Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
7-12-2021, 16:14
İlham Əliyevdən yeni TƏYİNAT - FOTO

Prezident İlham Əliyev Fərhad Əsgər oğlu Adıgözəlovun Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.



Bütöv.az
7-12-2021, 16:10
100 il əvvəl Azərbaycandan çıxarılan milli xalçalarımız Ukraynada tapıldı - VİDEO

Azərbaycanlı gənc Seymur Abuşov Ukraynanın Vinnitsa şəhərində dünyanın müxtəlif ölkələrindən Azərbaycan xalçalarını toplayaraq kolleksiya yaradıb.

Kolleksiyada vaxtilə ermənilərin öz adlarına çıxararaq Avropaya daşıdığı milli xalçalarımız, o cümlədən Qarabağ xalçaları da var. Azərbaycandan başqa digər türkdilli ölkələrin tarixi xalçalarını da kolleksiyasında toplayan Seymur burada anadan olub və böyüyüb. Əslən İmişli rayonundan olan azərbaycanlı gənc kolleksioneri bu missiyaya istiqamətləndirən onun ata tərəfdən ailəsinin əvvəldən xalçaçılıqla məşğul olması olub.

Kolleksiyasında başda Avropa ölkələri olmaqla dünyanın bir çox ölkələrindən tapıb topladığı qədim Azərbaycan xalçaları Quba, Şirvan, Qarabağ, Mil düzü və Dərbənd bölgəsinə məxsus xalçalardır. Xalçalar toxunma tarixinə görə 19-cu əsr və 20-ci əsrin əvəllərinə aiddir. Aralarında Şuşadan çıxarılaraq Avropada ermənilərin öz adları ilə təqdim etdiyi milli xalçalarımız da var ki, azərbaycanlı kolleksioner onları tapıb, alıb, gətirib milli Azərbaycan mənsubiyyətini özünə qaytararaq, kolleksiyasında rəsmiləşdirib. Kolleksioner deyir ki, xalçalar Azərbaycandan əsasən 20-ci əsrin əvəllərində inqilablar ərəfəsi, bir qismi isə SSRİ dağılan ərəfədə, Vətən müharibəsi zamanı çıxarılıb. Yalnız Azərbaycan xalçalarının kolleksiyası ilə məhdudlaşmayan Seymurun digər qardaşı yerli deputat Teymur Abuşov isə birgə diaspor və yerli ictimai işlərdə də fəaldır. Qardaşı Teymur Abuşov artıq ötən ildən Vinnitsada yerli radanın deputatı seçilib.

Ətraflı süjeti təqdim edirik:



Bütöv.az
7-12-2021, 15:39
Vilayət Eyvazovdan YENİ TƏYİNAT

Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin olunub.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Baxışov Rəşad Soltan oğlu Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi vəzifəsinə təyin edilib.
Bu təyinata qədər Rəşad Baxışov Gəncə şəhər Baş polis İdarəsinin DYPŞ-nin YNH-si baş inspektoru vəzifəsində çalışıb.

Bütöv.az
7-12-2021, 15:33
Sahibə Qafarova Türkiyəyə gedir

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının (İƏT Pİ) 16-cı Konfransında iştirak etmək üçün dekabrın 8-də Türkiyənin İstanbul şəhərinə səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bütöv.az-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatı Ceyhun Məmmədov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Milli Məclis sədrinin İƏT Pİ-nin 16-cı konfransında çıxışı gözlənilir. Parlament sədrinin tədbirdə iştirak edən nümayəndə heyətləri rəhbərləri ilə bir sıra görüşləri də nəzərdə tutulub. Görüşlərdə təşkilat çərçivəsində əməkdaşlığın gələcək inkişaf istiqamətləri, parlamentlərarası əlaqələrin dərinləşməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər dekabrın 11-də başa çatacaq.
7-12-2021, 15:24
Yanacağa qatqı qatan YDM-lar hansılardır?

Sürücülər daim yanacaqdoldurma məntəqələrinin satdığı benzinin keyfiyyətindən narazılıq etsələr də, hələki ölkəmizdə hər hansı yanacaqdoldurma məntəqəsinin ((YDM) adı keyfiyyətsiz yanacaq satmaqda hallanmayıb.

