəqliyyat yolunun üzərində zavod inşa edib, hərbi əməliyyatlar səbəbindən Suriyadan bütün şirkətlər qaçdığı halda, Fransanın təkidi ilə şirkət Suriyada qalmağa məcbur edilib və qaçırılan işçilərini geri almaq və fəaliyyətini təhlükəsiz davam etdirə bilmək üçün İŞİD, PKK terror təşkilatlarını maliyyələşdirib.
Fransada aparılan təhqiqata görə, şirkət vasitəsilə terror təşkilatlarına 16 milyon dollara yaxın maliyyə ötürülməsinə dair sübutlar tapılıb, lakin TRT-nin araşdırması bu rəqəmin daha yüksək olduğunu və bundan Fransa rəhbərliyinin xəbərdar olmasını üzə çıxarır.
Bütün bunlar Fransanın indiki prezidenti Emanuel Macronun həmin dövrdə Fransanın xaricdəki sərmayələrinə məsul olan iqtisadiyyat naziri olduğu dövrdə baş verib.Azərbaycan ictimaiyyəti bu sənədli filmdə əksini tapan məqamları təəccüblə qarşılamayır. Çünki Vətən müharibəsi dövründə Fransanın Azərbaycanın yaşayış məntəqələrini, dinc insanları atəşə tutan, terror aktları törədən Ermənistanı açıq şəkildə himayə etməsi, ona humanitar yardım adı altında təyyarələrlə silah-sursat daşıması, terrorçuluğu maliyyələşdirməsi ortada idi.
Fransanın Vətən müharibəsi dövründə Suriyalı döyüşçüləri, terrorçu dəstələri Azərbaycana qarşı istifadə etməsinə dair də geniş informasiyalar vardır.
Buna baxmayaraq, Fransa Azərbaycana böhtan ataraq guya Suriyalı terrorçuların Azərbaycan tərəfindən döyüşməsi barədə dezinformasiyalar tirajlayırdı. Azərbaycan dövlətinin bu iddialara sübut tələblərinə qarşı Fransa nə müharibə dövründə, nə də sonra bir fakt belə ortaya qoya bilməyək rüsvay oldu.
TRT-nin faktlar əsasında ekrana çıxardığı sənədli film Fransa rəhbərliyində təmsil olunan şəxslərin beynəxalq terrorçuluğa dəstək verməklə bəşəri dəyərlərə xəyanətinin növbəti sübutudur.
Film ingilis dilindədir; lakin türkcə titrlərlə tərcüməsi verilir. Həmin filmi təqdim edirik:




Bütöv.az
25-11-2021, 18:56
Peterburqda danışıqlar: Matviyenkonun mesajı

Milli Məclisin sədri Sahibə Qafarova MDB Parlament Assambleyasının plenar iclaslarında iştirak etmək üçün Rusiyada işgüzar səfərdədir.

İlk baxışda bu səfəri texniki prosedurların tərkib hissəsi kimi qələmə verə bilərik. Lakin üzdə xırda görünən bir neçə məqamın üzərindən sükutla keçməsək görərik ki, səfərin forması texniki olsa da, məzmununda hansısa hadisələrin olacağı mesajı gizlənir.

Bu tezisi möhkəmləndirəcək arqumentlərə nəzər salaq:
1. Ümumiyyətlə, Azərbaycan dövlətinin VI çağırış Milli Məclis qarşısında qoyduğu prioritetlərdən biri də parlament diplomatiyasının keyfiyyətcə intensivləşməsidir. Sahibə Qafarova beynəlxalq platformalarda Azərbaycan parlamentinin sədri kimi dövlətin maraqlarını ifadə edən bəyanatlar səsləndirir.

2. Fikir verək: 2020-ci ildə Vətən müharibəsi başlamamışdan 4 gün öncə Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada xarici işlər naziri Sergey Lavrovla görüş keçirmişdi. Bu, müharibə öncəsi Azərbaycan üçün vacib idi.

3. İranda Prezident İbrahim Rəisinin andiçmə mərasiminə Sahibə Qafarova göndərilmişdi, rəsmi Bakı açıq şəkildə ictimailəşdirmədiyi məqamları Sahibə Qafarova vasitəsilə Tehrana çatdırmışdı.

Qısası, Sahibə Qafarovanın səfərlərinə təkcə sıradan texniki xarakterli məzmun vermək kifayət etmir.