Amma bu günlərdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov jurnalistlərə açıqlamasında YDM-nin məntəqələrinin keyfiyyətsiz yanacaq satdığını təsdiq edib. Onun sözlərinə görə, Azərbaycanda benzin və yanacağın keyfiyyəti dövlət orqanları tərəfindən yoxlanılır, YDM-də aparılmış yoxlamalar zamanı daxili standartlarla bir sıra uyğunsuzluqlar aşkar edilib.
"Bu pozuntular yanacağın saxlanması ilə bağlıdır. İstisna olunmur ki, yanacağa bəzi qatqılar əlavə edilir. Zavodumuzda istehsal olunan Aİ-92 benzini Azərbaycanda mövcud olan norma və standartlara cavab verir".

SOCAR sözçüsünün bu açıqlaması birmənalı qarşılanmayıb. Sosial platformada da keyfiyyətsiz yanacaq satan YDM-nin yanacaqdoldurma məntəqələrinin adlarının ictimaiyyətə açıqlanması tələb olunur.

Benzinə qatqı qatan YDM-lar hansılardır?

İ. Əhmədov Sputnik Azərbaycan-ın sorğusuna cavabında bildirib ki, SOCAR yanacaqdoldurma məntəqələrində satılan yanacağın keyfiyyətinə nəzarət etmir: "Bizə verilən məlumata görə, bəzi YDM-lərdə satılan yanacağın keyfiyyətində, istehsal etdiyimiz məhsuldan fərqli olaraq kənarlaşmalar qeydə alınıb. Amma yoxlamanın təfərrüatlarını bizə açıqlamırlar. Sadəcə təxmin etmək olar ki, bu yanacağın saxlama şəraitinə görə ola bilər".
İ. Əhmədov bildirir ki, yanacaq vahid mərkəzdən bütün YDM şəbəkələrinə paylanılır, lakin hər bir YDM şəbəkəsində yanacağın saxlanma şəraiti və s. ilə bağlı bizim məlumat yoxdur. SOCAR-ın yanacaqdoldurma məntəqələrində isə yanacağın keyfiyyəti məhz SOCAR-ın təşəbbüsü ilə mütəmadi yoxlanılır: " Yəni SOCAR Petroleum istismar etdiyi YDM-lərdə yanacağın keyfiyyətinin hər ay yoxlanılması üçün Dövlət Xidmətinə müvafiq rüsum ödəyir, çünki özü də bunu təsbit etməkdə maraqlıdır. Sözügedən yoxlama digər YDM-lərdə aparılıb, çünki SOCAR-da satılan yanacağın keyfiyyəti onsuz da SOCAR-ın təşəbbüsü və təkidi ilə mütəmadi olaraq, hər ay yoxlanılır".

Həm cibimizə girirlər, həm də...

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, YDM-lər yanacağa qatqılar əlavə etməklə həm cibimizə girir, həmçinin də ekologiyaya ziyan vururlar: "Sürücülər YDM-də avtomobilə yanacağı doldurub evə gəlir, sürməmiş görür ki, dünənki şkala aşağı düşüb. Yaxud da yanacaq vuranda şkala yanacaq çəninin dolu olduğunu göstərsə də, az keçmir aşağı düşür. Məlum olur ki, yanacağa qatılan qatqılar benzinin keyfiyyətini dəyişir və nəticədə mühərrikdə alışma daha sürətli gedir. Bu səbəbdən də benzin tez qurtarır".
E. Muradlı bildirib ki, yanacağa müxtəlif qatqılar qatdıqdan sonra "oktan" qaldıran maddələr də əlavə edir. Bu isə yanacağın tərkibini dəyişir.

Çənləri təmizləmək onlara sərf etmir

Ekspert bildirir ki, YDM-lər yanacaq saxlanılan çənləri vaxtı-vaxtında təmizləməlidirlər. Amma bu YDM-lərin gəlirinə təsir etdiyi üçün onlar çənləri təmizləmirlər: "YDM-lər benzinin saxanma qaydalarına əməl etmirlər. YDM-lər çəni yumaq üçün bir neçə gün təmizləmə işləri aparmalıdırlar. Bunun üçün yanacaq çəni boşaldılmalı, bir neçə gün boş saxlanılmalıdır ki, onun içində təmizlik işi aparıla bilsin. Bu da YDM-lərin gəlirinə təsir göstərir. Ona görə də çəndə olan çöküntü təmizlənmir".
Ekspert deyir ki, YDM-lər keyfiyyətsiz yanacağa qatqı əlavə etməklə həm yanacağın həcmini azaldır, həmçinin də avtomobili sıradan çıxardırlar: "YDM-lər bizim cibimizə ikiqat ziyan vururlar. Onlar həm yanacaq satanda yanacağın həcmində bizi aldadır, həmçinin də keyfiyyətsiz yanacaq satmaqla avtomobilin hissələrinin tez sıradan çıxamasına səbəb olurlar. Onların bu əməli cinayətdir. Hüquq mühafizə orqanları YDM-lərdə keyfiyyətsiz yanacaq satışının üstünə ciddi düşməli, bunu araşdırıb həmin şirkətlərin rəhbərlərini məsuliyyətə cəlb etməldirlər".