Sahibə Qafarova noyabrın 25-də Sankt-Peterburqda Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Diqqət çəkən məqamlar:

1. Bu görüş Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyanın Soçidə keçiriləcək görüşündən bir gün öncəyə təsadüf etdi.

Bu, o deməkdir ki, Rusiya ilə Azərbaycan parlament səviyyəsindəki danışıqlarla qarşılıqlı maraqları uzlaşdırılır.

2. Matviyenko Azərbaycan-Ermənistan sərhədlərinin dəqiq müəyyənləşdirilməsi üçün ən etibarlı istinad nöqtəsinin SSRİ xəritələri olduğunu dilə gətirib və onların Rusiya Müdafiə Nazirliyində saxlanıldığını xatırladıb.

Bu, bir daha Kremlin “sərhədlərin dəqiqləşdirilməsinə digər güclər qoşulmasın” mesajının çatdırılmasıdır.

3. Sahibə Qafarova isə bir daha Bakının mövqeyini ifadə edib: Ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyası mümkündür. Ermənistan isə yenə də təxribatlardan əl çəkmir.

NƏTİCƏ: Azərbaycan Soçi görüşünə güclü əllə gedir, çünki Rusiyanın “sərhəd ideyaları” əvvəldən Bakının maraqlarına uyğun idi.

İndi deyə bilərik ki, Matviyenko da Soçidə üçtərəfli görüş öncəsi Ermənistana xəbərdarlıq edir.

Üçtərəfli görüş öncəsi belə məqamlar bir tərəfin digəri üzərində psixoloji üstünlük qazanması üçün vacibdir.

Azərbaycan da, Rusiya da Ermənistan üzərində böyük üstünlüklərə sahibdir, amma İrəvandan gələn qeyri-müəyyən mövqe Bakının da, Moskvanın da səbrini daşırır...

Məhz yuxarıda qeyd etdiyimiz Lavrovla görüş məsələsi kontekstindən yanaşsaq, Soçidə də Ermənistanın növbəti güzəştlərə imza atacağı ehtimalları güclənir.


Bütöv.az
25-11-2021, 13:18
"Zirə" legioneri ilə vidalaşdı

"Zirə" PFK Georgi Stoilovla yollarını ayırıb.

Bütöv.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Şimali Makedoniyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

"Zirə" PFK göstətdiyi xidmətlərə görə futbolçuya təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayır.
25-11-2021, 13:04
Putin koronavirusa qarşı burun damcısı peyvəndi qəbul edib

Rusiya Prezidenti Vladimir Putin koronavirusa qarşı burun peyvəndini qəbul etdiyini deyib.

Bu barədə o, hökumət üzvləri ilə görüşdə bildirib.
Rusiya lideri qeyd edib ki, həmin peyvəndi revaksinasiyadan sonrakı gün qəbul edib.

O, bütün rusiyalıları vaxtında revaksinasiyaya çağırıb.

Mənbə: TASS

Bütöv.az
25-11-2021, 12:59
Ərdoğan təcili toplantı keçirdi

“Türkiyədə iqtisadi çətinlik 3-4 aya həllini tapacaq”.

Bütöv.az xəbər verir ki, ölkədəki iqtisadi vəziyyətlə bağlı prezident Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının qərargahında toplantı keçirib. Toplantı zamanı iqtisadiyyat və məzənnə artımı ilə bağlı məsələlər müzakirə olunub.
Ərdoğan bildirib ki, aşağı faiz dərəcələri istehsalı artıracaq və bununla da ölkədə iqtisadi inkişafa nail olunacaq. İclas zamanı bəyan edilib ki, hazırki vəziyyət xarici müdaxilələr nəticəsində ortaya çıxıb. İclasda iqtisadi problemlərin 3-4 ay ərzində həll olunacağı diqqətə çatdırılıb.
25-11-2021, 12:18
İçərişəhərlə Pakistanın Lahor Qala Şəhəri arasında dostluq protokolu imzalanıb - FOTO

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Lahor Qala Şəhəri Administrasiyası arasında “Dostluq və əməkdaşlıq haqqında Protokol” imzalanıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov tviterdəki hesabında bildirib.

“İçərişəhərlə Pakistanın Lahor Qala Şəhəri arasında Dostluq və Əməkdaşlıq Protokolu imzalanıb. Bu gözəl anların şahidi olmaq və iştirak etmək mənimçün böyük şərəfdir”, - səfir qeyd edib.