Sürücülər nəyi bilməlidirlər?

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycana əsasən yüksək keyfiyyətli Aİ 95 markalı benzin xaricdən idxal olunur. Ölkədə benzin istehlakının 90 faizindən çoxu Aİ-92 markalı benzinin payına düşür. Aİ -92 markalı benzin isə ölkəmizdə istehsla olunur.
Ekspert deyir ki, yanacağın keyfiyyətindən sürücülər də narazıdır:
"SOCAR sözçüsünün açıqlaması isə sürücülərin haqlı olduğunu təsdiqləyir. Ona görə də benzinin standartını ölçən, həmin şirkətlərdə yoxlama aparan dövlət qurumları nəticəni ictimaiyyətə açıqlamalıdırlar. Sürücülər də bilməlidir ki, yanacağa hansı qatqılar qatılır,bunu hansı YDM-lar edir. Çünki, keyfiyyətsiz yanacaq səbəbindən avtomobillər nasaz vəziyyətə düşüb qəza şəraiti yaradır".

Ekspert bildirir ki, satılan yanacağın keyfiyyəti daim diqqətdə saxlanılmalıdır.

Hər həftə şikayət var

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, istehlakçılardan AİB-ə YDM-lərlə bağlı hər həftə bir neçə şikayət daxil olur. Əsas şikayətlər isə yanacağın həcminin az vurulması və keyfiyyətinin aşağı olması ilə bağlıdır. E. Hüseynov deyir ki, hazırda Azərbaycanda yanacağın tərkibinin yoxlanılması üçün özəl laboratoriyalar yoxdur: "Əgər vətəndaş hansısa YDM-in yanacağından narazıdırsa, bunu ancaq dövlət ekspertizasından keçirdərək öyrənə bilər. Bizim həmin yanacağın tərkibini xarici ölkələrdə təhlil etmək imkanlarımız var. Amma məhkəmələr xarici ölkələrdə, həmçinin özəl laboratoriyalarda aparılan yoxlamanın nəticəsini hüquqi sənəd kimi qəbul etmir".

Dövlət Xidməti SOCAR rəsmisinin sözünü təkzib edir

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən isə Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, Xidmətin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin Neft-Qaz və Neft-Kimya məhsullarının sınaq laboratoriyası tərəfindən “SOCAR-Petroleum” QSC-yə məxsus yanacaqdoldurma məntəqələrindən mütəmadi olaraq sınaqların aparılması üçün yanacaq nümunələri götürülür. Sınaqlar, ГОСТ 2517-2012 "Нефть и нефтепродукты. Методы отбора проб" dövlətlərarası standartın 4.4-cü bəndinin tələblərinə uyğun müntəzəm olaraq dizel, A-92, A-95 və A-98 markalı benzin yanacaqlarından nümünələri götürülməklə, AZS 376-2009 "Dizel yanacağı. Texniki şərtlər", AZS 059-2001 “Etilsiz avtomobil benzinləri. Texniki şərtlər", AZS 388-2011 "Motor yanacaqları. Etilsiz benzin. Texniki şərtlər" dövlət standartlarının tələblərinə uyğun yanacaqların keyfiyyətinin yoxlanılması üçün aparılır.
Cari il ərzində “SOCAR-Petroleum” QSC-yə məxsus müxtəlif yanacaqdoldurma məntəqələrindən dizel, A-92, A-95 və A-98 markalı benzin yanacaqları üzrə götürülən nümunələrdə hər hansı nöqsan və qatqı aşkar edilməyib.
Qurumdan həmçinin sorğumuza verilən cavabda qeyd olunub ki, yanacağın saxlanılmasına, keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyən edən altı dövlət standartı və digər normativ aktlar mövcuddur:
1. AZS 059-2001 «Etilsiz avtomobil benzinləri. Texniki şərtlər.»
2. AZS 072-2001 «İlkin emal benzini. Texniki şərtlər.»
3. AZS 388-2011 «Motor yanacaqları. Etilsiz benzin. Texniki şərtlər.»
4. AZS 376-2009 «Dizel yanacağı. Texniki şərtlər.»
5. AZS 380-2011 «Dizel yanacağı. Texniki şərtlər.»
6. AZS 381-2011 «Avro dizel yanacağı. Texniki şərtlər.» dir.