Sənəd hər iki qədim şəhərin idarəetmə aparatı, habelə Azərbaycanla Pakistan arasındakı mədəni, iqtisadi əlaqələri gücləndirəcək.

Qeyd edək ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistanda səfərdədir.





Bütöv.az
25-11-2021, 11:20
Türk dövlətləri ilə İngiltərənin forumu keçirilsin - VİDEO

Türk dövlətlərinin artmaqda olan gücü və siyasi mövqeyi əksər ölkələrin diqqətini çəkməyə davam edir.


Dünyada söz sahibi olan İngiltərənin də Türkiyə ilə münasibətləri bu mənada böyük əhəmiyyət kəsb edir.

Bütöv.az MediaTurk-a istinadən Türk dövlətlərinin Britaniya ilə birgə forumunun keçirilməsi haqqında reportajı təqdim edir.


25-11-2021, 11:15
Kəlbəcərin işğaldan azad edilməsinin ildönümüdür

Kəlbəcərin işğaldan azad edilməsindən 1 il ötür.

Bütöv.az xəbər verir ki, Azərbaycan Ordusunun Ermənistanın 2020-ci il sentyabrın 27-də təcavüzünə qarşı başladığı əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da Zəfərlə başa çatıb.
Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib.

Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atıb.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.

Bəyanatın 6-cı bəndinə əsasən, Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Bəyanatda Kəlbəcərin noyabrın 15-dək qaytarılması nəzərdə tutulsa da, ermənilər rayonu boşaltmaq üçün Rusiya vasitəsilə Azərbaycandan 10 gün vaxt istəyib. Azərbaycan humanizm prinsiplərini əsas götürərək, güzəştə gedib, ermənilərə 10 gün vaxt verib. 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb.

Beləliklə, Kəlbəcərin 27 illik işğalına son qoyulub.

Lakin verilmiş 10 gün möhlət müddətində də ermənilər xislətlərinə uyğun davranaraq, Kəlbəcərdə dağıntılar törədib, 27 il işğalda saxladıqları rayonu tərk edərkən evləri, binaları, tikililəri talan edib, yandırıb, ağacları qırıb, ekoloji terrora əl atıb. Bundan başqa, onlar Kəlbəcəri tərk etməzdən əvvəl rayonunun müxtəlif ərazilərində, yol keçidlərində piyada və tank əleyhinə minalar basdırıblar. Bunun nəticəsində 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində jurnalistləri daşıyan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb, partlayışda “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, 4 nəfər yaralanıb.

Qeyd edək ki, üçtərəfli Bəyanatın 2-ci bəndinə əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonu, 6-cı bəndinə əsasən, dekabrın 1-də isə Laçın rayonu da Azərbaycana qaytarılıb.

Azərbaycan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.

Azərbaycan Prezidenti İlham Əliyev 25 noyabr 2020-ci ildə televiziya ilə müraciətində Kəlbəcər rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.

Kəlbəcərin işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında “Kəlbəcərin azad olunmasına görə” medalı təsis olunub.

Prezident İlham Əliyevin sərəncamı ilə Kəlbəcərin işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.

Ermənistan işğal müddətində Kəlbəcər şəhərini və rayonun yaşayış məntəqələrini talayıb, darmadağın edib, tarixi, mədəni, dini abidələr, qəbiristanlıqlar yer üzündən silinib.
25-11-2021, 11:11
Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətləri fərqli istiqamətdə dəyişib.

WTI markalı neftin yanvar fyuçersləri 0,04 % ucuzlaşaraq bir bareli 78,36 ABŞ dolları olub.

“Brent” markalı neftin yanvar fyuçersləri 0,13 % bahalaşaraq bir bareli 82,36 ABŞ dolları təşkil edib.

Mənbə: Bloomberg

Bütöv.az
24-11-2021, 17:53
Ölkədə son sutkada 23 nəfər koronavirusdan ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 924 yeni yoluxma faktı qeydə alınıb, 1 873 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 23 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 578 627 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 543 200 nəfər müalicə olunaraq sağalıb, 7 709 nəfər vəfat edib, aktiv xəstə sayı 27 718 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 584, ötən müddət ərzində isə ümumilikdə 5 473 157 test aparılıb.

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!