Sürücülər sınadıqları YDM-a üstünlük verir

Qeyd edək ki, dövlət qurumu rəsmi sorğumuza verdiyi cavabda yoxlamalar zamanı nöqsanların aşkarlanmadığını bildirsə də, sürücülər bunun əksini söyləyirlər. Hətta sürücülər daha keyfiyyətli yanacaq almaq üçün bəzən uzaq məsafə qət edirlər.
Sürücü Fəxriyyə Kazımova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, paytaxtda fəaliyyət göstərən YDM-lardan iki adda YDM-nın yanacağı qismən keyfiyyətlidir:
"Mən avtomobilimə yanacaq vurmaq üçün yaxında yerləşən və yolumun üstündəki YDM-nı yox, keyfiyyətli yanacaq satanı seçirəm. Bakıda iki YDM nisbətən daha keyfiyyətli yanacaq satır. Elə YDM-lar var ki, nəinki yanacağı keyfiyyətsizdir, həcmdə də aldadır. Ona görə məcbur olub sınadığım YDM-a gedirəm".

Sürücü bildirir ki, yanacağın keyfiyyətini avtomobilin işləməsindən bilir: "Çöküntüsü çox olan yanacaq vurduqda avtomobil yaxşı işləmir. Ona görə sınadığım uzaq olsa da, YDM-a gedirəm ki, keyfiyyətli benzin alım".

36 YDM-nın adı niyə ictimaiyyətə açıqlanmır?

Xatırladaq ki, bu ilin fevral ayında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin apardığı monitorinqin nəticəsi olaraq avtomobil yanacağının keyfiyyətində problemlər aşkarlanıb. Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli yanacağın keyfiyyəti ilə bağlı çoxsaylı müraciətlərin daxil olduğunu söyləyib:
"Tərəfimizdən aparılan monitorinqlərə əsasən, bu şikayətlər əsaslıdır. Monitorinqin nəticəsi olaraq yanacağın keyfiyyətində problemlər aşkarlanıb. Tərəfimizdən 36 yanacaqdoldurma məntəqəsində (YDM) müşahidələr aparılıb və onların əksəriyyətində kənarlaşmalar müşahidə edilib. Yeni standart hazırlanır. Bu standarta yanacağın istehsalından və yaxud idxalından tutmuş istehlakçıya qədər olan bütün keyfiyyətə nəzarət prosesləri daxil olacaq. Hazırda yeni standart razılaşdırılmanın son mərhələsindədir və bu yaxında onun tətbiqi nəzarətin gücləndirilməsinə səbəb olacaq".

Bütöv.az
7-12-2021, 11:16
Birinci Qarabağ müharibəsi döyüşçüsü Razı Nurullayevə səsləndi - VİDEOMÜRACİƏT

İmişli rayon sakin Adəm Xudiyev redaksiyamıza müraciət edərək yaşadığı evin yandığını bildirmişdir.

Əməkdaşlarımız Adəm Xudiyevin yaşadığı ünvanda olub. Daha ətraflı videosüjeti izləyək: (oxuinfo.az)




Bütöv.az
7-12-2021, 11:10
Azərbaycan neftinin qiyməti artıb

Dünya bazarında neft qiymətlərində artım müşahidə olunur.

WTI markalı neftin yanvar fyuçersləri 1,05 % bahalaşaraq, bir bareli 70,22 ABŞ dolları olub.
“Brent” markalı neftin fevral fyuçersləri 0,78 % bahalaşaraq, bir bareli 73,65 ABŞ dolları təşkil edib.

Mənbə: Bloomberg

Bütöv.az
7-12-2021, 10:59
Nazir nədən Xıdırova BİR SÖZ DEMİR?..

Belə görünür ki, ölkəmizin meşə təsərrüfatında baş verən eybəcərliklər heç kimin vecinə deyil. Sanki belə də olmalı imiş ki, Namiq Xıdırov, Moxuma Heracıyev və onların dəstəsi meşə sisteminin axırına çıxmalı imişlər. Ağılı başında olan hər kəsə məlumdur ki, bu adamlar, bu təşkilatda yenilik etmək üçün yox, sadəcə olaraq buranı məhv etməyə gəliblər. Bunun sadə bir subutu odur ki, Regional meşə idarələrinə görün kimləri rəhbər təyin edirlər.

Şabran Mİ direktoru idman müəllimi, Masallı Mİ direktoru əmək müəllimi, Göygöl Mİ direktoru baytar həkim, Sabirabad Mİ direktoru sosial təminat idarəsindən qovulmuş digər bir müəllim, indi də Lənkəran boyda meşə idarəsinə təyin olunan ixtisası məlum olmayan başqa bir müəllim. Məlumat üçün deyək ki, Lənkəran regional idarəsinə Astara Lerik kimi böyük rayonların ərazisi də aiddir. Bu yazığı ora direktor göndərən Xıdırov Namiq yaxşı bilir ki, o insan Lənkəran idarəsini idarə edə bilməz, bunu qəsdən edir ki, meşə təsərrüfatının beli qırılsın. Lənkəran meşə idarəsinin işçiləri bu təyinata həm sevinir, həm də gülürlər. Deyilənə görə işçilərdən biri direktoru meşədə azdırıb da . Adamın ona yazığı gəlir, nə etsin ona deyiblər hər şey yaxşı olacaq, o da razılıq verib. Neçə illər iş təcrübəsi olan, əraziləri yaxşı tanıyan, ali təhsili olan mühəndislərin qarşısında nə danışacaq axı . Yazığlar olsun .
Bu sual da maraqlıdır ki, Namıq Xıdırov, Moxuma Heracıyev və Mehman Səfərov qovulduqları əvvəl ki, iş yerlərində torba ilə pul daşıyıblar, indi onlar burda meşədə ağac əkməyə gəliblər . Görəsən, bu sualı onlara verən olub və ya onlar bu sualı özlərinə veriblər ?!
Olsun ki, biz də razılaşaq ki, Namiq Xıdırov, Moxuma Heracıyev və Mehman Səfərov özləri kimi qovulmuşları gətirib meşə idarələrinin başına qoyurlar. O zaman xeyirxah bir işdə görsünlər də, başqa qurumlarda- Vergi, Gömrük,Maliyyə,Təminat, Kənd təsərrüfatı kimi idarələrin birinə də Mühəndis meşəçilərdən birini rəis təyin etdirsinlər də .
Heç zaman bu baş verə bilməz ona görə ki, o təşkilatlar özlərinə hörmət edirlər . Nəyinki Meşə mühəndisini, Namiqin, Moxumanın və Mehmanın özünü də qəbul etməzlər .
Bu adamların meşə təsərrüfatının başında durub, oranı bərbat hala salması təhqirdən başqa bir şey deyil.

Qarşı tərəfin də mövqeyin işığlandırmağa hazırıq (azinfo.tv)

Bütöv.az
7-12-2021, 10:55
Gəzən şaiələr özünü doğrultdu – “Aqroservis” ASC-nin Ağstafa rayon bölməsinə yeni müdir təyin edildi

Rayonda şayələr gəzirdi ki, Ağstafa rayon, Vurğun qəsəbə sakini Cavanşir Əmrahov xərclədiyi 10-15 min manat müqabilində “Aqroservis” ASC-nin Şəmkir Regional İdarəsinin Ağstafa bölməsinə müdir təyin ediləcək, orada çalışan işçiləri əvəzləyəcək.

Kənd təsərrüfatı mütəxəssisi olmayan Cavanşir Əmrahova bütün mərhələlərdə həmkəndlisi Ağstafa RİH-də müavin vəzifəsində çalışan İlqar Hacıyevin köməklik göstərdiyi danışılırdı.
Faktinfo.az saytına rayondan verilən məlumatda qeyd edilir ki, bir müddət əvvəl dolaşan şayələr özünü doğruldub, Cavanşir Əmrahov “Aqroservis” ASC-nin Ağstafa bölməsinə müdir təyin edilib.
Qeyd edək ki, son illər mütəxəssis olmayan şəxslərin irəli çəkilməsi kənd təsərrüfatı məhsullarının istehsalında məhsuldarlığı bir az da aşağı salıb, idxaldan aslılığı artırıb.

P.S. Ağstafada “pripiska” niyə həyata keçirilir?

Bölgənin qeyri-rəsmi kuratoru kimdi?

DAİM - Ağstafa bölməsinin fəaliyyət istiqamətləri və “özfaliyyət” siyasəti barədə də qarşıdakı həftələrdə məlumat veriləcək.

Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!